Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Rusiya-Gürcüstan müharibəsi işğalçı Ermənistanın "forpost" olmasını növbəti dəfə üzə çıxardı Rusiyanın Gürcüstana təcavüzünün başlanması həm Azərbaycanda, həm də Ermənistanda diqqətlə izlənilir. Azərbaycan XİN rəsmi səviyyədə Gürcüstanın ərazi bütövlüyünün qorunmasında maraqlı olduğunu bəyanlayıb, ölkə ictimaiyyəti, müxtəlif yönlü KİV-lər birmənalı olaraq gürcülərin tərəfində dayanır. Çünki Azərbaycanın, həm Gürcüstanın müstəqil dövlətçiliklərinin bir-biriylə bağlılığı, Gürcüstanın ölkəmizin Avropaya "nəfəsliyi" olması, nəhəng enerji və nəqliyyat layihələrinin vəziyyəti, bu ölkədə yaşayan yarım milyon soydaşımızın taleyi hamımızı narahat edir. Rusiyanın başımıza gətirdiyi 20 Yanvar faciəsini, Xocalı soyqırımını, Ermənistanın adı ilə 20 faiz torpaqlarımızı işğal etməsini və s. sadalaya bilmədiyimiz fəlakətləri Azərbaycan xalqı tarix boyu unutmayacaq. Göytürk Məhz buna görə də öz ərazi bütövlüyünü qorumağa çalşan və Rusiyanın təcavüzüylə üzləşən gürcü xalqını azərbaycanlılardan yaxşı anlayan, duyan kimsə ola bilməz. Qonşunun başına gələn faciələrə görə narahat olmaq, yardım əlini uzatmaq azərbaycanlıların mənəvi dünyasının zənginliyidir. Bu gün Azərbaycan Gürcüstana faktiki olaraq humanitar yardım göstərir, Azərbaycanın maddi və mənəvi dəstəyi hesabına Gürcüstan ayaq üstdədir. Bəzilərin düşünür ki, Gürcüstanı dəstəkləməklə bağlı Azərbaycan daha yüksəkdən bəyanatlar verməli idi. Amma Rusiyanın regionda yaratdığı təcavüz təhlükəsi fonunda rəsmi Bakının mövqeyini anlayışlı başa düşmək olar. Onu da unutmaq olmaz ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinə, Bakı-Tiflis-Ərzurum qaz kəmərinə, Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə, Xəzər dənizində neft-qaz yataqlarının istismarına, GUAM-a və s. məsələlərə görə Rusiya Azərbaycanın əlindən yanıqlıdır, fürsət düşdüyü anda ölkəmizə Gürcüstandan da dəhşətli zərbə vurmağa hazırdır. Əgər birmənalı və qəti şəkildə NATO-ya üzvlük, Avroatlantik məkana inteqrasiya məsələlərin yüksəkdən bəyanlayan Gürcüstanın başına gələnləri, Qərbin ləngimiş reaksiyasını nəzərə alsaq, Azərbaycanın Qərbə inteqrasiyanı əsaslanan balanslı siyasətinin indiyədək düzgün olduğunu söyləmək mümkündür. Amma həm Azərbaycanın, həm Gürcüstanın müstəqilliyinin qarantının təkcə enerji-nəqliyyat layihələrinin olmadığı, həm də NATO-ya üzvlüyün artıq reallığa çevrildiyini də qəbul etmək lazımdır. Ötən əsrin əvvəllərində, 1918-1920-ci illərdə olduğu kimi Azərbaycan və Gürcüstanın müstəqillik taleləri bir-birinə bağlıdır. Bir əsr əvvəl baş vermiş faciənin təkrarlanmaması üçün hər iki ölkənin bir-birinə dəstəyi və xoşbəxt gələcək naminə Azərbaycanın Gürcüstana köməyi vacibdir. Amma bölgəyə gəlmə ermənilərin Rusiyanın dəstəyilə yaratdıqları Ermənistan dövlətində başqa cür düşünürlər.Rus-gürcü müharibəsi şiddətlənəndən bəri erməni KİV-ləri birmənalı şəkildə Moskvanı dəstəkləyir. Azərbaycan torpaqlarını rus qoşunlarının əliylə işğal etmiş ermənilərin başqa yolu da yoxdur. Amma bu müharibə Ermənistanın regiondakı qeyri-konstruktiv rolunun üzərinə növbəti işıq salıb. Münaqişə başlayan ilk günlərdə Ermənistanın Gümrü şəhərində yerləşən bazadan havaya qalxan rus qırıcılarının Gürcüstanın müxtəlif şəhərlərini, kəndlərini, o cümlədən Marneulini bombalaması barədə informasiyalar rəsmi İrəvanı xeyli təlaşlandırıb. Əslində ermənilərin belə tutumu bu ölkənin Cənubi Qafqazdakı proseslərə, sülhə, əməkdaşlığa, qonşularına münasibətinin göstəricisi oldu. Rəsmi şəkildə Rusiyanın "forpostu" sayılan bu ölkənin Cənubi Qafqazda sülhün və əmin-amanlığa ciddi təhlükə olması növbəti dəfə təsdiqləndi. Erməni KİV-ləri dönə-dönə bu məlumatı müxtəlif rəsmi nümayəndələrin dilindən təkzib etdirməyə çalışırlar. Məsələn, avqustun 12-də müdafiə naziri Seyran Ohanyan deyib ki, bəzi Gürcüstan və Azərbaycan KİV-lərinin yazdığı kimi Ermənistandan qalxan rus təyyarələrinin qonşu ölkənin ərazisini bombalaması məlumatı həqiqətə uyğun deyil. Əvəzində erməni KİV-ləri rus qırıcılarının Azərbaycandan qalması haqqında şayiə yayırlar. Azərbaycanda rus bazalarının yerləşmədiyini nəzərə alsaq, ermənilərin belə şayiələrinə isə "bişmiş toyuğun gülməyi gələr". "Panorama.am" saytının yaydığı məlumata görə, rəsmi səviyyədə mövqe bildirilməsə də gürcü rəsmi dairələrində rus təyyarələrinin Ermənistandan qalxdığı və Gürcüstanı bombaladığı haqqında xəbərlər yayılıb. Gürcüstanda yaşayan ermənilərdən biri telefonla bildirib ki, həmin xəbərdən sonra gürcülərin ermənilərə münasibəti kəskin şəkildə pisləşib. Erməni rəsmi dairələri bu xəbərləri təkzib etməsinə baxmayaraq, "forpostun" Rusiyanın Gürcüstana təcavüzünə dəstək verməsi birmənalıdır. Gürcüstavnda yaşayan erməni ""Panorama.am" saytına bildirib ki, yerli banklar nəinka kredit vermirlər, hətta əhalinin əmanətlərini qaytarmırlar. Xatırladaq ki, indiyədək zaman-zaman ermənilərin "Baqration" adlı batalyonunun separatçı abxazların tərəfində döyüşməsi, gürcüləri soyqırıma məruz qoyması haqqında dəfələrləyazılıb. Nazırda separatçı Abxaziyaya Rusiya vətəndaşı adı ilə 60 min erməninin köçdüyü xəbərləri yayılıb. Erməni KİV-ləri isə Rusiyanın separatçı Cənubi Osetiyada və separatçı Abxaziyadakı yaratdığı qondarma qurumları "müstəqil dövlət" kimi təqdim edir. Maraqlıdır ki, erməni KİV-i Rusiyanın Gürcüstana hücumunu belə "Cənubi Osetiyada baş verənlər" kimi qələmə verir. Poti, Zuqdidi, Qorinin işğalı, Tiflisin, Marneulinin bombardmanı rus işğalının çoxdan Cənubi Osetiyadan çıxdığını göstərir. Amma rəsmi İrəvan baş verənlərdən narahatdır. Məsələn, baş nazir Tiqran Sərkisyan deyib ki, əgər münaqişə uzansa, bu Ermənistan iqtisadiyyatı ciddi zərər çəkəcək. Gürcüstan Rusiyadan Ermənistaana gedən bütün yolları bağlayacaq. Baş nazirin sözlərinə görə, belədə isə yüklər İran vasitəsilə daşınacaq, amma bu əlavə vaxt və vəsait tələb edir: "Nələlik belə təhlükə yoxdur, yollar açıqdır. Dəmiryolu ilə yük və sərnişin daşınır". Erməni baş nazirinin sözləri Azərbaycan siyasi dairələrini düşündürməli olan məsələlərin üzərinə işıq saçır. Diqqət yetirin, hətta döyüşlərin getdiyi dövrdə belə Poti limanından Ermənistana qatarlar işləyir, sərnişin, yük daşınır. Poti limanında gürcü sərhədçilərinin gəmilərini partladan rus hərbçiləri Ermənistana gedən qatarlara icazə verir. Bu əslində daim Azərbaycanın yardım göstərdiyi, dəstəklədiyi Gürcüstanın qeyri-səmimiliyinin nümunəsidir. Bütün bunlara baxmayaraq, Gürcüstanın MDB-dən çıxması reallığı rəsmi İrəvanı narahat edib. "Varislik" partiyasının parlament fraksiyasının rəhbəri Stepan Safaryan bildirib ki, Gürcüstanın MDB-dən çıxması Ermənistanı çətin vəziyyətdə qoyacaq. O vurğulayıb ki, Gürcüstan Rusiyanın mühüm rol oynadığı təşkilatlarda iştiraka meyl etmir və buna görə də hadisələrin inkişafı Gürcüstanın Qərbə hərəkətinin stimulu olur: "Gürcü cəmiyyətində NATO-ya üzv olmaq fikri güclənir. Yekdil rəy budur ki, bu üzvlük Gürcüstanın müstəqilliyi, daha güclü müdafiə olunması üçün vacibdir. Gürcüstan MDB-dən çıxsa, bu təşkilat çərçivəsində imzalanmış, raftifikasiya olunmuş dövlətlərarası sazişlərə əməl etməyə bilər. Belə olduğu təqdirdə isə, iki ölkə arasında hər hansı problem çıxsa, rəsmi İrəvan Tiflisə təzyiq göstərə bilməyəcək". Yeri gəlmişkən, avqustun 13-də Moskvada BMT Baş Assambleyasının 63-cü sessiyasına hazırlıq çərçivəsində MDB dövlətlərinin müxtəlif orqanlarının məsləhətləşmələri keçirilib. Rusiya XİN-in mətbuat və informasiya departamentindən bildiriblər ki, məsləhətləşmələrdə Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Türkmənistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin üzvləri qatılıb. Göründüyü kimi məsləhətləşmələrdə GUAM ölkələrinin nümayəndələri yoxdur. Çünki GUAM 63-cü sessiyaya başqa tələblərlə qatılacaq. O da maraqlıdır ki, Gürcüstan parlamentinin spikeri David Bakradze ölkəsinin MDB-dən çıxmaq prosesinə mərhələlərlə hazırlaşdığı, bunun üçün bir sıra ölkələrə müraciət olunacağını açıqlayıb. Mixail Saakaşvilinin MDB-dən çıxmaq haqqında bəyanatını cavablandıran Belorus və Ermənistan belə bir planları olmadığını açıqlayıb. Son günlər Ermənistan faktiki olaraq Gürcüstanın əleyhinə addımlar atır. Avqustun 13-də Rusiya xarici işlər naziri Qriqori Karasin Ermənistanın Moskvadakı səfiri ARmen Smbatyanla görüşüb, uzurpator prezident Serj Sərkisyan Rusiya prezidenti Dmitri Medvedyevə zəng edib. Qeyd edək ki, erməni KİV-inin bütün məlumatlarında "Cənubi Osetiyada baş verən faciə", "Cənubi Osetiyaya humanitar yardım göstərilməsi", "regionda oxşar hadisələrə yol verilməməsi", "Ermənistan Cənubi Osetiyaya yardım göstərəcək" kimi cümlələr keçir. Erməni KİV-ləri separatçı Cənubi Osetiya nümayəndələrinin açıqlamalarına, müsahibələrinə geniş yer verir. Erməni qəzetləri Mixail Saakişvilini təhqir edən yazılara geninə-boluna yer verirlər. Bu informasiyaları təhlil edəndə maraqlı bir nəticəyə gəlmək mümkündür. Ermənilər siyasi, hərbi cəhətlə yanaşı, həm də mənəvi cəhətdən Qarabağ münaqişəsinin yaratdığı çərçivədən kənara çıxa bilmirlər. Azərbaycan torpaqlarını Ermənistanın adı ilə işğal edən Rusiya "böyük" erməni xalqını təkcə "forposta" deyil, həm də özünün mənəvi əsirinə çevirib. Azərbaycan torpaqlarını işğal edən Ermənistan Rusiyanın Gürcüstana hərbi təcavüzünə haqq qazandırmağa çalışır, Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Osetiya, Abxaziya problemləri arasında daim əlaqə axtarmağa çalışır. Məhz buna görə də imperiyanı bərpa etmək xülyasıyla alışb-yanan Rusiyanın qonşu Gürcüstana təcavüzünə göz yummağa çalışır, hətta hava limsanlarından istifadə edən rus qırıcılarının gürcü şəhər və kəndlərinin bombalanmasına etiraz etmək iqtidarında deyil. Fikrimizcə, Azərbaycan ictimaiyyəti, siyasi dairələri Rusiya-Gürcüstan müharibəsinin yaratdığı reallıqları düzgün qiymətləndirməli, qazancımızı, itirdiyimizi dəqiq müəyyənləşdirməlidir. Bu isə gələcək üçün vacibdir. xalqcebhesi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi