Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Güney Azərbaycandakı 2006 May ayaqlanmaları ndan sonra orta doğu məsələləri ilə ilgilənən bütün güclərin siyasi təhlilləri və bölgənin gələcəyi haqqında baxış tərzləri yüksək dərəcədə dəyişilsə də, güney Azərbaycan milli hərəkəti içərisində dünya ictimaiyyatında ciddiyə alına bilən hər hansı bir təşkilatın ortada olmadığı, örgütlənmə və təşkilatlanma doğrultusunda ciddi bir təşəbbüsün gorünmədiyi, siyasi - milli fəallar arasında təşkilatlanma üçün gərəkən iradə və hərəkətliliyə zəmin olacaq mədəni-siyasi danışıq və dialoqun var olmadığı üçün, ayaqlanmalar və ayaqlanmalardan sonra ortaya çıxan kütlə arası hərəkətliliyin haqq etdiyi qazanc və gətirinin də ortada olmadığı aydın və açıqdır. Son zamanlarda güney Azərbaycan milli simbolu önərisi ilə birlikdə yayımlanan müraciət, müraciətin izahları və açıqlamaları, müraciət yayımlanandan sonra gündəmdə olan mübahisələr və milli simbolun əleyhinə həmçinin ləhinə olan yazılar, güney Azərbaycan milli hərəkətinin çeşidli fikir və düşüncə sahibləri arasında mübahisə və tənqid üslublarına uyğun bir dialoq və danışığın başlana biləcəyinin çox da çətin və mahal olmadığını göstərmişdir. Təbii ki e-mail qruplarında yayımlanan çamur atma və söyüş içərikli bəzi e-mailləri eləcə də tənqid üslublarına uymayan _ bir düşüncə və fikri tənqid etmək yerinə o düşüncəni ortaya atan və onu qəbul edənlərə cahil və xain kimi sifətləri yaraşdıran _ yazıları istisna tuturuq. Güney Azərbaycan içərisində bir qrup müstəqil fəallar tərəfindən yayımlanan müraciət güney Azərbaycan ya güney Azərbaycan milli hərəkəti üçün, ən uyğun simbol və ya bayrağı önərdiyini iddia etməməklə birlikdə, belə bir işin mümkün olmadığını da bildirmişdir. Demokratik bir refrandom üçün gərəkən ortamın yarandığı və ya güney Azərbaycanın bir dövlət və parlamentə sahib olduğu təqdirdə güney Azərbaycan milli bayrağı seçiləcək və bununla seçıləcək bayrağın tərhi hansi bayrağa yaxın olub olmadığı da bəlirlənəcəkdir. Təbii ki bu şərtlərin içərisində seçiləcək bayraq tamamiylə yeni bir tərh də ola bilər. Ancaq hələlik bunun gerçəkləşəcəyi zamanın nə qədər uzaq ya yaxın olduğu haqqında heç bir bilgi və fikrimiz yoxdur. Zatən önərilən tərh yeni olmadığı üçün belə şərtləri tələb etməməkdədir. Yayımlanan müraciətdə güney Azərbaycan ya güney Azərbaycan milli hərəkəti üçün ən uyğun simbol ya bayraq deyil ən uyğun geçici simbol və ya bayraq söz qonusudur. Buna görə önəriyə baxış şəkli də bu əsasda olmalıdır. Elə bu nədənlə "bayrağı parlament seçər", "bayraq böyük bir həmasə içindən çıxar" və bu kimi ifadələri, təklif əleyhinə bir tənqid olaraq dəyərləndirmək mümkün deyildir. Yayımlanan müraciət simbolun geçici olduğunu sadəcə sözdə deyil bəlki önərdiyi tərh və onun təfsiri ilə də açıqca göstərmişdir. Qara ay və səkkiz bucaqlı ulduz ağaracaqdır, şəklində olan net açıqlama da bu gerçəyi isbatlamaqdadı r. 1918 tarixində yüksələn bayrağa hər hansı bir alternativ sadəcə yuxarıda vurğulanan şərtlər içərisində sunula bilər. Müraciətdə önərilən tərh ilə bu bayrağın fərqi sadəcə ay və ulduzun rəngindədir. Qara rəngin təfsiri haqqında yazılan ifadələr isə son dərəcə şəffaf və aydındır. Bu ifadələr önərilən tərhin 1918 tarixində yüksələn bayrağa alternativ olma şansını ondan almışdır! ("Bu millətin taleyinə qara rəng soxmayın.", "Bu millətin ay və ulduzunu qaraltmayın" və "Azərbaycan millətini qarabəxt göstərməyə haqqınız yoxdur." şəklində olan duyğusal tənqidlərə cavab vermək niyyətində deyiləm, çünkü bağımsız ölkələrin simbolları və bayraqlarına ötəri baxış və onlarca bağımsız ölkənin bayrağında qara rəngi görmək, yetərli cavabı verməkdədir. ) Yeni planlar və fəallar arası ixtilaflar məsələsi: Simbol və ya bayraq mübahisəsi ixtilaflara səbəb olur, deyənlərin də sayı az deyildir. Bu irada isə həm özəl olaraq önərilən simbol çərçivəsində həm də genəl şəkildə baxmaq mümkün həm də lazimdir. Bayraq dartışmalarında ixtilaflara səbəb olan ən önəmli amil neçə bayraqlılıq məsələsi olmuşdur. Yayımlanan müraciət bu məsələyə toxunaraq problemi önləmək və əngəlləmək üçün irəliyə doğru əməli addım atmışdır; Müraciət və onun izahlar və açıqlamaları son dərəcə diqqət ilə yazılmış, müraciətin yayılmasından öncə geniş müzakirələr aparılmış və yayılmasından sonra isə verilən tənqidlərə məsələni müdafiə edən çeşidli şəxslər tərəfindən məntiqi və təhlili yazılar yazılmışdır. Bütün bunlar isə yeni bir tərh və planla ortaya çıxmağın nə şəkildə mümkün olduğunu yaxşıca göstərdi. Demək ki belə işlər bilgisayar arxasında oturub və rəngli fontlar ilə e-mail qruplarını doldurmaqla və ya duyğusal yazılarla olmazmış. Məsələyə geniş baxıldıqda da, ixtilafların çoxalması qorxusu ilə yeni fikirlər və planlara meydan verməmək hərəkətliliyin ən böyük düşmənidir. Yeni fikirləri qadağan etməkdənsə, bəyənmədiyimiz fikirlər ilə qarşılaşdığımızda əsəblərimizi kontrol edib həyəcanlanmamaq daha yaxşıdır. Tənqid və təxrib arasındakı sınırın qıldan incə olduğunu desələr də bizim əsas problemimiz, tənqid və təxribi bir birlərindən səçə bilməmək deyildir, deyə inanıram. Bir şəxs və ya qrupun əməli və ya yazısını tənqid etmək yerinə onun əleyhinə ittihamlar irəli sürmək və çamur atmağın tənqid olmadığı ap-açıqdır. Bir önəmli məsələ daha var; Yeni fikirləri, ixtilaf salırlar, deyə qadağan etmək hərəkət içrə danışıq və dialoq yolunu qapatmaqdadır. Yeni fikirlərin ortada olması _ onların doğru olub olmadıqlarına baxmayaraq _ hər zaman milli hərəkətimizin inkişafı və gəlişməsi üçün lazimdir. Hərəkətimizin xeyrinə olan heç nəyi qadağan etməyə ehtiyacımız yoxdur. Ehtiyacımız olan hərəkətimizi gəlişdirmək və hərəkətçilər arası siyasi-mədəni dialoqların genişlənməsi üçün sağlam və demokratik ortamı qurmaqdır. Son olaraq güney Azərbaycan milli simbolu təklifini və önərilən ay və ulduzu qara rəngdə olan tərhi qəbul etdiyimi bildirməklə bərabər, demokratik yanaşmağın müxalif və ya müvafiq olma məsələsindən daha önəmli olduğunu vurğualayıram. İnsanlara bir fikir və düşüncəni zorla qəbul etdirmək heç yerdə doğru olmadığı kimi bizim hərəkətdə də doğru deyildir. Bu gerçəyin önərilən simbolu qəbul edənlər və etməyənlər tərəfindən diqqətə alınacağını arzu edirəm. Əlirza Quluncu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi