Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Yüzlərlə insanın ölümü ilə nəticələnən gürcü-rus müharibəsi səngimək bilmir. Dünən Gürcüstan prezidenti Mixail Saakaşvili dünən Cənubi Osetiyada atəşi dayandırmaq barədə qərar qəbul edib. Fransa və Finlandiya xarici işlər nazirləri tərəfindən hazırlanan sənədin mətni açıqlanmasa da, sənədin imzalanmaq üçün Moskvaya aparılacağı bildirilib. Fransanın xarici işlər naziri Bernar Kuşnerin başçılıq etdiyi beynəlxalq sülh missiyası atəşin dərhal kəsilməsini, yaralılara tibbi yardım göstərilməsini, münaqişə zonasından gürcü və rus qoşunlarının münaqişə zonasından çıxarılmasını təklif edir. Lakin hərbi əməliyyatlar səngimək bilmir. Dünən səhər Gürcüstanın Qori şəhəri yenidən Rusiya təyyarələrinin zərbələrinə məruz qalıb. BMT-nin Qaçqınlar Agentliyinin yaydığı məlumata görə, son günlər 40 minə qədər adam Qorini tərk edib. Alınan xəbərlərə görə, Rusiya təyyarələri Tbilisinin kənarlarına yeni hava reydləri edib. Gürcüstanın DİN-in məlumatında isə 50-dən çox Rusiya təyyarəsinin Tbilisi yaxınlığındakı hərbi bazanı və radar qurğusunu hədəfə aldığı vurğulanıb. Rusiya, həmçinin Gürcüstana ultimatum verərək tanınmamış Abxaziya bölgəsi yaxınlığında olan Gürcüstan qüvvələrinin tərksilah olunmasını tələb edib. Əks halda onların hücumla üzləşməli olduqlarını bəyan edib. "İnterfaks"ın məlumatına görə, Gürcüstan ultimatumu rədd edib. Moskva, həmçinin Abxaziyadakı qüvvələrinin sayını 9 minə qədər artırıb. Separatçı Abxaziya hakimiyyəti artıq geniş hərbi mobilizasiya elan edərək gürcü qüvvələrini Kodor dərəsindən geri atmaq üçün əməliyyat həyata keçirib. Beynəlxalq birlik isə Gürcüstana yalnız sözdə ürək-dirək verir. ABŞ-ın vitse-prezidenti Dik Çeyni Mixail Saakaşvili ilə telefon söhbətində deyib ki, Rusiya öz təcavüzünə görə cavab verməli olacaq. Türkiyə də yaxın qonşusu Gürcüstanda baş verənlərdən narahatdır. Proseslərin gedişindən narahat olan Türkiyə rəhbərliyi tərəfləri atəşkəs elan etməyə və danışıqlar masası ətrafına oturmağa dəvət edir. Şifahi bəyanatlarla kifayətlənməyən Ankara konkret addımlar ataraq Rusiya və Gürcüstan rəhbərləri ilə telefon danışıqları da aparmağa cəhd edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan artıq Gürcüstan prezidenti Mixail Saakaşviliyə zəng edərək baş verənlərdən narahat olduqlarını bildirib. Ərdoğanın Rusiyanın baş naziri Vladimir Putinlə danışmaq cəhdi isə baş tutmayıb. Türkiyənin "Hürriyət" qəzetinin xəbərinə görə, Putin telefona gəlməyib. Qəzetin yazarı Fatih Çekirgə hesab edir ki, Putinin incikliyinin səbəbləri var: Ermənistanın Rusiya ilə isti münasibətləri fonunda Türkiyənin Gürcüstanı yanına almaq cəhdi və Türkiyənin Gürcüstana ABŞ-ın dəstəyi ilə hərbi yardım göstərməsi. Dünən axşama yaxın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Gürcüstanda daha iki hərbi təyyarəsinin vurulduğunu etiraf edib. Məlumatda 1600 dinc sakinin öldüyü də iddia edilib. Rusiya Baş Qərargah rəisinin müavini Anatoli Naqovitsın keçirdiyi mətbuat konfransında son iki gündə gürcü-osetin münaqişəsi zonasında iki Su-25 təyyarəsinin düşürüldüyünü deyib. O, Rusiyanın itkilərini belə sıralayıb: "Ümumilikdə 4 təyyarə itirmişik, 18 nəfər öldürülüb, 14 nəfər itkin düşüb". Rusiya prezidenti Dmitri Medvedyev isə gürcü-osetin münaqişəsi zonasında "sülhə məcbur etmə əməliyyatı"nın əhəmiyyətli hissəsinin başa çatdığını bəyan edib. O, Sxinvalinin Rusiya "sülhməramlı qüvvələri"nin nəzarətində olduğunu bildirib. Prezident qeyd edib ki, Cənubi Osetiyadakı Rusiya vətəndaşlarının qorunması üçün bütün addımlar atılacaq. Onun sözlərinə görə, Rusiya Qafqazda baş verənlərə biganə qala bilməz. İraqda xidmət edən gürcü kontingentinin bir hissəsi isə artıq Tbilisiyə gətirilib. Bu barədə məlumatı Gürcüstanın reinteqrasiya məsələləri üzrə naziri Temur Yakobişvili verib. Onun sözlərinə görə İraqdan qayıtmış gürcü əsgərlər Cənubi Osetiyadakı hərbi əməliyyatlarda iştirak edə bilər. Onu da qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi atəşkəs elan etməsi ilə bağlı notanı Rusiyanın Tbilisidəki səfirliyinə təqdim edib. Notada Cənubi Osetiyadakı gürcü əsgərlərinin atəşkəs elan etdikləri qeyd olunub. Sənəddə, həmçinin qeyd olunub ki, müharibə bölgəsində bütün silahlı qoşun növlərinin geri çəkilməsi zəruridir. Gürcüstan yaralıların və mülki əhalinin hərbi bölgədən çıxması üçün humanitar dəhliz açdığını qeyd edib. Gürcüstan notada Rusiya ilə danışıqlara başlamağa hazır olduğunu da vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyi isə notanın onlara çatdığını təsdiqləsə də, Gürcüstanın hələ də Cənubi Osetiya ərtrafında atəşi kəsmədiyini bildirib. Bu arada bəlli olub ki, Gürcüstan ölkə ərazisindən Ermənistana ötürülən Rusiya təbii qazının miqdarını azaldıb. "Novosti-Armeniya" agentliyinin verdiyi məlumata görə, "ArmRosqazprom" erməni-rus birgə müəssisəsindən bildiriblər ki, Gürcüstan xəbərdarlıq etmədən Ermənistana qaz ixracını ixtisar edib. Gürcüstan prezidenti Mixail Saakaşvili baş verən hadisələrlə bağlı "The Wall Street Yournal" qəzeti üçün məqalə yazıb. "Gürcüstanda müharibə - Qərbə müharibədir" başlıqlı məqalədə prezident bildirib ki, Cənubi Osetiya münaqişəsi Avropada və keçmiş SSRİ respublikalarında azadlığa təhlükə törədir. Gürcüstan prezidenti Kremli çoxsaylı provokasiyalar törətməkdə, Abxaziya və Cənubi Osetiyanın separatçı reyimlərə nəzarət etməkdə suçlayıb: "Mən öz ölkəmi silah gücünə deyil, sülhlə birləşdirmək istəyirəm. Niyyətim odur ki, münaqişə bölgəsində yaşayan insanlar Gürcüstan kimi çiçəklənən demokratik ölkənin bütün uğurlarını paylaşsınlar". Ekspertlərin qənaətincə, Rusiyanın Gürcüstana təcavüzü davam etdikcə ABŞ-ın Rusiyaya olan münasibəti sərtləşir. Artıq bütün ABŞ mediası konflikt zonasından geniş reportaylar hazırlayır və ABŞ rəsmilərinin getdikcə sərtləşən bəyanatlarını yayımlayır. Siyasi şərhçilər də Rusiyanın bu təcavüzünün uzunmüddətli nəticələri ola biləcəyindən narahatlıq ifadə edərək həm ABŞ-ın, həm də NATO-nun bu məsələdə daha qətiyyətli mövqe nümayiş etdirmələri zərurətini vurğulayıblar. "Nyu York Post"da geniş məqalə ilə çıxış etmiş mühafizəkar şərhçi Ralf Peters "Gürcüstanın zorlanması" başlıqlı yazısında Rusiyanın son hərəkətlərini Almaniyanın Polşaya hücumu və Sovet İttifaqının soyuq müharibə dövründəki hərbi müdaxilələrinə bənzədib. Ralf Peters Rusiyanın bu təcavüzdə nəyə nail olmaq istədiyinə də aydınlıq gətirərək yazır ki, bu qədər beynəlxalq təzyiq altında yəqin ki, məqsəd Gürcüstanı tam işğal etmək deyil: "Sxinvalinin nəzarətə götürülməsi, hərbi zərbələrlə Gürcüstanın strateyi şosse yolunun, onu Qərblə birləşdirən dəmir yolu və strateyi neft kəmərlərinin, həmçinin bu ölkənin dəniz limanlarının sıradan çıxarılması bu ölkəni faktiki iki yerə bölmüş olar və onun iqtisadiyyatını dayandırar. Onun fikrincə, bu zərbələrlə Rusiya Gürcüstanın sürətlə inkişaf edərək NATO-ya inteqrasiya etməsinin qarşısını almaq məqsədi güdür. Son məlumatlara görə, Gürcüstan Rusiyanı gürcülərə qarşı geniosiddə ittiham edib. Gürcüstan daxili işlər nazirinin müavini Yekaterina Zquladze bildirib ki, ölkəsi Rusiyanı törətdiyi qətliama görə beynəlxalq Haaqa Məhkəməsinə vermək qərarına gəlib. O, gürcülərin 1992-ci ildən Rusiya tərəfindən genosidə məruz qaldığını vurğulayıb. Rusiya mətbuatının məlumatında o da qeyd edilib ki, axşama yaxın gürcülər Cənubi Osetiyanın bombalanmasını bərpa ediblər. "Böyük səkkizlik" ölkələrinin xarici işlər nazirləri Rusiyanı atəşin dərhal dayandırılması haqqında Gürcüstanın çağırışlarına qulaq asmağa çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi yurnalistlərə bildirib. O da bəlli olub ki, Avropa Şurasının baş katibi Terri Devis, AŞ Nazirlər Komitəsinin sədri Karl Bildt və Fransa prezidenti Nikola Sarkozi bu gün Tbilisiyə gələcək. Azər NURİYEV kaspi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi