Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Dünən Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu başlayıb. Rusiya XİN-in patronajlığı altında keçirilən danışıqlarda nazirlər Elmar Məmmədyarov və Edvard Nalbəndyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşüblər. Bir gün əvvəl isə həmsədrlər Moskvada öz aralarında görüşərək nazirlərin danışıqlarının gündəminə dair müzakirələr aparmışdılar. E.Məmmədyarovla E.Nalbəndyan Bakı vaxtilə saat 14 radələrində bir araya gəliblər. Rusiya paytaxtındakı diplomatik mənbə “İnterfaks” agentliyinə məlumat verib ki, görüş uzun çəkəcək: “Danışıqlar bütün gün ərzində, bağlı qapılar arxasında davam edəcək”. Adı açıqlanmayan diplomat bildirib ki, danışıqlardan sonra nazirlərin açıqlama ilə çıxış etməsi gözlənilmir, lakin onların adından birgə kommünike yayılacaq. Mənbə xatırladıb ki, danışıqlar Minsk Qrupu formatı çərçivəsində, həmsədrlərin təklifləri əsasında keçirilir. Qeyd edək ki, bu, E.Nalbəndyanla E.Məmmədyarov arasında ikinci danışıqlardır. Bundan əvvəl nazirlər bir dəfə görüşüblər, daha sonra prezidentlərin görüşü zamanı bir araya gəliblər. Prezidentlər İlham Əliyev və Serj Sərkisyanın iyunun əvvəllərində Sankt-Peterburqdakı görüşündə əldə edilmiş razılaşmaya görə, xarici işlər nazirləri danışıqları Madrid sənədi əsasında, tərəflərin bu sənədə əlavə etdikləri qeydlər nəzərə alınmaqla davam etdirməlidir. Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların bu cür uzun çəkməsi ilk dəfə baş verir. Danışıqların bütün gün ərzində davam etməsi isə kifayət qədər maraqlı detal kimi görünür. Ermənistan prezidenti S.Sərkisyan Moskva danışıqlarından əvvəl deyib ki, onun mövqeyinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları tükənməyib: “Mənim təsəvvürlərimə görə, prezident Əliyev danışıqları davam etdirməyə hazırdır”. Rəsmi Bakı isə bu danışıqlar ərəfəsində Ermənistandan konstruktiv mövqe gözlədiyini bəyan edib. Xarici işlər naziri E.Məmmədyarov Moskvaya yola düşməzdən əvvəl Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşü zamanı demişdi ki, Ermənistan danışıqlarda konstruktivlik göstərməlidir. E.Məmmədyarovun sözlərinə görə, Ermənistanın yeni hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktivlik nümayiş etdirməsi onların xeyrinə olacaq. “Nezavisimaya qazeta” isə yazıb ki, bu danışıqlar Ermənistanda mürəkkəb siyasi situasiyasının hökm sürdüyü bir vaxtda keçirilir. Belə ki, danışıqların başlamasından bir neçə saat sonra erməni müxalifəti Levon Ter-Petrosyanın başçılığı altında İrəvanda yeni izdihamlı aksiya keçirməyi planlaşdırırdı. Qəzetin yazdığına görə, nazir E.Nalbəndyan dünən Moskvaya yola düşərkən jurnalistlərə deyib ki, danışıqlarda Madrid sənədi müzakirə olunacaq. O, danışıqların gedişində nazirlərin həmsədrlərin iştirakı ilə geniş müzakirələr aparacağını da deyib. E.Nalbəndyan bildirib ki, Madrid sənədi münaqişənin nizamlanmasının baza prinsiplərini nəzərdə tutur: “Ermənistan danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırdır, bu yolla getməklə münaqişənin həllinə nail olmaq mümkündür”. Lakin qəzetin mövqeyinə görə, müstəqil ekspertlər erməni nazirin bu nikbinliyini şişirdilmiş sayırlar. Çünki tərəflərin mövqeləri arasında Dağlıq Qarabağın statusu məsələsində kəskin ziddiyyət var. Ermənistan Dağlıq Qarabağa müstəqillik tələb edir, Azərbaycan isə onu öz ayrılmaz hissəsi sayır. Qəzet yazır ki, Ermənistan hakimiyyəti hazırda Qərbin təzyiqləri altındadır. ABŞ başda olmaqla, Qərb hakimiyyətdən müxalifətə güzəştlərə getməyi tələb edir. Belə bir vaxtda danışıqları aparmaq Ermənistan hakimiyyəti üçün asan deyil. Onu da qeyd edək ki, danışıqlar Azərbaycanda prezident seçkisinə az qaldığı bir vaxtda keçirilir. Bu isə onun göstəricisi sayıla bilər ki, Azərbaycan hakimiyyəti seçkilərin danışıqlar prosesinə təsir etmədiyini Qərbə nümayiş etdirir, bu cür mesaj verir ki, ölkədaxili situasiyaya nəzarət seçkilərə baxmayaraq tam şəkildə onun əlindədir və Qarabağ münaqişəsi ilə bağlı danışıqları intensiv formada davam etdirməkdən çəkinmir. Madrid sənədinin detalları məlum olmasa da bəllidir ki, ötən ilin dekabrında İspaniya paytaxtında nazirlərə təqdim edilən bu sənəddə Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə müəyyən edilməsi prinsipi öz əksini tapıb. Sənəd erməni tərəfini əsasən qane edir və bunu İrəvanda da gizlətmirlər. Bu sənəd prezidentlər tərəfindən müzakirə ediləndən sonra tərəflərdən hər biri ora öz şərhini əlavə edib. Nəhayət, günün sonuna doğru danışıqlar yekunlaşıb. Nazirlərin Rusiya xarici işlər nazirinin birinci müavini Andrey Denisovla da görüşdükləri bildirilir. E.Məmmədyarov jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar konstruktiv məcrada keçib və faydalı olub: “Biz həmkarımızla çətinlik yaratmaqda davam edən bəzi məsələləri müzakirə etdik, ümumi mövqe belədir ki, danışıqlar davam etdirilməlidir". Məmmədyarov deyib ki, Azərbaycandakı seçkilərə qədər prezidentlərin də görüşməsi istisna deyil. Ermənistan xarici işlər naziri isə deyib ki, danışıqlar Madrid prinsipləri əsasında davam edəcək. Onun sözlərinə görə, nazirlər sentyabrın 28-də BMT Baş Assambleyasının sessiyası zamanı Nyu Yorkda da görüşə bilərlər. Siyasət şöbəsi musavat
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi