SON XƏBƏRLƏR

Tehranda “Axır çərşənbə” şənliyinə qatılan xanımlar, Azərbaycan musiqisinin sədaları altında rəqs ediblər - VODEOLAR

2021.10.20, 07:36
Tehranda “Axır çərşənbə” şənliyinə qatılan xanımlar, Azərbaycan musiqisinin sədaları altında rəqs ediblər - VODEOLAR

Gunaz.tv

GünAzTV: Martın 13-də paytaxt Tehranın üç məntəqəsində “Axır çərşənbə” şənliklərinə qatılan gənc xanımlar, Azərbaycan musiqisinin sədaları altında başıaçıq şəkildə rəqs ediblər.  

 

Yayılan məlumata əsasən, molla rejiminin qadınlara qarşı qoyduğu bütün məhdudiyyətlərə baxmayaraq, tonqal ətrafında keçirilən rəqs mərasiminə başıaçıq xanımlarla yanaşı başıörtülü qadınlar da qatılıb. Hökumət qüvvələrinin xanımların başıaçıq rəqsinə müdaxilə edib-etməməsi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İranın hökumət rəsmiləri hər il “Axır çərşənbə” mərasiminin keçirilməsinin qarşısını almağa çalısalar da, buna nail ola bilmirlər. Əhali, rejim qadağalarına məhəl qoymadan, hər il el şənliklərini daha təntənəli surətdə qeyd edir, tonqallar qalayaraq ətrafında rəqs edirlər.

 

VİDEOLAR:

 

 

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar