Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
Gürcüstanda yaşayan azərbaycanlılar Cənubi Osetiya bölgəsində yaranmış gərginliklə əlaqədar müharibədə iştirak etmək üçün könüllü olaraq cəbhə xəttinə yollanmağa hazırdırlar. «Gürcüstanda hərbi səfərbərlik elan olunduqdan sonra azərbaycanlılar arasında da cəbhə xəttinə yollanmaq istəyənlər var» - deyə telefonla Tbilisidən Trend News-a «Qeyrət» Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərovun Tbilisidən məlumat verib. Əsgərovun bildirdiyinə görə, Gürcüstan azərbaycanlıları aviazərbələrin hər an təkrarlanacağından çox narahatdırlar. «Azərbaycanlılar arasında xəsarət alanlar yoxdur», deyə o bildirib. O, Azərbaycan və Gürcüstan arasında gömrük keçid məntəqələrində hərbi xidmət yaşında olan şəxslərin səbəbsiz ölkədən çıxmasına maneələr yaradıldığını bildirib. // Trend Gürcüstan rus hərbi pilotunu əsir götürüb 15-37/ 09.08.2008 Gürcüstan Daxili İşlər Nazirliyi ölkənin hava məkanında vurulan Rusiya hərbi təyyarələrindən birinin pilotunun dindirildiyini açıqlayıb. Bunu Gürcüstan DİN-in Analitik Departamentinin rəisi Şota Utiaşvili bəyan edib. Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Anatoli Naqovitsın isə 2 hərbi təyyarə (Su-25 və Tu-22) ilə əlaqəni itirdiklərini və pilotların taleyindən xəbər ala bilmədiklərini deyib. // APA Mixail Saakaşvili Gürcüstanda hərbi vəziyyət elan edib 15-20/ 09.08.2008 Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədə hərbi vəziyyət elan olunması haqqında fərman imzalayıb. M. Saakaşvili bunu Təhlükəsizlik Şurasının iclasında elan edib: “Gürcüstan hazırda Rusiyanın təcavüzü altındadır.Təcavüz təkcə Cənubi Osetiyada yox, Abxaziyada, həmçinin ölkənin Qara dəniz donanmasına qarşı həyata keçirilir. Rusiya özünün Hərbi Hava, Hərbi Dəniz və Quru Qüvvələrinin işə salıb”. M. Saakaşvili hesab edir ki, Rusiya təcavüzü Cənubi Osetiyadakı hadisələrlə bağlı deyil və hərbi əməliyyatlardan çox əvvəl planlaşdırılıb. Qeyd edək ki, prezidentin fərmanı təsdiq olunmaq üçün parlamentə göndərilib. // APA 20 dinc sakin həlak oldu 13-54 / 09.08.2008 QayNar: Rusiya təyyarələrinin Gürcüstanın Qori şəhərini bombardman eləməsi nəticəsində 20 dinc sakin həlak olub. "Qaynar.info"-nun məlumatına görə, ölənlərdən əlavə, çoxsaylı yaralılar var. Aviazərbələr əsasən pambıqtəmizləmə zavoduna, Qoridəki hərbi bazaya və tank batalyonuna endirilib. Bundan əlavə, Rusiya hərbi təyyarələrinin Gürcüstanın Senaki rayonundakı hərbi bazasının da bombalandığı xəbəri verilir. Burada zenit bazası yerləşir. Ölən və yaralananlar var.// T.İsmayılov, QayNar Rusiya: “Gürcü hərbçiləri Sxinvalidən çıxarılıb” 13-15 //09.08.2008 “58-ci ordunun batalyon-taktiki hissələri gücü hərbçilərini Sxinvalidən tamamilə sıxışdıraraq çıxarıb”. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya Quru Qoşunlarının komandanı, ordu generalı Vladimir Boldırev deyib. O, yaralı Rusiya hərbçilərinin və şəhər sakinlərinin Rusiya xəstəxanalarına evakuasiyasının təşkil olunduğunu deyib. // APA Sxinvalidə 1600 nəfər həlak olub 13-10 / 09.08.2008 QayNar: Cənubi Osetiyanın mərkəzi Sxinvalidə həlak olanların sayı 1600 nəfərə çatıb. "Qaynar.info"-nun məlumatına görə, bu barədə separatçı rejimin təmsilçisi İrina Qaqloyeva bildirib. Onun sözlərinə görə, hal-hazırda da şəhər kütləvi artilleriya zərbələri altındadır. // T.İsmayılov, QayNar Gecə bombardmanları nəticəsində 21 nəfər həlak olub 13-05 / 09.08.2008 Potinin 7-ci körpüsünün gecə bombardmanı nəticəsində 9 nəfər həlak olub. Potidə yerləşən neft terminalı və gürcü hərbi-dəniz bazası gecə bombardmanına məruz qalıb. Həlak olanların əksəriyyəti dinc sakinlərdir, lakin ölənlərin arasında hərbçilər də var. Senakidə yerləşən hərbi bazanın gecə vaxtı atəşə tutulması nəticəsində 12 gürcü hərbçisi və ehtiyatda olanlar həlak olub, daha 10 nəfər isə yaralanıb. Onlardan dördü ağır vəziyyətdə Zuqdidi xəstəxanasına çatdırılıb. Xoni və Kopitnarinin bombardmanında ölən yoxdur. Dünən Rusiya prezidenti Dmitri Medvedyev Almaniya kansleri Angela Merkellə söhbətində bildirib ki, gürcü tərəfinə təsir etmək üçün “Rusiya hərbi və siyasi xarakterli tədbirlər görməkdədir”. // Trend Rusiyanın ABŞ-dakı müvəqqəti işlər vəkili Dövlət Departamentinə çağırılıb 12-56 //09.08.2008 Rusiyanın ABŞ-dakı müvəqqəti işlər vəkili Aleksandr Darçiyev Dövlət Departamentinə çağırılıb. “Reuters” agentliyinin verdiyi məlumata görə, dövlət katibinin 1-ci müavini Con Neqroponte rusiyalı diplomata Corc Buş administrasiyasının Rusiyanın Gürcüstan ərazisində güc tətbiq etməsini pislədiyini çatdırıb. O, Rusiyanın strateji bombardmançı təyyarələr və raketlərdən istifadə etməsinin mülki vətəndaşların həyatına təhlükə törətdiyini bildirib. C. Neqroponte Cənubi Osetiya münaqişəsi zonasından uzaqda yerləşən ərazilərə zərbə endirildiyinə xüsusi diqqət çəkib. // APA Rusiyanın 76-cı desant diviziyası Cənubi Osetiyaya girdi 12-48 / 09.08.2008 QayNar: Rusiyanın 76-cı hərbi hava desant diviziyası Cənubi Osetiya ərazisinə daxil olub. "Qaynar.info"-nun məlumatına görə, bu barədə bir neçə dəqiqə əvvəl Rusiya Quru Qoşunları komandanının köməkçisi polkovnik İqor Konaşenkov açıqlama verib. Onun sözlərinə görə, hərbi-nəqliyyat aviasiyası desant birləşmələrini Cənubi Osetiyanın müxtəlif nöqtələrinə atmaq üçün 100-dən yuxarı uçuş keçirəcək. "Desant birləşmələri tank və artilleriya hücumlarını gücləndirmək üçün istifadə olunacaq"- deyə o əlavə edib. Polkovnik onu da qeyd edib ki, adıçəkilən desant diviziyası regionu çox yaxşı tanıyır: "Onlar Müdafi Nazirliyinin regionda keçirdiyi müxtəlif manevr və proqramlarda dəfələrlə iştirak ediblər". // T.İsmayılov, QayNar Dünəndən Cənubi Osetiyanı 30 min qaçqın tərk edib 12-37 /09.08.2008 QayNar: Dünəndən bəri Cənubi Osetiyanı 30 min qaçqın tərk edib. "Qaynar.info"-nun məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, 2-3 avqust tarixlərində Rusiya Miqrasiya xidmətinə Cənubi Osetiyadan 20 min insan müraciət etmişdisə, son 1,5 gün ərzində sərhədi 30 mindən artıq sakin keçib. Baş nazirin müavini onu da bildirib ki, bütün müraciət edənlərə lazımi köməklik göstərilir: "Bir nəfərə də belə, yox cavabı verilməyib. Hər kəsə lazimi yardımı edirik". // T.İsmayılov, QayNar Gürcüstanın müdafiə naziri: “Rusiyanın 7 hərbi təyyarəsi vurulub” 12-34 /09.08.2008 Gürcüstan Hava Hücumundan Müdafiə sistemləri Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 7 təyyarəni vurublar. Bunu Gürcüstanın müdafiə naziri Bato Kuteliya deyib. O, son iki gün ərzində ölkənin hava məkanını pozan 7 Rusiya hərbi təyyarəsinin vurulduğunu bildirib. B. Kuteliya sonuncu təyyarənin Qori yaxınlığındakı Tkviavi yaşayış məntəqəsi ərazisində yerə düşdüyünü söyləyib. // APA Rusiya hərbi təyyarələri Poti limanını bombalayıb 12-19 /09.08.2008 Rusiya hərbi aviasiyası Gürcüstanın Qara dəniz sahilindəki Poti limanını bombalayıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bu gün Qori şəhəri də bombardmana məruz qalıb. // APA Rusiyanın üç hücum təyyarəsi vurulub 12-05 /09.08.2008 Ötən gecə ərzində Gürcüstanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın daha üç hücum təyyarəsini vurub. Bu barədə şənbə günü jurnalistlərə Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteliya məlumat verib. Onun sözlərinə görə, bu Tsxinvali regionunda baş verib. Ümumilikdə, iki gün ərzində Gürcüstanın müxtəlif regionlarının bombardmanı zamanı altı rus hərbi təyyarəsi vurulub. //Trend Gürcüstanda strateji obyektlər köçürülür 11-45 /09.08.2008 Gürcüstan rəhbərliyi strateji obyektləri evakuasiya etmək qərarına gəlib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, artıq Müdafiə Nazirliyi və ətrafındakı ərazidən evakuasiya başlayıb. Prezident Mixail Saakaşvilinin iqamətgahının yerləşdiyi Tiflisin Avlabari rayonundan əhali köçürülür. Gürcüstan Dövlət Dəftərxanasından alınan qeyri-rəsmi informasiyaya əsasən dövlət başçısı ölkədə hərbi vəziyyət elan etməyə hazırlaşır. Mixail Saakaşvilinin bununla bağlı xalqa müraciəti gözlənilir. Gürcüstanın BMT-dəki nümayəndəsi İrakli Alasaniya Rusiyanı iri miqyaslı hərbi təcavüzdə ittiham edib: “Rusiya açıq-aşkar beynəlxalq ictimaiyyəti heçə saydığını nümayiş etdirir. Bu təcavüz Gürcüstanı avroatlantik orientasiyadan çəkindirməyə yönəlib”. İ. Alasaniya Rusiyanı hərbi fəaliyyətə son qoyaraq danışıqlar masasına əyləşməyə çağırıb. Kondoliza Rays: “Rusiya öz hərbi qüvvələrini Gürcüstandan çıxarmalıdır” 11-40 /09.08.2008 ABŞ dövlət katibi Kondoliza Rays Cənubi Osetiyada baş verənlərlə bağlı bəyanatla çıxış edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, K. Rays Rusiyanı təyyarə və raketlərdən istifadə etməklə Gürcüstana zərbə endirməyi dayandırmağa çağırıb: “Biz Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa səsləyirik”. Gürcüstan İraqdakı 1000 sülhməramlı hərbçisini geri çağırıb 11-32 /09.08.2008 Gürcüstan İraqda xidmət edən 1000 sülhməramlı hərbçisini geri çağırıb. APA-nın məlumatına görə, bunu “Reuters”ə açıqlamasında Gürcüstan Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya deyib: “Biz artıq amerikalı dostlarımıza İraqdakı əsgərlərimizin yarısını çıxarmağa hazırlaşdığımızı xəbər verdik. Ona görə ki, ölkəmiz Rusiyanın təcavüzünə məruz qalıb. Onlar bizim ən yaxşı əsgərlərimizdir”. Prezident Mixail Saakaşvili isə CNN-ə müsahibəsində yaranmış vəziyyəti ABŞ prezidenti Corc Buş üçün “həqiqət anı” adlandırıb: “Əgər biz öz ideallarımızın müdafiəsinə qalxmaq, azadlığımız üçün mübarizə aparmaq istəyiriksə, bu, hamımız ��" həm prezident Buş, həm Amerika, həm də digər Qərb dünyası üçün “həqiqət anı”dır”. M. Saakaşvili C. Buşun Gürcüstanı “azadlıq mayakı” adlandırdığını da xatırladıb. ABŞ-da Rusiyaya etiraz səsləri ucalır 11-24 /09.08.2008 “ABŞ prezidenti Corc Buş Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edir və Cənubi Osetiyada Rusiyanın iştirakı ilə baş verən hərbi münaqişəni izləyir”. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Dana Perina deyib. O, tərəfləri atəşi dərhal dayandırmağa çağırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Zalmay Xəlilzad isə bildirib ki, Təhlükəsizlik Şurası Rusiya və Gürcüstanı hərbi əməliyyatlara son qoyaraq danışıqlar masası arxasına əyləşməyə səsləməlidir: “Zorakılığı tezliklə dayandırmaq lazımdır. Hazırda əsas məsələ budur”. Z. Xəlilzad deyib ki, Rusiya quru qoşunlarından, təyyarə və raketlərdən istifadə etməklə Gürcüstana qarşı başladığı hücumu dərhal dayandırmalıdır. Respublikaçıların prezidentliyə namizədi Con Makkeyn isə gecikmədən NATO Şurasının təcili iclasını çağırmaq lazım olduğunu söyləyib. Senatorun bəyanatında bildirilir ki, Rusiya dərhal və qeyd-şərtsiz hərbi əməliyyatları dayandırmalı və öz qoşunlarını suveren Gürcüstanın ərazisindən çıxarmalıdır.qaynar
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi