BRICS İran və BƏƏ arasındakı fikir ayrılıqlarından sonra müharibə, sanksiyalar və nüvə riskləri ilə bağlı bəyannamə qəbul edib
Bəluc qadına ağır həbs cəzası verildi
İranlı deputat NPT öhdəliklərinin artıq Tehran üçün keçərli olmadığını və zənginləşdirməyə yenidən baxıla biləcəyini bildirib
Səudiyyə husilərə qarşı böyük əməliyyata hazırlaşır
Bəsrədən İrana uçuşlar dayandırıldı
Husilər Bab-əl Məndəbdə strateji adanı ələ keçirdi
Azərbaycanlı siyasi məhbus edama məhkum edildi
İran parlamentinin təhlükəsizlik komitəsinin rəhbəri ABŞ-la danışıqları istisna edib
Savədə üç əfqanistanlı quyuda həlak oldu
ABŞ Hörmüz Boğazından keçən gəmilərin qorunmasını gündəlik iki zaman aralığı ilə məhdudlaşdırıb
Urmiyada üzüm festivalı keçirilir
WSJ: ABŞ İranın endirdiyi zərbələri Çinin təqdim etdiyi peyk görüntüləri ilə əlaqələndirib
İranın dəstəklədiyi husilər idarə olunan raketlərin hazırlanmasında Claude-dan istifadə edib
Saravanda təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşma baş verib
CENTCOM İran limanlarının blokadası çərçivəsində 99 gəminin istiqamətini dəyişdirib
Omanda Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq
Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
"Reuters": Səudiyyə Ərəbistanına hücumlardan sonra İraq İranla sərhəd-keçid məntəqəsini bağlayır
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
Türk vətəndaşlarının yalnız şəxsiyyət vəsiqəsi ilə səyahəti müzakirə olunur
Yəmən ordusu Mokha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
Beynəlxalq Astronavtika Konqresi Antalyada keçiriləcək
Katz: Hizbullahın tunelləri 15 il ərzində İranın dəstəyi ilə tikilib
Tramp: İranla müharibədən peşman deyiləm
Neft 109 dollara yüksəlib
Pezeşkian hökumətində türk və Azərbaycan lobbisi...- Əbdi
Şəhriyarın anım mərasimi keçiriləcək
Reuters: Səudiyyə-Husi gərginliyi artdıqca Pakistan tərəf seçmək təzyiqi ilə üzləşir
FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq
Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi husilərin nəzarətində olan Mokha hava limanına zərbələr endirib – AFP
Yəməndə döyüşlərin şiddətlənməsi nəticəsində 46 mindən çox insan köçkün durumuna düşüb
Xankəndidə artıq 28 min insan yaşayır
Hikmət Hacıyev: TRIPP layihəsinin reallaşdırılması ilə bağlı müsbət siqnallar alırıq
İranda daha bir bəluc öldürüldü
İranın energetika naziri: İran Azərbaycanın elektrik şəbəkəsinə qoşulub
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Pezeşkian ABŞ-la müharibənin davam etdirilməsinə qarşı olduğunu bildirib
İranda rabitə xidməti tarifləri artdı
SEPAH öz təbliğatını yaymaq üçün süni intellektdən istifadə edir
Axios: Tramp Səudiyyə vəliəhdinin ABŞ-ın husilərə qarşı zərbələr endirmək xahişini rədd edib
İran və Pakistan ABŞ-İran müharibəsi fonunda diplomatik səyləri müzakirə edib
GübAz TV: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib ("Xocalının işğalına dair istintaq materiallarından").
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilib, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.
Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu və bununla da Ermənistan monoetnik dövlətə çevrildi.
1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqların "dənizdən-dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 məshəti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.
Xatırladaq ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib.
N.S
İranlı deputat NPT öhdəliklərinin artıq Tehran üçün keçərli olmadığını və zənginləşdirməyə yenidən baxıla biləcəyini bildirib
İran parlamentinin təhlükəsizlik komitəsinin rəhbəri ABŞ-la danışıqları istisna edib
Urmiyada üzüm festivalı keçirilir
İranın dəstəklədiyi husilər idarə olunan raketlərin hazırlanmasında Claude-dan istifadə edib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq
Yəməndə döyüşlərin şiddətlənməsi nəticəsində 46 mindən çox insan köçkün durumuna düşüb
Pezeşkian ABŞ-la müharibənin davam etdirilməsinə qarşı olduğunu bildirib
SEPAH öz təbliğatını yaymaq üçün süni intellektdən istifadə edir
İran və Pakistan ABŞ-İran müharibəsi fonunda diplomatik səyləri müzakirə edib
İranın nüvə obyektində yeni hərəkətlilik müşahidə olunur - Qrossi
İki şəhərdə 6 məhbus edam edildi
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
İranın dəstəklədiyi komandirin Sinqapura giriş cəhdi üzə çıxdı
"Traktor"un İran, Asiya və dünyada reytinqi açıqlandı
İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
İranda daha bir bəlucu öldürldü
İranda daha bir məhbus öldürülüb
Netanyahu: İran hökumətinin devrilməsinə çox yaxınlaşmışıq
İranda manat bahalaşmaqda davam edir
Jerusalem Post: İran mollalarına və onların qəddar rejiminə qarşı vahid cəbhə formalaşır — rəy
"Traktor" daha bir qələbə qazandı
Türkmənistan və Qazaxıstan İrana dəmir yolu ilə mal daşımalarını dayandırdı
Trampın nümayəndələri Moskvada
Yəmən Husilərə hava zərbələri endirdi
İranda yanacaq tankeri partladı- Ölənlər var
İran Cənubi Koreyaya Hörmüzlə bağlı xəbərdarlıq edib
Səudiyyə Ərəbistanı 5 milyard dollarlıq silah alır
Güneyli fəal Təbrizdə məhkəmə qarşısına çıxarılıb
Azərbaycan Muğam Musiqisinin VI Festivalı Təbrizdə keçiriləcək (Video)
Putin Kiyevə hücumları 3 gün dayandırıb
Fortune: Hətta Müctəba Xamenei də iqtisadi böhrandan dəhşətə gəlib
The Economist: İranın Yaxın Şərqdəki proksi qrupları Tehrandan uzaqlaşır
Traktor klubunun sözçüsündən İran Futbol Federasiyasına sərt reaksiya
Qərbi Azərbaycanda tibb işçilərinin əmək haqları ödənilmir
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək
Urmiya gölünün son durumu
İranda daha on ərəb həbs edildi