Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkədə yaranmış böhranlı vəziyyətlə əlaqədar Çuxur-Qəbələ kəndinin yaxınlığında arxeoloji tədqiqatlar dayandırılmışdı. Yalnız 15 ildən sonra antik sahədə və 18 illik fasilədən sonra orta əsrlər sahəsində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyəti Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə yenidən genişmiqyaslı arxeoloji qazıntılara başlanılmışdır. Bu il iyunun 18-dən iyulun 18-dək AMEA-nın müxbir üzvü İlyas Babayevin və AMEA-nın aparıcı elmi işçisi, tarix elmləri namizədi Qafar Cabiyevin başçılığı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qəbələ şəhərinin Çuxur-Qəbələ kəndinin yaxınlığında tarixdə Qəbələ şəhəri adlanan ərazidə (antik və orta əsrlərə aid) arxeoloji qazıntıları davam etdiriblər. Tədqiqatların maraqlı nəticələri Azərbaycan tarixinin yeni səhifələrini Azərbaycan və dünya elminə, ictimaiyyətinə təqdim etmək üçün imkan yaradıb. Ekspedisiyanın fəaliyyəti zamanı SEBA-nın dəvəti ilə Koreyanın Suvon Universitetinin professorları Kanq İl-Gyu və Yanq Ceonq-Seok, habelə Seul Milli Universitetinin professoru Kim Conq-İl Qəbələdə tədqiqatlarla tanış olmuşlar. Ekspedisiya üzvləri ilə Koreya alimləri arasında ətraflı fikir mubadiləsi edilmiş, gələcəkdə Azərbaycan-Koreya birgə ekspedisiyasının təşkili perspektivləri nəzərdən keçirilmişdir. Antik şəhər sahəsində qazıntılar zamanı (rəhbər AMEA-nın müxbir üzvü İlyas Babayev) Qafqazda və Yaxın Şərqdə analoqu olmayan oval planlı böyük ictimai binaların alt təbəqəsində (ellinizm dövrünə aid) 400 kv.m qazıntı işləri aparmaqla yanaşı, 1400 kv.m. sahədə üst təbəqəyə aid tikinti qalıqlarının üstü təmizlənib. Builki ən mühüm nailiyyətlərdən biri də Qəbələ şəhərinin e.ə. IV-III əsrlərə aid ən qədim qatının öyrənilməsi olmuşdur. Şəhərin bu qatlarında tikinti qalıqları və ərzaq saxlamaq üçün tikildiyi güman edilən böyük bir anbarın qalıqları, orada 42 kv.m. sahədə xüsusi sıralarla 33 ədəd yarıyadək yerə basdırılmış təsərrüfat küplərinin alt hissəsi və ya onların quyuları aşkar edilmişdir. Bu küplərdə o zaman ərzaq, çox güman, taxıl saxlanılırmış. Belə böyük anbar, şübhəsiz, bir adama məxsus ola bilməzdi. Burada xeyli miqdarda ərzaq ehtiyatı saxlanılmış və yəqin ki, anbar ictimai məqsəd daşımışdır. Bu anbarın yanında yeni bir oval planlı binanın da qalıqları aşkar edilmişdir. 13 hektardan çox sahəsi olan Qalada eramızın I əsrindən başlayaraq XVIII əsrədək intensiv həyat olmuşdur və orada mədəni təbəqənin qalınlığı təqribən 56 m təşkil edir. Orta əsrlər şəhər sahəsində qazıntılar zamanı (rəhbər AMEA-nın aparıcı elmi işçisi, tarix elmləri namizədi Qafar Cabiyev) 600 kv.m ərazidə aparılan tədqiqatlar nəticəsində üzə çıxarılan tikinti qalıqları və inşaat materialları Qəbələdə, ümumilikdə, Azərbaycanın orta əsr şəhərlərində şəhərsalmanın və memarlıq sənətinin inkişaf səviyyəsini daha dərindən və əhatəli şəkildə araşdırmaq üçün geniş imkanlar yaradır. Yeni açılan istehsalat xarakterli qalıqlar, metal, keramika, şüşə və sümük nümunələri ayrı-ayrı sənət sahələrinin vəziyyəti, habelə şəhər əhalisinin məişəti və mədəni səviyyəsi barədə ətraflı təsəvvür yaradır. Tədqiqatlar zamanı əldə olunmuş sikkələr, fayans, farfor və seladon qab nümunələri Qəbələnin XVI-XVII əsrlərdə dünyanın bir sıra ölkələri, o cümlədən İran və Çinlə intensiv əlaqələrindən xəbər verir. Şəhərin şimal-qərb hissəsində ilk dəfə olaraq qala divarlarındakı kiçik qapı yeri, qapının açarı, saxsı borulardan ibarət çoxşaxəli su xətti şəbəkəsi, XII əsrdə istehsal olunan və üzərində döyüşçü-mühafizəçi təsvirinin olduğu güman edilən şirli kasa, içərisində ərəb əlifbasında "ALLAHIN ADI İLƏ" bağlı kəlam olan və çox güman ki, ritual məqsədlər üçün istifadə olunan şirli piyalə, habelə elmi cəhətdən olduqca mühüm əhəmiyyət kəsb edən çoxsaylı digər qiymətli tapıntılar əldə olunmuşdur. Aşkar olunan bütün tapıntılar inventarlaşdırıldıqdan və fotoları çəkildikdən sonra Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir. Tapıntılardan yalnız mis pullar və iki ədəd şirli qab laboratoriya şəraitində tədqiq olunmaq məqsədilə Bakıya gətirilmişdir. Tədqiq olunduqdan sonra həmin tapıntılar da aidiyyəti üzrə təhvil veriləcək. Eyni zamanda, Qəbələ ekspedisiyasının üzvləri tərəfindən qədim Qəbələ şəhəri yaxınlığından keçən Oğuz-Qəbələ-Bakı su kəməri xəttinin çəkilməsi zamanı aparılan qazıntı işlərinə baxılmışdır. Burada e.ə. III-I əsrlərə aid torpaq qəbirlərinin dağılması aşkar edilmişdir. Bu qəbirlərə zəngin avadanlıq qoyulmuşdur. Sahə yoxlanılarkən xeyli miqdarda yüksək zövqlə hazırlanmış müxtəlif qablar toplanmışdır. Çox təəssüf ki, Azərbaycan üçün mühüm əhəmiyyətə malik bu su kəməri çəkilərkən arxeoloqlar qazıntılara nəzarət etmək imkanına malik olmamışlar.
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi