Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Dünya mətbuatında yazılanlar İran-ABŞ münasibətlərində yeni mərhələnin başlandığı barədə rəy formalaşdırır. Xüsusilə də Londonda çıxan “Guardian” qəzetinin son bir ayda Vaşinqtonun Tehranda ABŞ diplomatik nümayəndəliyini açmaq planlarını elan edəcəyini yazması iki ölkə arasındakı münasibətlərin sülh yolu ilə çözüləcəyinə inamı artırır. Əgər bu gözləntilər özünü doğrultsa, ABŞ 30 ildən sonra İranla diplomatik əlaqələrini bərpa etmiş olacaq. Güman olunur ki, səfirlik indiyədək İranda ABŞ-ın diplomatik maraqlarını təmsil edən İsveçrə səfirliyinin nəzdində açılacaq. Ancaq növbəti mərhələdə Tehranda ABŞ səfirliyinin açılması baş tuta bilər. Məlumatlara görə, Tehranda diplomatik missiyanın açılması Buş administrasiyasının İrana dair siyasətində baş verən kardinal dəyişikliyi göstərir. Hətta ABŞ-ın müharibə planlarından birdəfəlik əl çəkdiyi və Tehranla yalnız diplomatiya dilində danışmağı qərara aldığı haqda uzağagedən nəticələr də çıxarılır. Bugünlərdə ABŞ ilk dəfə Tehranla nüvə məsələsinə dair birbaşa danışıqlara qoşulub. ABŞ dövlət katibinin müavini Uilyam Bernsin Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Havyer Solana ilə birlikdə Cenevrədə İranın nüvə danışıqlarına rəhbərlik edən Əli Cəlili ilə görüşməsi də münasibətlərdəki gərginliyin səngidiyinə işarə sayılır. Tehranın bir həftə öncə uzaqmənzilli raketlərin sınağını keçirməsindən sonra ABŞ-ın danışıqlara meyl göstərməsi də maraqlı məsələdir. Qeyd edək ki, İran Amerikanı ürəyindən vuracağını bəyan edəndən sonra İsrailin İranı üç istiqamətdən vurmasına hətta Corc Buş səviyyəsində razılıq verilməsi dünya mətbuatında özünə yer almışdı. Lakin məhz bunun ardınca İran prezidenti Mahmud Əhmədinejad öz ölkəsində ABŞ-ın diplomatik korpusunun fəaliyyətinin bərpasına hazır olduğunu bəyan etdi. Bundan sonra isə ABŞ-la İran arasında danışıqların başlaması yeni mərhələnin başlandığını deməyə imkan verir. Lakin politoloq Rasim Musabəyov hərb variantının kənara qoyulduğu barədə tələsik qənaətə gəlməyi düzgün saymır. O deyir ki, Amerika ilk dəfə rəsmi səviyyədə İranla aparılan danışıqlara qoşulsa da, qeyri-rəsmi kontaktlar bundan əvvəl davam edib: “ABŞ və İran səfirləri İraqda vaxtaşırı görüşüb məsələləri müzakirə edirdilər. Əgər indi problemləri konstruktiv yolla həll etmək istəyi olarsa, danışıqlarda hansısa nəticə əldə oluna bilər. Ancaq hələlik hiss olunur ki, nə İran öz mövqeyindən ciddi şəkildə geri çəkilmək niyyətində deyil, nə də ABŞ bu məsələləri boş vermək istəyir”. Politoloqun qənaətincə, İranın ali dini rəhbərinin son çıxışlarından İran üçün yaxşı bir şey vəd etməyən kifayət qədər radikal vəziyyətin mövcudluğundan Tehran rəsmilərinin də narahat olduqları aydın göründü: “Konstruktivlik olarsa, məsələ hərbi toqquşma səviyyəsinə qalxmaya bilər. Hər halda, ABŞ hər zaman deyir ki, bütün variantlar masa üzərindədir. Fakt budur ki, ABŞ İranı hər yandan - Küveyt, Bəhreyn, İraq, Əfqanıstan tərəfdən mühasirəyə alıb. Körfəzdə donanma da saxlayır, Türkiyədə isə ABŞ qüvvələri var. Bu sırada yalnız Azərbaycan istisnadır”. Ekspert proseslərin artıq psixoloji müharibə çərçivəsindən kənara çıxdığını söylədi: “İrana qarşı artıq davamlı şəkildə konkret sanksiyalar tətbiq olunur və bu sanksiyalar getdikcə sərtləşdirilir. Bir neçə ildir ki, informasiya müharibəsi və müəyyən mənada əsəb müharibəsi də gedir. Ancaq bu müharibənin yaxın zamanlarda hərbi zərbələr müstəvisinə keçməsi ehtimalı azdır. Üstəlik, Avropa, Çin və Rusiya məsələnin hərbi müstəviyə keçməsinin əleyhinədir. Bir çox hallarda onlar sanksiyalara qoşulmaqla İrana qarşı təzyiqləri artırıb hərb variantının arxa plana keçməsinə nail olmaq istəyirlər. Başa düşürlər ki, hərbi yol məsələnin həlli deyil. Ola bilsin İranın hansısa nüvə obyektinə zərbələr endirilsin. Amma bunun qarşısında əks addımların hara gətirib çıxaracağını demək mümkün deyil. Hərbi yol nə dünya iqtisadiyyatına, nə də regiondakı vəziyyətə müsbət perspektiv vəd etmir. Ona görə də sanksiyalarla yanaşı İranla danışıqlar da aparılır. Avropa Birliyi xarici işlər nazirinin İranla danışıqlar aparması da bununla əlaqədardır”. Politoloq sanksiya qərarlarının İrana ciddi problemlər yaratdığı qənaətindədir: “İran tərəfinin lovğalığına baxmayaraq, əslində tətbiq olunan sanksiyalar bu dövlətə ciddi problemlər yaradıb. İranın neftdən əldə etdiyi gəlirlər dəfələrlə artıb. Ancaq əhalinin vəziyyəti getdikcə pisləşir. İran bu boyda gəlirlərə baxmayaraq, neftayırma zavodlarını modernləşdirmək və ya yeni neft layihələrini həyata keçirmək iqtidarında deyil. Bu mənada düşünmürəm ki, tətbiq olunan sanksiyalar adi məsələdir”. R.Musabəyovun M.Əhmədnejadın İranda ABŞ səfirliyinin açılmasına razılığını bildirməsi və xarici mətbuatda ABŞ-ın buna razılıq verməsi barədə məlumatlara münasibəti də maraqlı oldu: “Bir çox hallarda deyirlər ki, Əhmədinejad vaxtilə ABŞ səfirliyi əməkdaşlarının girov götürülməsi əməliyyatında iştirak edib. Bu mənada hesab etmək olar ki, onun təklifində ikibaşlı elementlər var. Yəni səfirliyinizi bir daha açın və ikinci dəfə diplomatlarınızı girov götürək. Ona görə də indiki halda İranda ABŞ səfirliyinin açılmasından söhbət gedə bilməz”. Elşad PAŞASOY musavat
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
İran polisi ərəb gənci güllələdi