Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Dəniz Baykal: "Tək yol AKP-nin bundan sonra dünyəviliyə qarşı fəaliyyətin qaynağı olmaqdan əl çəkməsidir" İyulun 30-da Türkiyə Konstitusiya Məhkəməsi Yarğıtay baş prokurorun hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması və prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 71 nəfərin siyasi fəaliyyətinin qadağan edilməsi tələbilə bağlı qərarını açıqlayıb. Konstitusiya Məhkəməsi AKP-nin fəaliyyətinin dayandırılmasına dair Ali Məhkəmənin baş prokuroru Əbdürrəhman Yalçınkayanın iddiasını təmin etməyib. Səsvermədə KM-nin 11 hakimindən 6-sı AKP-nin bağlanmasının lehinə səs verib. Ramiz Mikayıloğlu Anayasa Məhkəməsinin başqanı Haşim Kılıc özü AKP-nin bağlanmasının əleyhinə səs verib. Səsvermədə KM-nin 4 üzvü AKP-nin dünyəviliyə qarşı fəaliyyətinin qaynağı olduğunu, amma çox təhlükəli miqyasda olmadığını bildirərək hakim partiyanın qapadılmasının əleyhinə səs verib, AKP-yə verilən xəzinə yardımının yarısının kəsilməsinə tərəfdar çıxıb. KM-yə görə partiyanın bağlanması üçün Anayasa Məhkəməsinin 11 üzvündən 7-nin səsi tələb olunduğu üçün AKP fəaliyyətini davam etdirəcək. Konstitusiya Məhkəməsinin qərarına əsasən hakim partiyaya son bir ildə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin yarısı kəsiləcək. Partiya bağlanmadığı üçün 71 AKP üzvünün siyasi fəaliyyətinin yasaqlanması barədə tələb də təmin olunmayıb. Partiyalar AKP-ni dərs almağa çağırır, ordu sakitliyini qoruyur Ana müxalifət partiyasının-CHP-nin sədri Dəniz Baykal Konstitusiya Məhkəməsinin qərarının AKP-nin dünyəviliyə qarşı fəaliyyət qaynağı olduğunun təsdiqlənməsi anlamına gəldiyini söyləyib. Onun sözlərinə görə, Məhkəmənin 11 üzvündən 10-u bu qənaətə gəlib: "AKP hakimiyyətdə və Türkiyə Böyük Millət Məclisində çoxluqdadır. Buna görə də qərar çox əhəmiyyətlidir və siyasi böhranın olduğunun təsdiqidir. Konstitusiya Məhkəməsi siyasi böhranı çözməyib, təsdiqləyib. Tək yol AKP-nin bundan sonra dünyəviliyə qarşı fəaliyyətin qaynağı olmaqdan əl çəkməsidir. Bu krizisdən çıxmaqda AKP-nin üzərinə böyük məsuliyyət düşür. AKP-də hər cür müsbət dəyişikliyə dəstək verməyə hazırıq". DTP başqanı Ahmet Türk Konstitusiya Məhkəməsinin ciddi bir imtahan verdiyini düşünür və hesab edir ki, bu, AKP-nin yanlışı olmadığı anlamına gəlməməlidir. DTP millət vəkili Sırrı Sakık öz partiyalarıyla bağlı da Konstitusiya Məhkəməsində baxılan davaya dair anoloji qərar çıxarılmasını arzuladıqlarını dilə gətirib. MHP lideri Dövlət Baxçalı partiyasının AKP-nin bağlanmamasından məmnuniyyət duyduğunu bildirib. Döalət Baxçalı AKP rəhbərlərini baş verənlərdən dərs çıxarmağa, mövcud dünyəvi sistemi təhlükəyə atacaq addımları gələcəkdə atmamağa çağırıb. Ordu isə bu prosesə qarışmamağa üstünlük verir. Baş Qərargah rəisi Yaşar Böyükanıt jurnalistlərin təkrar suallarına qısa cavab verib: "Konstitusiya Məhkəməsinin qərarına məndən şərh gözləməyin". Dünyəviliklə bağlı ordunun mövqeyiylə bağlı növbəti suala cavab da bir cümlə olub: "Biz Atatürk Cümhuriyətinin Konstitusiyada bəlirlənmiş qaydalarının iziylə gedən bir qurumuq, bunun günlük siyasətlə bir əlaqəsi yoxdur". Avropa Birliyi Konstitusiya islahatları istəyir Avropa Birliyinin genişlənməyə məsul komissarı Olli Rehn qərarı məmnuniyyətlə qarşıladıqlırını vurğulayıb: "İndi Türkiyəni bütün enerjisiylə ölkəni modernləşdirəcək islahatları qaldığı yerdən davam etdirməyi məqbul sayıram. Partiyalarla, türk toplumunun bütün kəsimləriylə geniş çərçivədə dialoq yoluyla uzlaşmaq və fikir birliyilə islahatlar üçün çalışmaq lazımdır". Fransanın Avropa Birliyi adından yayımladığı sənəddə uzlaşma yoluyla partiyalarla bağlı qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması zəruri sayılıb. Türkiyə-Avropa Birliyi Parlament Komissiyasının başqanı Joost Lagendijk ise deyib ki, qərar onu çox rahatladıb: "Əgər AKP-nin bağlanması qərarı çıxardısa, bu, Avropa dəyərlərinə zidd antidemokratik qərar olardı. Türkiye daha böyük sürət və enerjiylə özünü Avropa Birliyinə götürəcək islahatlarını davam etdirməlidir. Bu islahatlar ən qısa zamanda sivil Konstitusiyanın qəbuluyla davam etməlidir. Mövcud Konstitusiyada partiyaların bağlanmasına izin verən maddələr tezliklə dəyişdirilməlidir" Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Luis Mariya de Puig də məhkəmənin qərarını müsbət qarşılayıb, hakim partiyanın dövlət yardımının bir qismindən məhrum edilməsinə isə üzülüb: "Belə bir yanaşma Türkiyədə siyasi səhnədə əsas rol oynayan bir partiyaya qarşı ayrı-seçkilik riskini də özündə ehtiva edir. Venesiya Komissiyası Konstitusiya daxil, iqtisadi və siyasi sahələrdə islahatların sürətləndirilməsi üçün yardıma hazırdır". Guardian: "AKP məhkəmənin qərarına qulaq asmalıdır" Konstitusiya Məhkəməsinin qərarına Qərb mediasında da geniş yer verilib. İngiltərənin "Times" qəzetinə bunu demokratiya və ədalətin zəfəri sayır: "Bu, başqa ölkələrdəki islamçılara İslamın demokratiyayla qaynayıb qarışacağını, ruhani məqsədlərinə çatmaq üçün dünyəvi sistem çərçivəsində çalışa biləcəklərini göstərir. Bu, bütün müsəlman dünyası üçün həyati önəmli bir mesajdır". "Guardian" hesab edir ki, AKP məhkəmənin qərarına qulaq asmalıdır: "Dünyəvilik tərəfdarı olan millətçilər də dərs almalıdırlar. Gücləri davalara və yalançı generallara deyil, siyasi proqram və şəffaf seçkilərə dayanmalıdır". "Finangial Times" yazır ki, məhkəmə Türkiyəyə "nəfəs aldırdı". "Telegraf"a görə, Türkiyə böyüyən islamçı hərəkatı ilə qarşıdurmadan geri addım atıb: "İslami məhdudiyyətləri aradan qaldırmaq istəyən AKP yoluna davam edə bilər, ancaq yanaşmasını ilımlaşdırmalı olduğu yönündə ciddi bir mesaj aldı." "İnderpendent" Türkiyənin uçrumun kənarından geri addım atdığını yazıb. "New Üork Times" hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarı Rəcəb Tayyib Ərdoğan və türk demokratiyası üçün zəfər görüntüsü versə də, ağır, ancaq öldürücü olmayan bir cəza ortaya qoyaraq əylənci basdı. "Washington Post"un şərhində bildirilir ki, Türkiyədə iqtidar dünyəvi rejim tərəfdarlarına meydan oxumaqdan çağ çıxıb: "Konstitusiya Məhkəməsi baş nazir Rəcəb Tayyib Ərdoğana çərçivəli zəfər təmin edib, türklərin rejimin dünyəviliyini qorumaq səylərini boşa çıxarıb və islami köklü hakim partiyanı yasaqlamayıb". Liberation: "AKP bağlanmasa da, ona xəbərdarlıq edilib" Almaniyanın "Frankfurter Rundschau" qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarı bəraət anlamına gəlmir: "Yoxsa büdcə yardımı kəsilməzdi. Baş nazir seçki zəfərinin sərxoşluğuyla qabartdığı dini baxışlarını gündəmə daşımayacaq". "Allgemeine Zeiting"sə qarşıdurmanın bitmədiyi və türk toplumunu uzun və ağır çəkişmələr gözlədiyini düşünür. Qəzet baş nazirin bu tənqidlərə layiq olduğunu yazır. Fransanın "Le Figaro" AKP-nin az fərqlə bağlanmaqdan qurtulduğuna diqqət çəkib: "Sonda "məhkəmə çevrilişi" olmadı. Ancaq mühafizəkar islami qism dünyəviliyə qarşı fəaliyyətinə görə dolayı məhkum edildi". "Liberation"un yanaşması və çıxardığı nəticə daha çox diqqət çəkir. Qəzet yazır ki, AKP bağlanmasa da, ona xəbərdarlıq edilib: "Konstitusiya Məhkəməsinin 11 üzvü AKP-yə birmənalı xəbərdarlıq etdi. Cəmiyyətdəki çoxluğun qapadılmaya qarşı olduğunu nəzərə alan hakimlər sonda uzlaşma qərarı veriblər". İspaniyanın "El Pais" qəzeti bu qənaətdədir ki, türk islamçıları cəzadan qurtulublar: "Bu qərar Türkiyənin Avropaya girmə gözləntilərini tamamən yox etmək üzrə olan siyasi və iqtisadi qarışıqlığa son qoydu". "ABC" vurğulayır ki, Konstitusiya Məhkəməsinin qərarı ölkədəki qeyri-sabitliyə son qoyub, ancaq baş nazirə işarə edib ki, gələcəkdə islami fəaliyyət göstərən partiyasına hücumlar üçün qapını açıq saxlayıb. "AKP məsələsi bitməyib" AKP-nin qapadılmamasına Yarğıtay Cümhuriyyət keçmiş prokuroru Sabih Kanadoğlu da münasibətini açıqlayıb. O deyib ki, bu qərarıyla Konstitusiya Məhkəməsi AKP-nin cümhuriyyətə qarşı fəaliyyətlərin qaynağı olduğunu təsdiqləyib. Sabih Kanadoğlu Konstitusiya Məhkəməsinin partiyanı qapatma yönündə qərar verəcəyini gözlədiyini, qərara təəccübləndiyini etiraf edib: "AKP-nin bundan sonra cümhuriyyət əleyhinə fəaliyyətləri araşdırılmayacaq və bu cür fəaliyyətlərin qaynağı olduğu təsdiqlənən partiya haqqında qapatma davası açıla biləcək". Qərarın Türkiyədə bundan sonra baş verəcək proseslərə təsiriylə bağlı politoloq Qabil Hüseynlinin də fikirlərini öyrəndik. Politoloq inanmır ki, baş verənlər Türkiyədə sabitliyə xidmət edəcək. Onun sözlərinə görə, düzdür, partiyanın qapadılmaması demokratik görünür, amma bu, bütövlükdə cəmiyyətdəki cəbhələşmənin və qarşıdurmanın qarşısını almadı: "Bu məsələ ya Konstitusiya Məhkəməsinə çıxarılmamalı, çıxarılırsa, partiyanın ciddi günahları olduğu isbatlanırsa, belə qərar verilməməliydi. 11 hakimdən 6 nəfər AKP-nin bağlanmasının tərəfdarı olub, 4 nəfər hakim partiyanın ciddi suçu olduğunu təsdiqləyib və ona görə də AKP-ni dövlət yardımından məhrum etməyə çağırıb. Bütün bunlar göstərir ki, AKP-nin siyasi cizgisində mövcud Konstitusiyayla, siyasi sistemin fəlsəfəsiylə üst-üstə düşməyən ciddi məsələlər var və prokuror haqlı olaraq qapadılma barədə iddia qaldırıb. Məsələnin belə yarımçıq, yaxud partiyaya xəbərdarlıq formasında başa çatması ola bilsin ki, əhalinin müəyyən kəsimini məmnun edə bilər. Amma müəyyən bir kəsimi də məmnun etməyəcək, cəmiyyətdəki qarşıdurmalar bir az da qızışacaq". Qabil Hüseynli bu qənaətdədir ki, AKP məsələsi bitməyib. Bu məsələyə hər hansı, tutaq ki, ayrı-ayrı siyasilərə qadağa qoyulması formasında gündəmə gələ bilər. xalqcebhesi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi