SON XƏBƏRLƏR

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ 26 FEVRAL TARİXİNİN XOCALI SOYQIRIMINI ANMA GÜNÜ KİMİ QEYD OLUNMASI TƏKLİF EDİLİB

2021.10.20, 07:36
TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ 26 FEVRAL TARİXİNİN XOCALI SOYQIRIMINI ANMA GÜNÜ KİMİ QEYD OLUNMASI TƏKLİF EDİLİB

Gunaz.tv
TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ 26 FEVRAL TARİXİNİN XOCALI SOYQIRIMINI ANMA GÜNÜ KİMİ QEYD OLUNMASI TƏKLİF EDİLİB xocali.jpg Türkiyə Böyük Millət Məclisinin (TBMM) iyulun 29-da keçirilən növbəti iclasında 26 Fevral - Xocalı Soyqırımını Anma Günü kimi tanınması barədə qanunun qəbul edilməsi barədə təklif irəli sürülüb. Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili olan Rəşad Doğru İstanbulda baş verən sonuncu terror aktına münasibət bildirərkən deyib ki, insanlığa qarşı törədilən cinayətlərdən biri də 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımıdır. Bu soyqırım zamanı uşaq və qadınların işgəncə ilə qətlə yetirildiyini xatırladan millət vəkili ermənilərin Azərbaycanın torpaqlarını işğal etdiyini vurğulayıb: “Bir Türk olaraq o insanlara sahib çıxmalıyıq. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxması şərtdir, əks təqdirdə, Türkiyə ilə Ermənistan arasında münasibətlər inkişaf edə bilməz. Təklif edirəm ki, 26 Fevral - Xocalı Soyqırımını Anma Günü kimi qəbul edilsin”. Ədalət və inkişaf Partiyasından (AKP) millət vəkili Ələddin Böyükqaya həmkarı R. Doğrunun təklifini dəstəkləyib. O, millət vəkillərinə Xocalı soyqırımı barədə ətraflı məlumat verib. versiya

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar