Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
Dünən Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Türkiyə ərazisindən keçən hissəsinin təməlqoyma mərasimi olub. Mərasimdə iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Qars şəhərinə gedib. Təməlqoyma mərasimindən əvvəl Qarsda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gül arasında ikitərəfli görüş keçirilib. Görüşdə dövlət başçıları iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim sürətlə inkişaf etməsindən məmnunluqlarını bildiriblər. Həmçinin Azərbaycan və Türkiyənin qlobal layihələrdə birgə iştirakının qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə, eləcə də regional əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyi vurğulanıb. İlham Əliyev və Abdullah Gül görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin reallaşmasına da toxunublar. Hər iki prezident Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi qiymətləndirərək bu dəmir yolunun ümumilikdə regionda iqtisadi əməkdaşlığın genişlənməsi baxımından çox önəmli layihə olduğunu bildiriblər. Azərbaycan prezidenti İlham Əliyev bu layihənin gerçəkləşməsinin bütövlükdə regionun çiçəklənməsinə və inkişafına təkan olacağını bildirib. Türkiyə prezidenti Abdullah Gül isə deyib k, BTQ layihəsinin həyata keçirilməsi tarixi "ipək yolu"nun yenidən bərpa olunmasına və Avropa ilə Asiya arasında yüklərin daha asan şəkildə daşınmasına imkan verəcək. "Bu layihə regionun iqtisadi inkişafına, əhalinin maddi rifahının yüksəlməsinə, eləcə də Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq səviyyəsinin daha da möhkəmlənməsinə kömək edəcək". Görüşdə iki dost və qardaş ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edilib. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Qarsa səfəri çərçivəsində Türkiyə və Gürcüstan prezidentləri Abdullah Gül və Mixail Saakaşvili ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə ərazisindəki hissəsinin təməlqoyma mərasimində iştirak edib. Təməlqoyma mərasimində çıxış edən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri üç ölkə arasında olan siyasi və iqtisadi əməkdaşlığın ümumilikdə regionun inkişafına xidmət etdiyinə dair bəyanatlar veriblər. Türkiyə prezidenti Abdullah Gül üç ölkə arasında olan əməkdaşlığın bütün dünya üçün örnək ola biləcəyini vurğulayıb. "Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi regional layihələr, regional əməkdaşlıq üçün nümunə ola bilər". Abdullah Gül Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avropa ilə Asiyanı birləşdirəcəyini deyib. Onun sözlərinə görə, dəmir yolu xəttinin işə düşməsindən sonra ilk yarımillikdə sərnişin daşınmaların 1 milyon nəfər, yük daşınmaların isə 6,5 milyon ton olması planlaşdırılır. İkinci yarımildə isə bu göstəricilər müvafiq olaraq 3 milyon nəfər və 18 milyon tona çatacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həm də Avropa və Asiya arasında mədəni körpü rolunu oynayacağını bildirən Türkiyə prezidenti bu layihənin ümumilikdə beynəlxalq əhəmiyyət daşıyacağını deyib. Azərbaycan prezidenti İlham Əliyev isə çıxışı zamanı üç ölkə arasında olan siyasi, iqtisadi və mədəni əməkdaşlığın dünyada analoqu olmadığını bəyan edib. "Azərbaycan, Türkiyə və Gürcüstan yeni tarix yazır. Bakı-Tbilisi-Qars dəmir yolu bu tarixin səhifələrindən biridir" deyən Azərbaycan prezidenti çıxışı zamanı bildirib ki, bu layihənin həyata keçirilməsi üç ölkə arasında daha sıx və möhkəm əməkdaşlıq olduğunu bir daha nümayiş etdirdi. "Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri ölkələrimizin müvəffəqiyyətli əməkdaşlığına nümunədir. Çoxları bu layihələrin gerçəkləşəcəyinə inanmırdı. Ancaq indi ölkələrimiz Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Gürcüstan regional əməkdaşlığın bariz nümunəsidir" deyən Azərbaycan prezidenti dəmir yolu layihəsinin tikintisinin vaxtında başa çatdırılacağına əmin olduğunu bildirib. Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə, Azərbaycan və Gürcüstanı həmişəlik birləşdirdiyini bəyan edən Gürcüstan prezidenti Mixail Saakaşvili çıxışı zamanı regional layihələrin reallaşdırılmasında Azərbaycanın rolunu xüsusi qiymətləndirib. "Azərbaycan Gürcüstanın müstəqilliyinin qarantıdır" - bəyanatını verən Mixail Saakaşvili Azərbaycanın həmişə çətin zamanlarda onun ölkəsinin yanında olduğunu bildirib. Gürcüstanın üç il əvvəl qışda üzləşdiyi enerji problemlərini xatırladan Mixail Saakaşvili gürcü xalqını həmin böhrandan məhz Azərbaycanın çıxardığını söyləyib. "Gürcüstan xalqı bunu heç zaman unutmayacaq" deyən Saakaşvili Gürcüstan, Azərbaycan və Türkiyənin siyasi iradəsi sayəsində bütün maneələrin arxada qaldığını və artıq tərəflərin uğurlu regional əməkdaşlıq etdiklərini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsini isə o bu uğurlu əməkdaşlığın davamı kimi qiymətləndirib. Çıxışlardan sonra isə hər üç ölkənin prezidentləri səhnəyə çıxaraq regionun xəritəsi üzərinə simvolik relslər yerləşdiriblər. Vüsalə sherg
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi