Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
İran ətrafında vəziyyət yenidən dünyanın aparıcı mətbuat orqanlarının baş mövzusuna çevrilib. Xüsusilə də Tehranın hərbi hazırlıqları və bir sıra uzaqmənzilli raketlərin sınağını keçirməsindən sonra müharibənin qaçılmaz olması barədə fikirlər ardıcıl dərc olunmağa başlayıb. İran İsraili ürəyindən vuracağını bəyan etdikdən sonra İsrailin İranı üç istiqamətdən vurmasına hətta Corc Buşun razılıq verdiyi qəzetlərdə yer alıb. Ancaq qarşılıqlı sərt bəyanatlara, həmçinin Tehrana qarşı tətbiq olunan iqtisadi sanksiyalara rəğmən, İran prezidenti Mahmud Əhmədinejadın öz ölkəsində ABŞ-ın diplomatik korpusunun fəaliyyətinin bərpasına hazır olduğunu bəyan etməsi maraq doğurdu. Bəzi ekspertlər bunu Tehranın artıq müharibənin reallığını qəbul etməsindən doğan çəkingənlik əlaməti kimi yozurlar. Mövcud vəziyyətin dəyərləndirilməsi, həmçinin bir sıra versiyalara münasibət öyrənmək üçün İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məcid Feyzollahi ilə söhbət etdik. Diplomat bildirdi ki, İranın keçirdiyi hərbi təlimlər ənənəvi xarakter daşıyıb: “Müdafiə hazırlığını həmişə qorumaq hər ölkənin haqqıdır. İran da İsrail tərəfindən vaxtaşırı hədələr eşidir. Ona görə də müdafiə niyyətilə təlimlər keçirmək bizim öz haqqımızdır”. İsraildən gələn hədələrə münasibət bildirən diplomat bildirdi ki, bütün bunlar psixoloji müharibənin tərkib hissəsidir: “Aydındır ki, sionist rejimin o cürəti yoxdur ki, İrana qarşı hərbi əməliyyatlara başlasın. Bu bəyanatlar sadəcə, İranı öz mövqeyindən geri döndərmək üçün bir təzyiq vasitəsidir. Ancaq bizim mövqeyimiz haqdır və öz haqqımızı müdafiə etməkdə, müdafiə yolu ilə getməkdə davam edəcəyik”. İran diplomatı müharibənin hər an başlaya biləcəyi barədə şərhlərə cavabında dedi ki, əksinə, ABŞ İranla müzakirələrə başlamaq istəyir: “Digər məsələlər psixoloji müharibənin tərkib hissəsidir. Bununla da nəticə əldə etmək istəyirlər. Biz son vaxtlar Amerikanın müzakirələrə rəğbət göstərməsini görürük ki, bu da normal qarşılanır. Biz dəfələrlə demişik ki, şərt qoymadan, bərabər, ədalətli müzakirələrə hazırıq. İnanırıq ki, müzakirə əsasında biz öz haqqımızı qoruyub istədiklərimizi reallaşdıra biləcəyik. Ümumiyyətlə, hiss olunur ki, qarşı tərəflər yavaş-yavaş İranın haqq mövqeyini qəbul etmək istiqamətində addımlar atırlar. Biz Amerikanın da daxil olduğu “altılıq”ın təqdim etdiyi paketə cavab göndərmişik. Gələcəkdə müzakirələr olacaq və ümid edirik ki, müsbət nəticələr əldə ediləcək. Havyer Solana da onların nümayəndəsi kimi danışıqlar aparır və yaxın zamanlarda İranın Ali Təhlükəsizlik Şurasının müdiri cənab Cəlili ilə görüşləri olmalıdır”. Mətbuat katibi İran prezidentinin ABŞ-a ölkəsində səfirliyini açmaq təklifi verməsi haqda hər hansı təklif etmədiyini bildirdi: “Bu barədə dərc olunanlar yanlışdır. İrana Amerika tərəfindən səfirlik, ya konsulluğun açılması barədə rəsmi məktub göndərilməyib ki, ona da reaksiya verilsin. Amma hər halda qeyri-dövlət səviyyəsində əvvəllər də İranla Amerika arasında əlaqələr olub. Biz heç vaxt belə əlaqələrdən qaçmamışıq. Hətta bizim prezidentimiz BMT-nin iclasında Corc Buşla görüşə hazır olduğunu bildirdi. Qarşı tərəf isə bu görüşdən yayındı. Bəlkə də İranın ədalətə söykənən, haqlı mövqeyindən qorxduqları üçün dünyanın gözü qarşısında müzakirə açmaq istəmirlər. İndi də bəzi mətbuatda yayılıb ki, Amerikanın İranda səfirlik açmaq istəyi var. Lakin əvvəl gərək rəsmi şəkildə bir istək olsun ki, sonra onu araşdıraq”. Yeri gəlmişkən, ötən həftə İran tərəfdən belə bir təhdid eşidildi ki, hərb variantının reallaşacağı təqdirdə Tehran Amerikanın bütün maraqlarını hədəfə alacaq. ABŞ-ın maraqları olan ölkələrdən biri kimi Azərbaycanın da “qara siyahı”ya salındığını təxmin etmək olarmı? M.Feyzollahi bunu istisna etdi: “Amerika səfirinin “İran Azərbaycana təhlükədir” sözlərini bir lətifə sayıram və hesab edirəm ki, Azərbaycan xalqı bu lətifəyə doyunca gülüb. Ötən günlər Azərbaycan xarici siyasət idarəsinin təmsilçisi Xəzər İbrahim də bu kimi fikirlərin cavabını verib. Azərbaycanla İranın münasibətləri dostluq münasibətdir. Bu dostluğu gözü götürməyən ölkələr başqa ifadələrdən istifadə etməklə münasibətləri pozmaq istəyirlər. Amerika səfirinin sözlərindən görünür ki, onlar Azərbaycan - İran xalqlarının dostluq münasibətlərinin sıx olmasından narahatdırlar”. Elşad PAŞASOY musavat
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var