Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Gürcüstan MDB-dən çıxdı Ölkədə üçgünlük matəm elan edilib Gürcüstanda müharibənin dayandırılması üçün Rusiya və Fransa 6 prinsip müəyyənləşdirib Rusiya hərbi qüvvələrinin Gürcüstan ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar əvvəlki günlərlə müqayisədə dünən bir qədər səngisə də, hələ ki, rəsmi Moskvanın Tbilisiyə qarşı təcavüzü davam edir. Qeyd edək ki, gürcü qoşunlarını Cənubi Osetiya ərazisindən tam çıxarmağa nail olan rus ordusunun avqustun 11-i axşam saatlarında Qori şəhərini işğal etməsi və ondan az sonra Poti şəhərinin də tutulduğu haqqında məlumatlar yayılsa da, Rusiya Müdafiə Nazirliyi dünən bəyanat yayaraq bu xəbərləri təsdiqləməyib. Qeyd edək ki, Gürcüstanın baş naziri Lado Qurgenadze televiziya ilə xalqa müraciəti zamanı artıq rus qoşunlarının Poti şəhərini də ələ keçirdiyini bəyan edib. Rusiya Müdafiə Nazirliyinin bu bəyanata cavab olaraq dünən yaydığı bəyanatda isə rus qoşunlarının, ümumiyyətlə, bu şəhərə girmədiyi bildirilib. Rusiya tərəfi bəyan edib ki, Poti ətrafında qısamüddətli kəşfiyyat qrupu olub və onlar da sonradan geri qayıdıblar. Qori və Tbilisi yenidən bombalandı Qeyd edək ki, Rusiya tərəfinin təkzibedici bəyanatına baxmayaraq Gürcüstan KİV-i dünən səhər paytaxt Tbilisinin 70 kilometrliyində yerləşən Qori şəhərinin yenidən rus təyyarələri tərəfindən bombalanması haqqında məlumat yayıb. Bombardman nəticəsində Qoridə bir neçə nəfərin yaralandığı, şəhər universitetinin binasının isə alova büründüyü bildirilir. "Rustavi-2" kanalının məlumatına görə, Qorinin bombalanmasını lentə alarkən münaqişə bölgəsində peşə borcunu yerinə yetirən hollandiyalı jurnalist həlak olub. Qeyd edək ki, şəhərə atılan bombalardan birinin onun çəkiliş apardığı əraziyə yaxın yerdə partladığı bildirilir. Həmçinin dünən paytaxt Tbilisidə də günorta saatlarında bir neçə dəfə partlayış səsi eşidilib. Dünən həmçinin Abxaziyada Kodor dərəsi istiqamətində də hərbi əməliyyatlar aparıldığına dair məlumatlar yayılıb. Günün ikinci yarısında rus KİV-i Abxaziya separatçılarının Kodor dərəsini tutduqları Acara kəndindəki Gürcüstan hökumətinin nümayəndəliyinin binasına öz bayraqlarını sancdıqları haqqında məlumat yayıblar. Abxaziya separatçılarının lideri Sergey Baqapşa istinadən "İnterfaks" agentliyinin yaydığı məlumatda isə dərənin böyük hissəsinin Abxaziya qüvvələrinin nəzarəti altına keçdiyi bildirilib. Gürcüstana ilk uzanan dost əlləri - Türkiyə və Ukrayna Qeyd edək ki, bir neçə gündən bəri dünya KİV-nin əsas müzakirələrindən biri də Gürcüstanın hərbi köməklə bağlı ilk olaraq hansı ölkəyə müraciət edəcəyi ilə bağlı idi. Ötən gün türk xəbər agentlikləri Gürcüstanın Türkiyədəki səfirliyinin əməkdaşı İrakli Koplatadzeyə istinadən rəsmi Tbilisinin bütün müttəfiq ölkələrə hərbi yardımla bağlı nota göndərilməsi ilə bağlı məlumat yayıb. Qeyd edək ki, hələlik Türkiyə rəhbərliyi açıq şəkildə Gürcüstana hərbi yardım edib-etməyəcəyini bəyan etməsə də, baş nazir Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinin Gürcüstana silah satışı ilə bağlı Türkiyənin ünvanına səsləndirdiyi tənqidə "Rusiya özü istehsal etdiyi silahları başqalarına satır. Türkiyə niyə bunu etməsin" kimi münasibət bildirməsinin artıq Moskva ilə Ankara arasında münasibətlərdə də problemlərin yaranmağa başladığına işarə kimi qiymətləndirilir. Dünən Gürcüstanda baş verənlərlə bağlı Türkiyə prezidenti Abdullah Gül də mətbuat konfransı keçirib. Türkiyə prezidenti rəsmi Ankaranın Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, o cümlədən Cənubi Qafqazda baş verənləri narahatçılıqla izlədiklərini bəyan edib. Türkiyənin bölgədə sülhün təmin olunması üçün bütün lazımi işləri görəcəyini və bütün zərərçəkənlərə humanitar yardım göstərəcəyini bəyan edən Türkiyə prezidenti Rusiya və Gürcüstan prezidentləri ilə əlaqə qurduğunu və onları sülhə çağırdığını bildirib. Türkiyə prezidenti həmçinin ölkəsinin sərhədləri yaxınlığında daha bir münaqişə ocağının yaranmasını arzu etmədiklərini bildirib. Gürcüstandakı Türkiyə vətəndaşlarının Azərbaycan vasitəsi ilə evakuasiya edildiyini bildirən Abdullah Gül müharibə zamanı BTC-yə hər hansı problem yaranmadığını da qeyd edib. Onu da deyək ki, Gürcüstanın yardımlarla bağlı çağırışlarına ən açıq reaksiya Türkiyə ilə yanaşı, Ukrayna tərəfindən də verildi. Ukrayna XİN-in yaydığı rəsmi bəyanatda Rusiyanın Gürcüstandakı addımları sərt tənqid olunmaqla yanaşı, bunun həm də ölkənin müstəqilliyinə qarşı yönəldiyi və bütün müttəfiq dövlətlərin Gürcüstanın yanında olmasının vacibliyi önə çəkilib. Qeyd edək ki, Gürcüstanın müttəfiqləri sırasında Azərbaycandan yardım istəyib-istəməməsi ilə bağlı XİN-ə müraciət etdik. XİN-in mətbuat katibi Xəzər İbrahim "Şərq"ə belə bir müraciətin olması barədə məlumatsız olduğunu bildirib. ABŞ-dan Rusiyaya sərt mesajlar Gürcüstandakı hərbi əməliyyatların dayandırılması ilə bağlı dünən yenidən bəyanat verən ABŞ prezidenti Corc Buş rəsmi Moskvanın addımlarının onun beynəlxalq imicinə ciddi zərbə vurduğunu bildirib. ABŞ prezidenti həmçinin Rusiyanın Gürcüstanda həyata keçirdiyi əməliyyatların Avropa və ABŞ-la münasibətlərdə də ciddi problemlərə yol açacağına işarə vurub. "Rusiya müstəqil dövlətin ərazisinə daxil olaraq xalq tərəfindən seçilmiş demokratik hökumətin mövcudluğunu sual altında qoyub. Bu cür hərəkətlər 21-ci əsr üçün qəbuledilməzdir". ABŞ prezidenti həmçinin onu da bəyan edib ki, əgər rəsmi Moskva Gürcüstandakı hərbi əməliyyatları dayandırmasa, Birləşmiş Ştatlar Rusiya ilə münasibətlərinə yenidən baxmalı olacaq. Siyasi liderlər Gürcüstana gəlir Qeyd edək ki, dünən Rusiya və Gürcüstan arasında hərbi qarşıdurmanın dayandırılması ilə bağlı danışıqlar aparılması üçün Fransa prezidenti Nikola Sarkozi Moskvaya gedib. Ukrayna, Polşa və Latviya prezidentləri isə Gürcüstanın ağır günlərində gürcü xalqına dəstək olmaq üçün paytaxt Tbilisiyə gəliblər. Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yuşşenko atəş dayandırılana qədər gürcü xalqı ilə həmrəylik nümayiş etdirəcəklərini bəyan edib. Dünən həmçinin Brüsseldə NATO-nun növbədənkənar iclasının keçiriləcəyinə dair məlumatlar yayılıb. Gürcüstan KİV-nin yaydığı xəbərə görə, iclasa NATO-nun baş katibi Yapp de Hoop Skeffer başçılıq edəcək. Qeyd edək ki, iclasın çağırılmasını Rusiya tələb edib. Daha bir iclasın isə Şimali Atlantika Şurasında keçiriləcəyi və bu iclasda Gürcüstanın XİN başçısı Eka Tkeloaşvilinin də iştirak edəcəyi bildirilib. Aparıcı Avropa ölkələrinin liderlərinin Gürcüstana dəstəyi gücləndirdiyi bir vaxtda Moskvada finlandiyalı həmkarı ilə mətbuat konfransı keçirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Gürcüstan prezidenti Mixail Saakaşvili ilə heç bir danışıqlar aparmayacağını bəyan edib. O, Gürcüstan prezidentini Rusiya vətəndaşlarına qarşı cinayət törətməkdə ittiham edib. "Əməliyyatlar başa çatdı və təcavüzkarlar cəzalandırıldı" Rusiya prezidenti Dmitri Medvedyevin bu bəyanatı dünən Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla görüşündə səsləndirdiyi bildirilir. Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya prezidenti bildirib ki, "sülhəməcburetmə əməliyyatı" artıq başa çatıb və təcavüzkar cəzalandırılıb. Rusiya prezidenti həmçinin bundan sonra Gürcüstanın belə addımlar atmaması üçün ölkə ərazisində ola biləcək mümkün təcavüz ocaqlarının da susdurulacağını bəyan edib. Prezident həmçinin hərbi əməliyyatlar zamanı qəhrəmanlıq göstərən hərbiçilərin mükafatlandırılacağını və bununla bağlı müdafiə nazirinə siyahı hazırlamağı tapşırıb. Sarkozinin Moskva səfəri Qeyd edək ki, Gürcüstan və Rusiya arasında qarşıdurmanın dayandırılmasına çalışan və hazırda Avropa Birliyinə sədrlik edən Fransanın prezidenti Nikola Sarkozi dünən Moskvaya səfər edib. Nikola Sarkozi rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşündə rəsmi Moskvanı öz gücünü bölgədə vəziyyəti gərginləşdirməyə deyil, sülhün təmin olunmasına yönəltməsinin vacibliyini bəyan edib. Rusiya və Fransa prezidentləri Gürcüstandakı münaqişələrin həlli ilə bağlı 6 prinsip üzrə razılığa gəliblər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Moskvada Fransa prezidenti Nikola Sarkozi ilə birlikdə mətbuat konfransı keçirən Rusiya prezidenti Dmitri Medvedev aşağıdakı prinsipləri razılaşdırdıqlarını və müvafiq tərəfləri bu prinsiplərin altına imza atmağa çağırdıqlarını bildirib: 1. Güc tətbiq etməkdən çəkinmək; 2. Bütün hərbi fəaliyyətlərə qəti şəkildə son qoymaq; 3. Humanitar yardımların sərbəst şəkildə çatdırılmasına şərait yaratmaq; 4. Gürcüstan Silahlı Qüvvələrinin bölmələrinin daimi dislokasiya yerlərinə qayıtması; 5. Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlardan əvvəlki xəttə geri çəkilməsi; 6. Cənubi Osetiya və Abxaziyanın gələcək statusunun və onların təhlükəsizliyinin təmin edilməsi yollarının müəyyənləşdirilməsi üçün beynəlxalq müzakirənin başlanması. Fransa prezidenti Nikola Sarkozi Gürcüstan rəhbərliyini bu prinsipləri imzalamağa razı salmağa çalışacaq. BTC bombalandı? Qeyd edək ki, Gürcüstan ərazisində hərbi toqquşmaların şiddətlənməsi BTC ilə bağlı Azərbaycanda narahatçılıqları artırsa da, Rusiyanın Bakıdakı səfiri Vasili İstratov bir gün əvvəl bəyanat verərək kəmərin rəsmi Moskvanın hədəfində olmadığını bəyan etmişdi. Bununla belə dünən günorta saatlarında Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya istinadən "Rustavi-2" telekanalı BTC-nin rus aviasiyası tərəfindən bombalandığı və kəmərdə 3 dəfə partlayış olduğu barədə məlumat yaydı. Bu açıqlamadan dərhal sonra Rusiya KİV-i məlumatı təkzib edərək rus təyyarələri tərəfindən kəmərə qarşı hər hansı zərbələrin endirilmədiyini bəyan etdi. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Anatoli Noqovitsin BTC-nin vurulmadığını bildirib. General belə məlumatların yayılmasının məqsədli olduğunu və Gürcüstanın addımlarına hesablandığını bildirib. Kəmərin əsas əməliyyatçısı olan "bp-Azərbaycan" şirkətinin mətbuat katibi Tamam Bayatlı isə dünən "Şərq"ə açıqlamasında bu məlumatı təsdiqləməyib. Türkiyə ərazisində kəmərin əsas əməliyyatçısı olan BOTAŞ şirkəti isə BTC-nin Türkiyə ərazisindəki təmir işləri başa çatan kimi kəmərin fəaliyyətinin bərpa ediləcəyini bəyan edib. Təmir işlərinin iki həftəyə yaxın davam edəcəyi güman edilir. "Sizin qarşınızda çox çətin vəziyyətdəyəm" Qeyd edək ki, Rusiyanın Gürcüstana təcavüzünə etiraz etmək üçün bir gün əvvəl televiziya ilə çıxışında xalqı mitinqə çağıran prezident Mixail Saakaşvilinin bu müraciəti gürcü xalqı tərəfindən cavabsız qalmayıb. "Rustavi-2" kanalının məlumatına görə, dünən onminlərlə vətəndaş Gürcüstanın parlament binasının qarşısında prezident Mixail Saakaşvilinin iştirakı ilə keçirilən mitinqə qatılıb. Mixail Saakaşvili çıxışında deyib: "Bu dəqiqələrdə aviahücumlar davam edir, insanlarımız ölür. Gürcüstanın prezidenti kimi, sizin qarşınızda çox çətin vəziyyətdəyəm. Dünən bizi necə bombaladıqlarını öz gözlərimlə gördüm və həmin an öz xalqımı qorumaq üçün heç bir şey edə bilmədiyimi dərk etdim..." Prezident Mixail Saakaşvili ölkəsinin MDB-dən çıxdığını da bəyan edib. O, həmçinin digər müttəfiqlərini də belə addım atmağa çağırıb. "Ukrayna və digər dövlətlərə də Rusiyanın idarə etdiyi bu qurumdan çıxmağı təklif edirik. Biz Sovet İttifaqı ilə birdəfəlik vidalaşırıq. SSRİ bir daha buralara qayıtmayacaq". Mitinqdə çıxış edən Tbilisi meri Giqi Uqulava bu çətin günlərdə kimə arxalanmaq lazım olduğunu gördüklərini bildirib: "Kömək gözlədiyimiz dövlətlər və təşkilatlar ümidlərimizi doğrultmadılar. Əvəzində gözləmədiyimiz ölkə və təşkilatlardan dəstək aldıq". Parlamentin sədri David Bakradze isə gürcü xalqını yəhudilərlə müqayisə edib: "İsrail xalqı 2 min il öz torpağını axtararaq öz dövlətini yaratmağa çalışdı və buna nail oldu." Gürcüstan parlamentinin sədri Rusiyanın Osetiya və Abxaziyanı Gürcüstandan qoparmaq cəhdlərinin baş tutmayacağını bəyan edib. "On il, yüz il keçsə də, Sxinvali və Sxumi bizim olacaq". Son məlumata görə dünən Gürcüstan prezidenti Mixail Saakaşvilinin göstərişilə bu ölkədə üçgünlük matəm elan edilib. Rustavi-2 telekanalının yaydığı xəbərə əsasən, matəm günlərində bütün dövlət bayraqları endiriləcək, əyləncəli verilişlərin və tədbirlərin hamısı dayandırılacaq. Vüsalə Rafiqqızı
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi