Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan diplomatlarıyla məxfi danışıqların aparıldığını etiraf etdi Türkiyənin Xarici İşlər naziri Əli Babacan erməni diplomatlarıyla görüş xəbərini təsdiqləyib. Türkiyənin "Hürriyyət" qəzeti yazırdı ki, iyulun 8-də İsveçrədə türk və erməni diplomatlarının görüşü olub. Əli Babacan iyulun 18-də İranın xarici işlər naziri Manuçöhr Müttəki jurnalistlərlə söhbətində deyib ki, onun tapşırığına əsasən erməni diplomatlarla ara-sıra görüşlər keçirilib. Bu görüşlərdə yüksək rütbəli türk rəsmiləri iştirak edirlər. Azərbaycan ərazilərinin işğalından ümumiyyətlə söz açmayan Babacan bildirib ki, Ermənistanla Türkiyənin 1915-ci il hadisələriylə bağlı fikir ayrılıqları var və Ankara problemin dialoqla həll olunması tərəfdarıdır. Murad Yenigün "Türkiyə erməni diplomatlarla görüşləri davam etdirəcək". Xatırladaq ki, Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqların başlamasını ilk olaraq "Hürriyyət" qəzeti yazıb. Qəzetin məlumatına görə, iyulun 8-i İsveçrədə erməni və türk diplomatlarının görüşü olub. Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı rəhbərlik edib. Amma "Hürriyyət" qəzeti türk və erməni rəsmilərinin görüşündə hansı məsələnin müzakirə olunduğunu açıqlamayıb. Serj Sarksyan, seçkilərdən sonra Rusiyanın "Rossiyskaya qazeta" dərgiyisinə verdiyi müsahibədə, rəsmi Ankara ilə heç bir şərt olamadan diplomatik görüşlər keçirməyə hazır olduqlarını bildirmişdi. Sarkisyanın, "diplomatik yollardan istifadə edərək problemlərimizi həll edə bilərik"sözləri diqqət çəkmişdi. 10 gün öncə isə "The Wall Street Journal" qəzetində nəşr olunan müsahibəsində Sərkisyan Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün "açıq qapı" yarandığını və iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasından başqa bir yolun olmadığını vurğulamışdı: "Ümidim var ki, hökümətlərimiz bu açıq qapıdan keçə bilər". Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğanın "qondarma erməni soyqırımı" iddialarının, ortaq komissiya təşkil olunaraq araşdırılması təşəbbüsünü də cavablandıran Sarkisyan, münasibətlərin normallaşacağı təqdirdə bunun reallaşa biləcəyini bildirmişdi. Münasibətlərin normallaşması barədə danışan Sarkisyan "indi fəaliyyətə keçmək üçün cəsur və düşünülmüş hərəkət etməliyik. Ermənistan və Türkiyə əbədi düşmən ola bilməz və olmamalıdır" demişdi. Sarkisyan, iki ölkənin işbirliyi nəticəsində, tarixi Qərb-Şərq dəhlizinin açılmasına nail ola biləcəyini də dilə gətirmişdi: "Münasibətlərimizi normallaşdırmaq və Türkiyə-Ermənistan sərhədinin açılması üçün, Türkiyə dövləti və xalqına yeni bir dialoq təklif edirəm". Ekspertlər hesab edirlər ki, İsveçrədəki gizli görüşlərin keçirilməsində ABŞ-ın da təsiri olub. Sarkisyanın bu açıqlamalarından sonra, Türkiyənin də bu yöndə addımlar ata biləcəyi bildirilir. Müzakirələrdən ABŞ və Avropa Birliyinin üzvü olan bəzi ölkələr də məlumatlandırılıb. Sarkisyan bu açıqlamalarla kifayətlənməyərək, Türkiyə prezidenti Abdulla Gülü 2010 Dünya Çempionatı qrup oyunları çərçivəsində 6 sentyabr 2008-ci ildə İrəvanda keçiriləcək Ermənistan-Türkiyə oyununa dəvət edib: "Bu səfər, münasibətlərimizdə rəmzi də, olsa yeni bir başlanğıc olar". Serj Sarkisyan hesab edir ki, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərin simvolik startı olacaq. Sarkisyanın bu ismarıcları, məxfi keçirilən və yalnız indi üzə çıxan görüşlərdən sonra Abdulla Gülün İrəvana gedib-getməyəcəyi maraqla gözlənilir. Xarici İşlər Nazirliyindən isə bunun cavabının hələ çox tez olduğu bildirilir. Eyni zamanda da qeyd olunur ki, matçla bağlı səfər rəsmi xarakter daşımadığı üçün olmadığı üçün, onun reallaşa biləcəyi istisna deyil. Türkiyə və Ermənistan arasında məxfi şəkildə həyata keçirilən rəsmi və qeyri rəsmi əlaqələrin qurulması prosesi artıq bir neçə ildir ki, davam edir. Türkiyə mətbuatının açıqladığı son məlumatlara əsasən, hazırda bu ölkədə 70 minə yaxın Ermənistan vətəndaşı çalışır. İki ölkə arasında rəsmi diplomatik münasibətlərin olmamasına rəğmən, Ermənistan vətəndaşlarının Türkiyədə sərbəst şəkildə hərəkət etmələri və fəaliyyət göstərmələri üçün hökumətin xüsusi göstərişi olduğu bildirilir. Bu il Ermənistan vətəndaşlarının Türkiyənin turizm bölgələrində çalışmaları və istirahət etmələri üçün də geniş şərait yaradılıb. Belə ki, mövsümün sonunadək Türkiyənin Antalya, Bodrum və digər bölgələrinə 60 mindən çox erməni turistinin gələcəyi proqnozlaşdırılır. Erməni mənşəli iş adamlarının Ermənistan və Rusiya da daxil olmaqla postsovet məkanında fəaliyyət göstərən turizm şirkətləri Türkiyənin oxşar qurumları ilə yaxından əməkdaşlıq edir. Rəsmi Ankaranın inkaredici bəyanatlarına baxmayaraq, hər iki ölkə mediası Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsin 200 milyon dollara çatdığını yazır. Qeyd edək ki, "Xalq Cəbhəsi" qəzeti Ermənistan diplomatları ilə məxfi görüşlərdə iştirak edən Türkiyə təmsilçiləri barədə ciddi məlumatlar əldə edib. Azacıq səbr edin və onların kimliyi barədə sizi məlumatlandıracağıq. Öncə onu bildirək ki, "Xalq Cəbhəsi" qəzeti hələ 2 il öncə Türkiyə-Ermənistan münasibətlərinin məxfi tərəfləri barədə tutarlı faktlara və fotoşəkillərə əsaslana məlumat yayımlamışdı. O zaman Ermənistanın rəsmi dairələri, erməni əsilli iş adamları və diaspor təmsilçiləriylə görüşlər keçirən yüksək rütbəli məmurların adlarını da açıqlamışdıq. Əldə etdiyimiz məlumata görə, Ermənistan diplomatları, iş adamları, qeyri-hökumət təşkilatlarıyla görüşlərin keçirilməsində əlaqələndirici funksiyasının Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya üzrə direktorluğu həyata keçirir. Berndə keçirilən görüşdə də məhz bu qurumun rəhbərliyi, Türkiyə xarici işlər nazirliyinin müstəşarlarından biri və Türkiyənin Almaniyadakı səfiri iştirak ediblər. Görünür AKP hökuməti ölkə daxilində itirilən nüfuzunu kompensasiya etmək üçün, xarici amillərdən daha ciddi şəkildə yararlanmaq fikrinə düşüb və indiki məqamda ən əlverişli saydığı "erməni kartı"nı ortaya atır. Olsun! Hər halda bu gün qardaş ölkədə hakimiyətdə olan konkret şəxslərin mövqeyinə görə baş verənlərin gölgəsini Türkiyə Cümhuriyyətinin üzərinə salmaqdan çox uzağıq. Bununla yanaşı, hesab edirik ki, rəsmi Ankaranın "yeni" baxışlarının Bakıda da nəzərə alınması məqsədəuyğun olardı. Baş verənlərə Azərbaycanda da münasibət birmənalı deyil. Hökumət rəsmiləri mümkün qədər səbrli davranır, siyasi partiyaların təmsilçiləri isə hadisələrin manevr xarakterli olduğunu bildirirlər. Bir çoxlarının qənaətinə görə, Ermənistanla diplomatik təmaslar Türkiyə ilə bu ölkə arasında sərhədlərin açılmasına gətirib çıxarmayacaq. Bir kimsəni sədalöhvlükdə, yaxud ehtiyatlı davranmaqda günahlandırmaq niyyətimiz yoxdur. Ancaq bütün bunların qarşılığında ortalığa təbii bir sual çıxır: Sərhədlərin qapalı olduğuna əminsinizmi? P.S. Azərbaycanın media qurumlarının, xüsusilə də TV-lərin nəzərinə: Daha özünüzü əldən salıb ""Sarı gəlin"i erməni musiqisi kimi təqdim etdilər", nə bilim "Bülənd Ərsoy belə danışdı", "Uğur Dindar elə konuşdu" deməyin. Sizin əndişələrinizin Türkiyənin dini-siyasi və mədəni elitası üçün bir iynə ucu böyüklükdə də önəmi yoxdur. Çünki İstanbul küçələrində "hamımız erməniyik" rəzalətini stimullaşdıranlar və buna göz yumanlardan yüksək dəyərlər gözləməyə dəyməz. Bu gün təəssüf ki, bizdə olduğu kimi Türkiyədə də özünü bəlli olmayan səbəbdən Avropa (Qərb) qarşısında "təmizə çıxarmaq" üçün erməni sabunuyla yuyunanların sayı yetərincədir. Türk türkə dəstək... Qulp olmasın, yetər! xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var