Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İsraillə İran tezliklə qarşılıqlı olaraq bir-birini məhv etməyə imkan verən hərbi potensiala malik olacaqlar. “The Washigton Times” qəzetinin yazdığına görə, gələn ilin martında Rusiya İrana S-300 müasir uzaq mənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək. Gələn ilin iyun ayında bu sistemlər artıq döyüş növbəsində dayanacaq. Belə ki, İran hərbçiləri sistemlərlə işləmək üçün Rusiya təlimatçılarından dərs almalıdır. Bəzi ekspertlərə görə, İran bununla kifayətlənməyib tezliklə nüvə silahına da malik olacaq. Prezident Mahmud Əhmədinejadın sərt ritorikasını nəzərə alan mütəxəssislər ehtimal edirlər ki, İran bu silahı İsrailə qarşı tətbiq edə bilər. Qəzetin yazdığına görə, ekspertlər belə fikirdədir ki, İran nüvə obyektlərinin havadan mühafizəsini gücləndirməzdən əvvəl ABŞ və ya İran bu ölkəyə qarşı hərbi əməliyyatlara başlaya bilər. Hazırda İran nüvə obyektlərini Rusiya istehsalı olan Tor-M1 zenit raket sistemləri ilə mühafizə edir. Lakin S-300-lər İrana imkan verəcək ki, strateji obyektlərini daha etibarlı müdafiə etsin. Çünki bu sistemlər dünyada ən mükəmməl zenit sistemlərindən hesab edilir. Bu raketlərlə eyni vaxtda təyyarəni, digər uçan aparatları, qanadlı və ballistik raketləri vurmaq mümkündür. Lakin İsrailin də Rusiya texnologiyası əsasında işləyən hava hücumundan müdafiə sistemlərinin işini elektron vasitələrlə pozmaqda yaxşı təcrübəsi var. Məsələn, 1982-ci ildə İsrailin F-16 təyyarələri Suriyanın hava hücumundan müdafiə sistemlərini məhv edərək ölkənin hava sahəsini tam ələ keçirmişdi. Həmin vaxt Suriya iki gün ərzində 80-dən çox təyyarə itirmişdi. İsrailin isə cəmi bir köhnə təyyarəsi enərkən qəzaya uğramışdı. Yaxud 1981-ci ildə İsrailin F-15 və F-16 təyyarələri İordaniya və Səudiyyə Ərəbistanının hava məkanından maneəsiz keçərək İraqın nüvə reaktorunu bombalamışdı. Ötən ilin yayında isə İsrail təyyarələri Suriyada gizli nüvə obyektini məhv etmişdi. Suriya radarlarının bu hava hücumundan xəbəri də olmamışdı. Qəzetin yazdığına görə, İsrail nəzər alır ki, əgər gələn ilin martına qədər gözləsə, ABŞ-da yeni prezident olacaq, həmin prezident isə hərbi gücə yox, diplomatiyaya üstünlük verə bilər. Lakin indi İsrailin imkanı var ki, ABŞ-ın icazəsi ilə İraqın hava məkanındna istifadə edib İrana zərbə endirsin. Əgər İsrail hərbi zərbə endirməyi qərara alsa, o zaman bir neçə dalğadan ibarət bombardmanlar olacaq. İranın cavab zərbələrini önləmək üçün İsrail təkcə nüvə obyektlərinə yox, “Şahab-3" ballistik raketlərinin bazalarına da zərbə endirməlidir. Qisas aksiyasının qarşısını almaq üçün İsrailin İranın Harq adasındakı neft terminalını ələ keçirəcəyi də ehtimal edilir. İranın ixrac neftinin 80 faizi bu terminaldan keçir. Əgər İran Təl-Əvivə raket atsa, o zaman İsrail Tehranı bombardman edəcək və bu terminalı partladacaq. Lakin İsrailin İran hava hücumundan müdafiə sistemlərini dəf etmək üçün çətinlikləri də var. Radarların siqnallarını elektron qurğularla zərərsizləşdirən təyyarələr yavaş uçur və silahlı deyil. Buna görə də həmin təyyarələr tezliklə vurula bilər. Digər tərəfdən, baş nazir Ehud Olmertin müharibə aparmaq qabiliyyəti yoxdur. Livanda “Hizbullah”a qarşı müharibə sübut edib ki, o, strateji və taktiki qərarların verilməsində ciddi səhvlərə yol verir. Həmçinin bu günlərdə Olmert “Hizbullah” terrorçularının İsrail əsgərlərinin cəsədlərinə dəyişdirilməsinə razılıq verib. Bu isə göstərib ki, İsrail heç vaxt olmadığı qədər zəifdir. Ona görə də əksəriyyət belə hesab edir ki, ABŞ-ın dəstəyi olmadan İsrailin İrana zərbə endirməyə cəhd göstərməsi çox riskli addım ola bilər. Bu riskin yüksək olmasına baxmayaraq İsrail hazırda İrana qarşı hərbi əməliyyatlar variantı üzərində ciddi şəkildə işləyir. ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama da Yaxın Şərqə səfərdən sonra bu qənaətə gəlib. ABC kanalının xəbərinə görə, bu səfər zamanı Obamanı müşayiət edən konqresmenlərdən biri deyib ki, prezidentliyə namizəd İsrail rəhbərliyi ilə qapalı danışıqlardan sonra onlara yəhudi dövlətinin İranı vurmaq planlarında ciddi olduğunu deyib: “Heç kim bu barədə mənə birbaşa nəsə deməyib, ancaq mən əmin oldum ki, əgər sanksiyalar işləməsə, İsrail İrana zərbə endirəcək”. Sanksiyalara isə bu günlərdə yeniləri əlavə oluna bilər. Çünki İran “altılar”ın iki həftə əvvəl Cenevrədə təqdim etdiyi təkliflər paketini qəbul etməyib. Bu təkliflərə cavab vermək üçün İranın avqustun 2-dək vaxtı qalır. Lakin İran xarici işlər naziri Mənuçöhr Möttəki deyib ki, onlar həmin təklifləri qəbul etməyiblər və “altılar”a cavab olaraq verdikləri təkliflərə cavab gözləyirlər. Bir gün əvvəl ABŞ dövlət katibi Kondoliza Rays İranın “altılar”ın təkliflərinə cavab verməyəcəyi təqdirdə daha sərt sanksiyaların işə düşəcəyini bildirmişdi. Avropadakı mənbələrdən isə bildiriblər ki, artıq Britaniya və Fransa İrana qarşı yeni sanksiyalar haqda müzakirələr aparır. Bu ölkələr Avropa Birliyini də İrana qarşı sərt sanksiyalara əl atmağa çağırıb. Gözlənilir ki, yeni sanksiyalara İrana göndərilən istənilən yükün şübhə doğurması halında yoxlanılmasını nəzərdə tutan tədbirlər də daxil olacaq. Xəbər xidməti musavat
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi