Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Hər iki halda İranın indiki fars-molla rejimi dəyişməlidir Vaşinqton Post: ""Tehran hökumətində ABŞ-la münasibətlərin qurulmasına dair mübahisələr gedir" Ötən həftənin sonu BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında jurnalistlərin suallarının cavablandıran xarici işlər naziri Mənuçöhr Müttəki İranla ABŞ arasında müəyyən diplomatik laqələrin qurulması barədə açıqlama verib. Üstəlik deyib ki, ABŞ İrana investisiya qoya bilər. Təbriz Quzeyli G8-lərin Yaponiyadakı zirvə toplantısına yola düşmədən öncə ABŞ prezidenti Corc Buş isə İranın mülki nüvə enerjisi proqramını inkişaf etdirməsinin əleyhinə olmadıqlarını, amma emal olunmuş uranın zənginləşdirilməsi məsələsində fars-molla rejiminə etibar etmədiyini bildirib. Corc Buşun əvvəlkilərdən fərqli, müəyyən qədər yumşalmış bəyanatı dünya mətbuatında maraqla qarşılanıb. Hər iki bəyanatın demək olar ki, eyni vaxtda səslənməsi ABŞ-İran münasibətlərində dəyişiklərin olması təsəvvürü yaradıb. Ötən həftə isə İran Milli Təhlükəsizlik Şurasının baş katibi və nüvə məsələləri üzrə baş müzakirəçi Səid Cəlili ilə AB-nin Ortaq Xarici Sİyasət və Təhlükəsizlik Şurasının nümayəndəsi Havyer Solona arasında danışıqlar aparılıb, hər ikisi "5+1"-in təklif etdiyi uranın zənginləşdirilməsinin dayandırılması əvəzində iqtisadi və siyasi əməkdaşlığı nəzərdə tutan təkliflər paketilə bağlı razılaşmanın əldə edildiyini açıqlayıb. İran və Avropa Birliyi arasında dialoq isə BMT baş katibi Pan Gi Munu həvəsləndirib. Baş katib Tehran və AB arasında nüvə məsləhətləşmələrini "cəsarətverici" sayıb. Amma "Vaşinqton Post" qəzetinin dünənki sayında maraqlı bir məqalə dərc olunub. Qəzetə müsahibə verən İran prezidentinin baş müşaviri Moctab Samare Haşimi bildirib ki, rəsmi Tehran İranda ABŞ-ın diplomatik iştirakının genişlənməsi haqda Vaşinqtonun ideyasının əleyhinədir. Bu ideyanı Ağ evin "təbliğati addımı" sayan baş müşavirə görə, ABŞ İranla əlaqələrini yaxşlaşdırmaq üçün qoşunlarını İraq ərzisindən çıxarmalıdır və razı olmalıdır ki, İranın öz ərazisində uranı zənginləşdirsin. Prezident Mahmud Əhmədinejadın ən yaxın dostu sayılan Moctab Samare Haşimi vurğulayıb ki, "ən əvvəl ABŞ öz davranışlarını dəyişdirməlidir, biz də baxaq görək sonra nə olur?". Onun sözlərinə görə, Tehranı raket zərbəsi endirmək hədələrilə qorxutmaq mümkün deyil: "İrana hücum etmək istəyən istənilən hökumətin qüvvələri təkcə bizim bölgəmizdə deyil, dünyanın istənilən yerində özünü təhlükəsizlikdə hiss etməyəcək". Bu bəyanat faktiki olaraq ABŞ-ı terrorçuluqla hədələməkdir. Xatırladaq ki, Vaşinqtonun hazırda İsveç səfirliyinin himayəsi altında fəaliyyət göstərən "maraqlar seksiyasında" işləmək üçün Tehrana öz diplomatlarını göndərmək niyyəti haqqında iyunun 23-də "Vaşinqton Post" qəzetinin özü məlumat verib. BMT-də bu plana münasibətini açıqlayan Mənüçöhr Müttəki bildirib ki, ABŞ dövlət departamenti əməkdaşlarının Tehranda işləməsinin əleyhinə olmadığını bəyanlayıb. Hazırda "maraqlar bölməsində" ABŞ vətəndaşı olmayan 20 nəfər işləyir. Onu da deyək ki, Pakistanın Vaşinqtondakı səfirliyində İranın "maraqlar seksiyası"nda 30-40 diplomat fəaliyyət göstərir. Hətta Mənuçöh Müttəki Tehran və Nyu York arasında birbaşa hava marşrutlarının bərpasını təklif edib. İndi isə meydana Moctab Samare Haşimi çıxıb. "Vaşinqton Post" yazır ki, İranın iki yüksək vəzifəli şəkxsinin bir birinə zidd bəyanatlar verməsi "Tehran hökumətində ABŞ-la münasibətlərin qurulub-qurulmamasına dair gedən mübahisələrin nəticəsidir". Srağagün isə İran hərbi qüvvələrinin Birləşmiş Qərargahının rəisi, general Həsən Firuzabadi bəyanlayıb ki, Tehran heç kəsə imkan verməyəcək ki, Hörmüz boğazından istifadə etsin: "Biz Fars körfəzində hasil olunan neftin 80 faizinin gəmilərlə nəql olunduğu Hörmüz boğazının açıq qalmasına çalışırıq. Əgər regionda İranın maraqları nəzərə alınmasa, biz Hörmüz boğazından kiminsə istifadə etməsinə imkan verməyəcəyik". Ötən həftənin ortalarında isə İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepahi-Pasdaran") baş komandanı Məhəmməd Əli Cəfəri bəyanlayıb ki, əgər təcavüzə məruz qalsalar, Fars körfəzi və Hörmüz boğazının nəzarətdə saxlamaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Körfəz sularında düşmən gəmilərinin hərəkətinin qarşısını almaq üçün hər cür silaha və canlı qüvvəyə malik olduqlarını bəyanlayan Əli Cəfəri hər hansı "ildırım sürətli müharibəyə" imkan verməyəcəklərini açıqlayıb. Bu günlərdə körfəz sularında Səudiyə Ərəbistanın 4 gəmisini saxlayan İran öz ayıq-sayıqlığını, əslində hərbi niyyətlərini nümayiş etdirib. Generalların hədələyici bəyanatları fonunda İran rəhbərliyində təmsil olunan şəxslərin də ABŞ-la əməkdaşlıqla bağlı bir-birinə zidd bəyanatlar verməsinin bir neçə səbəbi olduğunu düşünmək olar. Birincisi, bu "Vaşinqton Post"un iddia etdiyi kimi "Tehran hökumətində ABŞ-la münasibətlərə dair gedən mübahisələrin nəticəsidir". İran rəhbərliyində bir qrup İraqda 200 minə yaxın əsgər yerləşdirərək möhkəmlənən, İranla sərhəd boyu 4 hərbi baza tikən Birləşmiş Ştatların boş durmayacağını yəqin bilir. Üstəlik, Birləşmiş Ştatların Əfqanıstanda, Ərəb ölkələrindəki qoşunlarını nəzərə alsaq, zaman-zaman İran generallarının, prezidentinin, ali dini rəhbərinin Vaşinqtonu hədələyən bəyanatlarına qorxutmağın deyil, qorxmağın təzahürü kimi baxmaq lazımdır. Ən ciddi məsələlərdən biri budur ki, "düşməni məhv etmə" bəyanatları ABŞ, İsraildən çox İranın daxilinə yönəlib. "Xarici düşmən" İranın fars-molla rejiminə ölkədəki "daxili düşmənləri" məhv etmək və ya loyallaşdırmaq üçün gözəl fürsətdir. Bu milli azadlıq hərəkatlarını məhv etmək üçün bəhanədir. ABŞ faktoru olsa da, olmasa da hazırda İranın daxilində hakimiyyətdən kənar hər hansı siyasi qüvvənin hakimiyyət dəyişikliyi etməsi ehtimalı azdır. Amma ABŞ-ın güclənən təzyiqləri, iqtisadi sanksiyalar, dəfələrlə güclü hərbi hədələr İran rəhbərliyində ziddiyyətli mövqelər ortaya çıxarıb. Yəqin ki, fars-molla rejiminin yüksək dairələrində təmsil olunan böyük bir qrup 2-4 ildən sonra ABŞ-la hesablaşmanın zamanının gələcəyini düşünürlər. Ona görə də indidən ABŞ-la münasibətlərdə "ayaq yeri" qoymaq haqqında düşünürlər. Belə bəyanatlara əsaslanıb İran rəhbərliyindən təmsil olunan kimlərinsə çevriliş edəcəyini söyləmək çətindir. İkincisi, isə Birləşmiş Ştatlardakı prezident seçkilərilə əlaqədardır. Hazırda demokratların prezidentliyə namizədi Barak Obama ilə, respublikaçı namizəd Con Makkeynin şansları eyni qiymətləndirilir. Senator Con Makkeyn İrana qarşı sərt siyasətin tərəfdarıdır, hətta müharibənin başlanmasını, raket zərbələri endirilməsini vacib sayır. Barak Obama isə İranla, İraqla bağlı daha ehtiyatlı bəyanatlar verməkdədir. Ola bilsin ki, İran rəhbərliyi ziddiyyətli mövqelər ortaya qoymaqla ABŞ rəhbərliyinin, eləcə də gələcək prezidentin iki ölkə arasında əməkdaşlığın perspektivinə reaksiyasını öyrənməyə çalışırlar. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, ABŞ-la hər hansı formada siyasi, iqtisadi əməkdaşlığın genişlənməsi İranın indiki rejiminin sonunu gətirəcək. Qəribə bir mənzərə yaranır. ABŞ-la münasibətlərin müharibə etməklə tənzimlənməsi və ya ya siyasi, iqtisadi əməkdaşlığı genişləndirməklə qurulması, hər iki halda bir neçə il ərzində İranın indiki rejimi dəyişməlidir. Həm tarixi düşmənçilik, həm də fars-molla rejiminin teokratik mahiyyəti bunu labüd edir. ...Deyəsən, neftin qiymətinin belə çox artması hələlik ABŞ-a sərf edir. Bu qiymətlərin kəllə-çarxa qalması üçün isə hələlik İrana 5-6 raket zərbəsi kifayət edəcək. xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var