"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Türkiyə ilə Ermənistan arasında barışıq yaratmaq üçün İran da vasitəçiliyə başlayıb. Türkiyənin “Todays Zaman” qəzetinin xəbərinə görə, Ankaraya səfərdən sonra İranın xarici işlər naziri Manuçehr Möhtəki Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla telefon danışığı apararaq onunla Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib. Telefon danışığı zamanı Möhtəki Ermənistanla Türkiyə arasında qarşılıqlı xoşməramlı mesajları alqışladığını bildirib. İRNA agentliyi isə qeyd edir ki, İran regiondakı güclü və sabit ölkə kimi Türkiyə ilə Ermənistan arasında barışıq əldə olunmasına kömək edə bilər. Bildirilir ki, Möhtəki nüvə məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Ankarada olub və belə görünür, Türkiyə tərəfi ilə təmasların nəticəsi olaraq Ermənistan xarici işlər nazirinə zəng edib. Möhtəki Nalbəndyana bildirib ki, Ermənistanla Türkiyə arasında baş verən müsbət hadisələr regionda sülh və sabitliyin təmin edilməsi səylərini gücləndirir. Xəbər verildiyi kimi, ötən həftə Türkiyə mətbuatı Ermənistanla Cenevrədə gizli danışıqların aparıldığı haqda xəbər yayıb. Xəbəri Türkiyə xarici işlər naziri Əli Babacan və prezident Abdullah Gül də təsdiqləyiblər. Gizli İrəvan-Ankara danışıqlarında nələrin müzakirə olunduğu bəlli deyil, ancaq Türkiyə tərəfi bildirir ki, təmaslarda məqsəd Ermənistanla münasibətlər qurmaq üçün yollar axtarmaqdır. Əli Babacan bildirib ki, Ermənistanla normal münasibətlərin qurulması Türkiyə xarici siyasətinin əsas hədəflərindən biridir. Gizli diplomatik danışıqlar Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə prezidentini İrəvana dəvət etməsi ilə təqribən eyni vaxta təsadüf edir. Hazırda Türkiyə tərəfi bu dəvəti nəzərdən keçirir, ancaq müşahidəçilərə görə, Abdullah Gül yəqin ki, dəvəti qəbul edib iki ölkənin futbol üzrə milli yığma komandalarının oyununa baxmaq, əslində isə erməni-türk münasibətlərinə dair müzakirələr aparmaq üçün İrəvana gedəcək. Serj Sərkisyan Abdullah Gülü İrəvana dəvət etmək istədiyini Moskvada səfərdə olarkən erməni icması ilə görüşündə ilk dəfə deyib. Daha sonra bu dəvət Sərkisyanla Gül arasında Astanadakı qeyri-rəsmi təmas zamanı rəsmi olaraq çatdırılıb. Erməni ekspertləri hesab edirlər ki, Sərkisyanın dəvət ideyasını ilk dəfə Moskvada açıqlaması təsadüfi deyil və Türkiyə ilə münasibətləri normallaşdırmaq haqda göstəriş ona Rusiyadan verilib. Bu isə Rusiyanın Türkiyə-Ermənistan sərhədlərinin açılmasında və münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir. Xüsusən o baxımdan ki, xarici işlər naziri Sergey Lavrov da bu günlərdə Türkiyədə səfərdə olub və Ankara-İrəvan münasibətlərinə dair müzakirələr aparıb. İndiyədək ancaq ABŞ və Avropa Birliyi Türkiyəyə Ermənistanla sərhədləri açmaq üçün təsir göstərməyə çalışırdı. Türkiyədə isə hesab edirlər ki, əgər ABŞ istəsə, Gül İrəvana gedəcək. ABŞ isə Türkiyənin Ermənistanla münasibətlər qurmasını çoxdan arzulayır. Son günlər Türkiyədə və Ermənistanda səfərlərdə olan ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Vaşinqton bu səfərin baş tutmasını istəyir və ona dəstək verir. Brayzanın sözlərinə görə, Sərkisyan Gülü dəvət etməklə və erməni-türk münasibətlərinin tarixini araşdırmaq üçün tarixçilərdən ibarət ortaq komissiya yaratmağı təklif etməklə çox cəsarətli addım atıb: “Bir həftə yarım bundan əvvəl mən İrəvanda oldum, orada prezident Sarkisyan, xarici işlər naziri Edvard Nalbəndyanla görüşdüm. Sonra da Ankarada oldum, orada baş nazir, xarici işlər naziri, Qafqazla əlaqələr üzrə məsul şəxslərlə, baş nazirin xarici məsələlər və ordu üzrə müşavirləri ilə görüşdüm. Hiss edirəm ki, ortada maraqlı fikirlər var. Müəyyən dərəcədə əminliklə deyə bilərəm ki, həm Ankarada, həm də İrəvanda iki ölkə arasında münasibətləri normallaşdırmaq istiqamətində həqiqi səylər mövcuddur”. Brayza deyib ki, o, Rusiyanın Türkiyə-Ermənistan yaxınlaşması üçün hansısa addımlar atması barədə xəbərsizdir və belə hesab edir ki, Türkiyə və Ermənistan özləri bunu edirlər: “Ancaq deyildiyi kimi, ruslar təşəbbüsü ələ alıb Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq üçün səylər göstərirsə, bu yaxşı hadisədir. Biz bunu ancaq alqışlaya bilərik. Əgər tərəflər istəsələr, ABŞ da onlardan birinə, yaxud hər ikisinə hansısa problemləri müzakirə etməkdə kömək edə bilər”. Beləliklə, Türkiyə ilə Ermənistan arasında heç vaxt görünməyən ölçülərdə yaxınlaşma meylləri müşahidə edilir və proseslər pərdə arxasında sürətlə cərəyan edir. Bu yaxınlaşma meylləri haqlı olaraq Azərbaycanda narahatlıqla qarşılanır. Çünki Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlamaqla neçə vaxtdır Qarabağ məsələsində Azərbaycana dəstək vermiş olurdu. Digər tərəfdən, Ankaranın İrəvanla diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması üçün irəli sürdüyü üç şərtdən biri də Azərbaycan ərazilərinin işğaldan azad edilməsi idi. Hələlik bu baş vermədiyinə görə Ankara ilə İrəvan arasında yaxınlaşma meylləri Türkiyənin Azərbaycanın həyati əhəmiyyətli maraqlarına arxa çevirdiyi təəssüratı yarada bilər. Lakin çox böyük ehtimalla Türkiyə hökuməti Ermənistanla təmasları Azərbaycan hakimiyyətini məlumatlandıraraq qurur. Elə sabah prezident Abdullah Gül Ermənistana daha bir dostluq mesajı olaraq iki ölkə sərhədində, Qars vilayətində yerləşən qədim erməni şəhəri Arninin qalıqlarına baş çəkəcək və oradakı erməni kilsəsinin bərpası prosesi ilə tanış olacaq. Ertəsi gün, iyulun 24-də isə Gül Azərbaycan prezidenti İlham Əliyevlə Qarsda Bakı-Axalkalaki-Qars dəmir yol xəttinin Türkiyə hissəsinin təməlqoyma mərasimində iştirak edəcək. Bu təmaslar zamanı şübhəsiz ki, Ermənistan-Türkiyə əlaqələrindən söz açılacaq. Türkiyənin Azərbaycanla razılaşdırılmış şəkildə Ermənistanla təmaslar qurması onunla faydalı ola bilərdi ki, Ankara faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair İrəvanla birbaşa müəyyən müzakirələr aparmaq imkanı qazanır. İndiyədək Türkiyə bu prosesdən kənarda idi, lakin indi erməni-türk münasibətlərinə dair müzakirələrə başlamaqla Türkiyə Qarabağ məsələsini də qaldırmaq imkanı qazanır. Ən azından ona görə ki, rəsmi Ankaranın İrəvan qarşısında irəli sürdüyü üç şərtdən biri budur. Türkiyə Ermənistana izah edə bilər ki, Azərbaycan ərazilərinin işğalına son vermədən və Qarabağ münaqişəsinin həlli üçün kompromisə getmədən onunla normal münasibətlər qurması çətin olardı. Şübhəsiz ki, Ermənistan Qarabağ məsələsində mövqeyini dəyişmədən Türkiyə sərhədləri açsa, bu, Azərbaycana zərbə olardı. Lakin indi təkcə sərhədlərin açılması deyil, “soyqırım” iddiaları, Türkiyəyə qarşı ərazi iddiaları və Qarabağ məsələsi müzakirə olunur. Ona görə də sərhədlərin bu tezliklə açılması ehtimalı xeyli zəifdir. F.MƏMMƏDOV musavat
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi