Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Rusiyanın Gürcüstanda yürütdüyü işğalçılıq siyasəti, oradakı terrorçu rejimlərə aşkar dəstək verməsi və qoşun yeridərək bu separatçıları məhv olmaqdan qurtarması dünya birliyini qıcıqlandırmaqla bahəm, xoflandırıb. "Rus ayısı" qəzəbləndi, kiçik ölkənin yarısını işğal etdi, hətta Tiflisi bombalamaqla hədələdi. Postsovet məkanı ölkələri isə dərsini almalıdır. Moskva açıq mətnlə bildirir ki, bundan sonra Kremlin maraqlarını və ələlüxüsus da onun "təsir dairələri"ni zədələyənlərlə heç bir aman olmadan davranılacaq. Bakının özündə də xoflanıblar. Günlərin birində Azərbaycan Dağlıq Qarabağdakı separatçı rejimə qarşı antiterror əməliyyatlarına başlarsa, Ermənistanın işğal etdiyi torpaqları azad etməyə çalışarsa - nə olacaq? Gürcüstanın bombardmanlarından hürkmüş, gözləri dörd olmuş bir para adamlarımız giziltili səslə dedilər ki, belə işi qətiyyən etmək olmaz: dərbədər olmuş Gürcüstan timsalı göz qarşısında. Yəni söyləyirlər ki, əgər Azərbaycan ermənilərə qarşı müharibəyə başlarsa, burada Gürcüstan ssenarisi təkrarlanacaq: rus qoşunları Qarabağa yeridiləcək, sonra irəliləyəcək, tanklar Bakıya dirənəcək və onda nələrin yaşanacağını təsəvvür etmək belə, vahiməlidir. Formal olaraq, Rusiya belə davrana bilər. Ermənistanın Gümrü rayon mərkəzində Rusiyanın 102-ci hərbi bazası var. Cənubi Osetiyadan fərqli olaraq, Dağlıq Qarabağdakıların tam əksəriyyəti Rusiya pasportu daşımasalar da, Moskva sadiq köpəyi olan Ermənistanı və qarabağlı erməniləri müdafiə etməyə qalxa bilər. Rusiyanın Azərbaycana qarşı hipotetik savaşı da mümkündür. O da ola bilər ki, rus qoşunları ərazimizə yeridilsin. Hər şey baş verə bilər. Amma... Buna görə Bakı indiki davranış və siyasətini davam etdirməlidirmi? Gürcüstanda rus tankları və təyyarələri şəhərlərlə kəndləri viran etdi - Bakı işini "Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik" deməklə bitmiş hesab etdi. Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Tiflis-Ceyhan kəməri bombalandı - Bakı "belə iddialar yalandır, bombardman olmayıb" deyərək yalan danışdı. Əhalisinin tam əksəriyyəti soydaşlarımız olan Marneuli bombardmana məruz qaldı - susduq. Kola girib savaşı kənardan izləməyə, olduqca ehtiyatlı mövqe tutmağa üstünlük verdik. Bakı niyə susdu? Səbəblər bəlli. Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır və Bakının hər hansı radikal davranışı nəticəsində bu sel Azərbaycana gələrək ölkənin sözdə "inkişaf", gerçəkdə isə reqressdə olan iqtisadiyyatını alt-üst edə bilər. Rusiya MDB-nin ən güclü dövləti və faktiki dirijorudur. Müstəqil Dövlət Birliyi əslində ölü can olsa da, çoxsaylı dövlətlərarası müqavilələr əsasında Azərbaycanla Rusiya arasında vizasız gediş-gəliş, qarşılıqlı vergi tətbiqindən azad olunma, ticari və iqtisadi preferensiyalar, maliyyə güzəştləri və s. var. Azərbaycan bir para dövlət mənsublarının olduğundan yuxarı hoppanıb "Cənubi Qafqazın ən önəmli geosiyasi dövlətiyik, regionun siyasi proseslərində əsas yer tuturuq" demələrinə rəğmən, rəsmi Bakı Rusiyanın geosiyasi, iqtisadi, hərbi və digər təzyiq mexanizmləri ilə müqayisədə həddən ziyadə zəif və gücsüzdür. Və ən nəhayət, Azərbaycanın "günbəgün inkişaf edən" iqtisadiyyatının dopinq mənbəyi olaraq dövlət büdcəsinin gəlir hissəsinin 85%-ni formalaşdıran neft-qaz satışı pulları məhz Gürcüstan ərazisindən keçən marşrutlarla əldə edilir. Azərbaycan bir qədər "nahamvar" davranarsa, Gürcüstanda vəziyyət qəlizləşərsə, separatçı regionlar fəallaşarsa - o boruların halı nə olacaq? Lütfən, bu sualı "BP"-dən soruşmayaq. Soruşsaq, həmişəki kimi bravur və nikbin açıqlamalar alacayıq - Utyosovun məşhur mahnısındakı təki: "Hər şey gözəldir, gözəl markiza". Rusiya Gürcüstanı tank tırtılları, raketlər, bombalar və rəsmən axtarışda elan etdiyi, amma gürcülərə qarşı savaşa yolladığı başkəsən Sulim Yamadayevin "Vostok" batalyonunun gözü dönmüş cəlladlarının çəkmələri ilə şumlayıb orada xaos, itaət, xof və qorxu əkəndə Azərbaycan nəfəsini çəkmədən susdu, baş verənləri sakitliklə müşahidə etdi. Bakıdan başqa heç nə tələb etmək olmaz. Bizim Rusiya ilə dirəşəsi halımız yox. Amma bütün bunlara rəğmən, susmalıyıq. Çünki indi Gürcüstanın yox, bütün postsovet ölkələrinin taleyi həll olunur. Rusiyanın rəsmən sabiq, əslində gerçək prezidenti Vladimir Vladimir oğlu Putin ölkə elitasının yoluxduğu şovinizm və millətçilik ideyalarının dalğasını şahə qaldırıb "SSRİ-nin dağılması əsrin ən böyük geosiyasi faciəsidir" deyəndə Bakı ilə Tiflisin dalağı sancmalıydı. Çünki Putinin bu sözləri əslində Kremlin postsovet ölkələrini müstəqil dövlət saymadığını göstərirdi. Kremldəki rejim üçün bizim dövlətimiz tarixi anomaliya olmaqla bahəm, Rusiyanın maraqlarına təhlükədir. Rusiya ABŞ-a qarşı Cənubi Qafqazda yeni, çox təhlükəli və qanlı oyun aparır. Stavkalar isə çox yüksəkdir. Oyundan kənarda qalmağa çalışıb udmağa çalışsaq, uduzasıyıq. Gürcüstan böhranı Qərblə bahəm, bizim üçün də həlledici imtahandır. Hazırıqmı? Həsən AĞACAN [email protected]/* */ express
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi