Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanın enerji ehtiyatları uğrunda Amerika ilə Rusiya arasında mübarizə getdikcə şiddətlənir. Bakı-Ceyhan neft kəmərinin reallaşmaması naminə göstərdiyi cəhdləri fayda verməyən şimal qonşumuz indi də, Azərbaycan, Türkmənistan və Qazaxıstan qazının “Nabukko” layihəsi vasitəsilə Qərbə daşınmasına heç cür imkan vermək istəmir. Rusiya prezidenti Dmitri Medvedevin Bakı səfərində də əsas müzakirələrin məhz Azərbaycan qazı ətrafında getməsi Kremlin öz istəklərində nə qədər israrlı olmasının sübutu idi. Ancaq belə görünür ki, ABŞ da Rusiyanın çalışmalarının qarşılığında sakit oturmaq və sükanı Moskvanın əlinə vermək niyyətində deyil. ABŞ prezidentinin Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qreyin başçılıq etdiyi nümayəndə heyətinin son aylarda ikinci dəfə Bakıya təşrif buyurması məhz bunun göstəricisdir. Cənab Qreyin dövlət başçısı İlham Əliyevlə görüşündə məhz enerji sahəsində ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə etməsi də ABŞ-ın Azərbaycandakı maraqlarından asanlıqla əl çəkməyəcəyinə işarədir. Amerikalı diplomatın Azərbaycandan Türkmənistan və Qazaxıstana da səfər edəcəyi Rusiyanın son çalışmalarına cavab xarakterlidir. Rusiya prezidentinin “Qazprom” şirkətinin rəhbərliyinin də daxil olduğu geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə regionda səfərdə olarkən Azərbaycanla Rusiya şirkəti arasında “Şahdəniz” yatağından hasil ediləcək qazın alınmasına dair danışıqlara başlamaq haqda razılaşmanın əldə olunması sözsüz ki, ABŞ-ı narahat etməyə bilməzdi. ABŞ-da başa düşürlər ki, “Qazprom”un Azərbaycanın bütün ixrac qazını Avropa qiymətlərinə almaq haqda təklifi Rusiyanın enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdinin əlamətidir və buna yol vermək olmaz. Üstəlik, bu arada İlham Əliyevin Qərbə yönəlik sərt çıxışları da ABŞ dairələrini hərəkətə keçməyə və rəsmi Bakının Rusiyaya meyllənməsinin qarşısını almağa sövq edib. Politoloq Qabil Hüseynliyə görə, son zamanlar Rusiya hədsiz dərəcədə iştah nümayiş etdirir: “Bu günlərdə məlum olub ki, Kreml İranla neft və qaz sahəsində əməkdaşlıq barədə razılığa gəlib. Belə görünür ki, Rusiya qlobal miqyasda karbohidrogen ehtiyatları üzərində nəzarəti ələ keçirmək üçün ciddi səy göstərir. Bu isə Qərb ölkələrini və onların bir nömrəli dövləti olan ABŞ-ı ciddi surətdə narahat etməlidir və necə ki, narahat edir. Bu səbəbdən həm Avropa Birliyi, həm də ABŞ-ın “Nabukko” layihəsi ətrafında ciddi hərəkətə keçdiklərinin şahidi olmaqdayıq. Əgər “Nabukko” layihəsi işə düşərsə, bu, həm Transxəzər neft kəməri layihəsini reallaşdırar, yəni Orta Asiya qazının ən azından bir qisminin “Nabukko” layihəsinə qoşulmasını təmin edər, həm də ki, bir növ İran qazının strateji əhəmiyyətini heçə endirər. Bu səbəbdən də “Nabukko” layihəsində kilid rolunu oynayan Azərbaycana səfərlər xeyli intensivləşib. Ona görə də, Azərbaycandan “Nabukko” layihəsində daha qəti mövqe ortaya qoymağı tələb edirlər desək, yanılmarıq. Çünki Azərbaycanın karbohidrogen ehtiyatlarının mənimsənilməsində Qərbin elmi-texniki potensialının rolu böyükdür. Bu səbəbdən də Qərbin bu ehtiyatların artıq qalan hissəsinin onun ehtiyaclarının ödənilməsinə yönəldilməsi istiqamətində apardığı səyləri başa düşmək mümkündür”. Q.Hüseynlinin fikrincə, rusların inhisarçı mövqelərini daha da möhkəmləndirmək iddiaları qətiyyən başadüşülən deyil: “Çünki bu, enerji mənbələrini siyasi amilə çevirir və bir növ enerji vasitələrindən beynəlxalq münasibətlərdə siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Bu təmayül artıq açıq surətdə özünü göstərməkdədir. Təbii ki, Rusiyanın bu hərəkətlərinin cilovlanmasına çalışılır”. Ekspert hesab edir ki, bu istiqamətdə göstərilən səylər nəticə verəcək: “Yəni Rusiyanın enerji inhisarçısı olmaq və enerji vasitəsilə siyasət yeritmək niyyətinə imkan verməyəcəklər. Nəticədə Bakı-Ceyhan neft kəməri kimi “Nabukko” qaz kəməri də işləyəcək. Çünki artıq Azərbaycanın qazı Gürcüstanda, Yunanıstanda istifadə edilir. Xeyli vaxtdır ki, Yunanıstandan qazın İtaliyaya ötürülməsi haqqında niyyət protokolu imzalanıb. Azərbaycan qazının istehlakçıları və hərəkət istiqaməti çoxdan müəyyənləşdirilib. Ona görə də, Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana kömək vəd eləyib bunun müqabilində qaz istəməsi danışıqlar prosesində müəyyənləşəcək. Əvvəla, Azərbaycan qazının hamısını deyil, bir hissəsini nəzəri cəhətdən Rusiyaya verə bilər. İkincisi isə biz düşünməliyik ki, Rusiya Dağlıq Qarabağ məsələsində bizə hansı köməyi edir və bu kömək nə qədər realdır? Bundan sonra həmin proseslər öz məntiqi həllini tapa bilər. Ona görə də, Qərbdən gələn emissarların səfərlərinə məncə, daha ciddi diqqət ayrılmasına ehtiyac var”. İki böyük gücün arasında qalan Azərbaycanı gələcəkdə ciddi problemlər gözləyirmi? Q.Hüseynlinin fikrincə, Azərbaycan ağıllı siyasət yeritsə, strateji maraqlarını ön plana qoya bilsə və öz təbii ehtiyatlarını Rusiya kimi siyasi təsir vasitəsinə çevirsə, heç kimin ayağı altında qalmayacaq: “Yox, əgər yanlışlıqlara yol verilsə, əlbəttə, Azərbaycan üçün xoşagəlməz nəticələr də ola bilər”. Elşad PAŞASOY musavat
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var