SON XƏBƏRLƏR

Rusiya hərbi gəmiləri Tartusdan çıxıb

2021.10.20, 07:36
Rusiya hərbi gəmiləri Tartusdan çıxıb

Gunaz.tv

GünAz TV: Rusiya hərbi gəmilər Tartus hərbi-dəniz bazasını tərk edərək Aralıq dənizinə çıxıblar.

 

Avropa.info xəbər verir ki, bu barədə fotoları öz “Facebook” səhifəsində “Image Satellite Internacional” təşkilatı yayıb. Gəmilərin hər hansı hücum ehtimalına qarşı dənizə çıxdığı, bazada sadəcə “Kilo” adlı sualtı qayığın qaldığı bildirilir.

 

11 apreldə çəkilən görüntülərdə limanda 7 gəmi, “Qraçonok” tipli iki sabotaj əleyhinə kater, 2 dizel motorlu sualtı qayıq olsa da, bu gün hərbi bazada sadəcə bir sualtı qayıq qalıb.

 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp dünən Suriyaya atılacaq raketlərə dair Rusiyanı hazır olmağa çağırmışdı.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar