Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyə ərazisindən keçən hissəsində törədilmiş partlayışı PKK rəsmən öz üzərinə götürüb. Dünən PKK-ya bağlı “Fırat” xəbər agentliyi təşkilatın silahlı qanadı adından “kommunike” yayıb. Bildirilir ki, PKK BTC-nin Ərzincan yaxınlığından keçən hissəsində sabotaj aktı həyata keçirib. Xəbər verildiyi kimi, neft kəmərinin Ərzurum vilayətinə daxil olan Ərzincan şəhəri yaxınlığında avqustun 6-na keçən gecə güclü yanğın və partlayış baş verib. Həmin gün PKK-ya yaxın mənbələr hadisənin bu təşkilat tərəfindən törədildiyi haqda məlumat yaymışdılar. Bildirilirdi ki, təşkilat bu haqda daha sonra “rəsmi bəyanat” yayacaq. Xatırladaq ki, partlayış kəmərin Ərzurum yaxınlığındakı 29-cu nasos stansiyasında baş verib, üç gündür ki, kəmərin hadisə zonasına daxil olan 6 kilometrlik hissəsində qalan 12 min barel neft yanmaqda davam edir. Hadisə artıq Azərbaycan neftinin Ceyhan limanından dünya bazarlarına nəqlinin dayanmasına səbəb olub. CNN Türk kanalının məlumatına görə, Türkiyənin təhlükəsizlik çevrələrindəki mənbələrdən bildiriblər ki, sözügedən partlayışın texniki səbəbdən yarandığı haqda dəlillər var. Mənbə hadisənin PKK-nın sabotajı olması barədə yayılan məlumata şübhə ilə yanaşıb. Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin apardıqları əməliyyatlar nəticəsində PKK daxilində təşviş və nizamsızlıq yaranıb: “Mümkündür ki, terror təşkilatı bir-birinin ardınca aldığı ağır zərbələrə baxmayaraq hələ də güclü olduğunu nümayiş etdirmək üçün BTC-dəki yanğının məsuliyyətini üzərinə götürüb”. Təhlükəsizlik çevrələrindəki mənbə deyib ki, PKK terror aksiyalarının məsuliyyətini öz üzərinə götürmək məsələsində ziddiyyətli davranır. “Bəzən təşkilat özünün törətdiyi terror aksiyasının məsuliyyətini üzərindən atır, bir çox hallarda isə ona dəxli olmayan terror aktlarına görə məsuliyyəti üzərinə götürür”. Türkiyə mətbuatının məlumatlarına görə, enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər hadisə yerində olub və kəmərin ölkə ərazisindən keçən hissəsini idarə edən BOTAŞ şirkətinin nümayəndələrindən məlumatlar alıb. BOTAŞ rəsmiləri deyiblər ki, yanğın nəzarət altındadır, ancaq söndürülməyib. Belə ki, yanğın kəmərdəki neftin tam yanıb qurtarmasına qədər davam edəcək. Şirkət təmsilçilərinə görə kəmərdə yanğını söndürmək olar, ancaq bu risklidir, çünki bu halda yanğının daha da güclənməsi, yaxud neftin ətrafa sızması təhlükəsi var. Ona görə də ən təhlükəsiz variant yanğının neft tükənənə qədər nəzarət altında davam etməsidir. Yalnız neft bitdikdən sonra yanğınsöndürmə xidmətləri alovu söndürəcəklər. Enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər də deyib ki, yanğını tam söndürməyə imkan var, lakin bu halda kəmərdəki neft ətrafa axa bilər. Hadisənin səbəbləri haqda isə ancaq yanğın söndürüldükdən sonra aparılan araşdırmalardan sonra danışmağın mümkün olacağı bildirilir. Nazir jurnalistlərin “partlayışı PKK-mı törətdi” sualına “konkret bir şey söyləmək mümkün deyil, araşdırmalar gedir” deyə cavab verib. Rəsmilər deyiblər ki, yanğın söndürüldükdən sonra nasos stansiyasının işini bərpa etmək üçün 10-15 gün vaxt tələb olunacaq. Bu isə sutkada 1 milyon bareldən çox neft nəql edən kəmərin təqribən 20 gün bağlı qalacağı deməkdir. Artıq dünəndən etibarən Azərbaycan neftinin dünya bazarlarına Ceyhan limanından çıxışı dayanıb. Belə ki, kəmərdə partlayış baş verən zaman Ceyhan limanındakı terminallarda 7.5 milyon barel neft olub. Həmin neft təqribən 7 böyük tankeri doldurmağa kifayət edir. Lakin bu neft avqustun 7-də tankerlərlə yüklənərək bitib və bununla da Ceyhan limanından dünya bazarlarına neft axını dayanıb. Bu xəbərdən sonra son günlər ucuzlaşmaqda olan neft yenidən bahalaşmağa başlayıb. Son xəbərlərə görə, Nyu York birjasında neftin qiyməti 2 dollar artaraq 120 dolları keçib. Qeyd edək ki, BTC ilə nəql edilən neft dünyanın neftə olan tələbatının 1 faizidir. Məlumatlara görə, partlayışla bağlı Ceyhan limanındakı Heydər Əliyev adına terminalda böhranlı vəziyyəti idarə etmək üçün xüsusi qərargah yaradılıb. 15 aparıcı mütəxəssisdən ibarət mərkəz Bakı və Ankaradakı böhran qərargahları ilə koordinasiya olunmuş şəkildə çalışır. Mərkəzdə hadisə yerindən birbaşa görüntülər izlənilir, operativ şəkildə yanğın bölgəsindəki səlahiyyətli şəxslərə göstərişlər verilir. Xatırladaq ki, əvvəlcə rəsmilər nasos stansiyasında baş vermiş yanğın nəticəsində yerin altı ilə keçən kəmərə ziyan dəymədiyini açıqlamışdılar. Lakin dünən BOTAŞ rəsmiləri etiraf ediblər ki, kəmərə də ziyan dəyib, buna görə də təmir işlərinin nə qədər vaxt aparacağı bilinmir. Qeyd edək ki, BTC boyu nasos stansiyaları elektron mühafizə sistemi ilə qorunur, stansiyaların ətrafı metal hasarlarla əhatə olunub, içəridə isə təhlükəsizlik əməkdaşları keşik çəkir. Bu üzdən PKK-nın nasos stansiyasını necə partlatdığı ekspertlər üçün hələ qaranlıq qalır. Terror təşkilatının bəyanatında da bu haqda bir şey deyilmir. Ən çox ehtimal olunan versiyaya görə, PKK-çılar stansiyaya elektron hasarın üstündən əl qumbarası ata və ya ora qumbaraatanla zərbə endirə bilərlər. Türkiyə rəsmiləri bildirirlər ki, hadisədən 15 dəqiqə əvvəl Ankaradakı BTC-nin işinə nəzarət edən mərkəzə qəza haqda siqnal daxil olub, lakin qəzanın səbəbləri müəyyən deyil. F.MƏMMƏDOV musavat
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi