SON XƏBƏRLƏR

Pakistan Ermənistanı işğalçı dövlət kimi tanıyır

2021.10.20, 07:36
Pakistan Ermənistanı işğalçı dövlət kimi tanıyır

Gunaz.tv
Pakistan Ermənistanı işğalçı dövlət kimi tanıyır İki ölkə arasında əlaqələr strateyi tərəfdaşlıq səviyyəsinə qalxıb Dünən prezident İlham Əliyev Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Senator Pakistan prezidenti Pərviz Müşərrəf və baş nazir Yusuf Raza Gillaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkələrimiz arasında dostluq münasibətlərinin hərtərəfli inkişaf etdiyini, Pakistan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndiyini bildirdi. Müşahid Hüseyn Səid Azərbaycan prezidentinin Pakistana səfəri zamanı etdiyi çıxışın çox böyük maraqla qarşılandığını vurğuladı. Qonaq qeyd etdi ki, ölkələrimizin parlamentlərarası əməkdaşlığının genişlənməsi ikitərəfli münasibətlərimizin daha da inkişafı işinə öz töhfəsini verir. Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluğunu ifadə etdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirdi. Dövlət başçısı Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin sədrinin ölkəmizə bu səfərinin həm parlamentlərarası əməkdaşlığın, həm də ikitərəfli münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Pakistan prezidenti Pərviz Müşərrəfin və baş nazir Yusuf Raza Gillaninin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Pakistanın dövlət başçısına və baş nazirə çatdırmağı xahiş etdi. /AzərTAc/ Qonaq dünən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov ilə də görüşüb. Bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə Ə.Əhmədov ölkələrimiz arasında qarşılıqlı əlaqələrin və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu nəzərə çatdırıb. O bildirib ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətləridən biri olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində də Pakistan dost və qardaş Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib və müdafiə edib. Ə.Əhmədov daha sonra qeyd edib ki, Azərbaycan da hər zaman Pakistanda sabitliyə və inkişafa dəstək olub, beynəlxalq aləmdə rəsmi İslamabadın haqlı mövqeyini müdafiə edib. Azərbaycana səfərindən şərəf duyduğunu qeyd edən Müşahid Hüseyn Səid isə səmimi qəbula görə minnətdarlığını bildirərək, Pakistan ilə Azərbaycan arasında əlaqələrin strateyi tərəfdaşlıq səviyyəsinə qalxdığını qeyd edib. Ölkələrimizin oxşar problemlərlə üz-üzə qaldığını qeyd edən Pakistan Senatının komitə sədrinin sözlərinə görə ölkəsinin Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyi var. Pakistan Ermənistanı işğalçı dövlət kimi tanıyır və bu günə kimi bu ölkə ilə hər hansı əlaqə yaradılmayıb. Elman BABAYEV kaspi

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar