Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Qənirə Paşayeva: "Ölkədə nə dini, nə də milli zəmində problem yoxdur" Azərbaycanın Avropa Şurası (AŞ) qarşısında götürdüyü öhdəliklər sırasında milli azlıqların dillərinin qorunması barədə konvensiyanın ratifikasiya edilməsi və "Alternativ xidmət haqqında" qanunun qəbulu məsələləri var. Bəs belə bir konvensiyanın ratifikasiya edilməsi nə dərəcədə məqbuldur? Azərbaycanın AŞ Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyir ki, Azərbaycanda nə dini, nə milli, nə etnik zəmində hansısa bir problem var. Azərbaycanda dini baxışlarına, milli mənsubiyyətinə görə heç kimə ayrı-seçkilik, fərq qoyulmur və dini, milli zəmində tam tolerantlıq mühiti mövcuddur. Rəvan Məmmədli Ümumiyyətlə, Azərbaycanda milli azlıqlarla bağlı problem mövcud deyil. Bu ölkədə hamı bərabərhüquqlu vətəndaşı kimi yaşayır, yaradır öz mövcudluğunu, adət-ənənələrini qoruyub saxlayır. Hər kəs Azərbaycanın bərabərhüquqlu vətəndaşı olduğuna görə Konstitusiyayla, qanunlarla təsbit edilən bütün haqlardan eyni səviyyədə istifadə edir, yararlanır. Hətta istər AŞ, istər digər beynəlxalq təşkilatlar Azərbaycanın dini, etnik baxımdan tolerant bir ölkə və bu ölkənin bir sıra digər ölkələrə bu yöndə nümunə, örnək olduğunu etiraf edirlər. İndiyə qədər bu zəmində heç bir qarşıdurma, problem olmayıb. Onun sözlərinə görə, çox təəssüflər olsun ki, Azərbaycanı istəməyən kənar, maraqlı qüvvələr var və bu problemi, məsələni Azərbayanın içərisinə gətirmək, burada problem, qarşıdurma yaratmaq istəyirlər: "Bu qüvvələrə imkan verməməliyik ki, bu kimi məsələləri Azərbaycana daşıyıb gətirə bilsinlər. Biz bu cür qüvvələrə heç cür imkan, fərsət tanıtmamalıyıq". AŞ PA-dakı nümayəndə heyətimizin üzvü söhbətin bəzi mətbuat orqanlarında iddia edildiyi kimi, "Milli azlıqlar haqqında" hansısa qanunun qəbul edilməsi, bununla bağlı hansısa öhdəliyin götürülməsindən getmədiyini də bildirdi. Belə bir öhdəlik yoxdur və ola da bilməz. Söhbət sadəcə, milli azlıqların dilinin qorunması haqqında konvensiyanın ratifikasiya edilməsindən gedir. Qənirə Paşayeva onu da dedi ki, bu gün Avropa Şurasının üzvü olan, ümumiyyətlə, Avropanın ən demokratik, ən qabaqcıl dövlətlərindən sayılan bir neçə ölkəsi bu konvensiyanı hələ də ratifikasiya etməyib. Məsələn, Fransanın adını çəkmək olar: "Ümumiyyətlə, Avropa Şurasının əksər üzvləri indiyə kimi bu konvensiyanı ratifikasiya etməkdən imtina edirlər. Düzdür, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə çalışır və demək olar ki, bu öhdəliklərin böyük əksəriyyətini tam uğurla yerinə yetirib. Ancaq bu heç də o demək deyil ki, biz bu konvensiyanı mütləq ratifikasiya etməliyik. Bir daha qeyd edirəm ki, Azərbaycanda nə milli, nə dini zəmində, nə də milli azlıqların dillərinin qorunması sahəsində problem var. Elə bir problem tarixən müvcud olmayıb və ola da bilməz. İkincisi, Avropanın ən inkişaf etmiş, ən demokratik dövlətləri sayılan ölkələr, konkret olaraq, Fransa belə bir konvensiyanı ratifikasiya etməyibsə, onu nəyə görə biz təsdiq etməliyik? Şəxsən mənə elə gəlir ki, belə bir konvensiyanın ratifikasiya edilməsinə zəruri ehtiyac yoxdur. Bu ölkə hamımızındır, hər bir Azərbaycan vətəndaşınındır və inanmıram ki, özünü azərbaycanlı, vətəndaş sayan hər hansı bir şəxs bu ölkədə kənar qüvvələrin təsirilə milli, dini, etnik zəmində hansısa problemin, qarşıdurmanın yaranmasına imkan versin. Azərbaycan dini, etnik, milli tolerantlıq səviyyəsinə görə ən azı ətrafındakı dövlətlərə və eləcə də bir sıra qabaqcıl dünya, Avropa ölkələrinə çox gözəl bir nümunədir". Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan "Alternativ xidmət haqqında" qanunun qəbuluna gəlincə, Qənirə Paşayeva dedi ki, bu gün ölkəmiz Ermənistanın təcavüzünə məruz qalıb. Torpaqlarımızın 20 faizindən çoxu ermənilərin işğalı altındadır. Bir milyondan artıq qaçqın, köçkünümüz var. Ölkəmiz hələ də müharibə vəziyyətindədir: "Belə olan vəziyyətdə Azərbaycanın bu cür öhdəliyi yerinə yetirməsi və qanunu qəbul etməsi nə dərəcədə düzgündür? Şəxsən mən indiki vəziyyətdə belə bir qanunun qəbul edilməsinin tamamilə əleyhinəyəm. Açığını desəm, mən bu qanunun gələcəkdə də qəbuluna tərəfdar deyiləm. Qoy, bizi başqalarıyla eyniləşdirməsinlər, bərabər tutmasınlar və səhv salmasınlar. Azərbaycanı bu məsələdə Avropa Şurasının üzvü olan başqa ölkələrlə müqayisə etmək olmaz". Millət vəkili bu gün Almaniyanın, Fransanın, Danimarkanın, Avropa Şurasının üzvü olan əksər dövlətlərin Azərbaycan kimi işğal olunmuş ərazilər, ərazi bütövlüyü problemi olmadığını söylədi. Azərbaycan işğaldan əziyyət çəkən bir ölkədir, həm də işğalın səbəbkarı elə həmin AŞ-ın bərabərhüquqlu üzvü olan Ermənistandır: "Ona görə də müharibə başa çatmayana, öz ədalətli həllini tapmayana, torpaqlarımız işğaldan qurtarmayana qədər belə bir qanunu qəbul etmək heç cür mümkün deyil. Eyni zamanda, mənim bildiyim qədər bu qanun üzərində iş gedir, o ekspertizadadır və həmin işlər, ekspertiza başa çatdıqdan sonra qanun layihəsinin parlamentin gələcək sessiyalarından birinin müzakirələrinə çıxarılması gözlənilir. Biz də, bir millət vəkili olaraq, bu qanun layihəsini gözləyirik. Onunla daha müfəssəl tanış olmaq istəyirik. Yəni, bu tanışlıqdan sonra qanun layihəsi ilə bağlı daha konkret fikir söyləmək mümkündür. Ancaq bununla belə, mən yenə də indiki məqamda belə bir qanunun qəbulunun qəti əleyhinəyəm və o parlament müzakirələrinə çıxarılarsa, yəqin ki, bu müzakirələr çox gərgin keçəcək və mən şəxsən onun əleyhinə səs verəcəm". Belə fikirlər də səslənir ki, həmin qanunun qəbulu gələcəkdə həm də ölkədə missionerlik fəaliyyətinin güclənməsinə, ölkəmizin milli maraqlarına təhlükə yaranmasına gətirib çıxara bilər. Qənirə Paşayevaya görə, bu cür fikirlər də əsassız deyil. Məsələn, bəzi dini icmalar, sektalar, təriqətlər - xüsusilə də Azərbaycanın maraqlarına zidd olan dini cərəyanlar ələ silah götürməni, müharibədə iştirakı yasaq edirlər. Bu baxımdan bir çoxları hərbi xidmətdən, ordudan, müharibədən yayınmaq üçün həmin zərərli dini cərəyanlara üz tuta bilərlər. Ümumiyyətlə, bu qanununun qəbulu hərbi xidmətdən, ordudan yayınmada bir "münbit şərait", "baza" rolunu oynaya bilər: "Bu isə bizim üçün hər bir halda arzuolunan deyil. Odur ki, mən əvvəldən belə bir qanunun qəbulunun əleyhdarlarından olmuşam və bu gün də öz mövqeyimdə qalıram. Eyni zamanda inanmıram ki, Azərbaycan parlamenti gələcəkdə Azərbaycanın maraqlarına zidd ola biləcək məqamların əks olunduğu bir qanun layihəsini qəbul etsin". xalqcebhesi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi