Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Mayis ƏLİZADƏ Telefonda səsi gümrah gəlirdi. - Hocam, deyəsən, bir şeylər olub. - Bəli, qardaşım. İndi məzuniyyətdəyəm. Qayıdan kimi danışarıq. Türk Tarix Qurumunun başqanı, professor Yusuf Halaçoğlunun işdən çıxarılması xəbərini alandan 4 saat sonra onunla danışa bildim. Təfərrüata girməyimiz, əlbəttə, mümkün olmadı. Ancaq dünyanın bu vaxtında - bir tərəfdən, prezident Gülün İrəvandakı futbol matçına dəvət aldığı, Sarkisyanın Ankaraya “zeytun budaqları” uzatdığı, XİN-in yüksək rütbəli məmurlarının ermənilərlə gizli müzakirələrdə “qaza basdığı”, Əli Babacanın Qarabağın işğalını dilə gətirməyərək “iki ölkə arasındakı münasibətlərin dialoq yolu ilə həlli tərəfdarı” olduqlarını vurğuladığı; digər tərəfdən, “Əgər Ermənistanla sərhədləri açmaq sizə ticarət üçün lazımdırsa, alın sizə ticarət” mesajı daşıyan təyyarəni Bakıdan birbaşa Qarsa uçurtması və yenə Azərbaycanın göstərdiyi fədakarlıqlar nəticəsində Qars-Axalkələk-Tiflis-Bakı dəmiryolunun ilk mərhələsinin açıldığı bir dönəmdə professor Halaçoğlunun “erməni məsələləri” ilə bağlı rəsmi siyasətin formalaşmasında çox böyük rolu olan Türk Tarix Qurumunun sədri vəzifəsindən uzaqlaşdırılmasını birmənalı qarşılamaq mümkün deyil. Bir ay qabaq APA-ya verdiyi açıqlamada başçısı olduğu qurumun ortaya qoyduğu dəlil-sübutların “erməniləri küncə sıxışdırdığını və getdikləri yolun səhv olduğunu İrəvanın gec-tez anlayacağını” vurğulamışdı. Serj Sarkisyanın son təkliflərinə, Daniel Fridin Türkiyə ilə sərhədi açmaq üçün İrəvana müraciətinə, həmişə olduğu kimi, təmkinli yanaşmış və Türkiyənin haqlı mövqeyinin getdikcə gücləndiyindən bəhs etmişdi. Və həmişə olduğu kimi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün birinci şərtin Qarabağın işğaldan azad edilməsi olduğunu bildirmişdi... Professor Yusuf Halaçoğlunu 1991-ci ildən tanıyıram. O ilin iyununda məmləkətə gələn Türk Tarix Qurumu heyətində professor Fəxrəddin Kırzıoğlu (masamın üstündə “Qars vilayəti və ətrafında erməni zülmü (1918-1920)” kitabı var), professor Əbdülhaluk Çay və professor Halaçoğlu ilə yaxınlığımız olmuş, Bakıda bir neçə gün gəzəndən sonra Gəncəyə getmişdik. 93-cü ilin payızında İstanbulda görüşəndə Mərmərə Universitetinin professoru idi. “Bir neçə gündən sonra Ankaraya gedirəm - məni Türk Tarix Qurumunun sədri vəzifəsinə təyin etdilər”. Tarix Qurumunda səmərəli işlərə imza atan professor Halaçoğlunu Türkiyə qondarma “erməni soyqırımı” iddiaları Ankaranın başını ciddi şəkildə ağrıdandan sonra tanımağa başladı. O, Türk Tarix Qurumundakı bir neçə əməkdaşla soyqırım böhtanlarına qarşı ciddi şəkildə mübarizə aparmağa qərar vermişdi. 2005-ci ilin fevralında görüşmək üçün Türk Tarix Qurumuna gedəndə “Səndən qabaq “Reuters” və bir çox başqa əcnəbi media nümayəndəsi görüş istəmişdi. Ancaq köhnə dostluq və əlbəttə ki, qardaşlıq hər şeyə üstün gəldi” - dedi. Yenə 91-ci ilin Bakısını və Gəncəsini xatırladıq. İki saatlıq söhbətimizi dörd gün “Azadlıq” radiosunda verdim. “Ermənilərin qabağına çox ciddi şərtlər qoymuşuq - bunlardan qaça bilməzlər. Onların iddialarını araşdırmaq üçün iki ölkə tarixçilərinin daxil olacağı komissiya qurulmasını təklif etmişəm. Baş nazirə demişəm ki, o da belə bir təkliflə çıxış etsin. Ermənilər mənə güvənmədiklərini deyirlər. Onların mənə güvənməsinə nə ehtiyac var - mən onlarla şirkət yaradıb ticarətə girmirəm ki? Burada yalnız sənədlər danışacaq. Bizim bu işdən çəkinməyimizə heç bir səbəb yoxdur”. Professor Halaçoğlunun özünə bu qədər arxayın olması xarici işlər naziri Abdullah Gülün 13 aprel 2005-ci ildə Məclisdəki çıxışında “Türkiyə “soyqırım” böhtanlarını qəbul etməyəcək. Biz özümüzdən əminik. Arxivlərimiz hamıya açıqdır - hər kəs gəlib istədiyi sənədlə tanış ola bilər” hayqırtısının təməlini təşkil edəcəkdi. Baş nazir Ərdoğan isə Türk Tarix Qurumu və Dövlət Arxivləri İdarəsinin verdiyi güvən sayəsində Ermənistanın dövlət başçısına “Tarixi hadisələri araşdırmaq üçün müştərək komissiya qurmağı” tərəddüdsüz şəkildə təklif edəcəkdi. Bu addımlar Türkiyənin mövqeyinin güclənməsində dönüş nöqtəsi olacaq, professor Halaçoğlu isə erməni diasporasının hədəfi halına gələcəkdi. 2005-ci ilin yayında İsveçrə məhkəməsi Doğu Perinçək və Halaçoğlu haqqında ölkəyə gələn kimi həbs edilməsinə hökm vermişdi. Perinçək İsveçrəyə gedərək 3 ay həbs cəzası aldı - ancaq Halaçoğlunun İsveçrəyə yolu düşmədi. 2007-ci il aprelin 1-də Bakıdan qayıdanda İstanbul aeroportunda 3 saat söhbət etmişdik. “Brüsselə gədəndə səfirliyimiz məni VİP salonundan qarşıladı. Diplomatik nömrəli maşında polis eskortunun müşayiətində gəzirdim. Bu, məni çox məmnun etmişdi - nəhayət, biz də öz ziyalımıza sahib çıxırıq”. 1915-ci ildə müsəlmanlığı qəbul edən ermənilər barədə “aramızda qalması” şərti ilə bəzi şeylər demişdi. Mənim “Ermənilikdən dönən 95 min adam Türkiyəni tərk etdi, yoxsa burada qaldı?” sualıma “Az hissəsi tərk etdi” deyə cavab vermişdi. Türk Tarix Qurumu vasitəsi və şəxsi təşəbbüsü ilə gördüyü işlər barədə söhbətini dinləyərkən siyasətə girib-girməyəcəyini soruşmuşdum: “Əgər siyasətə girsəm, Türk ölkələri ilə münasibətlərə cavabdeh nazir olaram. Təbii ki, hər şeydən çox Qarabağın erməni işğalından azad olması üçün çalışaram. Qarabağ torpağı hamımızın namusudur” demişdi. Serj Sarkisyanın Ermənistan dövlət başçısı seçilməsindən sonra Türkiyə-Ermənistan münasibətlərində diqqəti cəlb edən gəlişmələr oldu. 1 ay qabaq Astanada A.Gülü İrəvana Ermənistan-Türkiyə futbol oyununa baxmağa dəvət edən Sarkisyan daha sonra “Wall Street Journal” da iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün müəyyən addımlar ata biləcəklərinə işarə etdi. Bunun dalınca iki ölkənin yüksək rütbəli diplomatlarının Cenevrədə gizli görüşdükləri meydana çıxdı - nazir Babacan bu görüşlərin davam edəcəyini bildirdi. Türkiyə ilə Ermənistan arasında münasibətlər yaradılması və Qarsdakı sərhəd məntəqəsinin açılması üçün (iki ölkə arasındakı hava dəhlizi onsuz da açıqdır - İrəvandan İstanbula həftədə 4 təyyarə uçur) xüsusilə AB ilk addımı Ankaranın atmasını tələb edir. Bunlardan biri Avropa Parlamentinin “Tələt Paşa Hərəkatı”nın ləğv edilməsi ilə bağlı qəbul etdiyi qərardır. Bu qərarda Ərdoğan hökumətindən “Avropanı narahat edən Tələt Paşa Hərəkatı”nın ləğv edilməsi istənilir. “Ergenekon” əməliyyatı çərçivəsində aparılan ibtidai istintaqda “Tələt Paşa Hərəkatı” liderlərinin əksəriyyətinin həbs edildiyini görürük. Hərəkatın Məşvərət Şurasının sədri, Şimali Kipr Türk Cümhuriyyətinin birinci prezidenti Rauf Denktaş aparılan əməliyyatlarda onun da həbs ədilə biləcəyindən zarafatla da olsa, danışır. Əgər Serj Sarkisyanın ABŞ-dan dəstəklənən yumşalma təkliflərinin həyata keçirilmə ehtimalı güclüdürsə, demək, iki ölkə arasındakı münasibətlərə və xüsusilə qondarma “soyqırım” iddialarına radikal-inkarçı prizmadan baxanların hamısının yolun üstündən təmizlənməsi lazımdır. Professor Halaçoğlunun Türk Tarix Qurumunun sədri vəzifəsindən uzaqlaşdırılmasına bu prizmadan baxmağın heç də yanlış olmayacağını düşünürəm. Bu, prezident Gülün 6 sentyabrda İrəvanda olması üçün cızılan ssenarinin bir parçası ola bilər. Ankara ilə İrəvan arasında münasibətlər yaradılması üçün ciddi konsensuslara ehtiyac olacaq - professor Halaçoğlu isə Azərbaycanı və Türkiyəni məmnun etməyəcək konsensuslara qətiyyən isti baxan bir adam deyil. Və bu prosesin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qədər gedib-çıxa biləcəyini düşünmək də səhv olmayacaqdır – mənim müşahidələrim bu tezisimi ciddi şəkildə dəstəkləyir. Türkiyə Ermənistan ilə sərhədlərini nə vaxt qapatdı, bilirsinizmi? 1993-cü il aprelin 4-də. Özal sağ idi, Dəmirəl hökumətdə idi. Ermənilər Kəlbəcəri işğal edəndə prezident Elçibəy oradakı əhalini çox ciddi bir neçə səbəbə görə bölgədən çıxarmaq üçün Ankaradan 4 vertolyot istəmiş, fəqət rədd cavabı almışdı. TRT müxbirinin “Türkiyədən istədiyiniz bir şey varmı?” sualına mərhum Elçibəy “Türkiyə əhalini atəş bölgəsindən çıxarmaq üçün mənə 4 vertolyot vermədisə, Türkiyədən nə istəyə bilərəm ki? Allah Türkiyənin köməyi olsun!” deyə cavab vermişdi. Bundan sonra Dəmirəl hökumətinin sözçüsü Akın Gönən “Azərbaycan torpaqlarını işğal etdiyinə görə” Türkiyədən Ermənistana gədən bütün yolların bağlandığını açıqlamışdı. Yəni Ermənistanla sərhədlərin bağlanmasının səbəbi torpaqlarımızın ermənilər tərəfindən işğalı idi. Bu işğala son qoyulmadan Türkiyənin Ermənistan sərhədlərini açması öz-özünü inkar olmazmı? Azərbaycanın ən qısa müddətdə professor Yusuf Halaçoğlunu Bakıya dəvət edərək, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizəsini davam etdirməsi üçün ona hər cür şərait yaratmasını arzu edərdim... LENT.AZ
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi