SON XƏBƏRLƏR

Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxır

2021.10.20, 07:36
Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxır

Gunaz.tv

GünAz TV: Mayın 2-də Ukrayna Təhlükəsizlik şurasının iclasında ölkənin Müstəqil Dövlətlər Birliyi (MDB) koordinasiya orqanlarında iştirakının dayandırılması haqqında qərar qəbul olunub.

 

Bu barədə “Ren TV” məlumat yayıb.

 

Məlumata görə, ölkənin prezidenti Pyotr Poroşenko Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinə Ukrayna nümayəndələrinin MBD orqanlarından geri çağırılması haqqında sənəd hazırlamağı tapşırıb.

 

“XİN bu və ya digər müqavilələrdə iştirakı davam etdirməyin məqsədyönlüyünü təhlil edib və hökuməti bu barədə məlumatlandırıb.

 

Biz bu istiqamətdə hökumətin mövqeyini çox diqqətli şəkildə formalaşdıracağıq. Habelə Ukrayna bundan sonra MDB-nin heç bir koordinasiya orqanlarında iştirak etməyəcək”, deyə Poroşenko bildirib. (oxu.az)

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar