Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Rusiyanın Gürcüstan üzərinə görünməmiş hərbi təcavüzü və bütün dünyanın gözü qarşısında suveren ölkənin ərazilərinin bir hissəsini işğal edərək mülki obyektləri bombardman etməsi Azərbaycanı ciddi xarici təhdidlə qarşı-qarşıya qoyub. Çünki ruslar işarə edirlər ki, onlar dayanmaq niyyətində deyillər və əsas hədəfləri bütün Qafqazda nəzarəti ələ keçirmək, Qərbi regiondan birdəfəlik sıxışdırmaq və orada öz bazalarını yerləşdirib region ölkələrinin müstəqilliklərinə faktiki son qoymaqdır. Bu baxımdan şimaldan gələn təhlükə hələlik Gürcüstanı vursa da, Azərbaycanın da narahat olmaq üçün kifayət qədər ciddi əsasları var. Heç kim təminat vermir ki, Rusiyanın hərbi təcavüzü bu və ya başqa formada ölkəmizə qarşı yönəlməyəcək. Söhbət hələlik Rusiyanın Gürcüstanda olduğu kimi, Azərbaycana birbaşa hərbi təcavüzündən getməsə də, Kremlin Azərbaycana qarşı eyni dərəcədə təhlükəli rıçaqları var və onlar hər vaxt işə salına bilər. Artıq Rusiyanın Gürcüstana təcavüzündən Azərbaycan ilk ciddi zərbəni alıb. Bu ölkə ərazisindən Xəzər neftinin və qazının nəqli bütünlüklə dayanıb, Bakı-Tiflis-Ceyhan neft kəmərinin və Bakı-Ərzrum qaz kəmərinin keçdiyi ərazilərə bomba zərbələri endirilib, bu hadisələr ərəfəsində BTC-nin Türkiyə ərazisindən keçən hissəsi PKK-nın əli ilə təxribata məruz qalıb və kəmərin işi qeyri-müəyyən müddətə dayanıb. Yəni faktiki, Azərbaycanın alternativ enerji tranziti marşrutu bağlanıb. Rusiya Qərbə nümayiş etdirib ki, Azərbaycan artıq ona alternativ enerji mənbəyi kimi etibarlı deyil, əgər Gürcüstanda proseslər bu cür inkişaf etsə, rus qoşunları hətta Tiflisi də tuta, Gürcüstanda özünə sadiq oyuncaq rejim yarada və bu ölkəni bütünlüklə işğal edə bilər. Bu isə Azərbaycan üçün fəlakətli dərəcədə təhlükəli olardı. Əgər belə olsa, Azərbaycanın da Gürcüstan və Ermənistanın arxasınca sakitcə Rusiyanın nəzarəti altına keçməkdən başqa yolu görünmür. Regionda baş verən təhlükəli və mürəkkəb proseslər Azərbaycanda prezident seçkiləri ərəfəsinə təsadüf edir. Bundan əvvəl məlumatlı ekspertlər bildirirdilər ki, hakimiyyət bu seçkilərdə hansısa xarici qüvvələrin ölkədə ciddi qarışıqlıq yarada biləcəyindən narahatdır. Həmin xarici qüvvələr kimi bir çoxları Qərbi nəzərdə tuturdu. Lakin daha çox ehtimal edilirdi ki, təhlükə şimaldan gələ bilər. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti Rusiya ilə ehtiyatlı davranır və Kremllə yaxın münasibətlərə malikdir. Lakin söhbət Qafqaz regionunda Qərblə Rusiya arasında gedən geosiyasi çəkişmədən getdiyi üçün Bakıda Kremlə yaxın hakimiyyətin olması da məsələnin həlli deyil. Xüsusən də bu hakimiyyət müstəqil siyasət yeritdiyini bəyan edir, Rusiya ilə yaxınlıq etdiyi kimi Qərblə də sıx tərəfdaşlıq edir, ən azından enerji məsələsində Rusiyaya alternativ layihələrdə iştirakçıdır. Bəlli olduğu kimi, Rusiya Qərbin dəstəklədiyi “Nabukko” qaz kəmərinin reallaşmasına mane olmaq üçün Azərbaycana bütün qazını ona satmaq haqda təklif verib. Bakının isə bu təklifə cavabı Kremli qismən qane edə bilər, çünki Azərbaycan öz qazının hamısını yox, bir hissəsini Rusiyaya satmağa hazırdır. O da bəllidir ki, Rusiya Azərbaycandan təkcə enerji məsələsində yox, NATO ilə münasibətlər məsələsində də birmənalı mövqe tələb edir. Kreml işarə edir ki, Azərbaycan NATO-ya üzv olmamaq haqda onun qarşısında öhdəlik götürməlidir. Yəni Rusiyanın istəyi Azərbaycanı Qərbin regiondakı aparıcı tərəfdaşı olmaqdan çıxarmaq və öz hərbi-siyasi təsiri altına salmaqdır. 10 ilə yaxın davam edən böhrandan sonra dünya nəhəngi kimi yenidən dirçələn Rusiya onun üçün kiçik Cənubi Qafqaz regionunda nəinki Gürcüstan kimi Qərbyönümlü, həmçinin müstəqil, yaxud balanslı siyasət apardığını deyən ölkə də görmək istəmir. Kremlə Ermənistan kimi sözəbaxan və onun forpostu rolunu oynayan ölkə lazımdır. Bu baxımdan Azərbaycanda Kremllə münasibətləri yaxşı olan hakimiyyətin olması hələ problemin həlli deyil. Demək, Rusiyanın Gürcüstanda başlatdığı hərbi təcavüzü həm də Kremlin bütün Qafqazı ələ keçirmək planlarına start verilməsi kimi dəyərləndirmək olar. Artıq Qərb diplomatları və analitikləri də qeyd edirlər ki, Rusiyanın məqsədi Qafqazın digər ölkələrinə, o cümlədən Mərkəzi Asiya respublikalarına xəbərdarlıq mesajıdır. Ehtimal olunur ki, Rusiyanın Qafqazı yenidən öz tabeçiliyi altına almaq planlarında Azərbaycana qarşı mümkün təxribatlar sırasında Dağlıq Qarabağ münaqişəsi bölgəsində vəziyyəti mürəkkəbləşdirmək də dayanır. Maraqlıdır ki, Rusiyanın Gürcüstana təcavüz etdiyi vaxtda Ermənistan müdafiə naziri Seyran Ohanyan dünən Qarabağa gəlib və cəbhə bölgəsinə baş çəkib. Ohanyan cəbhə xəttində siyasi bəyanatlar verərək bildirib ki, Dağlıq Qarabağ danışıqlarda birbaşa tərəf kimi iştirak etməlidir. Ermənistan müdafiə naziri Cənubi Osetiya ətrafında baş verənlərlə bağlı erməni xalqının ayıq olmasının və ehtiyat tədbirləri görməsinin vacibliyini deyib. Ehtimal olunur ki, Ohanyanın məhz indiki vaxtda Qarabağa gəlməsi Rusiyanın Ermənistanın əli ilə hansısa təxribatlar hazırlaması ilə bağlıdır. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması Rusiyanın Azərbaycan və Ermənistanı nəzarətdə saxlamaq üçün istifadə etdiyi əsas rıçaqlardan biridir. Lakin Dağlıq Qarabağ keçmiş sovet respublikalarındakı yeganə münaqişə bölgəsidir ki, orada sülhməramlılar adı altında Rusiya qoşunları yerləşdirilməyib. Əvvəllər Rusiya bölgədə öz qoşunlarını yerləşdirmək üçün Azərbaycan rəhbərliyinə güclü təzyiqlər edib, hətta şantaja əl atıb. Lakin bu, baş tutmayıb. Bununla belə, Rusiyanın öz qoşunlarını Azərbaycana qaytarmaq iştahı yerində qalır, hətta daha da güclənib. Ona görə də Rusiya Qarabağda vəziyyəti gərginləşdirə və elə situasiya yarada bilər ki, Azərbaycana öz qoşunlarını qaytarmağa nail olsun. Kremlin Cənubi Qafqaz regionuna nəzarəti ələ almaq planları çərçivəsində Azərbaycana qarşı başqa təxribatları da istisna deyil. Görünən odur ki, Qafqaza nəzarət uğrunda artıq Rusiya Qərblə “soyuq müharibə” aparmaq həvəsində deyil və bu rəqabətdə qalib gəlmək üçün bütün hərbi potensialını işə salıb. Bu səbəbdən də Azərbaycanın bütün kateqoriyadan olan təşkilatları, dövlət və müxalifət institutları ayıq olmalı, istənilən an təxribatların,- xüsusilə də dini-etnik zəmində - araqarışdıran, təhrikçi çağırışların baş verə biləcəyi ehtimalını nəzərə almalıdır. Kimsəyə ağıl vermək fikrimiz yoxdur; amma bir məsələni yada salmaq istərdik ki, Azərbaycan hamımızın vətənidir; müxalifətçi ona sevgisindən, iqtidarçı yaxşı və gəlirli iş yeri olması səbəbindən bağlıdır. Vətənimizi və iş yerimizi birgə qorumağa hazır olmalıyıq. Siyasət şöbəsi musavat
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi