Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
RUSİYA GÜRCÜSTANA YENİ QOŞUN BİRLƏŞMƏLƏRİ YERİTDİ ABŞ isə bəyan edir ki, humanitar əməliyyatları dəstəkləmək üçün bu ölkəyə məhdud hərbi kontingent yerləşdirəcək Rus əsgərlərinin Azərbaycana məxsus Kulevi neft terminalını dağıtmağa hazırlaşdığı haqda xəbərlər gəlir Rusiya Gürcüstan torpaqlarında hərbi əməliyyatların dayandırılması haqda bəyanata baxmayaraq, ölkə ərazisinə Cənubi Osetiya istiqamətindən yeni qoşun birləşmələri yeridib. Bu barədə ABŞ administrasiyasındakı yüksək rütbəli mənbə kəşfiyyat məlumatlarına əsasən CNN telekanalına bildirib. Amerika rəsmisi bildirib ki, hazırda Cənubi Osetiyada 15 mindən çox Rusiya hərbçisi var. Bu qüvvələrin 8-10 mini bilavasitə avqustun 8-də, hərbi münaqişə başlayanda yeridilib. Lakin prezident Medvedyevin əməliyyatların dayandırılması haqda bəyanatından sonra daha 5 minlik kontingent yüzlərlə zirehli texnikanın müşaiyəti ilə bölgəyə daxil olub. Amerika administrasiyasının yüksək rütbəli təmsilçisi deyib ki, Rusiyanın durmadan bölgədə əlavə hərbi qüvvələr yerləşdirməsi Moskvanın Cənubi Osetiyadan kənarda hərbi əməliyyatlar aparmaq niyyəti barədə siqnal ola bilər. Xəbər verildiyi kimi, atəşkəs haqda siyasi razılaşmaya baxmayaraq, rus qoşunları Cənubi Osetiya hüdudlarından kənarda gürcü yaşayış məntəqələrində işğalçılığı davam etdirir. Tiflisin təqribən 60 kilometrliyindəki Qori şəhərində rus qoşunları neçə gündür ki, soyğunçuluq edir, mülki əhaliyə divan tutur. Həmçinin Rusiya hərbçiləri liman şəhəri Potidə mövqe tutaraq Gürcüstanın dənizə çıxışını bağlayıblar. ABŞ, nəhayət, baş verənlərə sərt reaksiya verərək Gürcüstana kömək üçün ilk əməli addım atıb. Prezident Buş bəyan edib ki, Pentaqona Gürcüstana havadan və dənizdən intensiv və müddətsiz humanitar yardım göstərilməsi üçün Pentaqona tapşırıq verib. Bu əməliyyatda Amerikanın Hərbi Hava və Hərbi Dəniz Qüvvələri, habelə dəniz piyadaları iştirak edəcək. Dünən Pentaqondan “The Times”a bildiriblər ki, humanitar əməliyyatların dəstəklənməsi üçün Gürcüstan ərazisində məhdud Amerika hərbi kontingentinin yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin Pentaqon Gürcüstan ordusunun döyüş qabiliyyətinin bərpa edilməsi üçün qısa müddətdə bütün zəruri hərbi yardımın ediləcəyini açıqlayıb. 1:46 15.08.2008*** Buş həmçinin dövlət katibi Kondoliza Raysı Gürcüstan hakimiyyətinə siyasi dəstək vermək üçün Tiflisə göndərib. Tiflisə gəlməzdən əvvəl ABŞ dövlət katibi dünən Fransada NATO xarici işlər nazirlərinin Gürcüstanla bağlı toplantısına qatılıb. Buşun bəyanatına münasibət bildirən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, C.Buş yanlış faktlara istinad edir: “Hazırda Qoridə bizim qoşunlar yoxdur, bizim qüvvələr yalnız şəhərin yaxınlığındakı Senaki hərbi bazasındadır və orada Gürcüstan ordusuna məxsus böyük miqdarda silah və texnika arsenalını neytrallaşdırmaqla məşğuldur”. Bölgədəki Rusiya hərbi qüvvələrinin nümayəndəsi isə deyib ki, “Cənubi Osetiyanın dinc əhalisinin təhlükəsizliyi üçün” Senakidəki çoxlu miqdarda döyüş sursatı və hərbi texnika daşınır. “The New York Times” qəzetinin Qoridə olmuş əməkdaşı isə şahidi olub ki, rus əsgərləri Senakidə Gürcüstan ordusuna aid Amerika istehsalı olan avtomatları, hərbi texnikanı və sursatı necə yağmalayır. Amerikalı jurnalist rusların bir neçə gürcü əsgərini də əsir götürdüyünü və onları avtomat təhdidi ilə dindirdiklərini görüb. Polkovnik rütbəsindəki bir rus zabiti jurnalistə deyib ki, əgər o oğlan, yəni Saakaşvili baş verənlərdən lazım olan dərsi götürməsə, onlar irəli gedəcəklər: “Buradan Tiflisə cəmi 60 kilometrdir, Saakaşvili bunu bilməlidir”. Rus zabiti deyib ki, 27 ildir ordudadır və Putin hakimiyyətə gəlməzdən əvvəl o, ailəsini saxlamaq üçün pomidor satmalı olurdu: “Ancaq indi bizə hörmət edirlər”. *** Rusiya Müdafiə Nazirliyindən isə dünən yayılan məlumatda deyilir ki, rus qoşunları Qorini tərk edərək Sxinvaliyə doğru geri çəkilib. Qoriyə nəzarət isə gürcü polisinə təhvil verilib. Rusiya MN-nin nümayəndəsi, general-mayor Vyaçeslav Borisov deyib ki, o, gürcü hakimiyyətinin nümayəndələri ilə şəhərə baş çəkib: “Bütün binalar normal vəziyyətdədir, şəhərə elektrik və su verilir”. Generalın sözlərinə görə, rus hərbçiləri bölgədə daha iki gün qalaraq şəhərə nəzarəti yerli hakimiyyətə təhvil vermək prosedurunu həyata keçirəcək. Gürcüstan parlamentinin keçmiş spikeri, bəzi mlumatlara görə, Kremlin Saakaşvilinin yerində görmək istədiyi Nono Burcanadze isə bildirib ki, ruslar Qoridə vəhşilik edib. O, baş verənləri Gürcüstanın işğalı adlandıraraq deyib ki, Rusiya qisas alır. Burcanadze “Vremya novosti” qəzetinə müsahibəsində deyib ki, Gürcüstanın hərəkətləri Cənubi Osetiya separatçıları tərəfindən təhrik edilib, onlar durmadan gürcü kəndlərini atəşə tutaraq onları bölgədən qaçmağa məcbur etməyə çalışıb. Keçmiş spiker deyib ki, gürcü əsgərlərinin guya Sxinvalidə vəhşiliklər etdiyi haqda aparılan təbliğat yalandır: “Əksinə, rus hərbçiləri Gürcüstan ərazilərində vəhşilik edir. Avqustun 12-də onlar Qoridə qadınları, qızları zorlayıblar, uşaqları qətlə yetirib, evləri soyublar. Bütün bunları təsdiq edən sənədli kadrlar var”. Burcanadzenin sözlərinə görə, Rusiya Cənubi Osetiyada həlak olmuş gürcü əsgərlərinin cəsədlərini də çıxarmağa imkan vermir. *** Gürcüstanı Rusiya işğalına qarşı birmənalı müdafiə edən ölkələrdən biri də onun GUAM-dakı tərəfdaşı Ukraynadır. Lakin Ukraynada Gürcüstan ətrafında baş verənlərə dair prezident Yuşşenko ilə baş nazir Yuliya Timoşenko arasında ziddiyyətlər var. Yuşşenko Rusiyanın təcavüzünü pisləyib, Tiflisə gələrək Saakaşviliyə, gürcü xalqına dəstəyini ifadə edib. Lakin baş nazir bir dəfə də olsun baş verənlərlə bağlı bəyanat yaymayıb. Bununla bağlı Ukrayna Prezidentinin Katibliyi bəyan edib ki, ölkənin aparıcı siyasi qüvvələri Gürcüstan ətrafında baş verənlərlə bağlı vahid mövqedən çıxış edərək dövlətin mövqeyini dəstəkləməlidir. Prezident Katibliyinin rəhbəri Sergey Baloqa son günlər qəfildən teleekranlardan yoxa çıxan Timoşenkoya işarə edərək deyib ki, bu cür mövqe nümayiş etdirmək yolverilməzdir. O, baş naziri “dəvəquşu siyasəti” aparmaqda və özünə seçkiqabağı dividendlər qazanmaq cəhdində günahlandırıb. Rusiya mətbuatı isə yazır ki, Timoşenko Moskva ilə qaz danışıqları ərəfəsində Kremllə münasibətlərini korlamaq istəmir. S.Baloqa isə bundan sonra dövlətin baş verənlərə reaksiyasının qəti və sürətli olacağını bildirib. *** Günün ikinci yarısında Gürcüstan XİN-in rəsmi nümayəndəsi Nato Çilkovani “Frans press” agentliyinə bildirib ki, atəşin dayandırılması haqda razılaşmaya baxmayaraq, Rusiya qoşunları Poti limanına doğru irəliləyir. Onun sözlərinə görə, Rusiya qoşunları şəhərdə möhkəmləndirilmiş mövqelər yaradır. Ora əlavə rus bölmələri yeridilib. “Röyter” agentliyi isə Poti sakinlərinə istinadən xəbər verib ki, şəhərə rus tankları daxil olub. “Hərbçilərin bəziləri sülhməramlıların formasını geyib, zirehli texnika ilə liman ərazisinə daxil olmadan köhnə hərbi bazaya tərəf gedir”, - deyə yerli sakinlərdən biri bildirib. Agentlik qeyd edir ki, hərbi baza dedikdə Gürcüstan Hərbi Dəniz Qüvvələrinin Potidəki bazası nəzərdə tutulur. Bir gün əvvəl rus hərbçiləri həmin limanda üç gürcü katerini partladıb, bundan əvvəl şəhər bombardman edilib. Xatırladaq ki, Poti limanından Azərbaycan nefti daşınırdı, həmçinin liman ərazisində Azərbaycan Dövlət Neft Şirkətinə məxsus bu yaxınlarda istifadəyə verilən və 350 milyon dollara başa gələn Kulevi neft terminalı yerləşir. ARDNŞ artıq Potiyə ilk bomba zərbələri endiriləndən sonra Kulevidəki personalını evakuasiya edib. Gürcü mənbələri avqustun 11-də Potiyə rus tanklarının daxil olduğunu, ancaq az sonra geri döndüklərini xəbər verib. Dünən isə gürcü mənbələri xəbər yaydı ki, rus hərbçiləri Kulevi terminalını boşaltmağı tələb edir. Ruslar xəbərdarlıq edib ki, yaxınlıqdakı meşə zolağına bomba zərbələri endiriləcək, ona görə də təhlükə var ki, bombalar terminala düşsün. Bildirilir ki, ruslar bu bəhanə ilə terminalı boşaltmaq istəyir. Xatırladaq ki, hazırda Gürcüstan ərazisindən keçən kəmərlərlə Azərbaycan nefti nəql edilmir. Gözlənilir ki, Gürcüstana yardım üçün gələn Amerika hərbi gəmiləri də Poti limanına yan alacaq. Belə görünür ki, ruslar amerikalıların gəlişindən əvvəl bu strateji limana nəzarəti ələ almaq üçün ora qoşun yeridiblər. *** Azərbaycan hakimiyyəti isə bu günədək Rusiyanın ölkə neftini Gürcüstan ərazisindən nəql edən boru kəmərlərini və infrastrukturlarını faktiki nəzarət altına almasına reaksiya verməyərək susur. Rəsmi Bakının baş verənlərlə bağlı informasiya siyasəti isə belə qurulub ki, sanki təhlükəli bir şey baş vermir və Gürcüstandan neft-qaz nəqlinə qorxu yoxdur. Yalnız Azərbaycan hakimiyyətindəki mənbə anonimlik şərtilə “The New York Times” qəzetinə bildirib ki, Gürcüstanda baş verənlər, ölkədə aparılan hərbi əməliyyatların qarşısında beynəlxalq ictimaiyyətdən buna cavab gəlməməsi Bakı üçün dəhşətli vəziyyət yaradır, çünki Azərbaycanın nefti və qazı bu ölkədən keçir. “İnsanlar Saakaşvilidən məyusdur, Rusiya uzun illər bu şansı əldə etməyi arzulayırdı, Saakaşvili isə ona bu şansı verdi”, - deyə mənbə bildirib. *** Dünən Moskvada Abxaziya və Cənubi Osetiya separatçılarının liderləri 6 bənddən ibarət atəşkəs razılaşmasını imzalayıb. Bu razılaşmanı əvvəl Gürcüstan və Rusiya prezidentləri imzalamışdı. İmzalamadan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, artıq Gürcüstanın ərazi bütövlüyü prinsipi haqda söz-söhbətləri unutmaq lazımdır: “Abxaziya və Cənubi Osetiyanı zorla Gürcüstan tərkibinə qaytarmaq artıq mümkün olmayacaq”. Rusiya prezidenti Dmitri Medvedyev isə Cənubi Osetiyadakı qoşunlara daimi döyüş hazırlığı vəziyyətində olmağı tapşırıb. Onun sözlərinə görə, bu qoşunlar Gürcüstan üçün çəkindirici amil rolunu oynayacaq. Medvedyev deyib ki, hazırda onların məqsədi Gürcüstanın atəşi birdəfəlik dayandırmasına nail olmaq və qoşunlarını daimi dislokasiya yerlərinə qaytarmaqdır. Bununla belə, Medvedyev situasiyanın mürəkkəb olduğunu da bildirib. Rusiya prezidenti onu da bildirib ki, Moskva Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyə dair hər hansı qərarını dəstəkləyəcək: “Bizim mövqeyimiz dəyişməz qalır”. Medvedyevin sözlərinə görə, beynəlxalq müqavilə və razılaşmalar çərçivəsində Rusiya nəinki müstəqillik barədə qərarı dəstəkləyəcək, o, hətta bu cür qərarların təminatçısı olmaq fikrindədir. Rusiya prezidenti bu barədə Moskvada tanınmamış respublikaların liderləri ilə görüşdən sonra bəyanatla çıxış edib. Bundan əvvəl Eduard Kokoyta və Serqey Baqapş demişdilər ki, müstəqilliklərinin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət etmək niyyətindədirlər. *** Gürcüstan hökumətinin rəsmilərinin verdiyi məlumatlara görə, dünyanın müxtəlif ölkələrindən Tiflisə humanitar yardımlar daxil olur. Səhiyyə naziri Sandro Kvitaşvili artıq Ukrayna və ABŞ-dan da yardımla dolu hərbi nəqliyyat təyyarələrinin Tiflisə endiklərini xəbər verib. O, Avropa ölkələrindən də belə təyyarələrin gəlmək üzrə olduğunu bildirib. Tiflis aeroportu yaxınlığında isə qaçqınlar üçün çadır şəhərciyi salınıb. Nazir deyib ki, Ukraynanın baş nazir müavini humanitar yardımların koordinasiya edilməsi üçün Tiflisdədir. Qeyd edək ki, Azərbaycandan bu günə qədər humanitar yardımların daxil olması faktına rast gəlinmir. Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında münaqişə ilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da vasitəçilik missiyasına başlayıb. Ərdoğan avqustun 13-də axşam Moskvada prezident Dmitri Medvedyevlə və baş nazir Vladimir Putinlə görüşüb. Bu görüşlər zamanı Türkiyənin baş naziri deyib ki, onun ölkəsi Cənubi Osetiya ətrafında yaranmış münaqişənin nizamlanması üçün dəstək verməyə hazırdır. Ərdoğan görüşlər zamanı Türkiyə ilə Rusiya arasında münasibətlərin əhəmiyyətindən danışıb, lakin Gürcüstana, onun ərazi bütövlüyünə dəstək kimi qəbul edilə biləcək heç bir ifadə işlətməyib. Dünən isə Ərdoğan Tiflisə gəlib və prezident Saakaşvili ilə danışıqlar aparıb. “Gürcüstana səfərdə məqsədim bu ölkədə baş verən hadisələrin qonşumuzun qəlbində açdığı acı yaraları bölüşməkdir”, - deyə Saakaşvili ilə keçirdiyi birgə mətbuat konfransında Ərdoğan söyləyib. O, Gürcüstanda baş verən hadisələrin Türkiyədə də ciddi narahatlıq doğurduğunu bildirib: “Biz Türkiyə olaraq Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Gürcüstan Cənubi Qafqazda strateji əhəmiyyətə malik olan ölkədir. Türkiyə hərbi əməliyyatların nəticələrinin aradan qaldırılmasına da dəstək verəcək. Artıq Türkiyə Kızılayı Gürcüstana humanitar yardım etməyə başlayıb”. Ərdoğan regionda ATƏT-ə bənzər təşkilat yaratmağı və münaqişələri bu təşkilat çərçivəsində nizamlamağı təklif edib. Ərdoğanın sözlərinə görə, bu təklifə Rusiyada maraqla yanaşıblar. Türkiyənin baş naziri yaxın günlərdə bu məsələləri İlham Əliyevlə də müzakirə edəcəyini deyib. Ərdoğan Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq platformasının qurulmasının vacib olduğunu söyləyərək bu məsələni həm Medvedyev, həm də Saakaşvili ilə müzakirə etdiyini deyib. Onun sözlərinə görə, hər iki prezident bu təklifi məmnunluqla qarşılayıb. Saakaşvilinin ölkənin dağıdılmış infrastrukturunun bərpasına yardım göstərməyi xahiş etdiyini deyən Ərdoğan Qoridə dağıdılmış ev və xəstəxanaların bərpasına köməklik göstəriləcəyini vəd edib. *** “Rus əsgərləri Qori şəhərini tutmaqla Gürcüstanı iki hissəyə böldü, üstəlik paytaxt Tiflisə də yolu açdılar. Amma Rusiyanın baş naziri Vladimir Putin deyəsən, Gürcüstanı tam işğal eləmək fikrində deyil, öz məqsədlərinə hərbi təzyiq vasitəsilə çatmaq niyyətindədir”. “Washinqton Post” qəzeti dünənki sayında belə yazıb. Müəllifÿ Çarlz Krausamer deyir ki, Putinin hədəfləri aydın görünür: Cənubi Osetiyanı, Abxaziyanı Gürcüstandan tam ayırıb Rusiyaya qatmaq, Gürcüstan ordusunu darmadağın edib ölkəni Rusiyanın ümidinə qoymaq Putinin əsas məqsədidir. Daha bir məqsəd Gürcüstan prezidenti Saakaşvilini devirib yerinə Rusiyanın marionetini oturtmaqdır. Qəzet rus ordusunun Tiflis yaxınlığında dayanmasını belə izah edir: “Putin hazırda Avropa Birliyinə təsir eləməyə çalışır ki, onların təzyiqi ilə Saakaşvili ya istefa versin, ya çıxıb getsin. Belə olsa, Rusiya Bakı-Tiflis-Ceyhan kəmərinə də nəzarəti əlinə keçirə bilər və Xəzər hövzəsinə tam sahib olar”. Müəllif yazır ki, Gürcüstanı işğal etməyin Rusiya üçün başqa xeyri də var. Belə olsa, Rusiya Qərbə yaxınlaşan Baltikyanı ölkələrə, Şərqi Avropaya xəbərdarlıq etmiş olar. Gürcüstanın işğalı rus hegemonluğunun bərpası yolunda birinci addım sayıla bilər.ÿ Məqalədə deyilir ki, Qərbin Rusiyaya qarşı kartları var və oynamaq lazımdır, oyuna isə çox şey qoyulub. *** “Rusiya Gürcüstana hərbi təcavüz etməklə ən böyük səhvə yol vermiş oldu”. Bu bəyanatla Gürcüstanda səfərdə olan ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza çıxış edib. O, Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib: “Artıq Rusiyanın Gürcüstan ərazisində görəcək heç bir işi qalmayıb və bu ölkənin hərbi birləşmələri vaxtında Gürcüstan ərazisini tərk etməlidir”. Dünən isə Gürcüstan parlamenti ölkənin MDB-dən çıxması barədə qərar qəbul edib. Parlamentin 117 üzvü bununla bağlı qərar layihəsinin lehinə səs verib. Parlamentin hüquq məsələləri komitəsinin sədri Pavel Kublaşvili bildirib ki, bu qərar artıq Gürcüstanın MDB üzvü olmaması deməkdir: “Bu qərardan sonra Gürcüstan MDB-ni rəsmən tərk etmiş sayılır və bu qurumla heç bir münasibətlərə malik deyil. Əgər bir ölkə MDB-ni tərk etmək istəyirsə, bu istəyin qarşısında heç bir hüquqi problem ola bilməz”. Gürcüstan parlamentinin 4 komitəsi Saakaşvilinin ölkənin MDB-dən çıxması ilə bağlı müraciətini dəstəkləyib. Gürcüstan prezidentinin müraciətini parlament komitələrinin birləşmiş toplantısında xarici işlər nazirinin müavini Qiqa Bokeriya təqdim edib. Onun sözlərinə görə, MDB ölkələri ilə iqtisadi əməkdaşlığı tənzimləyən sazişlər isə hələlik qüvvədə qalacaq. *** “Rusiya qoşunları Qori şəhərinə ağır texnika yeridib və hazırda şəhəri minalayır”. Bu fikirlər Gürcüstan Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatdandır. Sənəddə deyilir ki, əldə olunan razılaşmanın əksinə olaraq Rusiya Gürcüstan Daxili İşlər Nazirliyinin birləşmələrini Qoriyə buraxmayıb: “Bizdəki məlumata görə, hazırda ruslar şəhər ağır texnika yeridib və Qorini minalayırlar. Hazırda Qoridəki dinc əhali və jurnalistlər real təhlükə ilə üz-üzədir, rus işğalçıları onların şəhəri tərk etməsinə icazə vermir. Şəhərdə bir neçə binada yanğın davam edir. Rus təcavüzkarlarının fəaliyyəti nəticəsində Qoridə əsl humanitar fəlakət yaranıb. Rusiya qoşunları yenidən Senaki və Poti şəhərlərinə daxil olub. Hazırda ruslar Senaki hərbi bazasını və Poti hərbi limanını qarət edir”. ABŞ Rusiyanı Kodor dərəsinə hücumda ittiham edib. Tiflisdə səfərdə olan M.Brayza bildirib ki, Kodor dərəsinə hücumda Rusiya sülhməramlıları iştirak edib: “Kodor dərəsində yaşayan gürcülərə hücumda sülhməramlı adlandırılan qüvvələr və onların komandanı Sergey Çaban şəxsən iştirak edib. Hücuma həmçinin Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri də qatılıb. Abxaz liderləri cinayət törədib və biz onların hərəkətinə sərt reaksiya verəcəyik”. F.MƏMMƏDOV musavat
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
Urmu gölü qırmızı oldu
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İranda ərzaq qiymətləri 128 faizi keçdi
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir