"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Azərbaycan, Bakı, 19 iyul/ Trend News , müxbir E.Tariverdiyeva, V.Javronkova/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama prezident seçilərsə, yalnız rəsmi Tehranla danışıqlar uğur gətirmədiyi halda İrana qarşı sərt hərəkət edəcək. “Obamanın mövqeyi İran hökuməti ilə diplomatik nizamlamadan əlavə aşağıdakından ibarətdir: danışıqlar işləməzsə, bu, birbaşa hərbi müdaxiləyə gətirəcək”, - Padui Universitetinin (ABŞ) siyasi elmlər professoru Bert Rokman (Bert A.Rockman) şənbə günü elektron poçtla Trend News -a bildirib. Obama bu həftə bəyan edib ki, nüvə silahı əldə etməsində İrana mane olmaq ABŞ-ın maraqlarındadır və buna görə Tehrana təzyiq üçün bütün mümkün vasitələrdən istifadə etmək zəruridir, Reuters məlumat verir. “Dövlətin məharətlə idarə edilməsi alətlərindən heç biri buraxılmamalıdır. Mən təcavüzkar, prinsipial, birbaşa diplomatiyadan başlayaraq sərt sanksiyaların tətbiqinədək və heç bir ilkin şərtlər olmadan İrana təzyiq etmək üçün Amerikanın gücünün bütün elementlərindən istifadə edəcəyəm”, - Obama bildirib. Ekspertlər hesab edirlər ki, Obamanın bu nitqini seçkiqabağı yarış kontekstində nəzərdən keçirmək lazımdır. Amerikalı ekspert Mark Kats (Mark N. Katz) hesab edir ki, bu, Obama tərəfindən amerikalılar üçün deyilib. Lakin ekspert güman edir ki, Obamanın sözləri onun İrana qarşı Buşun siyasətindən istifadə edəcəyindən xəbər vermir. “Buşdan fərqli olaraq Obama İranla dialoqa hazırdır. Lakin onun sözləri danışıqlar işləməzsə, prezident seçildiyi halda daha sərt tədbirlər görəcəyindən xəbər verir”, - George Mason University-nin siyasət üzrə professoru Kats cümə günü elektron poçtla Trend News -a bildirib. Ekspertin sözlərinə görə, bundan əlavə nəzərə almaq lazımdır ki, İllinoysdan olan senator əsasən Amerikanın prezident kampaniyası kontekstində bəyanat verib. Obama bu bəyanatı ilə həmçinin onun İrana yanaşmasının çox yumşaq olmasına dair respublikaçıların tənqidlərinə cavab verməyə çalışır. İran tərəfi həmçinin Obamaya ümid edir. İranlı politoloq Piruz Müctəhidzadə hesab edir ki, Obamanı prezident seçdikləri halda, İranla diplomatik müzakirələr sözsüz ki, baş tutacaq. Onun sözlərinə görə, daha bir maraqlı cəhət var: İran özünün əvvəlki siyasətində bəzi dəyişikliklər edib və hətta nüvə məsələsində mövqeyini yumşaldıb. “Qərblə müzakirələr aparan Tehran ABŞ-a müraciət ünvanlayıb. Müraciət göstərir ki, İranın Qərblə münasibətləri daha da normallaşır”, - Londonun Yurosevik Araşdırmalar Fondunun sədri və Tehran Geosiyasi Universitetinin professoru Müctəhidzadə şənbə günü telefonla Trend News-a bildirib. Amerikalı politoloq Peter Şeyn (Peter Shane) həmçinin hesab edir ki, Obamanın ardıcıl mövqeyi İranı uranın zənginləşdirilməsi üzrə nüvə proqramından könüllü imtina etməyə stimullaşdıraraq onunla sülh diplomatiyası aparmaq arzusudur. Lakin İran beynəlxalq ictimaiyyətin normalarına əsasən öz hərəkətini dəyişməsə, perspektivdə sərt sanksiyaları nəzərdə tutur. Müşahidəçilər qeyd edirlər ki, hazırki Buş administrasiyası İrana dərhal hərbi hücum edilməsinin lehinə çıxış etmir. Rokmanın sözlərinə görə, ABŞ-da İrana qarşı təcavüzkar diplomatiyadan istifadə edilməsi ürə ümumi razılıq əldə edilib. Lakin ola bilsin ki, bəzi nüfuzdan düşmüş, lakin hələ də Buş administrasiyasının üzvləri olan insanlardan (əsasən vitse-prezident Çeyni və onun əməkdaşları) başqa heç kim təcili hərbi müdaxilənin lehinə çıxış etmir. Politoloqun sözlərinə görə, Amerika hərbçiləri artıq iki cəbhədə əməliyyatlara cəlb olunublar. “Hərbçilər yeni əməliyyatlar axtarmırlar. Onlar İraqdakı risklərin təkrarını istəmirlər”, - o bildirib. Şeyn həmçinin qeyd edib ki, son günlərdə Buş administrasiyası (əvvəllər İranla birbaşa diplomatiyada iştirak etməkdən imtina edirdi) mövqeyini dəyişib. “Bu, güman etməyə əsas verir ki, Obamanın diplomatiyaya çağırışına ictimaiyyətin müsbət cavabı həqiqətən də Buş administrasiyasına təsir edir və bu yaxşı dinamikadır”, - o söyləyib. İranlı politoloq Müctəhidzadənin rəyinə görə, Buşun siyasətinin dəyişməsində İllinoysdan olan senatorun təsiri izlənilir. O hesab edir ki, Obamanın platformasında ABŞ hökumətinin İran üzrə siyasətində bir qədər təzyiqə yol verilib. “Buna qədər ABŞ administrasiyası bəyan edirdi ki, İran uranın zənginləşdirilməsi prosesini dayandırmasa, rəsmi Tehranla danışıqlar aparmayacaq. Lakin Obama bu siyasəti tənqid edərək qeyd edib ki, İranla danışıqlar aparmaq vacibdir”, - Müctəhizadə bildirib. Analitiklər hesab edirlər ki, ümumilikdə İran problemi ilə əlaqədar yalnız Birləşmiş Ştatlar narahat deyil və Avropa da İranın nüvə proqramını dayandırmaq üçün əlindən gələni edəcək. Rokmanın sözlərinə görə, narahatlıq üçün gizli, lakin çox dərin mövzulardan biri İranın hansısa qeyri-dövlət terror təşkilatının İranın nüvə materiallarına çıxış əldə edə biləcəyidir. İranın nüvə silahı və orta mənzilli raketlər əldə etməsi potensialına görə yalnız Amerika vətəndaşlarının deyil, dünya ictimaiyyətinin ümumi narahatlığı mövcuddur, - o hesab edir. “Axı İran təhdidedici nitqlərdən istifadə etməklə terror qruplarının təcavüzkar dəstəklənməsinə meylli 12-ci əsr rejiminin hakimiyyətdə olduğu müasir cəmiyyətdir”, - ekspert bildirib. Rokmanın sözlərinə görə, avropalılar əsasən İran üçün hərbi xarakterli malların tədarükünü dayandırıblar. “Danışıqlar “tələsi” işləməzsə, “məngənə daha da sıxılacaq”. Bunun İranın nüvə dövləti vəziyyətinə doğru irəliləməsinin zəiflədilməsi istiqamətində işləyib-işləməyəcəyi aydın deyil”, - o qeyd edib. Politoloq həmçinin İranın digərlərinin ehtiyacı olduğu ehtiyata – neftə malik olması faktının da vacib məsələ olduğunu düşünür. ABŞ administrasiyası yeni ölkə prezidentinin seçilməsi ərəfəsində müşahidəçilərin İrana qarşı siyasətin “180 dərəcə dəyişdirilməsi” kimi qiymətləndirdikləri addım atıb. ABŞ Dövlət katibinin müavini Uilyam Berns şənbə günü İranla beynəlxalq danışıqlarda iştirak edəcək və bu, son 30 ildə iki ölkə arasında birbaşa əlaqələrin ən yüksək səviyyəsidir. “Mən hesab edirəm ki, kəskin vəziyyət istisna olmaqla, hərbi müdaxilə haqqında qərar qəbul edilməyəcək. Lakin digərləri – xüsusilə də İsrail belə planı istisna edə bilməz”, - Şeyn bildirib. trend
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi