Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
Azərbaycan tolerant bir ölkədir və biz bununla hər zaman öyünür, xarici qonaqlara bu yöndəki uğurlarımızdan bəhs edirik. Ancaq biz hələ ki, torpaqlarımızı işğaldan azad etməklə, illərdir yurd həsrətiylə yaşayan insanlarımızı doğma ocaqlarına qaytarmaqla öyünə bilmirik. Yazacaqlarım tamamilə fərqli bir şeydi. Sadəcə yeri və məqamı gəldi qeyd etdim. Los Ancelesdəki Tolerantlıq Muzeyinin rəhbəri Abraham Kuperin Azərbaycana gəlib. Abraham Kuperinin başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova qəbul edib. Arzu Şirinova Azərbaycana təşrif buyuran qonaqlarla ətraflı söhbətdən sonra Rəbiyyət Aslanova keçib əsas məsələyə. Və bildirib ki, Azərbaycan əsrlər boyu tolerantlıq nümunəsi göstərib. Onun sözlərinə görə, tolerantlıq Azərbaycan xalqının uzun illərdir qoruyaraq bugünə qədər gətirib çıxardığı milli sərvətidir: "Azərbaycandakı dini və milli tolerantlıq dünyanın bütün dövlətləri üçün nümunə ola bilər. Tarixi ərzində ölkədə heç vaxt dini zəmində qarşıdurma qeydə alınmayıb. Xristianlar və yəhudilər də Azərbaycanı özlərinə doğma vətən hesab edirlər. Təəssüf ki, ötən əsrin 80-90-cı illərində ölkədə yaşayan ermənilər azərbaycanlıların tolerantlığından sui-istifadə ediblər. Nəticədə Dağlıq Qarabağ münaqişəsi alovlanıb. Bu münaqişə erməni şovinizmi və erməni din xadimləri tərəfindən alovlandırılıb. Amma buna baxmayaraq Azərbaycanda ermənilərə qarşı da tolerantlıq hökm sürür. Hazırda Azərbaycanda 5 erməni Qriqoryan kilsəsi fəaliyyət göstərir. Bu kilsələrdən biri Bakının mərkəzində yerləşir. Biz hələ də erməni kilsəsini qoruyub saxlayırıq. Çünki biz barbar deyilik. Bunun əksinə olaraq ermənilər azərbaycanlıların Ermənistan ərazisində qalan 800 məscidini dağıdaraq yer üzündən siliblər. Dini mərkəzləri dağıtmaq vəhşilikdir. Ermənilər azərbaycanlılara məxsus qəbiristanlıqları da dağıdıblar". Abraham Kuper Azərbaycanda keçirdiyi görüşlərdə Ermənistanın azərbaycanlılara məxsus dini mərkəzləri dağıtması barədə xəbəri eşitməkdən təəssüf hissi duyduğunu bildirib: "ABŞ ictimaiyyəti bu məlumatlardan xəbərsizdir. Buna görə də Azərbaycan ABŞ-ın QHT-ləri və ictimaiyyəti ilə daha çox işləməlidir". Rəbiyyət Aslanova isə fərqli fikir səsləndirib və deyib ki, Azərbaycan bu danılmaz həqiqətləri bütün beynəlxalq təşkilatlarda bildirir, amma bir nəticə hasil olmur: "Hazırda dünya ictimaiyyəti Azərbaycanı eşitmək istəmir. Yəhudilərə qarşı soyqırımı törədənlərin cəzalandırılması çox yaxşıdır. Amma dünyadakı bütün cinayətləri törədənlər cəzalarını almalıdırlar. Azərbaycanın işğal olunmuş torpaqlarında insanlığa qarşı çoxsaylı cinayətlər törədilsə də, dünya hələ də susur. Bütün bunlar isə son nəticədə sivilizasiyalararası toqquşmaya səbəb olur". Rəbiyyət Aslanovanın dediklərində bir həqiqət var. Bu da ondan ibarətdir ki, xarici dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanla bağlı həqiqətlər söylənəndə qulaqları kar, gözləri isə kor olur. Onların bu çatışmamazlıqları isə yalnız bizimlə bağlı məsələlərdə ortaya çıxır. Ermənilər adi bir problemlərini onlar qarşısında qaldıranda gözləri dörd görür, qulaqları da kiçik pıçıltını belə eşidib reaksiya verir, hətta tədbir görülməsi üçün tapşırıqlar da verilir. Bu, məsələnin bir tərəfidir və inkar olunmazdır. Ancaq məsələnin digər tərəfi də var axı. Digər tərəf isə Abraham Kuperin dedikləridir: " ABŞ ictimaiyyəti bu məlumatlardan xəbərsizdir. Buna görə də Azərbaycan ABŞ-ın QHT-ləri və ictimaiyyəti ilə daha çox işləməlidir". Bəli, bu bir faktdır ki, Azərbaycanda fəaliyyət göstərən əksəriyyət Qeyri-Hökumət Təşkilatları bu kimi məsələləri beynəlxalq ictiamiyyətin diqqətinə çatdırmaqda laqeydlik göstərirlər. Onların ən başlıca məşğuliyyətləri siyasi məhbus məsələsidir ki, bunu da beynəlxalq təşkilatlar çox yaxşı eşidir və bu məsələni qabartdığına görə həmin QHT-lərə maliyyə ayırır. Ancaq ermənilərin Azərbaycan məscidlərini dağıtması, tarixi abidələri və qəbristanlıqları viran qoyması onların umurunda deyil. Çünki bu, Azərbaycanın milli məsələsidir ki, bunun da qabardılması beynəlxalq təşkilatlara, eləcə də ABŞ-ın QHT-lərinə gərək deyil. Yaxşı ki, QHT-lər bu ildən etibarən dövlət büdcəsindən maliyyələşəcək, görək bundan sonra bəhanələri nə olacaq. Yenədəmi deyəcəklər-"beynəlxalq təşkilatlar yalnız insan haqları ilə olan məsələlərə diqqət ayırır və reaksiya verir". Məgər məscidlərin dağıdılması, qəbristanlıqların və tarixi abidələrin viran qoyulması insan haqlarına bağlı olan məsələ deyil? Yoxsa öz vətənində göçkün həyatı yaşayan insanların çəkdikləri iztirabların insan haqlarına aidiyyatı yoxdur? Əlbəttə ki, var. Bu həqiqətləri dönə-dönə kar olan qulaqlara bağırmaq lazımdır. O vaxta kimi ki, həmin qulaqlar eşitsin. xxx Yadımdadır, 1991-1992-ci ilərdə imkanı olan şəxslər öz vəsaitlərinin bəlkə də çox hissəsini cəbhə bölgəsində ermənilərlə ölüm-dirim mübarizəsi apararaq, itirilmiş torpaqları qaytaran əsgər və zabitlərə ərzaq alaraq göndərir və ordunun ayaq üstə durması üçün silah-sursata pul xərcləyirdilər. Bu gün isə fərqli mənzərənin şahidi olursan. Məsələn, birisi ad gününü təmtəraqlı keçirmək üçün Cenifer Lopesi dəvət edir və bu zaman 1,5 milyon dollarını xərcləyir. Digəri Yeni İli qeyd etmək üçün məclisə adlı-sanlı sənətçiləri çağırıb yenə də milyonlar xərcləyir. Başqa birisi isə... Zəngin iş adamı Məmməd Hüseynov ABŞ-ın Kentukki ştatında 100 hektar ərazisi olan atçılıq ferması alıb. Həmin ştatda nəşr olunan qəzetlərin yazdığına görə, azərbaycanlı milyonçu fermada cins atlar yetişdirib satacaq və onların yarışını təşkil edəcək. Qeyd edək ki, Məmməd Hüseynov bir neçə ay əvvəl Kentukki ştatında keçirilən hərracda "Don Qato" adlı yarış atını 800 min dollara alıb. Digər aldığı ata verdiyi pulun məbləği isə 75 min dollardır. Xatırladaq ki, Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Bu fondun hansı məqsədlə yaradıldığı hamıya bəllidir. Ancaq nə yazıq ki, neçə illərdir yaranmasına baxmayaraq, həmin fonda 3-5 milyon dollar həcmində vəsait toplanıb. Halbuki, bir milyonçunun 3 satlıq kef məclisi üçün xərclədiyi vıəsait 1,5 milyon dollar və bir at üçün verilən pulun miqdarı 800 dollardır. Yeri gəlmişkən, bir vaxtlar ata-babalarımızın bəslədiyi Qarabağ atlarını almaq üçün dünyanın hər yerindən tacirlər gələrdilər. Çünki Qarabağ atları dünyada məşhur idi. İndi isə Dağlıq Qarabağda atlarımıza ermənilər sahib duraraq, ormanlarımızda elə həmin atları oynadırlar. Biz isə deyirik ki, ermənilər məscidlərimizi dağıtsalar, tarixi abidələrimizi və qəbristanlıqlarımızı viran qoysalar da, sülh yoluyla torpaqlarımızın qaytarılmasını istəyirik. xalqcebhesi
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi