Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Reuters: İranın Çinə neft satışı azalıb
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
İranlı deputat sülh çağırışlarının “təslim olmaq” anlamına gəldiyini bildirib
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
Marağada 14 iaşə obyekti bağlandı
Qərbi Azərbaycan əyalətinə kürd polis rəisi təyin olundu
ABŞ-ın blokadası davam etdikcə Çində İran neftinə tələb azalır — Reuters
İranda beş məhbus edam edilib
İranın neft hasilatı hazırda daxili tələbatı cüzi üstələyir — TankerTrackers
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Millət vəkillləri hicaba görə Pezeşkiana xəbərdarlıq etdilər
BƏƏ-nin ticarəti dayandırması İranın qalan iqtisadi dayaq nöqtələrindən birini təhdid edir
Tramp: İranın raket və dron istehsal etmək imkanları “çox aşağıdır”
ABŞ konqresmeni SEPAH-a zərbə endirməyə və İrana qarşı iqtisadi təzyiqi artırmağa çağırıb
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Danimarka iranlı mollanın ölkəyə girişinə qadağa qoydu
ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır
Təbrizdə nəqliyyat problemi - Köhnə taksilərin sayı açıqlandı
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
"Yaxın illərdə "Nabucco" layihəsinin gerçəkləşdirilməsi Rusiyanın ayağının Cənubi Qafqazdan kəsilməsi demək olacaq" Son vaxtlar ABŞ, Avropa Birliyi ölkələrinin enerji məsələləri üzrə rəsmiləri Bakıda tez-tez görünməyə başlayıblar. ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qreyin son iki ayda ölkəmizə iki dəfə səfər etməsi isə rəsmi Bakının "Nabucco" kəmərinin perspektivinə münasibətdə əvvəlki qədər inamlı görünməməsilə əlaqələndirmək olar. Tural Rasimoğlu Mütəxəssisləri fikrincə, Azərbaycan layihənin həyata keçməsilə bağlı çətin duruma düşüb. Politoloq Qabil Hüseynli bütün hallarda enerji danışıqlarında Azərbaycan dövlətinin maraqlarının güdülməsini vacib saydı: "Bu maraqlar da "Nabucco" layihəsinin gerçəkləşməsilə bağlı reallaşa bilər. Çünki belə layihə Azərbaycanın strateji əhəmiyyətini Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, İpək Yolu layihəsinə daxil olan dəmir və şosse yollarıyla birlikdə son dərəcə artıra bilər. Nəticədə Azərbaycan da dünya siyasətinin formalaşdırılmasında payı olan dövlətlərdən birinə çevrilə bilər. Qərb rəsmilərinin səfərlərinin intensivləşməsi Rusiyanın Azərbaycan qazına sahib çıxmağa can atmasıyla bağlıdır. Bu sarıdan Rusiyanın Azərbaycanın təbii qazıyla bağlı planları heç də ürəkaçan deyil. Düzdür, Bakı Moskva ilə Dağlıq Qarabağ məsələsində sövdələşsə, Rusiyaya da müəyyən miqdarda qaz verilə bilər. Amma bütövlükdə yaxın illərdə "Nabucco" layihəsinin gerçəkləşdirilməsi Rusiyanın ayağının Cənubi Qafqazdan kəsilməsi və Ermənistanın ən önəmli strateji müttəfiqinin sıradan çıxarılması demək olacaq. Buna görə də güman edirəm ki, Azərbaycan rəhbərliyi də bu strateji balansı gözləmək xətti tutacaq. Hər halda bunun əlamətlərini də görmək mümkündür. Bakı bu supergüclər arasında məharətlə diplomatik oyun qura biləcək". Rusiyanın imperialist niyyətlərinin hədsiz dərəcədə artdığını deyən ekspert Moskvanın karbohidrogen ehtiyatlarına yiyələnməklə dünyada nüvə silahından da təsirli bir vasitəni ələ keçirməyə çalışdığını bildirdi: "Kreml bunun vasitəsilə dünyaya öz siyasi iradəsindən doğan qayda-qanunları diqtə etməyə çalışır. Dünya isə dünən güclə ayaq üstə duran Rusiyanın birdən- birə belə ambisiyalara düşməsindən çox narahatdır. Amma Rusiyaya imkan verilməyəcək ki, öz planlarını həyata keçirsin. Ona görə də Moskvanın bu cəhdi imperiyanın son iniltiləridir. Əminəm ki, çox da uzaq olmayan bir zamanda Moskvanı yenə də əvvəlki statusuna qaytaracaqlar və bu ölkə uzağa getməyəcək". İran və Rusiyanın "Nabucco" layihəsinin həyata keçməməsi üçün Azərbaycan badalaq gəlməyə çalışacaqlarını deyən Qabil Hüseynli bu ölkələrin layihənin reallaşmasına maneçilik törətməsinin də qeyri-mümkün olduğunu düşünür: "Nabucco"nun həyata keçirilməsinə qədər dünyada çox hadisələr olacaq və bu olaylar məkrli planları pozacaq. Artıq "Nabucco"nun reallaşdırılmasıyla bağlı Türkmənistanın mövqeyi xeyli güclənib və bu davam edir. Eyni sözləri Özbəkistan və Qazaxıstan haqqında da demək olar". Siyasi şərhçi Aydın Quliyev "Nabucco" layihəsi ətrafında baş verənlərin maraqlı məcrada davam etdiyini, ABŞ rəsmisinin son iki ayda Bakıya iki dəfə gəlməsinin də diqqət çəkdiyini söylədi: "Bu layihə Azərbaycan və Mərkəzi Asiyanın qaz ehtiyatlarının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə, yəni Rusiya ərazisindən kənarda Qərbə nəqlini nəzərdə tutan bir layihədir. Gələcəkdə İran, hətta Əlcəzair qazının bu kəmərə vurulmasıyla bağlı söhbətlər var. Amma "Nabucco"nun reallaşması üçün əsas mənbə rolunu Azərbaycan və Mərkəzi Asiyanın təbii qaz ehtiyatları oynayacaq. Hazırda bu təbii qazın Rusiyanın ərazisindən yan keçməklə Avropaya nəqlində Qərbin və Moskvanın mövqeləri ziddiyyətlidir". Ekspert tərəflərin heç birinin Azərbaycan və Mərkəzi Asiyanın qazının razılığa gəlinmiş bir variantla nəqlini qəbul etmədiyini vurğuladı: "Hazırda mübahisənin əsas məzmunu da bundan ibarətdir ki, "Nabucco" layihəsi baş tutacaq ya yox? Elə buna görə də Qərbdən və Rusiyadan qaz məsələsilə bağlı nümayəndələrin səfərləri intensivləşib. Bu səfərlər seçkiyə qədər daha da çoxalacaq. Hətta bir həftə ərzində müxtəlif ölkələrdən olan qonaqları da Bakıda görə biləcəyik, çünki bu çox ciddi bir məsələdir". xalqcebhesi
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi