İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Reuters: İranın Çinə neft satışı azalıb
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Rusiyanın Gürcüstana qarşı apardığı hərbi əməliyyatlar bu ölkədə yaşayan soydaşlarımızla yanaşı, Azərbaycanın özünə də ağır ziyan verir. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanın Batum şəhərindəki Kulevi terminalında çalışan əmədkaşları ölkəyə qaytarılıb. ARDŞ-dən "Ekspress"ə verilən məlumata görə, Kulevidə işləyən azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün onların Rusiya təyyarələrinin potensial aviazərbələrinə məruz qala biləcəyi məkandan evakuasiyası barədə qərar qəbul olunub. "Hərbi əməliyyatlar dayandırıldıqlan sonra Kulevi terminalında iş tam rejimi ilə bərpa ediləcək, Azərbaycan vətəndaşı iş yerlərinə qayıdacaqlar", - ARDNŞ yetkililəri bildirdilər. ARDNŞ hazırda Batum və Kulevidəki terminallar vasitəsilə neft nəqlini dayandırıb. Rusiya neft və qaz kəmərlərini bombalayır Bu arada bəlli olub ki, Rusiyanın hərbi-hava qüvvələri Gürcüstan ərazisi üzərində uçuşlarını davam etdirərkən Bakı-Tiflis-Ceyhan neft boru kəmərini ikinci dəfə bombalamağa çalışıblar. Gürcüstanın baş naziri Lado Qurgenidzenin dediyinə görə, BTC neft kəmərinin keçdiyi ərazi Rusiya təyyarələrpinin əsas hədəflərindən biridir. "Çox qəribədir ki, raket-bomba zərbələrinə rəğmən kəmərə heç bir zərər dəyməyib. Marşrutun mühafizəsi ilə bağlı tədbirləri gücləndirimişik. Lakin Rusiyanın aqressiv və işğalçı niyyətini nəzərə alsaq, həmin tədbirləri maksimal səviyyəyə qaldırmalı olacağıq", - L.Qurgenidze bildirib. Azərbaycanda hasil edilən neftlə bahəm, Qazaxıstan neftinin də bir hissəsinin daşındığı Bakı-Tiflis-Ceyhan boru kəmərinin Türkiyənin Ərzincan vilayətinin Rifahiyyə kəndi yazınlığında partladılmasını kürdlərin PKK terror təşkilatı öz boynuna götürsə də, ekspert və analitiklər buna inanmırlar. Onların dediklərinə görə, BTC-dəki partlayışla Rusiyanın Cənubi Osetiya və Abxaziyanı işğal etməsi arasında birbaşa əlaqə var. İnsbruk Universitetinin politologiya professoru, Rusiya üzrə ekspert Gerhard Manqotun dediyinə görə, Moskvanın məqsədi Rusiya ərazisindən yan keçən və Xəzər regionunun neftini dünya bazarına çıxaran marşrutların fəaliyyətini dayandırmaqdır. "Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa və Bakı-Tiflis-Ərzurum kəmərləri Azərbaycanla Xəzər regionunun enerjidaşıyıcılarını Qərb bazarlarına çıxarır. Həmin marşrutlar hələ müzakirə müstəvisində olanda Rusiya layihələrin baş tutması üçün əlindən gələni etdi, Cənubi Qafqazda dalbadal eksseslər planlayaraq region dövlətlərində stabilliyi pozmağa və situasiyanı nəzarət altına almağa çalışdı. Lakin alınmadı və neft-qaz marşrutları inşa edilərək işə düşdü. Daha sonra Qars-Tiflis-Bakı dəmiryolu marşrutu ilə bağlı saziş imzalandı ki, bu da Mərkəzi Asiya və Orta Şərqdən Avropaya birbaşa yoldu. Təbii ki, Rusiya bu proseslərlə barışa bilməzdi. Cənubi Osetiya separatçılarına dəstək məqsədilə Sxinvaliyə qoşun yeridilməsi, Gürcüstan ərazisinin bombalanması, daha sonra da Abxaziya ərazisinə zirehli texnika və qoşun birləşmələrinin daxil edilməsi Rusiyanın məramlarını aşkar şəkildə ortaya qoyur", - G.Manqot söylədi. Onun dediyinə görə, Rusiya hərbi-dəniz donanmasının gəmilərinin Batum və Poti limanlarının yaxınlığında barraj vurması, Novorossiysk limanını yeni baza seçmələri də Bakı-Tiflis-Ceyhan kəmərinin tamamilə dayandığı şəraitdə Azərbaycanı Bakı-Supsa kəməri vasitəsilə neftini Kulevi terminalına nəql edərək oradan dünya bazarlarına çıxarmaq planlarından bilmərrə əl çəkib Bakı-Novorossiyk istiqamətinin seçilməsinə məcbur etməkdir. Gürcüstanın iqtisadi inkişaf naziri Yekaterina Şaraidze də bu fikri təsdiqləyib. "Rusiya Gürcüstan ərazisində beynəlxalq miqyaslı strateji obyektlərə hücumlar edir. Rusiya hərbi-hava qüvvələrinin təyyarələri Bakı-Tiflis-Ceyhan neft və Cənubi Qafqaz (Bakı-Tiflis-Ərzurum, - H.A.) qaz kəmərlərini hədəfə alıblar. Lakin onların hücumları indiyədək uğursuzluqla nəticələnib. kəmərlərə heç nə olmayıb", - Y.Şaraidze söyləyib. Gürcüstan Daxili İşlər Nazirliyinin analitik xidmətinin rəisi Şota Utiaşvili isə "Ekspress"ə verdiyi açıqlamasında bildirib ki, Rusiyanın hərbi təyyarələri Marnueli və Bolnisi rayonlarını bombalamaqla yanaşı, Tiflisin yanındakı Mahata dağına da raket-bomba zərbələri endiriblər. "Bu dağda Mərkəzi Radar İdarəsinin idarəetmə məntəqəsi yerləşir. Məntəqə bombalanandan cəmi bir neçə dəqiqə sonra Rusiya təyyarələri Patara Lilo kəndini bombardmana məruz qoyub. İtki və dağıntılarla bağlı vəziyyət dəqiqləşdirilir", - Ş.Utiaşvili söylədi. Azərbaycana köç başlayıb Son üç sutka ərzində isə Gürcüstan-Azərbaycan sərhədini "Qırmızı Körpü" sərhəd keçid məntəqəsindən 1800-ə yaxın azərbaycanlı keçib. Onların istisnasız olaraq hamısı Gürcüstanda yaşayan və bombardmanlardan qaçan soydaşlarımızdır. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Gürcüstanda savaş başlanandan sonra sərhəd məntəqəsi bağlanmayıb, hazırda adi iş rejimində çalışır. Gürcüstan-Azərbaycan sərhədinin Balakən rayonu ərazisində yerləşən sərhəd keçid məntəqəsində də rəsmilərin bəyanatlarına rəğmən, gərginlik var. Gürcüstanın Bolnisi, Qardabani, Marneuli və Laqodexi rayonlarından gələn azərbaycanlı ailələri məntəqəni keçərək Azərbaycana daxil olmağa çalışır. Rəsmi Tiflis isə yaşları 18-45 arasında olan kişilərin sərhədi keçməsinə məhdudiyyət qoyub. Qazax, Şəki və Zaqatala rayonlarının sakinlərinin "Ekspress"ə verdikləri məlumatlara görə, Gürcüstan sərhədini keçərək Azərbaycana gələnlərin arasında gürcülərin sayı sürətlə artır. "Ekspress" əməkdaşının Gürcüstanı tərk edərək Azərbaycana gəlmək istəyənlərə tətbiq edilən məhdudiyyətlə bağlı sualını qonşu ölkənin Sərhəd Polisində cavablandırarkən "belə məhdudiyyət artıq yoxdur" dedilər. "Bütün qanuni sərhəd nəzarət-buraxıldış məntəqələri fəaliyyətdədir və onların işində heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar müəyyən edilmiş qaydalar çərçivəsində sərbəst şəkildə ölkəni tərk edə və ya ölkəyə daxil ola bilərlər", - Sərhəd Polisinin yetkilisi, polkovnik Nuqzar Malasxiya söylədi. Gürcüstanı tərk edənlər isə həm müharibə gedən ərazilərdən, həm də bombardmana məruz qalan şəhər və kəndlərdən gəlirlər. Azərbaycan DİN-dən "Ekspress" əməkdaşına bildirildi ki, dünəndən etibarən Gürcüstandan Azərbaycana gələnlər üçün vizaların alınması proseduru sadələşdirilib. "Xarici İşlər Nazirliyinin bu qərarı son üç sutka ərzində Gürücstan-Azərbaycan sərhədini yüzlərlə insanın keçməsi ilə bağlıdır. Biz həmin insanlara yardım etməyə çalışırıq", - DİN mənsubları bildiriblər. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən dünən verilən məlumata görə, Gürcüstandakı hadisələrlə bağlı olaraq bu ölkə ilə dövlət sərhədində xidmət gücləndirilmiş rejimə keçirilib. Təyyarə reysləri hələ də dayandırılıb Azərbaycandan Gürcüstana birbaşa təyyarə reysləri hələ də bərpa olunmayıb. "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətindən "Ekspress" əməkdaşına bildirildi ki, avqustun 10-da təxirə salınmış aviareyslərin nə zaman bərpa ediləcəyi hələ məlum deyil. "Bu, Gürcüstandakı hərbi əməliyyatların miqyasının genişlənməsi ilə bağlıdır. Reyslər yalnız vəziyyət stabilləşəndən sonra bərpa edilə bilər", - AZAL mənsubları dedilər. Rusiyanın "S7" aviaşirkəti isə Moskva-İrəvan aviareysini Azərbaycan səması üzərindən həyata keçirir. "Gürcüstanda ciddi döyüşlər gedir və bizim sərnişinlərin bu ölkənin səması ilə daşınması onları böyük risqə atmaq olardı. Həmin səbəbdən də Ermənistan-Azərbaycan-Rusiya istiqamətli uçuşu seçmişik", - "S7" aviaşirkətinin mətbuat xidmətinin əməkdaşı Konstantin Yevtsov "Ekspress"ə bildirdi. Marnueli bombalanır "Burada yaşamaq çox çətinləşib. Göydə təyyarə görəndə və ya uğultu eşidən kimi arvad-uşağı zirzəmiyə aparırıq. Hər an bombardmanlar təkrarlana bilər", - Gürcüstanın Marneuli rayonunun sakini Tofiq Acalov "Ekspress"ə telefonla bildirdi. Evi Marneulidəki hərbi aerodromun yaxınlığında yerləşən T.Acalovun dediyinə görə, Rusiyanın hərbi təyyarələri indiyədək artıq üç dəfə buranı bombalayıblar. "İlk bombardman üç gün əvvəl gecə saat 2-də oldu. 2 bomba atdılar. Partlayışlar o qədər güclü idi ki, evin ikinci mərtəbəsindəki pəncərələrin şüşələri çilik-çilik oldu. Srağagün 3 bomba atdılar, dünən də birini. Bu gün və sabah nə olacaq, bilmirəm. Ailəmi yığıb Gəncəyə, qohumlarımın yanına gedə də bilərəm. Amma buranı tərk etmək, qaçmaq niyyətim yoxdur", - T.Acalov deyir. Onun sözlərinə görə, tanıdığı azərbaycanlıların çoxu bombardmanlardan yaxa qurtarıb Azərbaycana yönəlməyi düşünmür. Marneulidə hər an Rusiya təyyarələrinin hədəfinə dönə biləcək azərbaycanlılar arasında dünyaca məşhur alpinist Səridan Mursaqulovun ailəsi də var. Azərbaycanlı dağçının valideynləri və qardaşları da Marneulini tərk etməyəcək şəxslər arasındadır. S.Mursaqulovun sözlərinə görə, Marnuelidəki ailəsi ilə yanaşı, Tiflisdəki qohumlarına hər gün zəng edir: "Rusiya Gürcüstanı işğal etməyə çalışır, gürclərə qarşı əməlli-başlı soyqırım siyasəti yürüdür". Zavod da partladı Dünən Rusiyanın Cənubi Osetiyaya yeritdiyi 58-ci ordusunun hərbi-hava diviziyası və Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının qırıcı-bombardmançı təyyarələri Gürcüstan paytaxtına növbəti aviazərbələr endiriblər. Bu zaman Tiflisdəki aviatəmir zavoduna 4 bomba atılıb. Partlayışlarda 5 nəfər həlak olub, 36 nəfər yaralanıb. Bombardman zamanı zavodun yaxınlığındakı yaşayış məhəlləsi də ciddi ziyan çəkib. Yaralılar arasında 28 yaşlı Asim Fərəcov adlı azərbaycanlının olduğu deyilir. Bunu dəqiqləşdirməyə çalışdıq. Tiflis meriyasından "Ekspress"ə bildirildi ki, A.Fərəcov adlı yaralı barədə məlumatları yoxdur. "Rusiya artıq uduzub" Gürcü politoloq Tengiz Ablotiya əmindir ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı Rusiyanın Gürcüstana qarşı apardığı işğalçı kampaniyanın nə ilə başa çatmasından asılı olmayaraq Moskva artıq məğlub olub. "Biz Cənubi Osetiyaya dəfələrlə anlaşma imzalamığı təklif etmişik. Gürcüstan osetinlərə ən geniş müstəvidə muxtariyyət verməyə hazırdır. Lakin Sxinvalidəki separatçı rejim hər dəfə bu təklifləri rədd edib. Həmin rejim guya "osetinlərin milli-azadlıq hərəkatı"nı təmsil etdiyini deyir. Lakin gəlin baxaq ki, bu rejimin rəhbərləri kimlərdir. Cənubi Osetiyanın "Dövlət Təhlükəsizlik Komitəsi"nin sədri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Mordoviyadakı idarəsinin sabiq rəisi Anatoli Baranov, "DİN başçısı" Mixail Mindzayev Şimali Osetiya DİN aparatının sabiq rəisi, "müdafiə naziri" Vasili Lunyov Rusiyanın Perm vilayətinin sabiq hərbi komissarı, "Təhlükəsizlik Şurası katibi" Anatoli Barankeviç isə Rusiyanın Stavropol vilayətinin hərbi komissarının sabiq müavinidir. Separatçı rejimin başçısı Eduard Kokoytı isə Moskvanın buyruq quludur", - T.Ablotiya söylədi. Həsən AĞACAN express
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
Urmu gölü qırmızı oldu
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda ərzaq qiymətləri 128 faizi keçdi
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir