Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
R.T.Ərdoğan: «Heç bir zaman dünyəviliyə qarşı çıxmayan AKP yolunu davam etdirəcək» Iyulun 30-də Türkiyə Konstitusiya Məhkəməsinin çıxardığı qərar AKP-nin bağlanıb bağlanmayacağı ilə bağlı suala son qoydu. Qərardan dərhal sonra partiya qərargahında keçirdiyi toplantıda baş nazir Rəcəb Tayyib Ərdoğan bu qərarla Türkiyənin qarşısında olan bir maneənin aradan qalxdığını deyib: “Demokratiya böyük bir ayıbdan qurtuldu. Alınan bu qərarla səlahiyyətli orqanlarımız bir araya gəlib millətimizə zərər gəlmədən məsələni həll etdilər. Yolumuzda açıla biləcək siyasi, iqtisadi, sosail problemləri ən yaxşı şəkildə həll edə bildik”. AKP-çilərin sürəkli alqışları Konstitusiya Məhkəməsinin AKP ilə bağlı çıxardığı qərarı partiyanı Türkiyə Böyük Millət Məclisində təmsil edən deputatlar elə parlamentdə eşidiblər. Günü həyacanla keçirən partiya üzvləri qərarı alqışlar və sevinclə qarşılayıblar. “Allah aşkına, tez açıkla” Məhkəmənin qərarını televiziyadan izləyən millət vəkilləri Konstitusiya Məhkəməsinin başkanı Haşim Kılıcın açıqlamanı uzatmasına da səbrsiz yanaşıblar. Parlamentin foyesində televiziya qarşısında toplaşan AKP-çilər “Allah aşkına, tez açıqla” deyə qışqırıblar. Səbrsiz millət vəkillərinin hətta hakimin “partiyanın qapadılmasına” ifadəsini “qapadılma” kimi anlamaları bir anlıq həyacan yaradıb. Lakin ifadənin düzgün anlamadıqlarını, daha sonra isə qərarı eşidən hakim partiyanı təmsil edən millət vəkilləri böyük sevinc içində olublar. Qərardan sonra açıqlama verən TBMM-nin başqanı “Türkiyə demokratiyası önəmli bir mərhələni aşdı. Konstitusiya Məhkəməsinin bu qərarı Türkiyənin daha da irəli getməsinə imkan yaratdı”, - deyib. Demokratiya ayıbdan qurtuldu Keçirdiyi toplantıda baş nazir Ərdoğan Konstitusiya Məhkəməsinin qərarını “təkcə bir partiyanın taleyi ilə bağlı olmayan qərar” kimi dəyərləndirib: “Məhkəmənin çıxardığı qərar tək AKP-nin taleyi ilə bağlı deyil. Bu, Türkiyəni gözləyə biləcək xoşagəlməzliklərin qarşısının alınması ilə bağlı olan bir qərar idi. Ölkəmiz iqtisadi, siyasi problemlərlə üzləşə bilərdi. Bu da millətimizin rahatlığını poza, dövlətimizi zəiflədə bilərdi. Heç bir zaman dünyəviliyə qarşı çıxmayan AKP öz yolunu davam etdirəcək”. Baş nazir bir daha belə bir duruma düşməmək üçün siyasilərin üzərinə böyük məsuliyyətin düşdüyünü deyib: “Türkiyənin bir daha belə bir vəziyyətə sürüklənməməsi üçün siyasilər başda olmaqla hər kəsin üzərinə məsuliyyət düşür. Biz AKP olaraq üzərimizə düşən işləri görməkdə davam edəcəyik. Anayasa Məhkəməsinin qərarı ilə təkcə AKP yox, bütün Türkiyə haqsızlıqdan qurtuldu. Demokratiya böyük bir ayıbla üzləşmək zorunda qalmışdı. Inanıram ki, demokratiya və hüquq sistemimiz bununla daha da güclənmək fürsəti əldə edib. Çox heyif ki, martın 14-dən bu yana Türkiyə çox ciddi zaman və enerji itkisi ilə üzləşmişdi. Indi bizə keçmişə qapılıb qalmaqdansa gələcəyimizi düşünmək və millətimizin itkilərini birlikdə aradan qaldırmaq daha vacibdir. Demokratik, dünyəvi və hüquqi dövlət olan Türkiyəmiz üçün ”durmaq yox, yola davam" deyirik. Bu yol Atatürkün göstərdiyi çağdaşlaşma yoludur. Bu yol millətimizi daha işıqlı sabahlara aparan yoldur. Bu yol Türkiyə üçün, dövlətimizin çağdaşlaşma hədəflərini təmsil edən Avropa Birliyinə aparmaq üçün tam uyğun bir yoldu. Bu yoldan dönüş yoxdur, heç zaman da olmayacaq". Qərara fərqli yanaşmalar Məhkəmənin qərarına ölkədəki partiyaların münasibəti fərqli olub. DTP başkanı Əhmət Türk Konstitusiya Məhkəməsinin önəmli bir qərar verdiyini bildirib: “Xalqın iradəsilə parlamentə girən partiyanın qapadılması doğru deyil. Konstitusiya Məhkəməsinin qərarı çox önəmlidir”. MHP başkanı Dövlət Baxçalı AKP-ni bu qərardan dərs almağa çağırdı. Konstitusiya Məhkəməsinin AKP ilə bağlı qərarını dəyərləndirən Baxçalı iqtidara xəbərdarlıq etdi: “Baş nazir Ərdoğan və AKP rəhbərləri yaşanan bu müddətdən lazımi dərs almalı, konstitusiyaya qarşı çıxmağın demokratik rejimi təhlükəyə atacağını anlamalıdılar. MHP AKP-nin bağlanmamasını demokratiyanın göstəricisi kimi qiymətləndirir və bundan məmnuniyyət duyur. Hər kəs bu qərara hörmətlə yanaşmalıdır”. CHP lideri Dəniz Baykal isə Konstitusiya Məhkəməsinin çıxardığı qərarın böhranı aradan qaldırmadığını, onu ortaya atdığını deyib: “Bu böhrandan çıxmaq üçün AKP-nin üzərinə böyük məsuliyyət düşür. Bu partiya özünü tənqid etməyə hazır olmalıdır”. Dövlət naziri Mehmet Aydın cəmiyyətin müxtəlif təbəqələri arasında dialoqa ehtiyac olduğunu deyib: “Bütün ömrüm boyu dünyəviliyi müdafiə etmişəm. Bu qərara hörmətlə yanaşıram. Hər kəs də ona hörmətlə yanaşmalıdır”. Türkiyə xarici mətbuatın diqqətində Türkiyə Konstitusiya Məhkəməsinin Ədalət və Inkişaf Partiyasının bağlanması iddiası ilə bağlı verdiyi qərar dünya mətbuatında fləş xəbər kimi yayıldı. Xəbəri uzun müddət internet səhifəsinin əsas xəbəri kimi saxlayan BBC məhkəmənin qərarını islamçı köklərə sahib olan AKP ilə dünyəvilər arasında bir serial davasının zirvə nöqtəsi adlandırdı. “Türkiyənin iqtidar partiyası yasaqdan qurtuldu” başlıqlı xəbərdə AKP-nin universitetlərdə baş örtüyünə icazə vermə cəhdlərinin çox mübahisəli olduğu vurğulanıb. “Nyu-York Tayms” qəzeti də Türkiyə ilə bağlı olan xəbəri öz səhifələrində əsas xəbər kimi yerləşdirib. Qəzetin yazdığına görə, məhkəmə iddiası mart ayından bəri Türkiyə siyasətində ölkəni kimin idarə edəcəyi ilə bağlı dindar və dünyəvi türklər arasında bir anlaşılmazlıq yaratmışdı. Qəzet daha sonra yazır: “Bu dava üzvləri dindar müsəlman olan AKP ilə ordu və ədliyyə sistemini əhatə edən dünyəvilər arasında geniş miqyaslı mücadilənin bir parçasıdır. AKP Türkiyənin dünyəvi dövlət sistemini geniş miqyasda müdafiə etsə də, ölkənin baş prokurorunun qaldırdığı iddiada islam rejimi qurmaqda müqəssir bilinirdi”. Türkiyənin hakim partiyası ilə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı qərar CNN-in da əsas xəbəri olub. Agentliyin məlumatında deyilir ki, AKP-nin idarəçiliyi dövründə Türkiyə iqtisadiyyatı inkişaf edib, Iran, Iraq, ABŞ və Israil də daxil olmaqla bir çox ölkələrlə əlaqələr müsbət mənada inkişaf edib. Xəbərdə Türkiyənin Amerikanın güclü müttəfiqi və NATO üzvü olması da vurğulanır. Agentliyin yazdığına görə, Türkiyə müsəlman ağırlıqlı bir ölkə olsa da, ictimai müstəvidə din dövlətdən uzaqdır. “Röyters” agentliyi “Siyasi qeyri-müəyyənliyə son qoyuldu” başlıqlı yazısında yazır: “Konstitusiya Məhkəməsinin qərarı Türkiyənin demokratik yolla seçilmiş hakim partiyasının bağlanması qorxusuyla aylardır davam edən siyasi qeyri-müəyyənliyə son qoydu. Hökumət rəsmi olaraq dünyəvi, ancaq əhalisinin böyük bir hissəsinin müsəlman olduğu bir ölkədə dünyəvi sistemlə dinin rolu arasında olan anlaşılmazlıq halındaydı. Partiya bağlansaydı və onun liderlərinə siyasətlə məşğul olmaq qadağası qoyulsaydı, Türkiyədə böyük ehtimalla növbədənkənar seçki keçirilməli olacaqdı”. Agentliyin yazdığına görə, hakim partiyanın bağlanmaması Türkiyənin Avropa Birliyinə girməsi üçün iqtisadi və siyasi islahatlar aparmaq işinə şərait yaradacaq. Fransanın AFP xəbər agentliyi Konstitusiya Məhkəməsinin qərarını AKP-nin qurtuluşu kimi xarakterizə edib. Agentliyin xəbərində deyilir: “Bu qərar partiyanın bağlanmasına yol açacağı həngamələri əngəlləməklə yanaşı AKP-ni qanunlara uymağa çağırıb. Türkiyənin siyasi problemləri razılıq yolu ilə çözülməyə doğru gedir. Ölkənin ən populyar partiyası olan AKP-nin bağlanması ölkədə siyasi xaos yarada və Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı müzakirələri ləngidə bilərdi. “Vaşinqton Post” qəzeti yazır ki, AKP-nin bağlanması ilə bağlı olan mübahisələr türklər arasında dinin cəmiyyətdəki rolu barədə münasibətlərdə fikir ayrılıqlarını ortaya çıxardı. Dava bitmədi “Guardian” qəzeti AKP-nin bağlanması ilə bağlı mübahisənin bitmədiyini qeyd edir. Qəzetin yazdığına görə, Türkiyədə siyasət səhnəsi anlaşılmazlıq və narazılıqlar səbəbindən dəlik-deşik durumdadır. AKP-nin fəaliyyəti dünyəvilər tərəfindən yaxından izlənməkdə davam edəcək. Bundan sonra əsas diqqət “Ergenekon” adlı qatı millətçi qrupun məsələsinə yönələcək. “AKP qanunsuz deyil” Italiya mətbuatı da Türkiyə Konstitusiya Məhkəməsinin son qərarını əsas xəbər kimi diqqətə çatdırıb. Ölkənin aparıcı xəbər agentliyi olan ANSA Türkiyə mövzusuna geniş yer ayırıb və məsələ ilə bağlı bir necə məqalə dərc edib. “Türkiyə: AKP-nin qapadılmaması ilə bağlı qərar çıxarıldı. Büdcədən yardıma isə son qoyuldu” başlıqlı yazısında agentlik mart ayından bəri davam edən mübahisənin necə nəticələndiyi ilə bağlı ətraflı məlumat dərc edib. “La Republica” qəzeti “AKP qanunsuz deyil” başlıqlı yazısında Türkiyə olayına geniş diqqət ayırıb. Öz növbəsində “Corriere della Sera” qəzeti Konstitusiya Məhkəməsi Ərdoğanın partiyasını xilas etdi" başlıqlı yazı dərc edib. “La Stampa” qəzetinin Türkiyə ilə bağlı xəbəri isə “Məhkəmə hakimləri Ərdoğanın partiyasını xilas etdi” başlığı ilə dərc edilib. Isveç mətbuatında da bu mövzu özünə geniş yer alıb. Türkiyə Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra ölkənin aparıcı qəzetləri “AKP qapadılmaqdan yaxa qurtardı”, “Iqtidar partiyası qapadılmadı” başlıqları ilə materiallar dərc ediblər. Fizzə Heydərli azadliq
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi