Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
Xəbər verildiyi kimi, bugünlərdə Türkiyə ilə Ermənistan arasında İsveçrədə gizli danışıqların aparıldığı üzə çıxmışdı. Əvvəlcə “Hürriyət” qəzetinin yaydığı bu xəbəri Türkiyənin xarici işlər naziri Əli Babacan və prezident Abdullah Gül təsdiqlədi. Lakin Babacan bu danışıqların detalları haqda açıqlama verməyərək yalnız onu bildirmişdi ki, Ermənistanla belə təmaslar əvvəllər də olub. Bu təmaslar zamanı ikitərəfli münasibətlərə dair problemlər müzakirə edilib. Nəhayət dünən Azərbaycanda narahatlıqla qarşılanan gizli danışıqların bəzi detalları məlum olub. Türkiyənin xarici siyasət idarəsinə yaxınlığı ilə tanınan “Turkish daily news” qəzetinin əldə etdiyi məlumatlara görə, İsveçrənin Bern şəhərində keçirilən danışıqlara Türkiyə tərəfdən xarici işlər nazirinin müşaviri Ertoğrul Apakanla nazirin Orta Asiya və Qafqaz üzrə müşavir yardımçısı, bu ölkənin Bakıdakı keçmiş səfiri Ünal Çeviköz başçılıq edib. Danışıqlar iki mərhələdə olub. Apakan və Çeviközün iştirakı ilə danışıqların birinci raundu bu ilin mayında, ikinci raundu isə iyulun əvvəllərində keçirilib. Hər iki halda danışıqlar bir neçə gün davam edib. Qəzetin yazdığına görə, danışıqların ikinci raundunda tərəflər Ermənistanla Türkiyə arasındakı problemlərin həlli strategiyası və mexanizmlərinə dair razılığa gəliblər. Məlum olub ki, danışıqların gündəmində əvvəl təklif olunduğu kimi “soyqırım” iddialarını araşdırmaq üçün bir ortaq komissiya yaradılmasının əvəzinə bir neçə komissiya yaratmaq məsələsi dayanır. Belə ki, tərəflər iki ölkə sərhədlərinin açılması ilə bağlı ayrıca komissiya yaratmağı qərara alıblar. Digər komissiya isə “erməni soyqırımı” məsələsini araşdırmalıdır. Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla münasibətləri isə ayrıca komissiya araşdıracaq. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasına gəldikdə isə tərəflər bu mövqeyə gəliblər ki, həmin məsələ ayrıca müzakirə olunsun və müzakirələr üçün bir sıra ortaq komissiyalar yaradılsın. Bildirilir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Türkiyənin “soyqırım” iddialarını araşdırmaq üçün tarixçilərdən ibarət ortaq komissiya qurulması haqda təklifini rədd etmişdi. Köçəryan hesab edirdi ki, belə komissiya ancaq rəsmi qurumlar arasında qurula bilər. Lakin diplomatik mənbələrdən məlum olub ki, tərəflər bu dəfə hər iki tərəf üçün məqbul məsləhətləşmə mexanizmi formalaşdırmaq üçün səy göstərirlər. Məlumata görə, Apakan və Çeviközün başçılığı ilə aparılan danışıqlarda Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasının ilkin əhəmiyyəti vurğulanıb. Çoxdandır ki, ABŞ və Avropa Birliyi Türkiyəni Ermənistanla sərhədlərini açmağa çağırır və hesab edir ki, sərhədlərin açılması ermənilərin “soyqırım” barədə siyasətlərinin beynəlxalq arenada zəiflədilməsinin ən yaxşı yoludur. Qəzet onu da yazıb ki, Türkiyə Bern danışıqlarının detallarının üzə çıxmasını istəmir, çünki hesab edir ki, bu detallar Azərbaycanı qəzəbləndirə bilər. Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında son günlər qarşılıqlı isti mesajlar verilməkdədir. Əvvəlcə Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdullah Gülü İrəvana dəvət etdi, ardınca ABŞ-ın “The Wall Street Cournal” qəzetində məqalə ilə çıxış edərək Türkiyə ilə normal münasibətlərin qurulmasına tərəfdar olduğunu yazdı. Türkiyə prezidenti və baş naziri Sərkisyanı prezident seçilərkən ilk tərbik edənlərdən olublar. Göründüyü kimi Bern danışıqları da məhz Sərkisyanın prezident səlahiyyətlərinin icrasına başlamasından az sonraya təsadüf edir. Bu qarşılıqlı isti mesaclar və Türkiyənin Ermənistanla münasibətlər qurmaq yönündə səyləri Azərbaycan ictimaiyyətində haqlı olaraq narahatlıqlar yaradıb. Çünki indiyədək Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlamaqla Azərbaycana Qarabağ məsələsində dəstək vermiş olurdu. Lakin Türkiyə-Ermənistan təmaslarının Azərbaycan üçün müsbət təsirləri də ola bilər. İlk dəfə “Yeni Müsavat” yazmışdı ki, Türkiyə Ermənistanla təmaslara başlamaqla həm də Qarabağ məsələsinin həlli üçün ilk dəfə birbaşa vasitəçilik imkanı əldə edir. Çünki Türkiyənin Ermənistanla sərhədlərini açması üçün irəli sürdüyü şərtlərdən biri də məhz Qarabağın işğaldan azad edilməsidir. Bern danışıqlarının detallarından bəlli olur ki, həqiqətən Qarabağ məsələsi Ermənistan-Türkiyə danışıqlarında əsas mövzulardan biri olub, hətta tərəflər bu məsələ ilə bağlı ortaq komissiya formalaşdırmaq haqda razılığa gəliblər. O da şübhə doğurmur ki, Türkiyənin Ermənistanla təmaslarından Azərbaycan rəhbərliyinin də xəbəri var. Elə bu gün Bakı- Tiflis-Qars dəmir yol xəttinin Türkiyə hissəsinin təməlqoyma mərasimi olacaq və mərasimdə prezident Abdullah Güllə Azərbaycan dövlət başçısı İlham Əliyev bir araya gələcəklər. Şübhəsiz ki, bu təmas zamanı Türkiyə-Ermənistan müzakirələri də diqqət mərkəzində olacaq. Mərasimə qatılmaq üçün Abdullah Gül dünən Qars bölgəsinə yola düşüb. Onun Ermənistanla sərhəddəki qədim erməni şəhəri Aninin xarabalıqlarına baş çəkəcəyi bildirilirdi. Türkiyə mətbuatı Gülün Aniyə baş çəkməsini Ermənistana göndərilən növbəti barışıq mesajı kimi qiymətləndirib. F.Məmmədov musavat
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi