SON XƏBƏRLƏR

RADOVAN KARACİÇİ TUTDULAR

2021.10.20, 07:36
RADOVAN KARACİÇİ TUTDULAR

Gunaz.tv
RADOVAN KARACİÇİ TUTDULAR 1990-cı illərdə Bosniya serblərinə liderlik etmiş Radovan Karaciçi iyulun 21-i axşam saatlarında Serbiya ərazisində tutublar. «Media forum» saytı xəbər verir ki, 1992-1995-ci illərdə Bosniya və Hersoqovinada hərbi cinayətlər törətməkdə təqsirli bilinərək 13 ildir beynəlxalq axtarışda olan Karaciç elə həmin gün gecəyarısı Serbiya paytaxtı Belqrada gətirilib. karacic-1.jpg Radovan Karaciç Karaciçin saxlanması xəbəri yayılandan sonra bir qrup belqradlı gənc Respublika meydanında etiraz aksiyası keçirməyə cəhd göstərib. Serbiya paytaxtında polis qüvvələrinin sayı artırılıb, ABŞ səfirliyinin binası ətrafına əlavə mühafizə dəstələri gətirilib. R.Karaciç 1944-cü il iyunun 19-da Çernoqoriyada anadan olub. İxtisasca psixiatr olan R.Karacic siyasətə 1989-cu ilin sonlarında gəlib və Serbiya Demokratik Partiyası yaradaraq ona başçılıq edib. 1992-ci il yanvarın 9-da elan olunan Bosniya və Hersoqovina Serb Xalqı Respublikasının ilk prezidenti olub. 1992-ci ildə R.Karaciç özəyini keçmiş Yuqoslaviya Xalq Ordusunun təşkil etdiyi yerli serblərin hərbi qüvvələrini yaradıb. 1995-ci ilədək sürən müharibə zamanı R.Karaciç Bosniya serblərinə rəhbərlik edib və ordu komandanı Ratko Mladiçlə birgə yerli müsəlmanlara və xorvatlara qarşı hərbi əməliyyatlar planlaşdırıb. 1995-ci il iyulun 25-də Beynəlxalq Hərbi Tribunalda R.Karaciç və R.Mladiçə qarşı genosid və insanlığa qarşı cinayətlər törətməklə bağlı itthamlar irəli sürülüb. Digər bir ittiham 1995-ci il noyabrın 16-da Srebrenitsadakı müsəlman anklavında hadisələrə görə irəli sürülüb. 1996-cı ildə beynəlxalq ictimaiyyətin və Yuqoslaviya lideri Slobodan Miloşeviçin təkidi ilə R.Karaciç səlahiyyətlərini keçmiş vitse-prezident Bilyan Plavşiçə verib. R.Karaciçi son dəfə 1996-cı ildə Bosniya və Hersoqovinanın şərqindəki Han Prijesak rayonunda görmüşdülər. Bir oğlu, bir qızı olan R.Karaciçin ailəsi Bosniya və Hersoqovinanın Pale şəhərində yaşayır. «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar