SON XƏBƏRLƏR

Kütləvi məzarlıqdakı cəsədlər...

2021.10.20, 07:36
Kütləvi məzarlıqdakı cəsədlər...

Gunaz.tv
Kütləvi məzarlıqdakı cəsədlər... Yaqub Mahmudov: "Soyqırım faktını təsdiqləyir" Quba yaxınlığında aşkarlanan məzarlıqda kütləvi şəkildə basdırılan cəsədlərin soyqırım qurbanlarına aid olması təsdiqini tapıb. Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun sözlərinə görə, bu cür kütləvi məzarlıqlar təkcə Quba rayonunda deyil, bölkənin digər ərazilərində də mövcuddur: "Qubadakı məzarlıqda ermənilər tərəfindən nə qədər azərbaycanlının basdırılması barədə dəqiq siyahı var. Eyni zamanda Fövqəladə Təhqiqat Komissiyasının prtokolları var. Ona görə bir tarixçi kimi faktları təsdiqləyərək, həqiqəti sərt şəkildə demək istəyirəm ki, bu məsələni beynəlxalq aləmin təsdiq etməsinə qətiyyən ehtiyac yaxdur. Çünki konkret faktlar məlumdur ki, qətlləri kimlər həyata keçiriblər, quyulara insanları kimlər doldurublar. Bu faktları sübut etmək elə də çətin məsələ deyil". Y.Mahmudovun sözlərinə görə, kütləvi məzarlıqda arxeoloji qazıntılar davam etdirilir. Belə məzarlıqlar Lənkəran, Neftçala kimi rayonlarda da var. Hazırda onların araşdırılması istiqamətində iş gedir. olaylar

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar