Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Reuters: İranın Çinə neft satışı azalıb
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
İranlı deputat sülh çağırışlarının “təslim olmaq” anlamına gəldiyini bildirib
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
Xəbər verildiyi kimi ötən həftə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Moskvada aparılmış danışıqlardan sonra “İnterfaks” agentliyinə müsahibə verən amerikalı həmsədr Metyu Brayza Dağlıq Qarabağın statusunun referendumda müəyyən ediləcəyini deyib. Amerika dövlət katibinin köməkçisinin bu sözləri Azərbaycanda qəzəblə qarşılanıb, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatçılarını isə ruhlandırıb. Diplomat demişdi ki, danışıqlarda müzakirə edilən təkliflər Dağlıq Qarabağın gələcək statusunun orada yaşayan əhali tərəfindən səsvermə yoluyla müəyyən edilməsini nəzərdə tutur. Lakin BBC-yə eksklüziv müsahibəsində Dağlıq Qarabağın gələcəyi barədə geniş əks-səda doğurmuş bəyanatını şərh edən Amerika diplomatı sözlərinin səhv yozulduğunu bildirib:"İnterfaks"da dərc edilmiş müsahibəni oxumuş bəzi adamlar, mənim dediklərimin yalnız bir hissəsini oxuyublar və sonra onu səhv yozublar. Çünki onlarda baş verənlərin bütün detalları yoxdur. Buna görə də onlar nüansları nəzərə almırlar. Azərbaycanda elə başa düşüblər ki, mən Dağlıq Qarabağ sakinlərinin yaxın vaxtlarda öz gələcəklərini müəyyən edəcəklərini demişəm. Yəni Qarabağın siyasi statusu barədə. Əslində isə mən demişdim ki, geniş bir təkliflər paketi var." Brayzanın sözlərinə görə, söhbət yalnız Minsk Qrupu həmsədrlərinin masa üzərinə qoyduqları təkliflərdir. Bura rayonların azad edilməsi, didərginlərin qaytarılması və sairə daxildir. “Buraya müəyyən formada səsvermə də daxil ola bilər. Mən deyə bilmərəm ki, bu referendum ola bilər, ya plebistsit, yalnız hansısa formada səsvermə ki, burada Dağlıq Qarabağ sakinləri iştirak edə bilərlər. Bu bizim hazırda dəqiq deyə bilmədiyimiz bir gələcək vaxtda baş verə bilər. Lakin bu ancaq didərginlərin öz vətənlərinə dönməsindən sonra baş verə bilər və bunu dünən Novruz Məmmədov da deyib. İstənilən saziş tərəflər arasında əldə edilməlidir”,-deyə Brayza əlavə edib. Amerikalı diplomatın bu izahına qane olmayan BBC əməkdaşı ona bu sualla müraciət edib: “İnterfaksdakı müsahibədə sizə istinadən yazılıb ki, ”qarabağlılar özləri Azərbaycan tərkibində qalıb-qalmayacaqlarına dair qərar verə bilərlər". Axı Azərbaycan deyir ki, sülh sazişinin hansı formada olmasından asılı olmayaraq, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmalıdır. Referendum və ya səsvermə yalnız bölgənin hansı statusla Azərbaycanda qalacağını müəyyən edə bilər. Bəlkə buna görə Azərbaycan hökuməti müsahibəyə belə reaksiya verib?" Brayza isə deyib ki, “İnterfaks”ın nəyisə dərc etməsi, onun dəqiq olması demək deyil: “Mən təhriflər, düzgün sitatların gətirilməməsinə çox vaxt sərf edirəm. Bu halda biz dediklərimin səhv yozulmasını görürük. Reallıq budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü qəbul etməklə iş aparırıq, qurtardı getdi.” Daha sonra Brayza ilə BBC əməkdaşı arasında bu dialoq olub: - Və heç bir referendum bunu dəyişə bilməz? - Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Bu beynəlxalq prinsip çox yüksək diplomatik statusa malikdir. Eyni zamanda siyasi prinsiplər də var ki, bu, erməni tərəfi üçün vacibdir. Əgər razılıq əldə ediləcəksə, deməli razılıq iki tərəfdən imzalanmalıdır. Beləliklə, tərəflər əvvəlcədən razılaşdırılmış platforma, yəni Azərbaycanın ərazi bütövlüyü üzərində razılıq əldə etməlidirlər. Amma bu razılıq digər tərəfin əhəmiyyət verdiyi siyasi razılıqları da nəzərə almalıdır. Biz hazırda belə bir sazişin əldə edilməsinə çalışırıq. - Cənab Brayza, bəs siz bu müsahibə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamısınızmı, onlara bu barədə izahat vermisizmi? - Bəli, təbii ki vermişik. - Bəs niyə sizin izahatınız Azərbaycan ictimaiyyətinə çatdırılmayıb? - Bu sualı onlara vermək lazımdır. Amma əminəm ki, Azərbaycan bizim hansı mövqedə olduğumuzu yaxşı bilir. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim bu həftənin əvvəlində keçirdiyi brifinq zamanı Brayzanın dünən dediklərini bu gün dandığını demişdi. Yəni göründüyü kimi, amerikalı diplomatın dəfələrlə dediyi sözlərdən geri çəkilməsi və jurnalistlərin onun sözlərini təhrif etdiyini bildirməsi rəsmi Bakıda da onun mövqeyinə şübhələr yaradıb. Brayza Minsk Qrupuna artıq 3 ildir həmsədrlik edir və bu müddət ərzində danışıqlar prosesinin gedişi haqda ən çox informasiya, şərh verən də o olub. Amerikalı diplomat hər dəfə danışıqlar olanda həvəslə jurnalistlərlə təmasa girir və prosesin gedişi haqda bir çox hallarda bu cür qalmaqal yaradan açıqlamalar verir. Ancaq məsələ böyüyən kimi sözlərinin düzgün anlaşılmadığını bildirir. Bir tərəfdən Brayzanın danışması yaxşıdır, onun dedikləri Azərbaycan ictimaiyyətinə bağlı qapılar arxasında aparılan danışıqlar haqda müəyyən informasiya verir və bəlli olur ki, danışıqlarda Dağlıq Qarabağın statusunun gələcəkdə səsvermə yoluyla müəyyən edilməsi kimi təhlükəli element var. Ancaq digər tərəfdən Brayza dediyi sözlərdən o qədər geri çəkilib ki, artıq onun nəyi doğru dediyini də ayrıd etmək çətinləşib. Siyasət şöbəsi musavat
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
Urmu gölü qırmızı oldu
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda ərzaq qiymətləri 128 faizi keçdi
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir