İran hicab bəhanəsi ilə Azərbaycanda dövlətə qarşı radikal kütlə formalaşdırır
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
Əlövsət Əliyev: “Bunun üçün kifayət qədər dəlil-sübutun toplanılmasına ehtiyac var” Arif Yunus: “Beynəlxalq qurumlarla bu yöndə ciddi işə başlamalıyıq” Ermənistanın eks-prezidenti Robert Köçəryanın Xocalı soyqırımındakı cinayətləri ilə bağlı Beynəlxalq Məhkəməyə verilməsi növbəti dəfə aktuallaşıb. Xüsusilə də İrəvanda müxalifətin bu məqsədlə imzatoplama kampaniyasına başlaması Azərbaycanın gec də olsa, bu addımı atmasını zəruri edir. Qeyd edək ki, insanlıq əleyhinə cinayətlər törədənlərin beynəlxalq məhkəmə qarşısında qalması ilə bağlı yaxın tariximizdə də kifayət qədər faktlar var. Keçmiş Yuqoslaviya prezidenti Slobadan Miloşeviç məhz Beynəlxalq Məhkəməyə çəkildikdən sonra türmədə öldü. Haaqa Tribunalı artıq bəşəriyyət əleyhinə cinayətlərinə görə Sudan prezidenti Ömər Əl Bəşir haqqında həbs qərarı çıxarıb. Bir neçə gün əvvəl həbs edilən Serbiyanın keçmiş prezidenti Radovan Karaçiçi də Haaqa Tribunalı gözləyir. Bu mənada 1992-ci ildə baş vermiş əsrin dəhşətli faciələrindən olan Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin, o cümlədən Köçəryanın tribunala verilməsi üçün əlverişli fürsət yaranıb. Bir neçə il əvvələdək Azərbaycan rəsmiləri danışıqları pozmamaqdan ötrü prezident Köçəryanın məhkəməyə verilməsini mümkün saymırdılarsa, artıq bu bəhanə də aradan qalxıb. Artıq Ermənistanın öz daxilində də Köçəryanı Haaqa Məhkəməsinə vermək üçün hazırlıqlar gedirsə, deməli, rəsmi Bakı hərəkətə keçməli, eyni zamanda onunla birgə Xocalı soyqırımında iştirakçı olmuş, Ermənistanın hazırki müdafiə naziri Ohanyanın, həmçinin Zori Balayanın və digərlərinin beynəlxalq məhkəmə qarşısında durmalarına nail olmalıdır. Xəbər verildiyi kimi, Ermənistanda hakim koalisiyaya daxil olan ultramillətçi Daşnaksütyun Partiyasının rəhbərlərindən biri Armen Rüstəmyan Köçəryanın məhkəməyə verilməsi perspektivindən narahatçılığını bildirib. O deyib ki, İrəvandakı kampaniya Ermənistanı çətin vəziyyətdə qoyur. “Çünki Azərbaycan tərəfi fürsətdən istifadə edib eks-prezidentin ünvanına öz əsassız ittihamlarını irəli sürə bilər”- deyə Rüstəmyan bildirib. Hakimiyyətə bağlı Milli-Demokrat Partiyasının rəhbəri Şavarş Köçəryan isə deyib ki, müxalifətin addımı Azərbaycanın dəyirmanına su tökür. Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə Köçəryan başda olmaqla, Ermənistan rəhbərlərini azərbaycanlılara qarşı soyqırımda ittiham edib: “Müxalifətin başlatdığı bu kampaniya isə Azərbaycanın mövqeyini gücləndirən əla bəhanədir”. Ancaq hələ ki Azərbaycan tərəfindən ciddi addımlar müşahidə olunmur. Köçəryanla bağlı hətta ölkə daxilində də cinayət işi qaldırılmayıb. Hüquqşünas Əlövsət Əliyevin sözlərinə görə, Köçəryanı Beynəlxalq Məhkəməyə vermək olar: “Hər bir azərbaycanlının belə bir hüququ var. Amma məhkəmənin nə dərəcədə obyektiv mövqe tutacağından çox şey asılıdır. Bu mənada perspektivə ümid azdır”. Ə.Əliyevin fikrincə, Ermənistan müvafiq beynəlxalq konvensiyalara qoşulduğu üçün Köçəryan müharibə zamanı insanlığa zidd əməllər törətdiyinə görə cavab verməlidir: “Xüsusilə Xocalıda baş verənlər beynəlxalq hüququn tələblərinə ziddir. Orada baş verənləri insanlıq əleyhinə cinayətlər kimi tövsif etmək olar. Lakin bunun üçün kifayət qədər dəlil-sübutların toplanılmasına ehtiyac var. Çünki ortada ziddiyyətli məqamlar çoxdur. Bəzən Azərbaycan rəsmilərinin öz dilindən bu ziddiyyətlər səslənir. Hər halda, Köçəryanın beynəlxalq məhkəməyə verilməsinə cəhd göstərmək olar. Bu gün Ermənistanda baş verənləri, Köçəryanla bağlı materialları, ölkə mətbuatında dərc olunan yazıları toplamaq və sübut növü kimi gələcəkdə məhkəmələrdə istifadə etmək lazımdır”. Konfliktoloq Arif Yunus isə hesab edir ki, hazırda Köçəryanı Beynəlxalq Məhkəməyə vermək mümkün deyil: “Karasçlə bağlı hadisə bizimçün nümunə ola bilər. Amma biz başa düşməliyik ki, Avropada ayrı cür işləyirlər. Yəni Köçəryan, yaxud Zori Balayanın Azərbaycan xalqına qarşı vəhşilik törətdiyini deyə bilərik. Lakin əsas sənəddir. Bu işlə bağlı hər şey sənədləşdirilməlidir. Sabah inşallah, imkan düşəndə bizdən soruşacaqlar ki, Xocalı ilə bağlı sənədləşdirilmiş iş hardadır? Yaxud sizin Xocalı hadisəsi ilə bağlı ittiham etdiyiniz şəxslər barəsində cinayət işi qaldırılıbmı, qaldırılıbsa, İnterpola göndərilibmi?” A.Yunus bütün bunlarla bağlı fəaliyyətin olmamasını təəssüflə qeyd etdi: “Məsələn, Zori Balayanla bağlı bizimkilər məsələ qaldırıblar. Ancaq İnterpol cavab verib ki, siz heç nə göndərməmisiniz. Yəni biz yalnız Azərbaycan ictimaiyyəti üçün ermənilərin cinayət törətdiyi barədə müzakirələr aparırıq. Xaricə isə heç nə göndərmirik. Bizim rəsmilərimiz bu məsələ ilə bağlı, xüsusilə də Köçəryanla əlaqədar heç bir iş aparmırlar. Ona görə də mən pessimistəm”. Konfliktoloq bildirdi ki, vaxtilə Köçəryanın beynəlxalq məhkəməyə verilməsini başa düşmək olardı: “Deyək ki, bizim ölkənin rəhbərliyi onunla rəsmi danışıqlar aparırdı. Aydın idi ki, o zaman Köçəryandan şikayət etmək mümkün deyildi. Amma indi o, adi vətəndaşdır. Bu mənada onu məhkəməyə verməyə bizim tam haqqımız var. Lakin gərək ortada sənədlər olsun”. Elşad PAŞASOY musavat
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi