İran hicab bəhanəsi ilə Azərbaycanda dövlətə qarşı radikal kütlə formalaşdırır
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
Türkiyə son vaxtlar bir-birinin ardınca Ermənistana yönələn barışıq mesajları versə də, Azərbaycanın maraqlarını arxa plana keçirməyib. Ən azı rəsmi mövqelərdə belədir. Türkiyə prezidenti Abdullah Gül bəyan edib ki, onun ölkəsi Ermənistanla normal münasibətlər yaratmağa hazırdır, lakin bunun üçün Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. A.Gül bu bəyanatla iyulun 23-də Qars bölgəsinə səfəri zamanı Ermənistanla sərhəddəki qədim erməni şəhəri Aniyə baş çəkərkən çıxış edib. Onun sözlərinə görə, Türkiyə bütün qonşuları ilə sülh və sabitlik şəraitində yaşamaq istəyir. Ermənistan isə regional layihələrdən kənarda qalmaq istəmirsə, o zaman öz qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Qeyd edək ki, Qars bölgəsinə səfər zamanı A.Gülü erməni jurnalisti də müşayiət edib. Erməni jurnalisti ondan prezident Serj Sərkisyandan aldığı dəvəti qəbul edib-etməyəcəyi haqda soruşub. A.Gül isə bu dəvəti dəyərləndirdiklərini deyib və əlavə edib ki, onun ölkəsinin siyasəti açıqdır və bu siyasət bütün qonşularla normal münasibətlər yaratmaq üzərində qurulub. “Todays Zaman” qəzetinin yazdığına görə, A.Gülün Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırması bir daha təsdiq edir ki, rəsmi Ankara Dağlıq Qarabağın işğalına son verilmədən İrəvanla münasibətlərə dair siyasətində yaxın gələcəkdə heç bir dəyişiklik etməyəcək. Baxmayaraq ki, Ankara son vaxtlar İrəvana bir-birinin ardınca isti mesajlar göndərir, iki ölkənin diplomatları isə qarşılıqlı münasibətləri normallaşdırmağın yollarını axtarmaq üçün İsveçrədə danışıqlar aparıblar. Qəzet qeyd edir ki, Ankaranın rəsmi mövqeyinə görə, münasibətlərin normallaşması Ermənistanın Türkiyənin sərhədlərini rəsmən tanımasından və “erməni soyqırımı” iddialarının beynəlxalq miqyasda tanınması siyasətini dəyişdirməsindən, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsindən asılıdır. Bildirilir ki, A.Gülün Ermənistanla sərhəddəki qədim erməni şəhərinin xarabalıqlarına baş çəkməsi Ermənistanla barışıq üçün verilmiş növbəti mesajdır. Ermənistan bu şəhərdəki qədim erməni kilsəsinin bərpa olunmasını xahiş edir. Türkiyə hökuməti artıq kilsənin bərpası ilə bağlı işlərə başlayıb. Belə görünür ki, Ankara İrəvanla münasibətləri düzəltmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır, lakin bu siyasətin Azərbaycanla nə dərəcədə uzlaşdırıldığı qaranlıqdır. Xəbər verildiyi kimi, Türkiyə və Ermənistan diplomatları arasında Cenevrədə iki raundda aparılan gizli danışıqlara dair bəzi təfərrüatlar üzə çıxıb. Məlum olub ki, Türkiyə tərəfdən xarici işlər nazirinin Orta Asiya və Qafqaz işləri üzrə müşavir yardımçısı, bu ölkənin Bakıdakı keçmiş səfiri Ünal Çeviközün də qatıldığı danışıqlar zamanı qarşılıqlı münasibətlərdəki problemləri nizamlamağın yollarına və mexanizminə dair ümumi razılaşma əldə olunub. Qərara alınıb ki, ikitərəfli münasibətlərdəki problemlərin hər birini ayrıca müzakirə etmək üçün xüsusi komissiyalar formalaşdırılsın. Belə komissiyalardan biri də Azərbaycanla münasibətləri və Qarabağ münaqişəsini araşdırmalıdır. Göründüyü kimi, Türkiyə Ermənistanla təmaslarda Azərbaycan məsələsini bir kənara atmayıb. Bunun özü müsbət hadisə hesab edilə bilər. Ermənistan Qarabağ məsələsini Türkiyə ilə müzakirə etməyə indiyədək heç vaxt razılaşmırdı. Lakin indi Türkiyə ilə münasibətləri düzəltməyə çalışan Ermənistan hakimiyyəti anlayır ki, bu məsələni Ankara ilə müzakirə etmək qaçılmazdır. Türkiyənin xarici işlər naziri Əli Babacan isə “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, Ermənistanla qurulan təmaslar bu ölkə ilə normal münasibətlər yaratmaq məqsədi daşıyır. Ə.Babacan Türkiyə rəhbərliyinin Serj Sərkisyan prezident seçiləndən sonra ona məktub göndərərək iki ölkə arasında dialoqa hazır olduğunu bəyan etdiyini xatırladıb. Onun sözlərinə görə, münasibətləri dialoq yolu ilə normallaşdırmaq mümkündür. Ə.Babacan Ermənistan-Azərbaycan münaqişəsinə toxunmasa da bildirib ki, 1915-ci il hadisələrinə dair ortaq komissiyanın qurulması çox mühümdür. Xəbər verildiyi kimi, bir gün əvvəl Qarsda Azərbaycan və Türkiyə prezidentləri Bakı-Axalkalaki-Qars dəmir yolu xəttinin Türkiyə hissəsinin təməlqoyma mərasimi zamanı görüşüblər. Bu görüşdə çox böyük ehtimalla Ermənistanla Türkiyə arasında son təmaslar və qarşılıqlı barışıq mesajları, habelə Azərbaycanın bu məsələyə münasibəti də müzakirə edilib. Şübhə yoxdur ki, Türkiyə tərəfi Ermənistanla təmaslar haqda Azərbaycan rəhbərliyini məlumatlandırıb. Xəbər xidməti musavat
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi