Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Gürcüstanla Rusiya arasında müharibənin fəsadlarının Azərbaycanın da maraqlarına toxunması ölkəmizin məsələyə çox ciddi yanaşmasını diqtə edir. Azərbaycanın dövlət başçısının müharibə başlayandan olimpiadanın keçirildiyi Pekində olması və təcili Bakıya qayıtmaması birmənalı qarşılanmır. Bəzi siyasətçilər və ekspertlər İlham Əliyevin baş verənlərə hələ ki şəxsən münasibət bildirməməsini və ölkədə olmamasını ən optimal variant hesab edir. Bu fikirdə olanların arqumenti bundan ibarətdir ki, dövlət başçısı Bakıda olsaydı, baş verənlərə şəxsən münasibətini ortaya qoymalı idi. Ortaya qoyulan mövqenin isə zərərli tərəfləri də şübhəsiz ki, olacaqdı. Bir sıra siyasilər və ekspertlər isə prezidentin bu cür həssas məqamda ölkə xaricində olmasını yanlışlıq kimi dəyərləndirir. Onlar hesab edir ki, İlham Əliyev müharibə başlayan kimi təcili surətdə Bakıya dönməli idi. ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, ilk növbədə onu nəzərə almaq lazımdır ki, Gürcüstanda yarım milyona yaxın azərbaycanlı öz dədə-baba yurdlarında yaşayır. Azərbaycan dövləti onların təhlükəsizliyini təmin etmək baxımından məsələyə aktiv müdaxilə etməlidir. İkincisi, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova yeni yaranmış GUAM-ın üzvüdür. Bu dörd dövlət GUAM çərçivəsində qarşılıqlı öhdəliklər götürüblər: “Təhlükəsizlik və hərbi yardım məsələlərində əməkdaşlıq etmək istiqamətində müəyyən müqavilələr imzalanıb. GUAM-ın üzvü olan hər hansı dövlətin zəifləməsi bu təşkilata çox ciddi zərbədir. Mən düşünürəm ki, təcili olaraq GUAM-ın sammiti çağırılmalıdır. Rusiyanın aqressiyası ilə bağlı ən azı GUAM çərçivəsində ciddi qərarlar qəbul edilməlidir”. ADP sədri vurğuladı ki, Gürcüstanla bağlı yaranmış vəziyyətin ən çox zərbə altında saxladığı ölkələrdən biri Azərbaycandır: “Azərbaycanın demək olar bütün strateji kommunikasiya xətləri Gürcüstandan keçir. Bakı-Tiflis-Qars dəmir yol, Bakı-Tiflis-Ceyhan neft kəməri, ”Nabukko" qaz kəməri, TRASECA layihəsi və digər layihələr faktiki olaraq təhlükə altına düşür. Bu layihələr Azərbaycanın müstəqilliyi üçün çox ciddi təminatlardandır. Gürcüstan Rusiyanın nəzarəti altına keçərsə, təkcə Azərbaycan yox, Türkiyə və Qərb də Rusiyanın enerji asılılığına düşəcək". S.Cəlaloğlu vurğuladı ki, bütün sadalanan məsələlərlə bağlı Azərbaycanın dövlət başçısı təcili olaraq Bakıya qayıtmalı və ölkəmizin dövlət mövqeyi ortaya qoyulmalıdır: “Rusiyanın aqressiyası pislənməlidir. Rusiya hərbi qüvvələrinin Gürcüstan ərazisindən çıxarılması tələb edilməlidir. Eyni zamanda Gürcüstanla Osetiya arasında danışıqların başlanması çağırışı edilməlidir. Əks halda, Cənubi Qafqazda çox təhlükəli tendensiyalar inkişaf edəcək”. ADP sədrinin sözlərinə görə, Gürcüstan hakimiyyətinin atdığı addımın vaxtı düzgün müəyyənləşməyib. Bu addımın atılması üçün lazım olan diplomatik hazırlıq getməyib: “Bu gün bütün beynəlxalq təşkilatlar yay tətilinə çıxıb. Bəzi dövlətlərin rəhbərləri və parlamentləri yay istirahətindədir. İndiki halda bu cür ciddi hadisələrin baş verdiyi vaxtda həmin beynəlxalq qurumların proseslərə çox ciddi müdaxiləsi tələb olunur. Ancaq görürsünüz ki, açıq müdaxilə yoxdur. Digər tərəfdən, Gürcüstan Rusiyanın ata biləcəyi addımları düzgün proqnozlaşdırmayıb. Rusiyanın son vaxtlar Gürcüstan sərhədlərini tez-tez pozması Gürcüstan üçün siqnal olmalı idi”. S.Cəlaloğlunun fikrincə, Rusiyanın Gürcüstanda həyata keçirdiyi işğalçılıq hərəkəti göstərdi ki, postkommunist məkanında baş verən bütün münaqişə ocaqlarının, separatçı rejimlərin arxasında hansısa etnik qruplar, kiçik dövlətlər yox, məhz Rusiya dayanır: “Ona görə də artıq bu hadisədən sonra postkommunist məkanındakı münaqişələrin həlli istiqamətində aparılan danışıqlar birbaşa Rusiya ilə aparılmalıdır. Azərbaycan separatçı Qarabağ rejimi ilə, Ermənistan dövləti ilə danışıq aparmamalıdır. Danışıqlar Rusiya ilə aparılmalıdır”. Deputat Zahid Oruc isə prezidentin Pekin səfərini yarımçıq qoyub təcili vətənə dönməsinin vacibliyi fikirləri ilə razılaşmır. Səbəbini də onunla izah edir ki, Azərbaycan dövlət olaraq mövqeyini Xarici İşlər Nazirliyi vasitəsilə açıqlayıb, eləcə də dövlət başçısına vəziyyətlə bağlı müntəzəm məlumat verilir. Onun tapşırıqları olur və icra edilir: “Azərbaycanın hakimiyyət strukturları Gürcüstanla bağlı yaranan vəziyyəti diqqətlə izləyir. Çünki Gürcüstanda məlum vəziyyətin yaranması Azərbaycanın da iqtisadi və strateji maraqlarına ziddir. Azərbaycanın rəsmi mövqeyi belədir ki, biz Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyırıq”. Z.Orucun sözlərinə görə, Rusiya Gürcüstanla bağlı məsələdə mənəvi və siyasi cəhətdən məğlub olub: “Rusiyanın yeganə üstünlüyü hərbi üstünlükdür. Dünya ictimaiyyəti gördü ki, Rusiya bütün hüquq normalarından kənar addımlar atdı. Eyni zamanda bir fakt da əyani şəkildə ortaya çıxdı ki, postsovet məkanında olan separatçı qüvvələrin arxasında Rusiya dayanır”. Etibar SEYİDAĞA musavat
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi