Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Hərbi Prokurorluq isə prokuror Zəkəriyyə Özə müraciət edərək ordu generallarıyla bağlı istintaq materiallarını istəyib İctimaiyyət son dövrdə yaşanan böhranın əsas günahkarı kimi AKP və baş nazir Rəcəb Tayyib Ərdoğanı görür Dünən İstanbul Cümhuriyyət baş prokuroru Aykut Çengiz Engin "Ergenekon" adlandırılan istintaqın başa çatdığını, müvafiq iddianamənin hazırlandığını, 86 nəfər (48 nəfər həbsdə, 38 nəfər həbsdə olmayan) haqqında cinayət işi başlanıldığını açıqlayıb. Həmin şübhəlilər "silahlı terror təşkilatı qurmaq və idarə etmək", silahlı terror qrupuna üzv olmaq", "silahlı terror təşkilatına yardım etmək", "zor və şiddətdən istifadə etməklə Türkiyə Cümhuriyyəti hökumətini ortadan qaldırmaq", "xalqı silahlı üsyana təhrik", "partlayıcı saxlamaq", "Ali Məhkəməyə hücumu və Cumhuriyyət qəzetində partlayıcı cinayətini ört-basdır etmək", "dövlətin təhlükəsizliyilə bağlı gizli sənədləri əldə etmək", "şəxsi məlumatları qeyd etmək", "əsgəri itaətsizliyə təşviq", "xalqı kin və düşmənçiliyə təhrik" və s. oxşar cinaytlərə görə təqsirləndirilirlər. Göytürk Mətbuat konfransında Aykut Çengiz Engin 12 iyun 2007-ci ildə İstanbulun Ümraniyyə rayonundakı bir evdə tapılan əl bombalarıyla bağlı başladılan, sonradan əldə edilən sənədlərə əsaslanan genişləndirilən istintaqın önəmli bir hissəsinin yekunlaşdığını söyləyib. Onun sözlərinə görə, istintaqı aparan üç prokurorun hazırladığı iddianamə iyulun 14-də İstanbul 13-cü Ağır Cəza Məhkəməsinə təqdim olunub. Hazırda əməliyyat və istintaq davam edir. Mətbuatın ciddi tənqidlərinə məruz qalan istintaqın bir il uzandığını qeyd edən prokuror istintaqın çox geniş miqyaslı olduğunu, şübhəlililərin sayının çox olmasını əsas gətirib. Bütün sənədlərin toplanmasının vacib olduğunu, 451 başlığı olan 2 min 455 səhifəlik bir iddiamənin hazırlandığını açıqlayıb. Çengiz Engin məhkəmənin iddianaməni qəbul və ya rədd edəcəyi haqqında hələlik konkret qərarın məlum olmadığını deyib. Baş prokuror iddianamədə adı keçən qrupun hər kəsin bildiyi anlamda klassik separatçı və ya ideoloji terror təşkilatı olmadığını bildirib. O, ötən il AKP-yə yaxın "Hokta" jurnalında çap olunmuş "Dərbə gündəlikləri" adlanan yazıların istintaqın tamamlanmış bölümündə, eyni zamanda 1 iyul 2008-ci ildə həyata keçirilmiş əməliyyatın istintaqın çərçivəsində baxılmadığını açıqlayıb. Jurnalistlərin suallarını cavablandıran baş prokuror bildirib ki, istintaqın adını prokurorlar verməyib, bu təşkilatın qurulmasında adı keçən şəxslərin örgütə verdiyi addır. İstanbul Cümhuriyyət baş prokuroru Aykut Çengiz Engin qanuvericilikdə iddianamənin qəbulu üçün 15 gün nəzərdə tutulduğunu, amma məhkəmənin iddianaməni araşdırmasının nə qədər sürəcəyini bilmədiyini açıqlayıb. Təşkilat rəhbərlərinin bütün maddələrlə ittiham olunduqlarını söyləyən Çengiz Engin deyib ki, istefada olan ordu generalları Hurşid Tolon, Şener Eruyğur və Ankara Ticaarət Odası başqanı Sinan Aygün üçün ayrıca iddianamə hazırlanacaq. Prokurorun bu açıqlamasına münasibət özünü çox gözlətməyib. CHP-nin baş müşaviri Mustafa Özyürək "Erkenekon" iddianaməsilə bağlı fikirlərini açıqlayarkən bildirib ki, əvvəllər çevriliş gündəlikləri, çevrilişə cəhdlə bağlı söhbətlər gedirdi, amma indi çevrilişlə bağlı gündəlik ittihamnamədə əksini tapmayıb: "Bu mərhələyə qədər dağ siçan doğdu". Türkiyə cəmiyyətinin "çevrilişçilər və çevrilişə qarşı olanlar" deyə iki yerə ayrıldığını söyləyən Mustafa Özyürək üsyana təşviqlə çevriliş arasında böyük fərq olduğunu söyləyib: "Buna görə də iddialar boşa çıxıb. Məhkəmənin həqiqətləri üzə çıxaracağını düşünürük. Həm İlhan Səlcüq, həm Mustafa Balbay şübhəlilərdir. İddianamədə bu şəxslər öz qəzetlərinə bomba qoymuş kimi təqsirləndirilir. İddianamənin hamısı ortaya qoyulanda daha ciddi ziddiyyətlər aşkarlanacaq". DSP-nin baş katibi Masum Türker ortaya çıxan iddianaməylə "Ergenekon" istintaqının yönləndirilməsinin üzə çıxdığını söyləyib. İstintaqın siyasi məqsəd daşıdığını, bunu təsdiqləmək üçün müxtəlif arqumentlər gətirən Masum Türker daxili işlər nazirinin istefa verməsini vacib sayıb. Cümhuriyyət Xalq Partiyasınının Kocaeli millət vəkili Hikmət Erenkaya isə iyulun 1-də həbs olunan və hazırda Kocaeli bölgəsinin Kandıra qəsəbəsidəki həbsxanada saxlanılan ordu generalı Hurşid Tolonla görüşüb. Onun ilk ziyarətçisi olan Hikmət Erenkaya istefada olan ordu generalının mesajlarını cəmiyyətə çatdırıb. Hurşid Tolonla uzun illərdir dost olduğunu, birlikdə Atatürk prinsiplərinin qorunması istiqamətində mübarizə apardıqlarını deyən Hikmət Erenkaya generalla həbsxananın görüş otağında şüşə arxasından telefonla danışdıqlarını bildirib: "Mənə dövlətini, dostlarını və ailəsini çətinliyə salacaq heç bir hərəkətə yol vermədiyini, son dərəcə rahat olduğunu, milli dövlət sistemini sona qədər müdafiə edəcəyini söylədi. Elə bizi bir araya gətirən amil də dostluqdan öncə bu fikir birliyidir". Erənkaya Tolonun səhhətinin yaxşı olduğunu da söyləyib. O, eyni həbsxanada saxlanılan digər ordu generalı Şener Eruyğur və Ankara Ticarət Odasının sədri Sinan Aygünü də ziyarət edəcəyini vurğulayıb. Bu siyasi istintaq prosesi nəticəsində tutulan jurnalist Vedad Yenererin vəkili Vural Ergül iddianamənin müdafiə tərəfinə təqdim olunmasını vacib sayıb. Onun sözlərinə guya "Ergenekon" təşkilatının quruluş mətnlərini yazdığını deyən Tuncay Güneyin hər hansı ifadəsi iddianamədə yoxdur. Ergül hüquqa zidd istintaq prosesilə bağlı iddia qaldıracaqlarını, məhkəməyə müraciət edəcəklərini açıqlayıb. İstanbul Cümhuriyyət baş prokuroru Aykut Çengiz Enginin iddinamənin açıqlanmasıyla bağlı keçirdiyi mətbuat konfransını dinləyən AKP sədrinin müavini Cəmil Çiçək jurnalistlərin suallarını cavabsız buraxıb. Türkiyə mətbuatı isə "Ergenekon" istintaqı çərçivəsində gözaltına alınan və həbs olunanlar haqqında iddianamədə şübhəlilərə "Öcalan" cəzasının istəndiyini yazıb. İddianaməyə görə, mühakimə olunanlar terrorçu Abdulla Öcalan kimi ağırlaşdırılmış maddələrlə cəzalandırılacaqlar. Bu maddələr 27 ildən 61 ilədək cəzanı nəzərdə tutur. Dünən isə məlum olub ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı iyulun 1-də həbs edilmiş və terror təşkilatı qurmaqda ittiham edilən ordu generalları Şener Eruyğur və Hurşid Tolonla bağlı mülki prokurorluqda aparılan istintaqla maraqlanmağa qərar verib. Baş Qərargahın Hərbi Prokurorluğu "Ergenekon işi" ilə bağlı istintaqı aparan prokuror Zəkəriyyə Özə müraciət edərək Şener Eruyğur və Hurşid Tolonla bağlı istintaq materiallarını istəyib. Dünən AKP-yə yaxınlığıyla seçilən "Metropol" araşdırma mərkəzi növbəti sorğusununun nəticələrini açıqlayıb. "Vətən" qəzetinin xəbərinə görə, ictimaiyyət son dövrdə yaşanan böhranın əsas günahkarı kimi AKP və baş nazir Rəcəb Tayyib Ərdoğanı görür. Anketdə rəyi soruşulanların 63 faizi AKP-nin qapadılmasına qarşı çıxsa da, Rəcəb Tayyib Ərdoğanın göstərəcəyi partiyaya səs verənlərin sayı cəmi 44 faiz olub. Ötən ilin iyulun 22-də AKP-yə səs verənlərin 13 faizi isə Ərdoğanın göstərəcəyi partiyaya səs verməyəcəklərini bildirib. İyunun 26-27-də Türkiyənin 26 bölgəsində 557 respondent arasında keçirilən sorğuda məlum olub ki, əhalinin 25,1 faiz AKP-nin qapadılmasına müsbət yanaşır. AKP-yə səs verənlərin 10 faizi isə hakim partiyanın qapadılmasını dəstəkləyir. Respondentlər prezident Abdulla Gülün vəzifəsini yerinə yetirmə tərzinə isə 10 ballıq şkala ilə 7,2 bal verib. xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var