Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
"Onun həbsi hərbi cinayətkarlığın qarşısının alınmasında ciddi presedent olacaq" Ermənistanda keçmiş prezident Robert Köçəryanın Haaqa Tribunalına verilməsilə bağlı imza toplanılır. Səbəb isə Robert Köçəryanın martın 1-də nümayişçilərə atəş açmağı əmr etməsi və ölkədə siyasi həbslərin başlanmasıdır. Mütəxəssislər bildirirlər ki, Azərbaycana qarşı hərbi cinayətlərdə, Xocalı soyqırımının törədilməsində, torpaqlarımızın işğalında ittiham olunan Robert Köçəryanın və digər erməni siyasətçilərinə qarşı rəsmi Bakının ittihamlarla çıxış etməsi mümkündür. Tural Rasimoğlu Təkamül Partiyasını sədri Teyyub Qəni Dağlıq Qarabağ separatçıları haqda Azərbaycan hökumətinin kifayət qədər məlumatlı olduğunu vurğuladı: "Onların siyahısının hazırlanması, törətdikləri cinayətləri sübuta yetirən istintaq materiallarının toplanaraq beynəlxalq məhkəməyə verməyin zamanı çatıb. Bu addım həm də Qarabağ danışıqlarında əlavə təzyiq vasitəsi rolunu oynaya bilər. Belə məsələni biz erməni müxalifətinin təşəbbüsündən qabaq da qaldırmışıq. Ümumilikdə, partiyalarının müraciətlərindən sonra hərdən müvafiq hakimiyyət orqanlarının da açıqlamaları olub ki, Azərbaycanda ermənilərin hərbi cinayətləri barədə istintaq aparılır və kifayət qədər məlumatlar toplanılaraq işlər görüləcək, beynəlxalq məhkəməyə müraciət olunacaq. Təbii ki, biz Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyanın, Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etmiş bütün şəxslərin beynəlxalq məhkəməyə verilməsini tələb edirik. Bu tələb 20 Yanvar hadisələrinə də aid edilməlidir". Bu gün Azərbaycanın həmin hərbi cinayətkarları həbs etmək imkanlarının olmadığın deyən Teyyub Qəni real işlərə keçmək zamanının çatdığını vurğuladı: "Azərbaycan həmin şəxslərin cinayətini sübut etməklə ən azı onların Ermənistandan kənara çıxmalarının qarşısını ala bilər. Hesab edirəm ki, bu istiqamətdə rəsmi strukturlar fəaliyyət göstərməlidir. Partiyaların beynəlxalq məhkəmələrə müraciət etməsi simvolik xarakter daşıya bilər, çünki əlimizdə sənədləşdirilmiş məlumatlar yoxdur. Amma biz bunu siyasi qüvvələr olaraq daim hökumətdən tələb edəcəyik". Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Azərbaycanın Dağlıq Qarabağ məsələsini son dövrlər daha çox gündəmdə saxladığını xatırladaraq rəsmi Bakının müharibə barədə bəyanatlarının İrəvanda narahatlıq yaratdığını dedi. Mütəllim Rəhimli sivil dünyada hərbi canilərin həmişə cəzalandırıldığını xatırladaraq Azərbaycanın da narahatçılıq içində boğulan erməni siyasətçilərinə qarşı beynəlxalq məhkəmələr vasitəsiylə hücuma keçməni vacib saydı: "Hökumət Ermənistanda azərbaycanlıların hüquqlarının pozulması faktlarıyla bağlı Avropa Şurası İnsan Hüquqları Məhkəməcinə bir çox müraciətlər göndərib. Hazırda bu işlərdən bəziləri icraata götürülüb. Eyni zamanda azərbaycanlılara qarşı soyqırım siyayətində təkcə Robert Köçəryan və Serj Sarkisyan deyil, müxalifətin lideri Levon Ter-Petrosyan da məsuliyyət daşıyır. Mən də belə təşəbbüslə çıxış etməyin tərəfdarıyam. Belə təzyiq metodlarından istifadə etmək olar. Ən azı bu fəaliyyət Qarabağ probleminin həllində Ermənistana qarşı psixoloji təzyiq vasitəsi kimi istifadə oluna bilər". Azərbaycan Milli İstiqlar Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov Serj Sarkisyanla Robert Köçəryanın daha çox cinayətlərdə iştirak etdiyini bildirərək erməni müxalifətinin təşəbbüsünün Azərbaycanda da fərqli formada tətbiq etməyi mümkün saydı: "Bu adamlar azərbaycanlılara qarşı törədilən cinayətlərin birbaşa təşkilatçısı və iştirakçısı olublar. Azərbaycan hökuməti Robert Köçəryan haqqında beynəlxalq axtarış verib. Amma sonradan göründüyü kimi bu axtarış tələbinin arxasında dayanılmadı. Əslində belə həbslər mümkündü və belə ideyanı gerçəkləşdirmək olar. Çünki adı çəkilən siyasətçilərin hər ikisi hərbi canidirlər. Sadəcə təşəbbüs azdır, ortaya çıxıb bu prosesləri həyata keçirən lazımdır. Yaxşı olardı ki, bu işdə hökumət də müəyyən dəstək göstərsin, cəmiyyəti fəallaşdırsın". Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyev Robert Köçəryanın Azərbaycan vətəndaşı olduğunu xatırladaraq onun azərbaycanlılara qarşı soyqırımda aparıcı fiqurlardan olduğunu, özünün də bu faktları dolayısıyla təsdiqlədiyini bildirdi: "Baş prokurorluğun məlumatına görə də Robert Köçəryan axtarışda olan Azərbaycan vətəndaşıdır. Vaxtilə bu məsələ formal şəkildə qaldırılıb. Bu birbaşa hökumətin üzərinə düşən bir vəzifədir ki, belə hərbi caniləri Haaqa Məhkəməsinə versin. Düzdür cəmiyyət də müəyyən təşəbbüslərdə bulunmalıdır. İndi Haaqa Tribunalına müraciətlə bağlı hüquqi prosedurları həyata keçirmək üçün şans da yaranıb. Robert Köçəryan Köçəryan Ermənistanda, həm də Azərbaycan ərazisində hərbi cinayətə yol verib. Bütün hallarda Robert Köçəryanın həbsi üçün ciddi hüquqi motivlərin olduğunu deyən Taliyət Əliyev ermənilərin imza toplamasına başlamasından sonra Azərbaycan hökumət və cəmiyyətinin də vacib hüquqi addımlar atması şansının yarandığını vurğuladı: "Bu beynəlxalq aləmdə hərbi cinayətkarlığın qarşısının alınması istiqamətində ciddi bir presedent olacaq". Hüquqşünas Ələsgər Məmmədli Haaqa Tribunalının Azərbaycanın lehinə qərar verəcəyini düşünmür: "Avropa Birliyi Azərbaycan və Ermənistan arasında münaqişənin olduğunu qəbul edirlər. Amma çox vaxt bizim əleyhimizə qərarlar çıxarırlar. Məsələn, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını və Xocalıda baş vermiş soyqırımı ermənilərin törətməsini birbaşa tanımırlar. Bizim Robert Köçəryanı məhkəməyə vermə hüququmuz var. Amma inanmıram ki, Haaqa Tribunalı bizim ittihamları qəbul etsin. Yaxın tariximizə baxanda bütün dünyanın birmənalı olaraq tanıdığı Bosniya qətliamı haqqında Haqqa Tribunalının qərarını xatırlayırıq. Yəni yeni bir şokun olacağı inandırıcı deyil". Ermənistan müxalifətinin Haaqa Tribunalına müraciətinin də hüquqi baxımdan doğru olmadığın deyən Ələsgər Məmmədli beynəlxalq məhkəmənin bir millətin başqasına qarşı təcavüzü, genosid məsələlərinə baxdığını bildirdi: "Bir ölkə daxilində baş verənlər özünün daxili hüquqi qaydalarıyla tənzimlənir. Hər hansı ölkədə ədalətli mühakimə olmasa, beynəlxalq məhkəmələrə müraciət oluna bilər. Ona görə də Haaqa Məhkəməsinin erməni müxalifətinin iddialarının qəbul edəcəyi real görünmür. Azərbaycanın isə belə təşəbbüsünün reallaşması mümkündür. Amma ərazi bütövlüyümüz məsələsində konkret qərarlar verməyən avropalılar haqlı tələbimiz barədə də ədalətli qərarlar verməyəcəklər". xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var