Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
"Artıq "qara qızıl"ın qiyməti siyasi amillərlə şərtlənir" "ABŞ Rusiyanın və dünyanın iqtisadiyyatına təsir etmək gücünə malik olduğunu ortaya qoydu" Dünya bazarında neftin qiymətinin sürətlə artması tendensiyası dayanıb və son iki həftədə bir barrel 25 dollar ucuzlaşaraq 125 dollara satılır. Bəzi müşahidəçilər neftin 100 dollara qədər ucuzlaşa biləcəyi qənaətindədirlər. Bəs dünya bazarında neftin qiymətinin aşağı düşməsi nədən qaynaqlanır? İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, məhz Rusiyanın neftin dollar yox, başqa valyutayla satılmasıyla bağlı təklif irəli sürməsindən sonra dünyada bu enerjidaşıyıcısının qiyməti aşağı düşməyə başlayıb. Moskvanın təklifini Venesuela və İran da dəstəkləyib. Rəvan Məmmədli Amma Səudiyyə Ərəbistanı başda olmaqla OPEK ölkələri həmin təklifə dəstək verməyib. Onun sözlərinə görə, Rusiya dünyada neft hasilatına görə ikinci ölkədir və neft bazarına təsiri güclüdür. Amma Moskvanın təklifindən sonra Ağ Ev bəyanlayıb ki, ABŞ öz neft ehtiyatlarından istifadə etmək niyyətindədir. Hətta prezident Corc Buş ehtiyatların işlənməsiylə bağlı limitin aradan qaldırılması üçün Konqres qarşısında təşəbbüslə çıxış edib. Eyni zamanda Alyaskada limitsiz, ciddi şəkildə neft hasilatının artırılmasıyla bağlı qərar verilib. Bu da dünya neft bazarına təsir etməyə bilməzdi. İqtisadçı ekspert xatırlatdı ki, son 4 ildə 1 litr benzinin qiyməti 25 dəfə qalxıb. Bu, ABŞ üçün çox böyük göstəricidir. 4 il əvvəl 1 litr benzin 4 sent olub, hazırda 1 dollardan az deyil. Vüqar Bayramov hesab edir ki, əslində ABŞ-ın Alyaskadakı neft ehtiyatlarından limitsiz istifadə, daxili ehtiyatların işlənməsiylə bağlı son qərarı əslində iqtisadidən çox, siyasi qərardır. Çünki Moskvanın son təklifi göstərib ki, Rusiya neft amilindən siyasi məqsədlə yararlanmaq niyyətindədir və Venesuela ilə İranın mövqeyində dayanıb. Şimal qonşumuz göstərməyə çalışıb ki, bu gün ABŞ-ın qlobal valyuta rolunu oynayan valyutasına təsir göstərmək imkanındadır. Moskva düşünüb ki, neft dollara deyil, başqa valyutalara satılsa, digər strateji məhsulların da başqa valyutalarla satılmasının əsası qoyula bilər. Bu, faktiki ABŞ-ın qlobal iqtisadiyyatda rolunu minimuma endirərdi. Əslində şimal qonşumuzun neftin dollara deyil, məsələn, avroya satılmasının heç bir önəmi yoxdur və təklif siyasi mahiyyətlidir. Çünki bütün hallarda neft rubla satılmayacaq və Rusiya da bunu yaxşı başa düşür. Məqsəd məhz ABŞ-ın rolunun azaldılmasıdır. Bütün bunlara görə Vaşinqton qısa müddətdə Moskvanın təklifinə reaksiya verib. Rusiya neft hasil edən ölkələr arasında ikinci olsa da, ABŞ mahiyyət etibarilə siyasi xarakter daşıyan son qərarlarıyla göstərib ki, dünyada gedən qlobal iqtisadi proseslərə təsir imkanına malikdir. Bu gün Mərkəzi və Şərqi Avropa ölkələri təbii qazı tamamilə Rusiyadan alırlar. Yəni enerji təminatı baxımından Avropada ciddi mövqeyə malikdir: "Ancaq Rusiyanın enerji sektorunda ciddi mövqeyə malik olmasına baxmayaraq, ABŞ bu ölkənin iqtisadiyyatına və qlobal iqtisadiyyata təsir etmək gücünə malik olduğunu ortaya qoydu. Neftin son qiymət düşmələri məhz siyasi faktorlarla bağlıdır". İqtisadçı ekspert bildirdi ki, ABŞ Alyaskadakı ehtiyatlardan limitsiz, digər ehtiyatlardan istifadəylə bağlı qərar verməklə, Səudiyyə Ərəbistanına təsir göstərməklə böyük oyunu udub. Böyük Britaniyanın xarici işlər nazirinin OPEK rəsmiləriylə, eyni zamanda Səudiyyə Ərəbistanının kralıyla, neft naziriylə danışıqlar aparması, OPEK-i dünya bazarında neftin qiymətinin aşağı salınmasının zəruriliyinə inandırması öz rolunu oynayıb. Səudiyyə Ərəbistanı OPEK-də ən çox neft hasil edən ölkədir və rəsmi Ər-Riyadın qərarı əslində faktiki OPEK-in qərarıdır. ABŞ-ın Avropada müttəfiqi olan Böyük Britaniya məhz Səudiyyə Ərəbistanına təsir göstərməklə neftin dünya bazarında qiymətinin aşağı salınmasına nail olub. Vüqar Bayramov neftin qiymətinin iqtisadi səbəblərdən deyil, siyasi nədənlərdən aşağı düşdüyünü digər bir gerçəkliyin də sübutladığını söylədi. Çünki faktiki dünyada neftə tələbat azalmayıb, əksinə, artır. Bu gün Çində, Hindistanda neftə tələbat artır. Yalnız son altı ayda Çində neftə tələbat 10 faiz çoxalıb. Hindistan da günümüzdə dünyada inkişaf edən ölkələr arasında xüsusi yer tutur və onun da neftə tələbatında çox ciddi artım müşahidə olunub. Son altı ayda Hindistanın neftə tələbatı 14 faiz artıb. Eyni zamanda güman olunur ki, yaxın müddətdə Çin, Hindistan, Rusiya və Braziliya dünyada ümumdaxili məhsul istehsalının (ÜDM) təxminən 31 fazindən artığını verəcəklər. Hesablamalara görə, 5 il sonra yalnız Çin ABŞ-ın ÜDM-nin 40 faizi həcmində ÜDM-ə malik olacaq. Bu onu göstərir ki, Çin, Hindistan, Braziliya, o cümlədən Rusiyanın özünün neftə tələbatı artıb. Xüsusən neft istehsal etməyən Çin və Hindistanın tələbatının artması dünya bazarına təsir göstərməyə bilmir: "Bütün bunlar da təsdiqləyir ki, artıq qara qızılın qiyməti iqtisadi deyil, siyasi amillərlə tənzimlənir. ABŞ neftin qiymətlərini tənzimləmək imkanına malikdir. Vaşinqton qiymətin aşağı düşməsində həm də ona görə maraqlıdır ki, Rusiyanın güclənməsində, İranın nüvə məsələsində kəskin mbvqe tutmasında, yaxud Venesuelanın anti-Amerikan çıxışlarında neftin qiymətinin artması əsas səbəblərdən biridir. Məsələn, hazırda Rusiyanın dövlət büdcəsinin 50 faizi məhz neft sektorundan gələn gəlir hesabına formalaşır. Ora qazı da əlavə etsək, bu gün Rusiya Federasiyasının büdcəsi enerji sektorunun büdcəsinə bənzəyir. ABŞ neftin qiymətini aşağı salmaqla həm Rusiyanın, həm İranın, həm də Venesuelanın güclənməsinin qarşısını almağa çalışır". İqtisadçı ekspert onu da nəzərə çatdırdı ki, 2010-cu ildən sonra ABŞ-ın dünya neft bazarına təsir imkanı çox ciddi şəkildə artacaq. Çünki 2010-cu ildən sonra İraqda neft hasilatının çox kəskin şəkildə artacağı gözlənilir. O xatırlatdı ki, İraqda dünyanın bütün neft ehtiyatlarının 13 faizə qədəri cəmlənib. 13 faiz kifayət qədər ciddi rəqəmdir. Müqayisə üçün təkcə onu demək kifayətdir ki, İran istisnayla, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın birgə ehtiyatları dünyanın neft resurslarının 5,4 faizinə bərabərdir. Yəni İraqın neft ehtiyatları bütövlükdə ehtiyatlarından 2 dəfədən də çoxdur. Bu onu göstərir ki, ABŞ çox yaxın zamanlarda dünyanın neft bazarlarına daha güclü şəkildə təsir göstərə biləcək. Çünki İraqda neft hasilatıyla Amerika şirkətləri məşğul olacaq və həmin şirkətlər siyasi baxımdan Ağ Evə bağlıdırlar: "Bir daha qeyd edirəm ki, ABŞ son qiymət artımlarını reallaşdırmaqla göstərdi ki, Rusiyanın güclənməsinə, İranın regionda rolunu artırmağa çalışmasına baxmayaraq, qlobal iqtisadi siyasətdə yeganə söz sahibi olan ölkədir. Vaşinqtonun Avropa ölkələrinə də təsir imkanları olduğuna görə faktiki neftin qiymətinin aşağı düşməsini, yaxud yüksəlməsini tənzimləmək gücündədir. Bu, daha çox Rusiyaya cavab oldu. Neftə tələbat artsa da, baş verənlər göstərir ki, hətta yaxın onilliklərdə belə Rusiyanın ABŞ dollarını qlobal arenadan sıxışdırıb çıxarmaq imkanları yoxdur". Vüqar Bayramov iyun ayında ABŞ-da iqtisadi artım qeydə alındığına da diqqət çəkdi. Çünki 2007-ci ilin oktyabrından ABŞ iqtisadiyyatında böhran müşahidə olunub. Bu ilin iyununda isə iqtisadiyyatda 1,5 faiz artım qeydə alınıb. Başqa sözlə, adıçəkilən superdövlətin iqtisadiyyatı dirçəlməkdə və inkişaf etməkdədir: "Bunun özü də təsdiqləyir ki, qlobal iqtisadiyyatda ABŞ-ın rolunun azalacağı barədə proqnozların əsası yoxdur və Rusiya, İran, Venesuela kimi ölkələr onu sıxışdırmaq gücünə malik deyillər". xalqcebhesi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi