Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) göstərişi ilə gündəmə gətirilmiş "Ergenekon" əməliyyatı davam edir. Baş nazir və AKP lideri Rəcəb Tayyib Ərdoğan dünən mühafizəsi gücləndirilmiş halda ictimaiyyət qarşısında peyda olub. Türkiyə Futbol Federasiyasının prezidenti Həsən Doğanın dəfn mərasiminə qatılan Ərdoğanın dövlət başçısı Abdulla Güldən də güclü mühaifzə edildiyi gözdən qaçmayıb. AKP meylli media bunu ""Ergekon"la bağlı aparılan həbslərdən sinirlənmiş millətçilərin sui-qəsd təşkil edə biləcəklərinin istisna olunmaması" ilə izah edir. İyulun 1-də polisin həyat keçirdiyi istefada olan ordu generalları Şənər Əruyğur və Xurşid Tolon isə İstanbuldakı Metris istintaq təcridxanasına aparılıb. Onlarla birlikdə Sinan Aygün, Həsən Atilla Uğur, Osman Gürbüz, İbrahim Özcan, Birol Başaran, Kamal Aydın, Durmuş Əli Özoğlu, Barbaros Hayrettin Altıntaş istefada olan polkovnik, Ankara Ticarət Palatasının sədri Sinan Aygün də Metrisə salınıb. Dünən isə generallara qarşı rəsmi ittiham irəli sürülüb. Onlar "güc tətbiq etməklə hökuməti devirmək və ya hökumətin öz vəzifəsini yerinə yetirməsini tam, yaxud qismən əngəlləmək cəhdləri, həmçinin "silahlı təşkilat qurmaq və idarə etmək"də suçlanırlar. Ordu generalı, Atatürkçü Düşüncə Dərnəklərinin rəhbəri Ş. Əruyğurun vəkili Filiz Esen həbs qərarına etiraz edəcəklərini bildirib: "İllər boyu vətəninə sədaqətlə xidmət etmiş komandanımız yalan ittihamlarla tutulub. Bu ittihamların heç birini qəbul etmirik". X. Tolonun vəkili Özgür Meriç Turan isə həbs qərarının Türkiyə Konstitusiyanın 90 və 19-cu maddələrinə, həmçinin Avropa İnsan Haqları Konvensiyasının 6-cı bəndinə zidd olduğunu deyib. Xurşid Tolonun xanımı Aylan Tolon dünən Metris həbsxanasına yollanaraq 3 saat gözləyib və əri ilə görüşüb. Ordu generalı, Türkiyənin terrorla mübarizə üzrə sabiq koordinatoru Edip Başər isə bildirib ki, hazırda həbsdə olan Şənər Əruyğurla Xurşid Tolonu çox yaxından tanıyır. İkisinin də ürəklərində Türkiyəyə, türk millətinə, Atatürkə sevgi, hörmət, bağlılıq və sədaqətdən başqa heç nə yoxdur: "Bu günə qədər ikisinin də əyriliklərini görməmişəm". "Milliyet" qəzetinə verdiyi müsahibəsində o, siyasətin məhkəmə-hüquq sisteminə müdaxilə etdiyini və bundan çox böyük üzüntü duyduğunu bildirib: "İndiyə qədər türk ədliyyəsi ilə bağlı belə bir durum yaşanmayıb. İnsanlarımızın istər demokratiya, istərsə də hüquqa inamlarının azaldığını təəssüflə izləməkdəyik. Mən bu səbəblə şokdayam. Xalqın içində ən çox yayılan fikir bu həbslərin siyasi linç olmasıdır". Türkiyədə bəzi dairələrin və mətbuat orqanlarının son illərə qədər toxunulmaz sayılan generalların həbsini demokratikləşmə istiqamətində atılan ciddi addım kimi qiymətləndirməsinə dair sualı cavablandıran E.Başer "belə demokratiya olmaz" deyib: "Belə demokratikləşmə olmaz. Bir yandan siz demokratiyanın bəzi divarlarını yıxacaq, o biri tərəfdə mən buradan çıxardığım daşlarla, kərpiclərlə divar hörürəm deyəcəksiniz. Belə sarsaq iş olmaz. Məhkəmənin hökmündən əvvəl bəzi qəzet səhifələrində günah və günahkar barədə oxuyuram. Bu necə demokratiyadır?" Onun sözlərinə görə, bəzi siyasət və hakimiyyət dairələrinin nəzarətində olan medianın hədəfi Türkiyədə demokratiya, dünyəvilik və atatürkçülüyün əsas mühafizi olan ordudur. "Əgər bu problemlər çözülməsə, cəmiyyətin qütbləşməsinə yönəlmiş addımlara son qoyulmasa, böhranlar dalbadal davam edərsə Türkiyə Livana bənzəyə bilər. Bildiyiniz kimi, Livan Yaxın Şərqin sürəkli qanayan yaralırndan birilir. Orada bir ara böhran durulan kimi olur, sonra ara yenə qarışır. Düşünürəm ki, türk ulusu ölkənin belə vəziyyətə düşməsinə imkan verməz. Lakin problemlər və böhranlar belə davam edərsə, Türkiyə Silahlı Qüvvələri ölkənin Livana dönməsinə izn verər, ya verməz? Açıq deyim ki, mən bunun baş verməyəcəyini düşünürəm", - E.Başer deyib. Edip paşa daha sonra bildirib ki, həyata keçirilən əməliyyata "Ergenekon" adının verilməsinə qətiyyətlə etiraz edir. "İş o yerə çatıb ki, litseydə oxuyan gənclərdən "Törə nədir?" soruşanda "Cinayət!", "Ergenekon nədir?" deyəndə də "mütəşəkkil cinayətkar dəstə" cavabı alırsan. İndi də türk ulusunun yaranış dastanı olan Ergenekon kəlməsini "terror təşkilatı" kəlmələriylə eyniləşdirəcəklər. Bu kəlmədən nə üçün belə düşüncəsizcəsinə istifadə olundu, millətin həssas nöqtəsi nədən belə tapdandı - bilmirəm. Bildiyim sadəcə odur ki, olanlar fövqəladə dərəcə yanlış işlərdir", - E.Başer söyləyib. "Ergenekon" əməliyyatı çərçivəsində həbs olunanlardan biri, "Cumhuriyet" qəzetinin Ankara bürosunun rəhbəri Mustafa Balbay isə artıq azadlığa buraxılıb. "Avrasiya TV" (ART) telekanalının "Ankara rüzgarı" proqramında məşhur jurnalist Emin Çölaşanın suallarını cavablayarkən Balbay bildirib ki, ona istintaq zamanı əcaib suallar verilib. "Hər biri 4 dəfə çap edilmiş kitablarını "əşyayi-dəlil" kimi qeydə almışdılar. Məndən ""Ergenekon necə təşkilatdır?" soruşdular, "sizdən öyrəncəyəm" dedim. Telefon danışıqlarıma görə gələn ödəniş qəbzlərində məbləğlərin niyə çox olduğunu soruşdular, Xurşid Tolon və Şənər Əruyğurla bağlı bildiyim hər şeyi danışmağımı istədilər. Sonra general Əruyğur Jandarma Qüvvələri Komandanı olarkən onunla iş otağında görüşümün səbəblərini, nədən danışdığımı soruşdular. Jurnalistəm, kimlə nə zaman istəsəm görüşə bilərəm - burada əcaib nə var ki?! ABŞ səfiri ilə nahar yeməyində bir yerdə olmağımın səbəbləri soruşdular", - M.Balbay söyləyib. H.Bakuvi butovaz
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var