Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Mikayıl Rəhimli: "Moskva bilməlidir ki, artıq Cənubi Qafqazda öz sərhədləri olan üç dövlət var, bu sərhədlər çərçivəsindəki konfliktlər də həmin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Dünən Gürcüstanın Daxili İşlər Nazirliyi gürcü qoşunlarının separatçı Cənubi Osetiyadan çıxarıldığını bəyanlayıb. Elə həmin gün səhər saat 4:30-da rus qırıcıları Tiflis yaxınlığında radar qurğuları yerləşən hərbi bazanı bombalayıblar. Snenaki hərbi bazası, Zuqdidi rayonunun Qanmuzuri kəndindəki düşərgə də hədəf olub. Senakidə bir qadın yaralanıb. Rus təyyarələri Qori şəhərini də növbəti dəfə atəşə tutublar. Dünən gecə Tiflis beynəlxalq hava limanı da yenidən bombalanıb. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə nota göndərərək təcili olaraq danışıqların bərpası və gürcü-osetin münaqişəsi zonasında düşmən fəaliyyətinin dayandırılması barədə müraciət də edib. Ramiz Mikayıloğlu Notada gürcü tərəfinin münaqişə zonasında atəşi dayandırdığı və ərazidən öz əsgərlərini çıxardığı qeyd olunub. Rəsmi Moskva Gürcüstanın notasını aldıqlarını bildirsə də, hərbi əməliyyatların hələ də davam etdiyini bəyanlayıb. Bu arada Gürcüstan Rusiya ilə münaqişədə vasitəçi kimi çıxış etmək üçün ABŞ-a müraciət ünvanlayıb. Bundan öncə Rusiya Tiflisinin danışıqlar təklifini rədd edib. Moskva bəyanlayıb ki, əvvəlcə Gürcüstan bütün qoşunlarını Cənubi Osetiyadan çıxarmalıdır. Avropa Birliyi, ABŞ və NATO nümayəndələri atışmanı dayandırmaq təşəbbüsü ilə Gürcüstana yola düşüblər. BMT-nin Baş katibi Pan ki Mun atışmanı dərhal dayandırmağı tələb edib və tərəfləri danışıqlar aparmağa çağırıb. Brüsselə çərçivəsində Gürcüstanın xarici işlər naziri Geya Tkeşelaşvili isə avqustun 12-də NATO-nun baş katibi Yap de Hopp Sxefferlə görüşü planlaşdırılır. Brüsseldə NATO ölkələri Şurası və Gürcüstanın iclası keçirilir. Dünən prezident Mixail Saakaşvilinin Cənubi Osetiya konfliktinin sülh yoluyla tənzimlənməsinə dair plan imzaladığı da məlum olub. Planı ona Fransa və Finlandiyanın xarici işlər nazirləri Bernar Kuşner və Aleksandr Stabb təqdim edib. Sənədin detalları məlum deyil. Yalnız o məlumdur ki, sənəddə konflikt tərəfləri kimi Gürcüstan və Rusiya tanınır. Eyni zamanda planda atəşin tezliklə dayandırılması, konflikdən əziyyət çəkənlərə humanitar yardımın ayrılması barədə də müddəalar var. Bernar Kuşner və Aleksandr Stubb planı imzalamaq üçün Rusiya prezidentinə təqdim edəcəklər. Moskvada keçirilən mətbuat konfransındasa Rusiya Baş Qərargahının rəis müavini Anatoli Noqovin deyib ki, rus qüvvələri 1992-ci ildə sülhməramlılara verilən çərçivədə hərəkət edir və Cənubi Osetiya sərhədlərindən kənara çıxmayıb. Onu da deyək ki, rus qırıcıları ötən gün Marneulidəki hərbi aerodromu da bombalamışdılar. Təyyarələr Ermənistanlakı rus bazasından qalxıblar. Bəs nə baş verir? Gürcüstandakı olaylar regiondakı proseslərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə necə təsir göstərəcək? Politoloq Hikmət Hacızadə deyir ki, Gürcüstanın Cənubi Osetiyada keçirdiyi hərbi əməliyyat hamı üçün bir qədər müəmmalı qalıb. Onun sözlərinə görə, Mixail Saakaşvilinin məqsədi qısa müddətdə Sxinvalini götürmək idisə, bu, alınmayıb. Çünki ruslar bunun cavabını verməliydilər: "Bəs belə vəziyyətin yarancağı gözlənirdi? Bununla bağlı plan varmı? Bunu bilmədik. Mixail Saakaşvilinin planı hərbi cəhətdən alınmadı. Amma ola bilsin ki, Tiflisin böyük siyasi və diplomatik planı vardı. Tutaq ki, Rusiyanı biabır etmək əsas məqsəd ola bilərdi. Yəni Rusiya Cənubi Osetiyaya qoşun yeritməklə, Gürcüstana qeyri-adekvat cavab verməklə biabır olur, bütün dünya Moskvanın üzərinə qalxır, ruslar bölgədə sülhməramlılar kimi iştirak etmir və s. Ola bilsin ki, Mixail Saakaşvilinin belə bir planı da vardı. Belə görünür ki, həmin plan indi inkişafdadır. Hər halda hadisələrin inkişafını gözləmək lazımdır" . "Qarabağla bağlı məhz Rusiyayla danışıqlar aparılmalıdır" ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Gürcüstanın Cənubi Osetiya ilə bağlı atdığı addım nə qədər haqlı və hüquqi olsa da, beynəlxalq ictimai rəy ciddi şəkildə hazırlanmadan, ən azı Rusiyanı bu məsələdə neytrallaşdıracaq addımlar atmadan hücuma keçməsi Tiflis üçün faciədir. Çox güman ki, Mixail Saakaşvili və onun tərəfdarları Moskvanın belə sərt əks addım atacağını proqnozlaşdırmayıblar. ADP sədrinə görə, bu məsələdə Rusiyanın güc işlətməsi, qoşun yeritməsi, münaqişə zonasından uzaqda yerləşən strateji obyektlərə, o cümlədən Tiflisə aviazərbələr endirməsi faktiki işğalçılıq hərəkətidir. Beynəlxalq hüquqla da buna qiymət verilməlidir. BMT da bu aqressiyaya görə Rusiyaya lazımi sanksiyalar tətbiq etməlidir. Sərdar Cəlaloğlu baş verən olayın keçmiş SSRİ məkanında bütün münaqşələrin arxasında bilavasitə Rusiyanın dayandığını bir daha göstərdiyini vurğuladı. Cənubi Osetiyada da Rusiyanın tərəf kimi iştirakı göstərib ki, həmin konfliktlərdə tərəf hansısa etnik qrup, yaxud Ermənistan kimi kiçik qrup deyil. Ona görə də Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələriylə bağlı məhz Rusiyayla danışıqlar aparılmalıdır. Sərdar Cəlaloğlu 3 məqama görə Cənubi Osetiya ətrafında baş verənlərin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu dilə gətirdi. Birincisi, Gürcüstanda yarım milyon azərbaycanlı yaşayır və hərbi aktivliyin olduğu zonalarda azərbaycanlılar çoxdur. Azərbaycanlılara real təhlükə olduğuna görə rəsmi Bakı soydaşlarımızın taleyinə laqeyd qala bilməz. İkincisi, Azərbaycan GUAM-a üzv ölkələrdən biridir. GUAM-a üzv öləkələr arasında son zamanlar hətta hərbi əməkdaşlıq, kollektiv təhlükəsizlik sahəsində çox ciddi qərarlar qəbul olunub, sazişlər imzalanıb. Bu sazişlər çərçivəsində də Bakı Tiflisi dəstəkləməlidir. Çünki anoloji münaqişə ocağı Azərbaycanda da var. "GUAM-ın təcili sammiti çağrılmalıdır" Üçüncüsü, Bakı üçün strateji vacib layihələr-Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu Gürcüstan üzərindən həyata keçirilir. Bu layihələr Azərbaycanı Türkiyəylə, Avropayla bağlayır, öz karbohidrogen ehtiyatlarını dünyaya çıxarmağa imkan verir: "Bu ərazinin Rusiyanın təsiri altına keçməsi o deməkdir ki, son 17-18 ildə Cənubi Qafqazla bağlı Avropanın və ABŞ-ın apardığı siyasi işin nəticələri sıfra enir. Rusiya yenidən Qərbi öz enerji nəzarətinə almış olur. Ona görə də bu, Qərb və Azərbaycan üçün daha qlobal bir məsələdir". Sərdar Cəlaloğlu GUAM-ın təcili sammitinin çağrılmasını zəruri sayır: "Belə bir ciddi hadisə baş verib, amma GUAM ölkələri elə bil ki, çaşqın vəziyyətdədir. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası təcili toplanaraq, bu məsələni müzakirə etməlidir. Çünki münaqişə iki ATƏT üzvü arasındadır və qurumun Nizamnaməsinə görə, üzvlər bir-birinə qarşı zor tətbiq edə bilməzlər. İndiki halda Rusiya zordan yararlanır". "Tiflis Ermənistana gedən quru yolu bağlamalıdır" Sərdar Cəlaloğlu bir məqama da xüsusi diqqət çəkdi: "Gürcüstan çox namünasib vaxtda Cənubi Osetiyada hərbi əməliyyat keçirdi. Bütün beynəlxalq təşkilatlar tətilə çıxıb, dünyanın diqqəti Pekin olimpiadasına yönəlib. Məhz belə bir vaxtda Gürcüstan Rusiyayla təkbətək qalıb. Bu hərbi əməliyyatı ən azı sentyabrda keçirmək olardı ki, beynəlxalq təşkilatlar da işləsinlər və Rusiyaya daha ciddi təsir göstərsinlər". Onun fikrincə, Rusiyanın bu məsələdə üstünlük əldə etməsi Gürcüstanın hələ uzun müddət öz ərazi bütövlüyünü bərpa etməyə imkan verməyəcək, bu, digər münaqişə ocaqları üçün çox pis nümunə olacaq: "Ona görə də düşünürəm ki, Azərbaycan tezliklə təşəbbüs qaldırıb məsələn, GUAM ölkələrinin sammitini çağıra bilər". O, Marneulinin Ermənistandan qalxan rus təyyarələrilə bombalanmasına da toxundu: "Təyyarələrin Ermənistandan qalxması faktiki İrəvanın da münaqişəyə qoşulması deməkdir. Məncə, Tiflis təcili Ermənistana gedən quru yolu bağlmalıdır". Şimal qonşumuzun təsir rıçaqları BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimli hesab edir ki, müharibənin birdən-birə alovlanması Rusiyanın provokasiyasından doğub. Moskvanın bölgədə aktivləşməsi, Cənubi Osetiya və Abxaziyada rus investisiyasının artırılması, yaşayan əhaliyə Rusiya vətəndaşlığı pasportlarının paylanması, Moskvanın sülhməramlı rolundan yararlanaraq möbvqelərini möhkəmləndirmək yönündə atdığı addımlar Tiflisdə haqlı narazılıq yaradıb. Gürcü hakimiyyəti dəfələrlə buna narazılığını bildirib. Tiflis BMT Təhlükəsizlik Şurasının iclasının da çağırılmasını istəyib. Rusiyaya dəfələrlə təklif olunub ki, belə provokasiyalı hərəkətlərdən imtina etsin. Ancaq olmayıb. Bütün bunların nəticəsində silahlara əl atılıb, çoxlu insanlar öldürülüb. İndi BMT Təhlükəsizlik Şurasında müzakirələr aparılır və əksəriyyət Rusiyanı Gürcüstanın ərazi bütövlüyünü tanımağa və ərazi bütövlüyü çərçivəsində Tiflislə danışıqlara başlamağa çağırır. Şimal qonşumuz bununla razılaşmır. Mikayıl Rəhimliyə görə, problem ondadır ki, SSRİ parçalanandan və Gürcüstan müstəqilliyini elan edəndən sonra Cənubi Osetiyayla Abxaziyada konflikt mənbəyi yaradılıb və təzyiq vasitəsi kimi Tiflisə qarşı istifadə olunur. Gürcüstanda demokratik dəyişikliklər, suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar isə Moskvanın xoşuna gəlməyib. "Azərbaycan Gürcüstana dəstək verməlidir" BAXCP Ali Məclisinin sədri xatırlatdı ki, Rusiyanın Gürcüstanın konfliktli zonalarında "sülhməramlı" qoşunlarını saxlamaqla bağlı razılaşması olub. Həmin razılaşmaya görə, konfliktin baş verməməsi üçün ruslar sülhməramlı funksiyanı yerinə yetirməliydilər. Amma son zaman Rusiyanın konflikt zonalarında müqavilədən kənara çıxan hərəkətləri Gürcüstanda da müəyyən etirazlar yaradıb. Nəticədə Tiflis suverenliyinin bərpası istiqamətində addımlar atıb. Təəssüf ki, həmin addımlar Moskvanın sərt təpgisiylə qarşılanıb. Artıq Rusiyanın qarşısına qoyduğu məqsəd Gürcüstanın suverenliyini pozmaq, hətta demokratik yolla formalaşmış hakimiyyəti devirməkdir: "Təcili həm BMT, həm Avropa Birliyi, həm də Avropa Şurası Rusiyanın Gürcüstanın suverenliyini çökdürməyə hesablanmış hərəkətlərinin qarşısını almaq məqsədiylə təcili tədbirlər görməlidir. Ayrı-ayrı rus siyasətçiləri deyirlər ki, Qafqaz ruslarındır, onlar həmişə burada söz sahibi olublar. Moskvanı belə mövqedən çəkindirmək üçün təsirli tədbirlər görülməlidir. Moskva bilməlidir ki, artıq Cənubi Qafqazda öz sərhədləri olan üç dövlət var və bu sərhədlərə hörmətlə yanaşmalıdır. Bu sərhədlər çərçivəsindəki konfliktlərin də hər biri dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Rusiya XX əsrdə apardığı imperialist siyasətdən XXI əsrdə imtina etməyi bacarmalıdır. Gürcüstanın suverenliyinə qəsd həm də Azərbaycanın suverenliyinə, müstəqilliyinə qəsddir, təzyiqdir. Bu problemin həllində Azərbaycan bütün imkanlarıyla Gürcüstana dəstək verməlidir". Azərbaycanın çıxarmalı olduğu nəticə Mikayıl bəy vurğuladı ki, Gürcüstanın ərazi bütövlüyünə nail olmaq lazımdır. Sonra həmin prinsipləri Azərbaycanda tətbiq etmək olar. Gürcüstanda baş verənlər həm də Dağlıq Qarabağ problemində Rusiyanın maraqlarının nədən ibarət olduğunu ortaya qoydu. Hər an Azərbaycanın dövlət suverenliyi də Moskva tərəfindən təhlükə altına alına bilər. Ona görə Bakı situasiyanı düzgün dəyərləndirməlidir: "Azərbaycan dövlətlərin suverenliyini qoruyan, sülh yaradan siyasət yürütməlidir. Rus sülhməramlıları bölgədə yerləşsə də, yalnız konflikt dərinləşib, Moskva xalqlar arasında münasibətləri kəskinləşdirmək istiqamətində fəaliyyət göstərib. Dağlıq Qarabağda da Moskva eyni siyasəti aparır. Nə vaxtsa Gürcüstanın başına gətirdiklərini Azərbaycanın da başına gətirəcək. Azərbaycan dövləti, xalqı ayıq olmalı, vaxtında təsirli addımlar atmalıdır". xalqcebhesi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi