SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Mehdi Dustdar 3 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Mehdi Dustdar 3 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Mehdi Dustdar Ərdəbil 2 nömrəli Məhkəməsinin 103-cü Şöbəsi tərəfindən 2 il ərzində icra olmaq şərti ilə 3 ay həbs cəzasına məhkum edilib.


Azərbaycanlı fəal 2017-ci il oktyabrın 26-da Azərbaycanın milli və demokratik hüquqları uğrunda təbliğat aparmaq itihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O Ərdəbil zindanında 1 həftə saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.


M.Dustdar nəhayət qövmlər məsələsini gündəmə gətirmək və millətçilərin lideri ilə əlaqədə olmaqda günahlandırılıb. Ərdəbil 2 nömrəli Məhkəməsinin 103-cü Şöbəsi islam cəza qanunlarının 500-cü maddəsini rəhbər tutaraq onu sistemin əleyhinə təbliğ etməkdə ittihamı ilə həbs cəzasına məhkum edib.


Məhkəmə hökmü yanvarın 18-də elan olunub.


Fəal hazırda 20 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlıqdadır.

 

 


N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar