Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Güney Azərbaycan söyləmləri Tarix üzərinə sosioloji araşdırmalar olayların adətən iki istiqamətdə ortaya çıxdığını isbat etmişdir: 1. Tarixin yaratdığı olaylar (Tarixin yaratdığı millətlər); 2. Olayların yaratdığı tarix (millətlərin yaratdığı tarix). Bunu bir neçə örnəklə daha da anlaşılan hala gətirək. Sabiq Sovetlər məkanından 15 müstəqil dövlət tarix səhnəsində öz istiqlallarını elan etdilər. Əslində sovetizmi dağıdan millətlərin milli mücadilələri olmadı. İqtisadi çöküş, tekniki baxımdan geriqalma, modern dünyaya qapıların bağlı olması rüşvətlə birlikdə sovetizmi çökdürdü. Bu çöküşdən sonra əslində müstəqilliyi haqq etməyən ölkələr azad oldular. Məsələn, Ermənistan öz istiqlalı yolunda hansı mübarizəni apardı? Türküstan və digər cümhuriyyətlər də eləcə. Yalnız Gürcüstanın və Azərbaycanın cüzi dirənişləri oldu. Bunun əksi olaraq, öz istiqlalları yolunda prezidentləri ilə bir yerdə ölüm-dirim savaşına çıxan çeçenlər müstəqil ola bilmədilər, bilmirlər. Üç Baltikyanı ölkə istisna olmaqla, qalan dövlətlərin müstəqilliyi tarixin tanıdığı şans kimi ortaya çıxıb. Bunun adına tarixin yaratdığı hadisələr deyək və belə bir sual verək: Əgər iqtisadi, siyasi çöküş və Qərblə olan münasibətlər yaxın vədədə İranı dağıtmalı olsa, mərkəzin nəzarəti zəiflərsə, o zaman Sovetlərdə olduğu kimi tarixin tanıdığı fürsət və şans İran məkanında yaşayan millətlər üçün də doğa bilərmi? Şübhəsiz ki, tarixin gətiriləri, ya da tarixin tanıdığı fürsətlə milli kimliyin yüksəlişi bir paralellik təşkil edərsə bu suala müsbət cavab vermək mümkündür. Yəni olayların axışına milli heysiyyətimizi, milli şüurumuzu qatmalı olsaq, nədən belə bir fürsət qansız-qadasız şəkildə bizim üçün də doğmasın? Bu konu üzərinə düşünmək lazımdır. Bu bağlamda Güney Azərbaycan Milli Hərəkatı teorilər gəlişdirməli, təhdid və fürsətlər haqqında ön bilgi hazırlıqları ortaya qoymalıdır. Xüsusən bir çox söyləmlər üzərinə fikir yürüdülməlidir. Söyləm nədir? Söyləm, dilin söz dağarcığından istifadə edib bəlli bir siyasi, iqtisadi, mədəni görüşü ifadə edən bir anlayış, ya da bir cümlədir. Söyləm, bir şəkildə dil içində dildir. Məsələn, bizim dilimizdə “bölünmüş”, “hərəkat”, “bütöv”, “güney”, “quzey”, “şovinizm”, “milli”, “oyanış” kimi sözlər var. Bu sözlərdən düzəltdiyimiz “Bölünmüş Azərbaycan”, “Bütöv Azərbaycan”, “Güney Azərbaycan Milli Hərəkatı” kimi söz birləşmələri hər biri bir söyləmdir. Bu söyləmlərin arxasında milli iradənin istəkləri və fəaliyyətləri durmaqdadır. Hər bir söyləm əqli, fikri çalışmanın məhsuludur. Söyləmlərin uzun və ya yaxın vədədə qəbul edilib-edilməyəcəklərinə baxmayaraq, həm əqli çalışmanın nəticəsi kimi təzahür edər, həm də toplumsal zehniyyətin dərinləşməsinə imkan verər. Bu səbəbdən də söyləm gəlişdirə bilməyən hərəkatlar cəsarətdən yoxsul, planlama gücündən məhrum olaraq tarixə gömülərlər. Söyləmlərin arxasında siyasət, iqtisadiyyat, fəlsəfə və mənafe durar, mədəni ehtiyaclar yatar. Azad və müstəqil ölkələrdə söyləmlər ən çox demokratiya, insan haqları, fərdi azadlıqların genişlənməsi, çevrə haqları, heyvan haqları və ekonomik gəlişmələr əsasında şəkillənir. Siyasi şərhlərin, siyasi fəlsəfələrin konkretləşmiş şəkli olan söyləmlər, ictimai aydınlamada böyük rol oynar. Məsələn, bu gün “Güney Azərbaycan Milli Hərəkatı” artıq tutarlı bir söyləm kimi cəmiyyətin içində öz yerini alıb. Bu söyləmi baş-ayaq etməyə də ehtiyac yoxdur və kiminsə də gücü çatmaz. Hər bir söyləmin təsirli ola biləcəyi bir zaman dilimi var. “Məsələn, Güney Azərbaycan Milli Hərəkatı” bir söyləm olaraq iki yolla canlı tarix səhnəsindən çıxıb arxivləşə bilər: 1. Bu hərəkat öz hədəfinə çatar, Güney Azərbaycan azad olar və artıq bu söyləm tarixin arxivinə girib, yerini başqa söyləmə, məsələn, “Bütöv Azərbaycan” kimi inteqrasion xarakterli söyləmə buraxa bilər. Daha rasional, daha məntiqli görünən budur. Çünki bu doğrultuda millət mənəvi-maddi enerji yatırmaqdadır. 2. Güney Azərbaycan Milli Hərəkatı çox ağır bir zərbə alar, məsələn, "21 Azər" Hərəkatında olduğu kimi və bu hərəkatı çökdürərlər. Bu şəkildə də bu söyləm arxivləşə bilər. Necə ki, "21 Azər" məğlubiyyətindən sonra, belə bir söyləm olmaz oldu. * * * İndi bu girişdən sonra gələk əsas mövzuya. Bu gün hansı söyləm siyasi və hansı söyləm inteqrasion mahiyyəti daşımaqdadır? Günümüzün verilərindən baxdığımızda “Güney Azərbaycan Milli Hərəkatı” siyasi bir söyləm olaraq dərk edilməkdədir. “Bütöv Azərbaycan” isə nə Elçibəyin zamanında, nə də indiki zamanda siyasi söyləm olmamış, inteqrasion xarakterli söyləm olmuşdur. Mövzunu daha da aydınca anlaya bilməmiz üçün bu şəkildə söyləyək: Güney Azərbaycan siyasi mübarizənin nəsnəsidir. Çünki onun önündə fars şovinizmi kimi böyük bir əngəl var. Güney Azərbaycan bu siyasi əngəli aşaraq özünə siyasi bir forma qazanmaq zorundadır. Bu siyasi forma qazanma yolunda əlbəttə ki, Bakının, Ankaranın, Türküstanın və bütün dünyanın mədəni təcrübələrindən faydalanılacaqdır. Lakin siyasi hərəkat olaraq, Təbriz mərkəzli təcrübə birikiminə, siyasi təşkilatlanmaya və Təbriz mərkəzli uluslararası əlaqələrə ehtiyac vardır. Doğru bir planlama və siyasi reallıqlar üzərinə elmi olmağa çalışan analizlər bu yöndə böyük uğurlar verə bilər. Lakin inteqrasion söyləmini siyasi söyləmin yerinə yerləşdirmək həm milli hərəkatın ciddiyyətinə zərər verər, həm də Milli Hərəkat beynəlxalq arenaya daşınmaqda çətinlik çəkər. Bu mənada Güney Azərbaycan Milli Hərəkatı, yaxın, orta və uzaq söyləmlər, eləcə də siyasi və inteqrasion xarakterli söyləmlər haqqında diqqətli olmalıdır. Güney Azərbaycan Milli Azadlıq Hərəkatının daxilə və xaricə yönəlik strategiyalar hazırlamasıyla yanaşı, söyləm qarışıqlığına girməməsi də önəmlidir. Mübarizə aparan, içdə və dışda bütün gəlişmələri dəyərləndirən Güney Azərbaycan Milli Hərəkatı zaman-zaman, aşama-aşama öz imkanlarına və dünya şərtlərinə görə söyləmlər ortaya qoymaq zorundadır. Beynəlxalq münasibətləri müşahidə təcrübəsini gəlişdirmək və onun işığında iç çevrəni analiz etmək milli söyləmlərin və milli hədəflərin formalaşmasına ciddi təsir buraxa bilər. İndilik Güney Azərbaycan Mərkəzli bir siyasətin ilkin söyləmi bilgi və mənəvi iqtidarı gəlişdirməkdən ibarətdir. Fars şovinizminin söyləmlərini həm bilgi, həm tarix, həm də hissi planda çökdürəcək söyləmlərin ortaya çıxması zəruridir. Mövzunu daha geniş miqyasda ələ alsaq, bu istiqamətdə söyləmlər gəlişdirmək zorundayıq: 1. Fəlsəfi söyləm- türkçülük və türk dilini fəlsəfə dili etmə çabaları. 2. Etik söyləm- Modern əxlaqa uyum sağlama. Modern sosial əlaqələri gəlişdirmə (ulus və insan haqlarının fəlsəfəsini dərinliyi ilə anlamaq). 3. Mədəni söyləm- şeirdən, musiqidən, heykəltəraşlıqdan, rəssamlıqdan və digər sənət şaxələrindən yararlanaraq milli hərəkatı estetizə etmək. Buna estetik söyləm də deyə bilirik. 4. Politik söyləm- Güney Azərbaycan Mərkəzli siyasi davranışı toplumun içinə və dış dünyaya daşımaq. Şübhəsiz ki, bütün bunların hamısı genişmiqyaslı bilgi kadrlarının şəkillənməsi ilə mümkün ola bilər. Ona görə də bütün bu söyləm gəlişdirmələrin təməlində oxuma və tətbiqetmə durmaqdadır. Yəni makro-stratejik aşamalar və mikro-stratejik aşamalar üzərinə araşdırmalar apararaq, ictimai təşkilatlanmağı planlamaq Milli Hərəkatın hədəflərindən ən əsasıdır. Bu arada Güney Azərbaycan Milli Hərəkatı baxımdan mikro-stratejik və makro-stratejik aşamaları bu şəkildə dəyərləndirmək mümkündür: Mikro-stratejik aşama tərcihlər mərhələsidir. Bir sürü alternativlər ortaya qoyulur. Alternativlər doğru qərar verməyi dəqiqləşdirə bilər. Bu alternativlər iç şərtlərə görə gəlişir. Məsələn, bu gün Güney Azərbaycanda İran anayasasının imkan verdiyi çərçivədə dil uğruna gerçəkdən çox heysiyyətli mübarizə aparanlar vardır. Onlar milli mədəniyyətimizi ən çətin zamanlarda qoruyub gəlişdirməyə çalışıblar. İran anayasasını qəbul etməyərək mübarizə aparanlar da var. Bunların hamısı ölkəiçi şərtlərə görə gəlişən olaylardır. Lakin makro-strateji aşama bir qərar məsələsidir. Çünki Makro-strateji aşama həm də uluslararasına xitab edər. Mikro-stratejik aşamada inteqrasion söyləmlərini də musiqidə, şeirdə və digər sənət sahələrində dilə gətirmək gərəkir. Uluslararasına xitab etmək təcrübəsini qazanmaq çox önəmlidir, onun üçün uluslararası siyasi oyun şərtlərini bilmək gərəkir. Makro-stratejik aşama, iç tərcihlərin ortaqlaşa qərarını təşkil etməkdədir. Yalnız məsələn, uluslararasına hekayə-filan lazım deyil, ancaq bu gün Güney Azərbaycana birinci lazım olan şey milli dildə elmi, fəlsəfi ədəbiyyatı təmin etməkdir. Fars şovinizmini çökdürmək və yurdumuzdan dışlamaq üçün olqun, yetişkin, arxasında bilgi və təcrübə dayanan siyasi söyləm gəlişdirmənin yanısıra istər-istəməz inteqrasion söyləmi də özlüyündən inkişaf edəcəkdir. Bizdə inteqrasion söyləmlərinin tarixi daha əskilərə dayanmaqdadır. Şəhriyarla, Səhəndlə məktublaşan Quzey şairlərinin şeirlərində daima dərin bir inteqrasion diləyi barınmışdır. İnteqrasionun birinci aşaması Quzey Azərbaycanla və daha sonra bütün Türk ölkələri ilə olmalıdır. Bu şəkildə bir inteqrasion zehniyyəti fars şovinizminin qarşısında savunmasız və kitabsız buraxılan ana dilimizi canlandıra bilər. Nədən inteqrasionun birinci aşamasında Quzey Azərbaycan durmalıdır? Çünki Quzey Azərbaycan bizim vətənimizdir. O yurdlar bizim vətən əxlaqımızın içində yer almaqdadır. Qarabağın azad olması ilə bağlı olaraq birbaşa məsuliyyət daşıyırıq. Lakin anlamamız gərəkir ki, Qarabağın qurtuluşuna yardımçı ola bilməmiz üçün “Güney Azərbaycan Mərkəzli Politika” söyləmi üzərinə düzgün analizlər gəlişdirməliyik. Yəni Güney Azərbaycanın fars şovinizminin təsirindən qurtarması Qarabağa qarşı İran-fars cəbhəsini ortadan qaldıracaqdır. Azərbaycanın daha gec birləşməsi önəmli deyil, önəmli olan Güney Azərbaycanın qurtarışıdır. Güney Azərbaycana hakim olacaq milli iradə ermənilərin iqtisadi şah damarı olan İran tərəfini kəsib atacaqdır. “Bütöv Azərbaycan” söyləminin siyasi deyil, inteqrasion mahiyyətli söyləm olduğunu söylədik. Çünki qurtulmuş Güney Azərbaycan məkanında bütövlük uğruna gedəcək yaxınlaşmada qarşıda başqa bir millət əngəl olaraq durmayacaqdır. Bu mərhələdə iqtisadi inteqrasion, əlifba birliyi, ədəbi dil birliyi, təhsil birliyi tədricən mövcud olan fərqlilikləri ortadan qaldırıb və ortaq zövq anlayışını, ortaq estetik qavrayışı və hətta ortaq süfrə mədəniyyətindən tutmuş, həyatın bütün sahələrində ortaqlıq sağlaya bilər. “Bütöv Azərbaycan” bu səbəbdən siyasi söyləm deyil, inteqrasion söyləmidir ki, bizim siyasi söyləmimizdə itirən və qazanan tərəflər mövcuddur: Fars şovinizmi itirən, Güney Azərbaycan qazanan. Lakin “Bütöv Azərbaycan” söyləmində itirən yoxdur, yalnız qazanan var. Həm Quzey, həm də Güney qazanır. Avropa Birliyi içində tam eyni dildən ibarət olan millətlər inteqrasion nəticəsində bağımsız dövlətlər şəklində bir araya gəlmişlər. Məsələn, alman dilli ölkələr bir dövlət çatısı altında birləşməni heç düşünmürlər. Bütöv Azərbaycanla ilgili nəzərdə tutulan inteqrasion sürəci zaman içində federal, ya da konfederal “Bütöv Azərbaycan” ehtiyacını doğura bilər. Yəni iqtisadi, mədəni altyapısı hazırlanan iki Azərbaycanın nədən federal şəkildə bir araya gəlməsi mümkün olmasın? Lakin bunlar duyğularda, estetik anlayışlarımızda dolaşan və əsla unudulmaması gərəkən inteqrasion söyləmləridir. Əməli siyasət isə bütün imkanlardan faydalanaraq fars şovinizminin nəfəsini Güney Azərbaycandan kəsməyi tələb edir. alma
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi