SON XƏBƏRLƏR

Andres Herkel boykotun əleyhinə çıxdı

2021.10.20, 07:36
Andres Herkel boykotun əleyhinə çıxdı

Gunaz.tv
Andres Herkel boykotun əleyhinə çıxdı "SEÇKİDƏ İŞTİRAK ETMƏK PROSESDƏN KƏNARDA QALMAQDAN DAHA YAXŞIDIR" andres_h-040808.jpg "Azərbaycan müxalifətinin əsas fiqurlarının prezident seçkisini ya boykot etmələri, ya da seçkidə iştirakdan imtina barədə qərarları prosesə mənfi təsir göstərə bilər". Bu sözləri APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Onun fikrincə, seçkidə iştirak etmək prosesdən kənarda qalmaqdan daha yaxşıdır: "Çünki seçicilərin geniş seçim imkanı olmalıdır. Eyni zamanda seçki ərəfəsində ölkədə siyasi diversifikasiya mühiti yaradılmalıdır"."Azərbaycan müxalifətinin seçkidə iştirakdan imtina qərarının prosesə necə təsir göstərəcəyini proqnozlaşdırmaq çətindir. Çünki hadisə yenicə baş verib. Amma istənilən halda bu, onların öz qərarıdır". Bu sözləri isə APA-ya açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov deyib. O, VK-nin Avropa Şurasının orqanları və AŞ üzvü olan ölkələrin müraciətləri əsasında çalışdığını xatırladaraq bildirib ki, qurumun seçki ərəfəsində Azərbaycanın Seçki Məcəlləsi üzərində işi bərpa etməsi gözlənilmir: "Oktyabrın 15-ni və hər şeyin necə yekunlaşacağını gözləmək lazımdır". Onun sözlərinə görə, zərurət yaransa və müvafiq müraciət daxil olsa, Seçki Məcəlləsi üzərində işi davam etdirmək mümkündür. S.Kuznetsov avqustun sonunda Bakıda VK və MSK-nın təşkilatçılığı ilə hüquqşünaslar üçün seminar keçiriləcəyini də söyləyib. 525

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar