Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Dünyanın başı Tehran hakimiyyətinin israrla həyata keçirmək istədiyi atom-nüvə proqramı və Yaxın Şərqdə terrorçuluğu dəstəkləməsi kimi məsələlərə qarışdığı halda, İslam Respublikası milli haqların təmini uğrunda mübarizə aparan Güney Azərbaycan türklərinə qarşı təzyiqləri artırır. Ötən ay ərzində həbs olunmuş hərəkat təəssübkeşləri barədə bəzi məlumatı diqqətinizə çatdırmaq istərdik. Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Əli Taşkəndin BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına, habelə bir sıra beynəlxalq qurumlara ünvanladığı müraciətdə deyilir: "İran İslam Respublikası fars olmayanların milli və insan haqlarını inkar etməkdədir. 30 milyondan çox Azərbaycan türkü ən ibtidai haqqı olan ana dilində təhsildən belə məhrumdur. İran hakimiyyəti Azərbaycan türklərinin adət-ənənələri ilə bağlı məsələləri də siyasiləşdirir, bu yöndə fəaliyyət göstərənləri təqib edir. İş o yerə çatıb ki, şirniyyat üzərindəki rənglərə belə nəzarət edir, azərbaycanlıların toy mərasimlərində ana dilində danışıb milli musiqi çaldıranları basqıya məruz qoyur. Son günlər polis hərəkatçılara, özəlliklə tələbələrə qarşı təzyiqləri artırıb. Aparılan bu sayaq qanunsuz əməliyyatlar qanuni haqların təmin olunması uğrunda mübarizə aparanların güvənsizliyini bildirməyə əsas verir" . Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi, "Savalanın səsi" və "Haqqımız"a istinadən hazırlanmış hesabatda həbs olunmuş tələbələrin və gənclərin adları müraciət edilən qurumların məsullarının nəzərinə çatdırılıb. Güney Azərbaycanın Zəncan şəhərindən tutulanlar bunlardır: Arəş Rayeji - Zəncan Universitetinin tələbəsidir. Tehranda qadın haqlarının tapdanmasına etiraz aksiyasında iştirak edib. ETTELAAT əməkdaşları tərəfindən tutulub. Peyam Şəkiba da bu ali təhsil ocağının tələbəsidir. O da oxşar aksiyada iştirak etdiyi üçün həbs olunub. Hər iki tələbə həbsxanda işgəncəyə məruz qalıb. Təbriz Universiteti mexanika fakültəsinin magistraturasında son imtahanlardan çıxan Səccad Radmehr, hquq fakültəsinin tələbələri: 23 yaşlı Fəraz Zehtabi, 23 yaşlı Aydın Xacei, habelə 29 yaşlı Daryuş və Şahruh Xatəmi qardaşları da həbs olunublar. "Azadlıq" radiosunun məlumatına görə, onlara qohumları ilə görüşməyə icazə verilmir. Onların saxlanıldıqları yer isə ETTELAAT-ın Təbrizdəki şöbəsi ailə üzvlərinin məhbuslara paltar gətirməsini istəyəndən sonra bəlli olub. Aydın Xaceinin qardaşı Ramin bildirib: "Qardaşımı ETTELAAT oğurlayıb. Onu həbs edərkən heç bir sənəd təqdim etməyiblər. Bundan sonra evimizə tökülüşdülər, qanunsuz axtarış apardılar. Qanunla yasaqlanmış heç nə tapmadılar. "Əsli və Kərəm", "İran türklərinin tarixi" kitablarını götürdülər. Bizə qardaşımın tutulma səbəbi, neçə gün saxlanılacağı haqda məlumat vermədilər". Ramin Xacei Aydının həbs edilməsini onun milli haqlar uğrunda mübarizə aparması ilə əlaqələndirib. "Burada kimsə "yaşasın Azərbaycan!" və ya "yaşasın dilim!" yaxud sadəcə, "mən türkəm, türkcə yazıb-oxumalıyam" desə, onu həbsxanaya salırlar. Bizim Aydın bəy də belələrindəndir", - deyə o söyləyib. Raminin sözlərinə görə, qardaşı milli haqlar uğrunda mübarizə apardığı üçün əvvəllər də iki semestr tədrisdən uzaqlaşdırılıb. Elə Səccad Radmehr də magistrlik işini altı aylıq qadağadan sonra müdafiə edib. Bir müddət öncə onun təhsilini davam etdirməsindən ötrü imza toplanılmışdı. Bundan sonra o, imtahanlara buraxılmışdı. Ancaq tələbələrin sevinci uzun sürməyib, S.Radmehr yenidən həbs edilib. Səccadın bacısı İlahə Radmehr bildirib ki, 2006-cı ilin may hadisələrindən sonra tələbə-gənclərə qarşı təzyiqlər artıb. İlahə məsələ ilə bağlı bunları söyləyib: "Qardaşımgil qanunsuz bir iş görməyib. Əslində, bizə millət gözü ilə baxmırlar. Bunlar 30 milyonluq azərbaycanlının dilini yerli-dibli danırlar. Deyirlər: "Sizin diliniz Pəhləvidən qalmadır. Ona görə də "mənim dilim var" deməyə haqqınız yoxdur". Bunun qarşısında duran hər kəsi aradan götürürlər. Bu yolda çoxlarını öldürüblər. Bir neçə həftə əvvəl Fərhad Möhsüninin cəsədini göldən tapdılar. Onu da ETTELAAT oğurlamışdı. Beynəlxalq hüquq ayaq altına atılıb". Güney Azərbaycan Öyrənci Qadınlar Birliyinin yaydığı xəbərə əsasən, Urmiya Universiteti şəhərsalma fakültəsinin sonuncu kurs tələbəsi İlahə Radmehr də universitetin nizam-intizam komitəsinə çağırılaraq çeşidli təzyiqə məruz qalıb. O, universitetdən qovulacağı və tutulacağı ilə hədələnib. Təbriz Universiteti tələbələrinin təhlükəsizlik komitəsi tərəfindən qovulması qərarına etiraz edən Urmiya universitetinin 97 tələbəsi çeşidli təzyiqə məruz qalmaqdadır. Onların arasında İlahə Radmehr də var. İyulun 10-da isə Təbriz Universitetinin 37 tələbəsi cəzalandırılıb. Onlar futbol üzrə Avropa yarışmasında Türkiyə millisinə tərəfkeşlik etdikləri üçün universitetin nizam-intizam komitəsinə çağırılıblar. İran hakimiyyəti Ərdəbil Universiteti tələbələrinin nəşr etdiyi "Sayan" adlı dərgini qapadıb. Bu jurnal Güney Azərbaycanın tarixi, mədəniyyəti və ictimai problemlərindən yazırdı. Dərgiyə Əsgər Əkbərzadə rəhbərlik edirdi. Təhsilini başa vurduqdan sonra o, redaktorluqdan istefa verib. Ötən ayın birinci ongünlüyündə güc strukturları Əsgər Əkbərzadə və Hüseyn Hüseyninin hər birindən uyğun olaraq 30 min və 10 min dollar girov almaq qarşılığında onları müvəqqəti azadlığa buraxıb. Milli Hərəkatın tanınmış təəssübkeşlərindən biri, jurnalist, hüquq müdafiəçisi Şahnaz Qulami də İnqilab Məhkəməsinin Təbrizdəki şöbəsinə çağırılaraq həbs ediləcəyi ilə hədələnib. Xorasan türklərindən yazıçı-jurnalist Əliəkbər Tahiri də iyulun əvvəlində həbs olunub. Onun ailəsinə Ə.Tahiri barədə indiyədək məlumat verməyiblər. 27 yaşlı Həmid Valai də 2006-cı ilin may etiraz aksiyalarında iştirak etdiyinə görə həbs olunmuşdu. O, "Dilmac" jurnalında elmi məqalələrlə çıxış edirdi. Ancaq hakimiyyət onun məqaləsinin bu dərgidə çapını yasaqlayıb. "Baybak"ın məlumatına görə, Həmid Valai tutularaq ETTELAAT-ın həbsxanasında işgəncəyə məruz qalıb. Onun üçün yaradılmış saytda bildirilib ki, işgəncəyə məruz qaldığı zaman 4 dişi sınıb, sağ ayağı zədələndiyindən yeriyə bilmir, habelə çətinliklə danışır. Onun həbsi azərbaycanlı tələbələrin çoxsaylı etirazı ilə qarşılanıb. Ailəsi Həmid Valainin həbsxanadakı ağır durumu ilə bağlı İran İslam Respublikasının məhkəmə sisteminə açıq məktubla müraciət edərək onun suçsuz olduğunu və işgəncəyə məruz qaldığını vurğulayıb. Məktubda o da bildirilib ki, həbsxanada H.Valaiyə qarşı davranış İranın Ana Yasasına ziddir. O, Azərbaycanlı Tələbə və Müəllimlər Birliyinin üzvüdür. Azərbaycanlı tələbələrin nəşr etdiyi bir sıra dərgilərdə Azərbaycana dair elmi məqalələrlə çıxış edirmiş. İyulun 21-də Səhənd Universiteti Tibb mühəndisliyi fakültəsinin tələbəsi Əli Abdullazadə və həmin ali təhsil ocağının Elektrik mühəndisliyi fakültəsinin tələbəsi Peyman Qulami yaşadıqları mənzildə İran Milli Təhlükəsizlik və İnformasiya Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar. Onlar İranın "milli təhlükəsizliyinə qarşı çıxışlar etmək"də, "ölkə rəhbərlərini "monqol" adlandırmaq"da, "İslama qarşı təbliğat aparmaq"da və "universitet mühitini siyasiləşdirməyə cəhd"də ittiham edilirlər. 36 yaşlı Qulamrza Nəcəfi isə iş yerində həbs olunub. İranın təhlükəsizlik orqanlarının əməkdaşları onun yaşadığı mənzildə axtarışlar aparıb, Q.Nəcəfiyə aid SD və plakatlar qanunsuz olaraq müsadirə edilib. Hərəkat təəssübkeşlərindən biri, Güney Azərbaycanın Urmiya şəhərinin sakini Huşəng Nağızadə də tutularaq yerli həbsxanaya aparılıb. O, ötən ilin fevralında Beynəlxalq Ana dili günü keçirilən tədbirlərdə iştirak etdiyinə görə tutularaq təzyiq və işgəncəyə məruz qalmışdı. 6 ay azadlıqdan məhrumetmə cəzası aldıqdan sonra Apellyasiya məhkəməsinə müraciət etmiş, bundan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Bu ayın əvvəlində İran polisi onu iş yerində həbs edib və hazırda o, Urmiya həbsxanasının 12-ci bölməsində saxlanılır. Güney Azərbaycanın Ərdəbil şəhərindən olan hərəkat təəssübkeşi Əli Abbasi isə 5 il azadlıqdan məhrum edilərək yerli həsbxanaya yerləşdirilib. İki il öncə o, İnqilab Məhkəməsinin Ərdəbildəki şöbəsinin hakimi Həsənzadə tərəfindən "casusluq"da ittiham edilərək 11 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Apellyasiya məhkəməsinə müraciətdən sonra bu müddət 5 illə əvəzlənmişdi. Abbasinin qardaşı bildirib ki, iki il öncə Əli ETTELAAT məmurları tərəfindən həbs edilmiş, "hakimiyyətə qarşı mübarizə" və "casusluq" ittihamı ilə 38 gün bu qurumun təcridxanasında ağır işgəncəyə məruz qalaraq saxlanılmışdı. Onun sözlərinə görə, işgəncələr və çeşidli təzyiqlər nəticəsində bu ittihamı onun boynuna qoymuşdular. "Azadlıq" radiosunun məlumatına əsasən, ötən ayın sonlarında İranın Rəşt şəhərində Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparanlardan biri - Vədud Əsədi İnqilab məhkəməsinin yerli bölməsinə aparılıb. O, Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş başçısıdır. V.Əsədi tələbə qəzetlərindəki çıxışları ilə tanınır. Bacısı Suməyya Əsədi hadisə ilə bağlı bunları söyləyib: "Toyundan iki həftə sonra həbs etdilər. Səhər saat 7-yə yaxın gəldilər, kağız göstərdilər, "icazəmiz var" dedilər. 4-ü içəri girdi, ikisi qapıda qaldı. Otaqları gəzdilər. Vədudun yazılarını, xatirə dəftərini, kitablarının hamısını apardılar. Fotoşəkil albomlarını, toyda çəkdirdiyi şəkilləri götürdülər. Vədudun toyunda tortun üzərində Azərbaycan bayrağının şəklini vermişdik. Yalnız milli mahnılar oxuyurduq. Toyda fars musiqisi əsla çalınıb oxunmadı. Hamımız türkü dedik, bütün toylardakı kimi güldük, oynadıq. Öz bayrağımızı çıxardıq, özgəsininkini neynirik. Güman edirəm ki, elə buna görə də Vədudu tutublar. Çünki gələnlər bizdən həmin toyun kasetini istədilər". S.Əsədi qardaşının "separatçı" olmadığını, yalnız ana dili uğrunda mübarizə apardığını söyləyib: "Biz bölücü-filan deyilik. Amma mən türkəm, türkcə danışıram. Bir məmləkətdə 35 milyon türk olduğu halda, onun öz dilində yazıb-oxuya bilməməsi nə deməkdir? Bu insanlar öz adətinə uyğun toy edə, ana dilində çalıb-oxuya bilməzlərmi? Onun bu haqqı da yoxdur? Toy tortunun üstünə bayraq şəkli çəkdiyinə görə adamı tutarlar?" Vədud Əsədinin həyat yoldaşı Zəhra Purəsəd ərinin tutulması səbəbini bilmədiyini söyləyib. Jurnalistin "cəmi iki həftədir ailə qurmusunuz, həyat yoldaşınızı həbs ediblər. Hansı hissləri keçirirsiniz" sualına cavabında Zəhra xanım deyib: "İftixar edirəm ki, vətən yolunda tutulub. Oğurluq, əyyaşlıq və başqa pisliklər etməyib, vətən uğrunda çalışdığı üçün tutulub, ona görə də mən onunla fəxr edirəm". Tehran hakimiyyəti tələbələri həbs edir, onlara işgəncə verir, görmədikləri işləri zorla onların boynuna qoymaq istəyir. Bunlar azmış kimi, gənclərin dərgilərini də qanunsuz olaraq qapadır. Təbriz Universitetinin tələbələri "Səttarxan" adlı dərgi buraxırdılar. Həmin jurnalda Azərbaycanın milli-mədəni və ədəbi həyatına dair yazılar çap olunurdu. İlk sayı dərc edildiyi gündən indiyə qədər hakimiyyət çeşidli maneələr yaradıb. Dərginin məsulu Hüseyn Ədiban bildirib ki, qapadılma ilə bağlı ona xəbərdarlıq edilməyib. Onun fikrincə, görünür, "Səttarxan"ın sonuncu sayının "Azərbaycan Öyrənci Hərəkatına" həsr olunması ETTELAAT məmurlarını narahat edib. Hələ bir neçə ay öncə Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin yaydığı məlumatda bildirilmişdi: "Hazırda Azərbaycan Milli Hərəkatının 1500-dən çox təəssübkeşi ilə bağlı məhkəmə işi var. Bəzilərinin məhkəmə işi 2002-ci il dekabrın 12-dən qalmaqdadır. Həmin insanların zaminə buraxılması və ya başqa tələblə məhkəməyə təqdim etdikləri sənədlər hələ də geri qaytarılmayıb. Bu şəxslərin bir çoxu 2003, 2004, 2005 və 2006-cı illərdə Babək qalasına yürüş zamanı həbs olunub. Bir qrup isə 2006 və 2007-ci ilin may etiraz aksiyalarına, habelə ana dilində təhsil tələbi ilə keçirilən tədbirlərə qatıldıqlarına görə tutulub". Onu da qeyd edək ki, yuxarıda adlarını sadaladığımız şəxslərin bəziləri müvəqqəti olaraq azadlığa buraxılsa da, barələrində açılmış "cinayət işi"nə xitam verilməyib. Bu baxımdan komitənin bəyan etdiyi saya daha bir neçə yüz azərbaycanlının adının əlavə ediləcəyi istisna olunmur. S.SƏDRƏDDİN
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
Urmu gölü qırmızı oldu
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İranda ərzaq qiymətləri 128 faizi keçdi
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir