Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
Dünən Gürcüstanın hökumət qoşunların Rusiyanın nəzarətdə saxladığı qondarma Cənubi Osetiya Respublikasının ərazisinə daxil olublar. Yaranmış vəziyyətlə bağlı Rusiya prezidenti Dmitri Medvedyev Təhlükəsizlik Şurasının iclasını çağırıb. Təhlükəsizlik Şurasının iclasından sonra Rusiya prezidennti Dmitri Medvedyev bəyan edib ki, onun ölkəsi hər zaman Qafqaz xalqlarının təhlükəsizliyinin təminatçısı olub: "Konstitusiyaya və federal qanunvericiliyə əsasən mən Rusiya vətəndaşlarının harada yaşamalarından asılı olmayaraq, təhlükəsizliyini təmin etməyə borcluyam". Azər Rusiyanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının dünən keçirilən fövqəladə toplantısında heç bir qərar qəbul olunmayıb. Dipomatik mənbələr toplantıda Rusiyanın Cənubi Qafqaz bölgəsindəki və dünyadakı vəziyyəti gərginləşdirməkdə ittiham edildiyini bildiriblər. Rusiya Gürcüstanın güc tətbiq etməsini pisləyən qərar qəbul olunmasını təklif etsə də, bu təklif keçməyib. TŞ yalnız münaqişə zonasında gərginliyin artmasından narahatlıq bildirməklə kifayətlənib. Dünən münaqişə bölgəsində yaranmış vəziyyətlə bağlı ilk brifinqi Gürcüstanın baş naziri Vladimir Qurqenidze keçirib. Baş nazir bəyan edib ki, Gürcüstan hökuməti Cənubi Osetiyaya humanitar yardım kimi 35 milyon dollardan artıq vəsait ayırıb: "Gürcüstan infrastrukturların bərpası və humanitar problemlərin qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edəcək". Qurqenidze xatıladıb ki, rəsmi Tiflis Cənubi Osetiyaya Vahid Gürcüstan dövlətinin tərkibində geniş muxtariyyət təklif etməyə hazırdır: "Biz eyni zamanda seçparatçı rejimi təmsil edən bütün şəxslərlə bağlı amnistiya elan edəcəyik. Münaqişə bölgəsindəki dinc insanlar bir daha təhlükə qarşısında qalmayacaqlar". Baş nazir təmsil etdiyi hökumətin münaqişə bölgəsində Konstitusiya intizamının bərpası üçün qətiyyətli addımlar atmağa məcbur olduğunu da dilə gətirib: "Bu addımlar bölgədə sülhün və əminamanlığın tam bərpasına qədər davam etdiriləcək". Cənubi Osetiyada aparılan hərbi əməliyyatlarla bağlı növbəti bəyanatı Gürcüstan prezidenti Mixil Saakaşvili verib. Gürcüstan telekanallarıyla xalqa müraciət edən Saakaşvili Cənubi Osetiya ərazisinin böyük hissəsinin hökumət qoşunları tərəfindən azad edildiyini bildirib: "Bütün dünyaya bəyan edirəm ki, Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüz həyata keçirilir. Son bir neçə saat ərzində Rusiyaya məxsus hərbi təyyarələr Gürcüstan ərazisini bombalayıblar. Bombalar dinc sakinlərin yaşadığı məntəqələrə atılıb. Gürcüstan bu konfrantasiyasının təşəbbüsçüsü deyil, ancaq öz ərazisini də güzəştə getməyəcək. Gürcüstan azadlıq yolundan dönməyəcək". Saakaşvili öz çıxışı zamanı səfərbəlik elan etdiyini də vurğulayıb: "Biz qorxmamalıyıq. Bu bizim vətənimizdir. Biz öz vətənimizi, Gürcüstanı və gələcəyimizi müdafiə edirik". Saakaşvili telemuraciətində Gürcüstanın hava sərhədlərini pozan doqquz rus hərbi təyyarəsindən ikisinin vurulduğunu da qeyd edib. Qeyd edək ki, Rusiya hərbi hava qüvvələrinə məxsus təyyarələr dünən paytaxt Tiflisin 20 kilometrliyində yerləşən Vaziani hərbi bazasını da bombalayıblar. Burada əsasən beynəlxalq sülhməramlı missiyaların tərkibinə daxil olan Gürcüstanın hərbiçiləri təlim keçirlər. Faktla bağlı yayımlanan xəbərlərdə bombardman nəticəsində yaralananların olduğu da yer alıb. Hadisədən sonra Gürcüstanın baş naziri Vladimir Qurqenidze və təhlükəsizlik şurasının katibi Aleksandr Lomaya Vaziani hərbi bazasına gediblər. "Reuters" agetliyinin yayımladığı başqa bir xəbərdə Gürcüstanın Vaziani, Qori, Batum, Senaki və Kutaisidəki bazalarında ehtiyatda olan hərbçilərin və könüllülərin toplaşdığı, səfərbərlikdən sonra daha iki hərbi alayın münaqişə bölgəsinə göndərildiyi bildirilir. Rusiya təyyarələri günün ikinci yarısında azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı hava limanını da bombalayıblar. Bombardmanda iştirak edən təyyarələr Marneuliyə Ermənistandan ərazisindən daxil olublar. Marneuli hava limanının bombalanması nəticəsində 4 nəfər həlak olub. Yaralıların sayı haqqında isə məlumat verilmir. Dünən hərbi əməliyyatlarla bağlı Gürcüstanın Rusiyadakı səfirliyinin mühafizəsi də gücləndirilib. Bu barədə "İnterfaks"a Moskva milisinin ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər veriblər. Olimpiya oyunlarının açılışına qatılmaq üçün Çinin paytaxtı Pekində olan Rusiyanın baş naziri Vladimir Putin də gürcü-osetin münaqişəsi zonasında yaranmış vəziyyətə münasibət bildirib. Putin Qazaxıstan prezidenti Nazarbayevlə görüşündə deyib ki, Gürcüstanın Cənubi Osetiyaya qarşı təcavüzkar hərəkətlərindən sonra Olimpiya oyunlarının açılışına kölgə düşüb: "Olimpiya oyunlarının mahiyyəti budur ki, həmin gün silahlar susmalıdır. Çox təəssüf ki, bunun əksi oldu və Gürcüstan hakimiyyəti faktiki olaraq döyüş əməliyyatlarına başladı". Vladimir Pitinin fikrincə, MDB ölkələri Gürcüstanı hərbi əməliyyatlara son qoymağa çağırmalıdır: "MDB çərçivəsində bu hərəkətə qiymət verilməsi çox yaxşı olardı". Gürcüstan qoşunlarının Sxinvalidə keçirdiyi hərbi əməliyyatlarla bağlı SNN, BBS və "Rustivi-2" telkanallarının, həmçinin Reuters və AFP agentliklərinin dünən saat 15:00-da yaydıqları məlumatlara görə, Cənubi Osetiyanın paytaxtı tamamilə gürcü hərbçilərinin nəzarətinə keçib. Ayrı-ayrı ərazilərdə lokal toqquşmalar isə davam edir. Gürcüstanın hökumət qoşunları saat 17:00-dək atəşkəs elan olduğunu bildiriblər və separatçıların silahlı qrpulaşmalarına təslim olmaq üçün 2 saat vaxt veriblər. Bundan əlavə məlumatlarda dinc əhalinin mühafizəsi məqsədilə humanitar koridorun açıldığı və insanların döyüş bölgəsindən evaukasiya edildiyi də qeyd olunur. Rusiyanın RTR kanalının yayımladığı xəbərdə isə 150 rus tankının və zirehli maşınların Rokski keçidi istiqamətindən Cənubi Osetiya ərazisinə daxil olduğu bildirilib. Sxinvalidən birbaşa xəbər verən "İnterfaks" agentliyinin müxbiri isə şəhərin alovalara qərq olduğunu deyib. Dünən Çinin paytaxtında ABŞ prezidenti Corc Buşla görüşən Putin hadisələrin nəzarətdən çıxa biləcəyindən narahat olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya ərazisindən Cənubi Osetiyaya könüllülər axışır və bölgədə sülhü qorumaq olduqca çətindir. Rusiya müdafiə nazirliyinin yaydığı açıqlamada atışma zamanı 10 rus hərbçisinin öldürüldüyü, 30 nəfərin isə yaralandığı vurğulanır. Şəhərin gürcü qoşunlarının nəzarətindən olduğuna baxmayaraq, dünən saat 17:00-dək Sxinvalidə olduğu bildirilən separatçı rejimin rəhbəri Eduard Kokoyatı da "xalqa" ziddiyətli məqamlarla zəngin müraciət ünvanlayıb. Kokoytı müraciətində hökumət binasının yaxınlığındakı sığınacaqlardan birində olduğunu bildirib: "Partlayış səsləri eşidilir. Yaxınlıqdakı binanın damını mərmi uçurdu... Biz bacardığımızı etdik. Ancaq söhbət konkret yardımdan gedəndə, kimsə bizə dəstək vermədi. Abxazlar əməkdaşlıq haqqında sazişi pozmaqla bizi satdılar. Ruslar bizi satdılar. Putin Olimiya oyunlarının açılışı ilə bağlı Pekinə səfərini təxirə salmadı və fövqəladə vəziyyət elan etmədi. Bir daha Rusiya xarici işlər nazirliyini məni - Rusiya vətəndaşını xilas etməyə çağırıram... Mən artıq üzərimə bir neçə qumbara bağlamışam və gürcü tankının altına atılacağım anı gözləyirəm... Məni zorla Rusiyaya aparmaq istəyirlər. Əgər getməli olsam, bilin ki, həmişə sizinləyəm". Baş separatçı Eduard Kokoytının həyacanlı müraciətindən sonra, Gürcüstan təhlükəsilik şurasının katibi Kaka Lamaya beynəlxalq birliyə Rusiyanın təcavüzünə son qoyulmasıyla bağlı çağırış edib: "Rusiya Gürcüstanı işğal edir. Əgər rus hərbçiləri və hərbi texnikası Gürcüstan ərazisinə daxil olublarsa, bu artıq bu ölkə ilə müharibə vəziyyətində olmağımızı sübuta yetirir". Saat 17:00-dək elan olunmuş atəşkəs isə Rusiya silahlı qüvvələrinin növbəti hücumu nəticəsində vaxtından xeyli əvvəl pozulub. Saat 19:00-da əldə etdiyimiz məlumata görə, Sxinvalidə qanlı toqquşmalar davam edir və şəhər artilleriya qurğularından, tanklardan və digər silahlardan aramsız atəşə tutulur. Saat 19:30-da Rusiya kütləvi informasiya vasitələri Gürcüstan qoşunlarının Sxinvalini tərk etməsi barədə məlumat yaydılar. Gürcüstan müdafiə nazirliyi isə xəbəri dərhal təkzib etdi. Rəsmi Tiflis Sxinvalinin təxminən 70 faizinin Gürcüstanın hökumət qoşunlarının nəzarəti altında olduğunu bəyan edib. xalqcebhesi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi